BİR
KÖÇKÜN İNSANIN VƏTƏN HƏSRƏTİ
Bir köçkün insanın vətən həsrəti,
Daha hüdudsuzdur biçimə gəlmir.
Dağ yarır, daş kəsir, dərdi, möhnəti,
Solğun baxışları yurd, vətən deyir.
Vətən Qarabağım, yurd Qarabağım,
Sənin torpağında daşına qurban.
Dağılan el-obam, sönən ocağım,
Didir ürəyimi bu qəm,
bu hicran.
Bir zaman keçdiyi o yollar üçün,
Darıxır ürəyi,
darıxır yaman.
Anasız
uşağ tək ağlayan köçkün,
O solğun bənizin gülər nə
zaman?
Bir köçkün insanın
fəryadı,
Allah,
Yenə dalğa-dalğa dirənib göyə.
Açılmır üzünə
bir nurlu sabah,
Sızlayır ürəyi
"yurd" deyə-deyə.
Bir köçkün insanın
övladı itkin,
Elə viran qalmış obası kimi.
Sağalmaz dərdinə fikir söyləyin -
Qarabağ hamıya vətən
deyilmi?
Bir köçkün insanın
qəlbi
üşüyür,
Daim qış
olubdur bəxti, taleyi.
Axan göz yaşları üzünü yüyür,
Titrədir səmanı onun gileyi.
Bir köçkün insanın
əbədi eşqi,
Qarabağ deyilmi, Şuşa deyilmi?
Doğma
ana yurdun bəxtsiz
aşiqi,
Həsrətin əlimdən aldı səbrimi.
Hər zaman ümidlə çırpınan
ürək,
Şirin arzuların qoy gerçək
olsun.
Şuşada, Laçında, qələbə
görək,
Vətənin üstündən duman qovulsun.
Bir köçkün insanın
vətən həsrəti,
Daha hüdudsuzdur
biçimə
gəlmir.
Dağ yarır, daş kəsir,
dərdi,
möhnəti,
Solğun baxışları yurd, vətən deyir.
ÜRƏKDƏN GƏLİR
Bir zəfər nəğməsi keçir qəlbimdən,
Əriyir nisgilim, əriyir qəmim.
Doğma
anam kimi müqəddəs vətən,
Varaqlar üstündə susmaz qələmim.
Yenə öz qəlbimə baş çəkirəm
mən,
Yenə əvvəlki tək
qəmsiz,
kədərsiz.
Daim saf ürəkdən
yurd, vətən
deyən,
Daim bir döyünür ürəklərimiz.
Bötüvlük eşqilə
hər
yeni arzu,
Elə bil, ömrümü
uzadır bir az.
Vicdanlı qəlbimin
duyğusudur bu,
Əlinə qələm al, barı səndə yaz.
Bizim bir uğurlu keçmişimiz var,
Həmişə onunla öyünürük
biz.
Ulu Xətaidən bizə
yadiqar,
Gözümün önündə
dayanan Təbriz.
Eşqimiz uludur o dağlar
qədər,
Çünki Koroğludan, Babəkdən gəlir.
Üzümə açılan uğurlu
səhər,
Məndən vətən sözü
ürəkdən gəlir.
Hər gün qapısını döydüyüm ümid,
Zəfər müjdəsiylə açılacaqdır.
Əsgər hünəriylə Şuşa, Laçına,
Üçrəngli bayrağım sancılacaqdır.
BİRLƏŞƏCƏK AZƏRBAYCAN
Od oğluyam zaman-zaman alovlara bələnmişəm.
Bəyaz-bəyaz varaqlara misra-misra ələnmişəm,
Mən şərəfli tariximin yaddaşından od əmişəm,
Köklə sazı bir "Cəngi"çal,
"Cəngi"
keçir ürəyimdən.
"Cəngi"
üstə
nərə çəkib,
keçmişimə
qayıdım mən.
Bu alınmaz daş Qalalar babalardan əmanəti,
Dilə düşən
bir dastandır Koroğlular cəsarəti.
Ürəyimə doğma olan Ulu Türkün məmləkəti,
Xətainin torpağında
göz açmışam
bu dünyaya.
