Gecə yarısı ürəyə qəfil sıxılan güllə
Azərbaycan
Prokurorluğu - 95
"Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir.
Prokurorluq peşəsi hörmətli, şərəfli peşədir. Prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir."
Heydər
ƏLİYEV
Müstəntiq dindirmənin, müqəssirin sərbəst ifadəsinin, eləcə də konkret suallara verdiyi cavabların protokolunu yazmağa başladı. Heydər sakit oturub düşüncələrə dalmışdı, hərdən də ah çəkirdi.
Müqəssir protokolu oxuyub hər dolan səhifədə öz imzasını qoyur, fağır bir görkəmlə müstəntiqi süzürdü. Sonuncu sualın qarşılığında cinayətini etiraf etdikdən sonra həmin səhifəni də imzalamağı müstəntiq təklif edəndə o, ifadəsini oxuyub sonra qol çəkəcəyini bildirdi. Sözlü adama oxşayırdı. Aydın idi ki, nə isə demək istəyir, ancaq necə söyləyəcəyini fikirləşir.
Sahib Cəlilov sanki müqəssirin keçirdiyi əhval - ruhiyyəni duymurmuş kimi Heydərin törətdiyi qətli etiraf edərkən üstündən sükutla keçdiyi bir hal barədə sual verdi:
- Cinayətin
aləti
olan tüfəng haradadır?
Sual elə bil Heydərin
fikrini cəmləşdirdi. O başa
düşürdü ki,
cinayətin
aləti
ortada yoxdursa, deməli
etirafın özü
şübhəli
qalır. Buna görə
də
o, tüfəngin
yerini göstərməyin və ifadəsini
imzalamağın qarşılığında
müəyyən şərt
irəli
sürmək
niyyətində idi. İstəyini bu cür ifadə etdi:
- Mən
yaşlı, xəstə adamam. Həbsxanada yatsam çox
tezliklə
öləcəyəm. Oğlum Əli bu cinayəti öz
boynuna alıb tüfəngi
istintaqa təqdim edər və
cəzasını
alar. İstintaq üçün nə fərqi
var, qətli kim törədib, əsas odur ki, cinayətin üstü açılar,
cinayətkar
da öz layiqli cəzasına
çatar.
Müstəntiqin bədənini qızışma basdı,
qulaqları cingildədi. O, fikrindən keçənləri dilinə
gətirməkdən özünü
zorla saxladı. Bayaqdan bəri
özünü müdrik
adam kimi
qələmə verməyə çalışan
bu şəxsin alçaq,
şərəfsiz və
rəzil
niyyətinin
hara yönəldiyi məlum
idi. Bütün müstəntiqlərin apardıqları işlər üzrə
rəsmi
məlumatlardan
əlavə qeyri - rəsmi
məlumatları
da olur. Bu təklifi
ilə
o, necə
deyərlər bir gülləyə
iki dovşan vurmaq istəyirdi.
Heydər
doğrudan da çox təhlükəli
və
qorxulu adam
idi. Müstəntiq axıra kimi ona qulaq asıb
başını aşağı
saldı, sonra birdən
qaldırıb dilləndi:
- Sənin
iki oğlun var. Əli evlidir, o biri isə subay. Nəyə görə
məhz
Əli? Axı o, tutulub gedərsə gənc arvadı Xatirə azyaşlı
balası ilə tək
qalar. Yaxşı olmazmı ki,
bu cinayəti elə subay oğlun boynuna alsın?
Gözlənilməz sualdan Heydər çaşdı,
nə
isə
demək
istədi.
Müstəntiq ona danışmağa imkan vermədi:
- Sizin cavabınıza ehtiyac yoxdur. Səbəbini mən
çox yaxşı bilirəm.
Əgər bu səbəbi başqalarına da açıqlamağıma razısınızsa,
şərtinizi
qəbul
etməyə hazıram.
Bu sözlər
Heydəri
dəhşətə gətirdi. Yəqin o ağlına belə sığışdıra bilməzdi ki, bu pünhan,
gizli sirr müstəntiqə məlum
ola bilər. O, gözlərini
təəccüblə bərəltdi. Birdən ağappaq ağardı,
qanı qaçmış
üzünə
sarılıq çökdü.
