Terror təşkilatını
fenomen adlandıran aktrisa
Ədəbiyyat, diplomatik karyera arzusu və
kino...
Fransanın ən məşhur
aktrisalarından biri olan Fanni Marqerit
Jyudit Ardan 1949-cu ilin 22 martında Somyur şəhərində anadan olub. Onun atası süvari zabiti olduğundan Fanninin ailəsi İsveçrə, İspaniya və İngiltərə kimi ölkələri çox erkən yaşlarından
səyahət etmiş və həmin ölkələrin kral ailələri ilə
yaxından tanış
olmuşdur. Fanninin atası tezliklə Monoko sarayında aparıcı vəzifəyə təyin olunur. Ailə də
həmin
şəhərə köçmək məcburiyyətində qalır. Gələcəyin aktrisası on yeddi
yaşlı Ardan katolik litseydə təhsil almağa başlayır.
Elə həmin
litseydə
də
o, şəhzadə Qreys Kelli ilə çox
yaxın rəfiqə olur. Onlar ciddi ədəbiyyat mütaliə edir və
rus ədəbiyyatı ilə
dərindən maraqlanırlar. Lev Tolstoyun, Turgenevin və
Dostoyevskinin əsərlərini
mütaliə
edirlər.
Lakin ədəbiyyata olan marağına baxmayaraq, Fanni atasının yolunu davam etdirmək və
diplomatik karyera qurmağa hazırlaşır. Litseyi bitirdikdən sonra Fanni Fransaya
geri dönüb Provansa Universitetində politologiya üzrə təhsil
almağa başladı.
Təhsil almaqla yanaşı onu dünya kinosu və
teatrı da cəlb
edirdi. Nəhayət Fanni Jana Perimonun
aktyor kurslarına yazıldı. O, ilk dəfə 1974-cü ildə teatrda Pyer Kornellinin
əsəri olan "Polievkt" dramındə
rol aldı. Bundan başqa aktrisa televiziyada çəkilən tamaşalarda da kiçik rollar çəkilirdi.
1975-ci ildə
Fanninin Dominiko Leverddən
olan qızı Lumir dünyaya gəldi.
Məşhur
rejissoru sehrləmək və...
Bir müddət sonra Fanni Dominikodan
ayrıldı. 1976-cı ildə
çəkilmiş
"Marinin gəlincikləri" filmi ilə
o, kinoda ilk debütünü
edir. Daha sonra isə 1979-cu ildə
"İtlər"
filminə
çəkildi.
Lakin bu filmlərin
heç biri aktrisaya mükafat və
dünya şöhrəti gətirməsə də, onun sonrakı yaradıcılığına gözəl başlanğıc oldu.
Məsələ bunda idi ki,
Fannini televizorda görən
rejissor Fransua Trüffo onun ehtiraslı cazibəsinin sehrinə
düşmüşdü. Bu sehr Trüffonu aktrisa ilə
yaxından tanış
olmağa vadar etdi.
Beləliklə onların arasında fırtınalı roman başlandı. Fransua bu
erudisiyalı, qara saçlı, qaynar gözlü qadına vurulmuşdu. Tezliklə o, Fanniyə
"Qonşu" filmində baş rolu həvalə etdi. Məhz həmin
filmdə
Trüffo ona lazım olan güclü, canlı, yumorlu qadın qəhrəmanını tapdığını deyirdi.
Fanninin həmin
filmdə
tərəf-müqabili təcrübəli aktyor Jerar Depardye
idi. 1982-ci ildə
aktrisa həmin filmdəki Matilda Boşar roluna görə
Fransannın milli film mükafatı olan "Sezer"ə
namizəd
seçildi.
1981-ci ildə
Ardan Fransua Trüffonun sonuncu arvadı olur. Bəzi mənbələrin məlumatına görə,
məşhur
aktrisa heç kimlə
qanuni nikah bağlamamışdır. 1983-cü ildə
Trüffonun lentə aldığı "Nəşəli bazar" filmindən sonra Fanni Trüffoya
Jozefina adlı bir qız övladı
hədiyyə etdi. 1984-cü ilin oktyabr ayında
isə
böyük rejissor beyin xərçəngindən dünyasını dəyişdi.
Müsahibələrinin birində
Fanni Trüffo ilə
iş prosesi haqqında deyir "Fransua mənə filmin sinopsisini verdi. Mən heç bir
dialoqdan ibarət olmayan ssenariyə nəzər yetirdim.
Trüffo məndən soruşdu:
"Hər
hansısa bir sualın var?" Mən
cavab verdim ki: "Yox". Beləcə hər
dəfə o mənə nəsə bir sualım olduğunu soruşanda mən
yox cavabını verirdim. O, isə sevinclə
deyirdi: "İlahi necə
də
gözəldir".
Karyerada
qəfil
yüksəliş...
