ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(Mövzu
əsasında
XXVI yazı)
Ölkə rəhbərliyinin qayğı və
diqqəti
Müstəqil Azərbaycanın
tarixinə
şərəfli səhifə kimi yazılan XXI yüzilliyin ilk illərindən indiyədək nəzər yetirərkən yaddaşımızda ölkədə uğurla
həyata
keçirilən
güclü iqtisadi, sosial-mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır. Bütün sahələrdə
baş verən bu dinamik inkişafın
mənbəyində Ulu öndər Heydər Əliyev tərəfindən düşünülmüş siyasət
əsasında
Prezident İlham Əliyev cənablarının
uğurla davam etdirdiyi genişmiqyaslı
islahat tədbirləri
dayanır. Bu mənada
təhsil
sahəsində aparılan islahatları xüsusi qeyd etmək
gərəkdir.
Təhsil sistemində aparılan islahatların əsas məqsədini milli kurikulumun tələblərinə
cavab verən, milli-mənəvi dəyərlərə əsaslanan,
beynəlxalq
standartlara uyğun və
inkişaf etmiş ölkələrin təhsil
sisteminə
inteqrasiyası təşkil edir.
Bu baxımdan Azərbaycan Respublikasının
Təhsil
Qanunu təhsil işçiləri qarşısında öz
məsuliyyətlərini dərk edən,
xalqın milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən,
vətənpərvərlik
və
azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və
şəxsiyyət yetişdirmək
kimi vəzifələr qoymuşdur.
Cəmiyyətin hərəkətverici qüvvəsi
Müasir dünyada hər bir ölkənin
uğurlu gələcəyi
həmin
ölkədə təhsilini
səviyyəsi ilə
müəyyən olunur. Təcrübə göstərir
ki, təbii sərvətlərin
bolluğu dövlətin inkişafının əsas göstəricisi
deyil, başlıcası
bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsini
təmin
etməkdir.
Bu, indiki mərhələdə təhsil
sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və
digər
inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil
sisteminin yetişdirdiyi
insan kapitalından böyük gəlirlər
əldə etmişdirlər.
Bu ölkədə inkişafa təsir göstərən amillər içərisində təhsilin
çəkisi
əhəmiyyətli dərəcədə
yüksək
olub, təxminən
70 faiz təşkil edir.
Strateji istiqamətlər
Artıq inamla demək
mümkündür ki,
Azərbaycan
təhsili
də
hərtərəfli inkişafa
doğru geniş istiqamət
götürmüşdür. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın siyasi cəhətdən stabil ölkəsinə çevrilmişdir. Azərbaycanın bütün sahələrdə
sürətli
inkişafı ölkə Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur.
Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 6 dəfədən çox artaraq proqnozlaşdırılan səviyyəni də ötüb
keçmişdir. Məhz bunun nəticəsidir ki,
təhsil tariximizdə ilk
dəfə olaraq
17 inkişafyönlü dövlət proqramı təsdiq olunmuş
və uğurla həyata
keçirilmişdir.
Bu proqramın reallaşması nəticəsində təhsilin müasir tələblər səviyyəsində qurulması və məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirliməsi üzrə yeni modellər və mexanizmlərin tətbiqi, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və başqa sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Son illərdə
Azərbaycanda
ümumilikdə bir növbədə 600 min
şagird yerlik 2000-dən çox
yeni məktəb binası tikilməsi və əsaslı təmiri
müasir təhsil
tariximizin ən
parlaq səhifələrindən
biridir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə 300-dən çox
yeni məktəb, uşaq
bağçası, internat məktəbi tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təmin edilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-5
fevral.-S.7.