Sanki bir anın
içində
yüz ilin qocasına oxşadı.
Keyləşmiş dodaqlarını zorla tərpədib zəif
səslə müstəntiqdən pəncərəni açmasını
xahiş etdi. Oturduğu stolda xeyli müddət yerindən
qımıldanmadı. Sonra yavaş - yavaş özünə gəlib
qeyri - iradi olaraq:
- Siz hətta
bunu da bilirsiniz?
- soruşdu.
- Bəli.
Heydər boğulurmuş
kimi bir də
ağzını açıb
havanı içinə çəkdi,
udqundu, bədəni
yenə
sustaldı. Daha bir neçə dəqiqə sarsılmış vəziyyətdə qaldı.
Başa düşdü ki, irəli
sürdüyü şərtin öz alçaq, murdar hərəkətlərini
davam etdirmək üçün vasitə olması müstəntiqə gün kimi aydındır.
O, yuxudan kal durmuş adam
kimi heç nə
seçməyən gözləri
ilə
müstəntiqə baxdı. Sonra Əkbəri
öldürdüyü tüfəngi harada gizlətdiyini dəqiqliklə təsvir
etdi.
- İndi protokolun
axırıncı səhifəsini oxuyun və
aşağısında imzanızı
qoyun.
O, ifadəsinin
sonuncu səhifəsini
bir qədər
çətinliklə oxuyub sakitcə qol çəkdi.
Və...
stoldan durub
ayaqları keyimiş halda yavaş - yavaş milisionerin müşayiəti
ilə
qapıya doğru yönəldi.
Kabinetə cansıxıcı sükut
çökdü...
İTTİHAMNAMƏNİN TƏRTİBİ, TƏSDİQİ VƏ MƏHKƏMƏNİN HÖKMÜ...
...Əməliyyat tədbirlərini davam etdirən istintaq qrupunun üzvləri müqəssirin
və
hal şahidlərinin iştirakı ilə tüfəngin
gizlədildiyi
məktəbin ərazisinə baxış keçirtdilər. Baxış
zamanı burada tükürpədici
hadisə
baş verdi.
Müqəssir həyətin bir tərəfində üst - üstə yığılmış beton
piltələri göstərib
tüfəngi
onların altında gizlətdiyini
bildirdi.
İstintaq qrupunun üzvü, cinayət
- axtarış inspektoru
Eldar Rzayev tüfəngi
çıxartmaq üçün
əlini beton piltənin
altına soxdu və
... elə
o dəqiqə də
ildırım sürəti ilə
çıxartdı. Ətrafdakı adamların hamısı qorxu içində donub qaldılar. Onları müdhiş və dəhşətli heyrət
çulğadı. Milis
zabitinin əlində yekə bir ilan var
idi!
Xoşbəxtlikdən Eldar Rzayev özünü
itirmədi,
cəld
hərəkətlə
ilanı beton piltəyə çırpıb öldürdü...
Əməliyyatçılar tərəfindən beton piltələrin altından cinayətin aləti
olan X - 7382 - 60 nömrəli bir ədəd 16 kalibrli qoşalülə
ov tüfəngi və içərisində 10 ədəd 16 kalibrli 5 gilizi, 13 ədəd 16 kalibrli dolu patron olan 1 ədəd patrondaş, həmçinin
patrondaşdakı dolu
patronlardan 2 ədədi yarıdan kəsilmiş
vəziyyətdə, 3 ədədi isə güllə ilə
dolu vəziyyətdə aşkar edilib götürüldü.
Bununla bərabər məktəbin arxasında, kiçik taxta qapının yaxınlığında, metal tordan
olan hasarın dibində
1 ədəd 16 kalibrli uc hissəsi kəsilib
atılmış karton
giliz də aşkarlandı.
Müqəssir bildirdi ki, həmin
giliz Əkbəri öldürdükdən
sonra tüfəngdən çıxardıb tulladığı
gilizdir.