Trüffonun ölümündən
sonra Fanni hər
janrlı filmlərdə oynamağa
hazır idi. Çünki rejissorlar və tamaşaçılar
onu hər zaman dramatik və
ciddi rolların mahir ifaçısı kimi tanıyırdı.
Sonrakı on illikdə o, "Ailə
məsləhəti", "Ailə", "Avstraliya" kimi filmlərdə rol alıb Alen
Rene, Andre Delvo, Folker Şlendorf kimi görkəmli
rejissorlarla işlədi.
1990-cı ildə
aktrisa üçüncü
dəfə qız anası oldu. Onun Fabio Konversi ilə olan münasibətindən
dünyaya gələn qızı
Baladinin doğulmasından
bir müddət sonra o, Fabiodan ayrıldı.
90-cı illərin
ilk vaxtlarında Fanni Ardanın aktrisalıq karyerasında elə bir ciddi dəyişiklik baş vermədi. 1994-cü ildə
çəkilmiş
olan "Polkovnik Şaber" və 1995-ci ildə
lentə
alınmış "Sabrina" filmlərindən başqa. 1996-cı ilin əvvəlləri aktrisanın
karyerasında fasilə yaransa da, tezliklə rejissor Patris Lekontonun "İstehza"
filminə
çəkildi.
Film çox böyük
uğur qazandı.
Aktrisa ən
yaxşı qadın roluna görə çoxdan
azuladığı "Sezar"
mükafatına layiq görüldü. Film isə
"Kann Kino festivalı"nda
fərqli
kateqoriyalar üzrə mükafatlar qazandı.
Daha sonra isə
həmin
film "Oskar" mükatafına namizəd
görüldü.
Arzuolunan mükafatdan sonra aktrisa daha həvəslə
işləməyə başladı. 21-ci əsrdə "Yelizaveta"1998, "Rasputnik" 2000, "Allahdan
xəbər yoxdu" , "Əbədi Kallas" 2001,
"8 qadın" 2002, "Paris mən
səni
sevirəm"
2006 kimi filmlərə çəkildi.
"8 qadın" filmində Katrin Denöv və
başqa məşhur fransız aktrisalarla tərəf- müqabili olan Fanni yaxın rəfiqəsi olan Denövlə bir filmə
çəkilməkdən çox
sevincli olduğunu dilə
gətirir.
Cəsarətli açıqlama, məhkəmə
qorxusu və üzrxahlıq...
Lakin Fanni Ardanın həyatında xoşagəlməz məqamlarda baş verdi. Belə ki, o, 2007-ci ildə məhkəmə stulunda oturmaqdan güclə qurtulur. İtalyanın sol yönümlü terror təşkilatı olan "Qırmızı briqada"ya olan simpatiyasını publika qarşısında dilə gətirən aktrisa həmin təşkilatı "maraqlı və təəccüblü fenomen" adlandırır. Həmçinin təşkilatın lideri olan Renato Kurçonu öz qəhrəmanı hesab etdiyini açıqlamaqdan da çəkinmir. Bu qalmaqallı açıqlamadan sonra aktrisanı sevən böyük tamaşaçı kütləsi əsl şok yaşayır. Aktrisa məhkəməyə verilir. İtaliya Parlamentinin kəskin narazılığı ilə üz-üzə qalan aktrisa publika qarşısında üzrxahlıq etsə də 2007-ci ildə "Venesiya Film festivalı"na getməkdən imtina etməyə məcbur olur.
Altmış dörd yaşlı aktrisa hal-hazırda bir sıra filmlərə çəkilməklə yanaşı teatrtda olan işini də davam etdirir.
2008-ci ildə "Toz və qan" filminin ssenarisini yazan aktrisa filmi ekranlaşdırmaqdan çəkinməyib özünü rejissor kimi də sınayır. Filmin büdcəsi üç milyon avro təşkil edir.
Fanni Ardan şəxsi həyatı və ailəsi haqqında danışmağı sevmir. Heç vaxt qanuni nikahda olmayan aktrisanın qızları fərqli sənət sahibidirlər. Böyük qızı Lumir rəssam, ikinci qızı Jozefina hüquq sahəsi üzrə təhsil almış, kiçik qızı Baladin isə mühasibatçı işləyir. O, qızları haqqında deyir: "Mən çox şadam ki, onlar tamamilə başqa-başqa sahələri seçdilər. Qızlarım mənə öz peşələri üzrə çox maraqlı tövsiyələr verirlər. Ən əsası odur ki, mən onlara azadlıq hissinin nə olduğunu öyrədə bilmişəm".
O, özü haqqında isə belə deyir
"Mən heç vaxt ikon ola bilmərəm. Mən
ancaq aktrisayam və bu
sahədə olan
bacarığımdan başqa heç nə
etməmişəm. Daxilimdə belə bir
hiss var ki, həmişə sıfırdan
başlayıram. Həmişə də öz-özümə deyirəm sabah
hər şey yaxşı olacaq.
Samirə
Mirəşrəf
ədalət.-2014.-5
fevral.-S.8.