ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

(Mövzu əsasında XXVI yazı)

 (əvvəli ötən saylarımızda)

Uğurların göstəricisi

Fənn olimpiadalarının təşkili diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Belə ki, 2013-cü ildə fənn olimpiadalarının I rayon turunda 867 nəfər şagird qüvvəsini sınamış, 138 nəfər şagird II rayon turu müsabiqəsinə buraxılmışdır. II rayon turu qalibi olan 12 nəfər şagird respublika turunda iştirak etmiş, şəhər 3 ¹-li tam orta məktəbin X sinif şagirdi Hacıyeva Əminə Qiyas qızı Azərbaycan tarixi fənni üzrə I yeri, şəhər 1 ¹-li tam orta məktəbin IX sinif şagirdi İsmayılova Aytən Yaşar qızı biologiya fənni üzrə fəxri IV yeri tutmuşlar. 08.12.2013-cü il tarixdə fənn olimpiadasının 2013-2014-cü dərs ili üzrə I rayon turu keyfiyyətlə təşkil edilmişdir.

İlin ən yaxşı məktəbi müsabiqəsində uğurla iştirak edən şəhər 3 ¹-li tam orta məktəb "İlin ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmışdır. Həmin məktəbin informatika əllimi Fazilova İlahə Rəfail qızı isə "İlin ən yaxşı əllimi" müsabiqəsinin qalibi olmuşdur.

Yola salınan ildə əsas diqqəti buraxılış sinifi şagirdlərinin imtahanlara hazırlaşması istiqamətinə yönəltmişik. İl ərzində 3 dəfə daxili sınaq imtahanları təşkil edilmişdir. 2013-cü ilə XI sinfi 1222 - o cümlədən 2013-cü il məzunlarından 1096 nəfər, əvvəlki il məzunlarından 124 nəfər, eksternat qaydası ilə 2 nəfər, IX sinfi isə 1522 nəfər bitirmişdir.

2013-cü il ildə rayon üzrə 878 nəfər, o cümlədən 2014-cü il məzunlarından 588 nəfər XI sinif bazasından ali və orta ixtisas məktəblərində oxumaq üçün sənəd vermiş, onlardan 342 nəfəri, o cümlədən 2013-cü il məzunlarından 287 nəfəri ali məktəblərə, 101 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Abituriyentlərdən 19 nəfəri 600 baldan yuxarı, 64 nəfəri 500 baldan yuxarı nəticə göstərmiş, ən yüksək nəticə göstərən 3 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür.

Yola salınan ildə diqqətdə olan məsələlərdən biri də qış mövsümünə hazırlığın uğurlu təşkili olmuşdur. Mövsümə hazırlıq uğurla təşkil edilmiş, normal istilik şəraitinin yaradılması təmin edilmiş, bu sahədə meydana çıxan problemlər vaxtında öyrənilərək, həlli istiqamətində işlər həyata keçirilmişdir. Hazırkı qış mövsümünü normal keçirmək üçün 2000 kub metr odun tədarük edilərək təhsil əssisələrinə bölgü əsasında verilmişdir.

Əvvəlki illərlə müqayisədə keçirilən müsabiqə və yarışların keyfiyyəti və kütləviliyi təmin edilmişdir. "Cəsurlar", "Şahin" hərbi idman və turizm oyunları, məktəblilər arasında futbol və voleybol idman növləri üzrə rayon birincilikləri daha keyfiyyətlə təşkil edilmişdir. Həmçinin məktəbdənkənar təhsil əssisələri bir sıra respublika əhəmiyyətli müsabiqələrdə uğurlu nəticələr göstərmişdir.

 

Məqsəd aydınlığı

 

2013-cü ildə şagirdlərin elmi-dünya görüşlərini artırmaq, cəmiyyətə yad olan elementlərdən qorumaq məqsədi ilə əlaqədar orqanların iştirakı ilə "Narkotika - ölüm", "Terrorçuluğa qarşı mübarizə hamının işi olmalıdır", "İnsan alveri və uşaq əməyində istifadə ən ağır cinayətdir" mövzularında görüşlər, söhbətlər və dərslər təşkil edilmişdir.

2013-cü ildə dövlə büdcəsində çalışan işçilərin işləmək üçün yaş həddinin əyyənləşdirilməsi haqqında Qanun əsasən ƏM-də edilmiş dəyişikliyin tələblərinə ciddi riayət edilməsi nəzarətdə saxlanılmış, 26 nəfər təhsil işçisi işləmək üçün yaş həddini keçdiyi üçün ƏM-nin 70-ci maddəsinin e bəndi ilə işdən azad edilmişdir.

2013-cü il RTŞ-nin fəaliyyət planında nəzərdə tutulan tədbirlər əsasən icra edilmiş, Təhsil Şurasının 7 iclası keçirilmiş, müzakirəyə 45 məsələ çıxarılmış, hərtərəfli müzakirələr aparılmış, verilmiş qərarların icra vəziyyəti ciddi nəzarətdə saxlanılmışdır.

2013-cü il "Fəaliyyət planında" nəzərdə tutulmuş vəzifələr əsasən icra edilmiş, icrası obyektiv səbəbdən həyata keçirilməyən vəzifələr əyyən edilərək 2014-cü ilin fəaliyyəti planına daxil edilməsi həyata keçirilmişdir.

Hazırda 2014-cü il üçün fəaliyyətin planlaşdırılması istiqamətində işlər başa çatdırılmışdır. 2015-cü dərs ili bütünlüklə təhsil islahatının VII ili vəzifələrinin həyata keçirilməsinə yönəldiləcəkdir. Bu sahədə təhsil əssisələri işçilərinin üzərinə böyük vəzifələr düşür və həmin ilin vəzifələrini Azərbaycan əllimlərinin XIV qurultayında qarşıya qoyulan vəzifələrin həlli üçün bütün qüvvələri səfərbər etməklə çalışacağıq ki, yeni 2014-cü ildə qarşıya qoyulan bütün vəzifələrin icrasını təmin edək.g

Məzahir ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2014.-7 fevral.-S.7.