Qoşalülə tüfəngin
atəş
üçün yararlı
olmasını, ucu kəsilmiş
karton gilizin həmin
tüfəngdən atılıb - atılmamağını,
meyitdən
çıxarılmış güllənin
patrondaşdakı güllə ilə
eyni olub - olmamağını aydınlaşdırmaq
üçün məhkəmə
- kompleks ekspertizası
təyin
edildi.
Ekspertizanın 1985 - ci il 4 sentyabr tarixli rəyi
ilə
təsdiq
olundu ki, istintaqa təqdim edilmiş
və
cinayətin
aləti
olan X - 7382 - 60 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngi atəşə yararlıdır, ucu kəsilmiş
karton giliz həmin
tüfəngin
sol lüləsindən atılmışdır. Rəylə həmçinin təsdiq
edildi ki, patrondaşdakı 3 ədəd ucları kəsilmiş
və
kənarları
yonulmuş 16 kalibrli karton patrondakı "Brenneke" sistemli, arxasında plastik kütlədən istiqamətləndiricisi olan qurğuşun güllələr mərhum
Əkbərin meyitindən
çıxarılmış "Brenneke" sistemli güllə
ilə
eynidir.
Beləliklə, vəzifə borclarının icrasına
vicdanlı münasibət göstərmiş
istintaq qrupu üzvlərinin
gərgin
əməyi nəticəsində qısa müddətdə aşkarlanmış
maddi sübutlar, şahid ifadələri,
faktlar və başqa
zəruri
xüsusatlarla bu ağır cinayət işinin istintaqı yekunlaşdırıldı.
Heydər Mehralıyevin Cinayət Məcəlləsinin 95 - ci
(qəsdən adam öldürmə) maddəsi
ilə
müqəssirləndirilməsinə dair cinayət
işinin istintaqı tamamlandı, müstəntiq Sahib Cəlilovun
tərtib
etdiyi ittihamnamə prokuror tərəfindən təsdiq
olundu və baxılması
üçün aidiyyəti üzrə
məhkəməyə
göndərildi.
***
Heydər Mehralıyevin törətdiyi xüsusilə ağır qətl hadisəsinə Zərdab Rayon Xalq Məhkəməsinin açıq iclasında qanuni və əsaslı hüquqi qiymət verildi. Müttəhimin cinayət əməlləri məhkəmə prosesində dindirilmiş zərərçəkmişin, şahidlərin ifadələri, iş üzrə təşkil edilmiş məhkəmə - ballistik kompleks ekspertizasının rəyi, maddi sübutların və cinayətin alətinin təqdim olunmasına dair tərtib edilmiş protokollar, işə əlavə olunmuş maddi sübutlar, istintaq eksperimentinin protokolları və bu zaman çəkilmiş foto şəkillər, iş materialları və işin digər faktiki halları ilə tam sübuta yetirildi. Cinayət - Prosessual Məcəllənin 319 - cu (hökmün Azərbaycan Respublikası adından çıxarılması), 323 - cü (məhkəmənin hökmü) və 325 - ci (hökmdə həll edilən əlavə məsələlər) maddələrini rəhbər tutan məhkəmə heyəti işdəki sübutları əsaslandıraraq 1985 - ci il oktyabrın 28 - də çıxardığı ittiham hökmü ilə Mehralıyev Heydər Əli oğlunu Cinayət Məcəlləsinin 95 - ci maddəsi ilə təqsirli bilərək cəzasını ciddi rejimli islah - əmək koloniyasında çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum etdi.
P.S. Gecəni
- gündüzə qatan, rahatlıq nə
olduğunu bilməyən prokurorluq
və milis işçilərinin
adları yəqin ki, məhkəmə prosesində
çəkilməyibdi. Lakin siz hər şeyi
bilirsiniz. Siz
onların necə gərgin iş
gördüklərindən, cinayətin üstünü
necə məharətlə açdıqlarından, öz vəzifələrinin öhdəsindən necə bacarıqla gəldiklərindən yaxşı xəbərdarsınız...
Dekabr,
1999 - cu il.
Rafiq HACIYEV
jurnalist - hüquqşünas,
yazıçı – publisist
Ədalət.-2014.-4
fevral.-S.6.