ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(Mövzu
əsasında
XXVI yazı)
(əvvəli ötən sayımızda)
Göyçay rayonunda
da belədir...
Bütün bunlar və təhsilin digər strateji istiqamətləri Göyçay rayonunda da xüsusi diqqət mərkəzindədir. Rayon rəhbərliyi özünəməxsus ənənələri olan Göyçay təhsil sisteminin daha böyük uğurlar qazanması üçün müntəzəmliklə effektiv tədbirlər həyata keçirir. Elə rayon təhsil şöbəsinin müdiri, təcrübəli pedaqoq Asif Nəbiyev də həmişə Təhsil Nazirliyi və Göyçay rayon rəhbərliyinin qayğı və diqqətinə cavab olaraq pedaqoji kollektivlərin səmərəli fəaliyyətindən inamla söhbət açır.
Dərs ilinin ikinci yarısı
Göyçay Rayon Təhsil
Şöbəsinin
müdiri Asif Nəbiyev
deyir:
-
2013-cü tədris
ilini uğurla başlayıb arzulanan səviyyədə başa vurmaq üçün ötən
ilin yayından geniş hazırlıq işləri
görülmüşdür. Əslində bu dərs ili üçün
bir az da
irəlidən başlanğıc götürülmüş,
müəyyən tədbirlər həyata
keçirilmişdir. Belə ki, 2013-cü il
fəaliyyətimizi 2012-ci il dekabr ayının
27-də Təhsil
Şurasında müzakirə və
qəbul
edilən
"Fəaliyyət planı" əsasında qurmuşuq.
Bu əsasda
2013-cü il bütünlüklə
tədris
sistemində
fənn
kurrikulumları vəzifələrinin həyata keçirilməsinə sərf
edilmişdir. İl ərzində diqqəti
təhsil
sisteminin maddi-texniki bazasının yüksəldilməsi, tədrisdə ən müasir təlim metodlarının
tətbiqi,
şagird marağını
təmin
etmək
üçün istedadlı
şagirdlərlə işin təşkili, kadr
potensialının bilik
və
bacarığının artırılması,
keçirilən
müsabiqə
və
yarışların keyfiyyətinin artırılması, məktəb-valideyn münasibətlərinin daha keyfiyyətli
qurulması istiqamətində yönəltmişik.
Statistika
2013-cü
tədris
ilində
RTŞ nəzdində 57 ümumtəhsil
məktəbi, o cümlədən 40 tam orta, 13 ümumi orta, 4 ibtidai məktəb və
5 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir.
Ümumtəhsil məktəbləri nəzdində 857 sinif komplekti açılmış və həmin
siniflərdə 14971 nəfər şagirdə
təhsilə cəlb
edilmişdir.
Rayon ərazisində yaşayan
1495 nəfər şagird 88 sinif komplektində
I siniflər
üzrə
tədrisə cəlb
olunmuşdur.
Bildiyimiz
kimi, Azərbaycan Respublikası
Təhsil
Nazirinin 17.07.2013-cü il
tarixli 739 №-li əmri ilə
6 yaşı 15 sentyabr
- 31 dekabr tarixlərində tamam olan uşaqların
vaxtından əvvəl I sinfə qəbulu
qaydaları təsdiq olunmuş, həmin əmrdən irəli gələn vəzifələri icra etmək
üçün bütün
təşkilatı
tədbirlər həyata
keçirilmiş, 197 valideyn
müraciətinə baxılmış, 195 nəfər uşağın
istedadlarının yoxlanılması
təmin
edilmiş və 89 nəfər uşağın 15 və artıq bal toplaması əsas götürülərək onların vaxtından əvvəl I sinfə
qəbulu
həyata
keçirilmişdir.
Şagirdlərin təlimi
ilə
2264 müəllim
məşğul
olmuşdur. 2013-cü ildə 5 məktəbdənkənar
müəssisə, o cümlədən UGİM, Şahmat məktəbi,
TYM, UYM və
ETTM fəaliyyət göstərmiş,
həmin
müəssisələrin 131 qrupunda
1937 nəfər təlimə cəlb
edilmiş, onların təlimi
ilə
96 nəfər dərnək rəhbəri məşğul
olmuşdur.
Həlli vacib olan məsələlər
2013-cü
il ərzində Ulaşlı-Şıxlı
kənd
tam orta məktəbi
üçün 220 yerlik,
Şəkili
kənd
ümumi orta məktəbi üçün 80 yerlik yeni məktəb binaları tikilərək ümummilli
liderin anadan olmasının 90 illiyi ərəfəsində şagirdlərin
istifadəsinə verilmişdir. Hazırda Müskürlü kənd ümumi orta məktəbi üçün 120 yerlik,
Qəvələ Müskürlü
və
Alıkənd
kənd
ibtidai məktəbləri üçün 80 yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir.
Hesabat ilində
məktəblərin inventar
və
avadanlığa tələbatını ödəmək üçün
847 ədəd məktəbli partası, 508 ədəd müəllim stolu, 1793 ədəd müəllim stulu, 612 ədəd kitab şkafı, 508 ədəd yazı lövhəsi,149 ədəd paltar şkafı, 68 ədəd kreslo alınaraq bölgü əsasında məktəblərə
paylanmışdır.
Şagirdlərin dərsliyə olan tələbatını ödəmək üçün 112 adda
45501 nüsxə,
o cümlədən 44148 nüsxə
Azərbaycan
bölməsi
üçün, 1353 nüsxə rus bölməsi üçün
dərslik
və
dərs
vəsaiti
gətirilərək bölgü
əsasında şagirdlərin
istifadəsinə verilmişdir.
Yola salınan
ildə
müəllim
hazırlığına böyük
diqqət
yetirilmiş, VI siniflərdə fənn kurrikulumlarının tətbiqi ilə
əlaqədar 752 nəfər müəllim
müvafiq treninqlərdən keçirilmişdir.
(ardı
gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalətt.-2014.-6
fevral.-S.7.