Saf ürəkdən bağlıyam
mən
həm
o taya, həm bu taya.
Mənim sevgim Məşəl kimi isindirər ürəkləri,
Vətən deyib ayaqlara qaldıracaq Babəkləri.
Türk
qardaşım birliyimiz
oyar düşmən bəbəkləri,
Borçalıdan, Həmədana Dərbəndən də, İnəvana.
Bir yumruq tək
birləşərək nur saçılar bu məkana.
Zaman-zaman
sınaqlara hədəf oldun ana vətən,
Neçə yerə
parçalanıb neçə yerə
bölündün sən?
Xəritəyə baxanda mən bir ah qopur ürəyimdən,
Hanı mənim
bəs
Şah Babam oyanaydı məzarından.
Ərdəbilə getmək
üçün yapışaydım
qollarından.
Qılıncınla qırardı o,
zalım farsın dirəklərin,
Yox edərdi məmləkətdən
fitnələrin, kələklərin.
O "Gülüstan" sövdasından
həsrət çəkən ürəklərin,
Arzusuna qovuşdurub
silinərdi
dərd
əbədi.
Qərq olardı
ehtişama Ulu Türkün məmləkəti.
Məmləkətin gözü Təbriz, sən şərəfli tariximsən,
Keçmişinlə qürurlanıb coşub-daşır
vətən deyən.
Səttarxan tək
oğulları sinən üstə
bəsləginən,
Birləşməyin ümidini itirmiyək biz heç zaman.
Mən ürəkdən inanıram
birləşəcək Azərbaycan.
MƏMMƏD ARAZ FƏRYADI, XƏLİL RZA HARAYI
(Xalq şairi Məmməd Arazın
və Xalq şairi Xəlil Rza Ulutürkün
əziz xatirəsinə həsr
edirəm)
Ürəklərdə yurd salıb Ulu Təbriz
hicranı,
Bu yurdun sayagəlməz igidləri bəs
hanı?
Söylə, titrətmədimi yer ilə
asimanı,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı?!
Yenə "yurd" deyə-deyə ömrümüz ötür
belə,
Necə dözsün bəs ürək
bu qəmə, bu nisgilə?
Dağı gətirdi
dilə,
daşı gətirdi dilə,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Yüz yerə
parçalandı Ulu Türkün diyarı,
Oydu gözlərimizi bütövlük intizarı.
Unudan deyilik biz, yadımızdadır
barı,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Ürəklərdən süzülür misra-misra
söz kimi,
İnsan heç unudarmı bu həsrəti, bu qəmi?
Sərhədlər tanımayan
süzülən
ox deyilmi.
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı?
İçindəki möhnətlə hey dərdləşə-dərdləşə,
Şeirlə üsyan etdi iki şair həmişə.
Dirəndi dalğa-dalğa həm Aya, həm
Günəşə,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Yad ayaqlar altında mürküliyən
torpağım,
Bu dərdə son qoymağa gərək
ayağa qalxım.
And olsun vicdanıma, susmaz dilim, dodağım,
Yandırır qəlbim
kimi vətənimin
o tayı,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Vətənimin, xalqımın kədəri var, qəmi
var,
Başımızın üstünü kəsər qara buludlar.
Göyün bağrını oyan
güllə
olar, ox olar,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Dərbənddən Zəncanacan
Odlar yurdumdur mənim,
Ürəyim tək
göynəyən ey müqəddəs
vətənim.
Səni bu hala salan
yadlara olsun qənim,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.....
Xəyalım
gah Təbrizdən,
gah Qarabağdan keçir,
Gah bir addımlığımdan, gah
da uzaqdan keçir.
Nə daş bilir, nə
qaya, qıy vurub dağdan keçir,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Göz açandan möhnətdə görmüşəm bu vətəni,
"Gülüstan"dan bu yana qüssə yeni, qəm
yeni.
Fəqət dağ çayları tək
hər
an kükrədir məni,
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Ömrümüz ötür belə, uğur qazanmırıq
biz,
Heç gülərmi
üzümüz Laçınsız,
Kəlbəcərsiz?
Yenə də
əvvəlki tək
hey göynəyir
qəlbimiz-
Daşdan daşa çırpınan
aşıb-daşan dağ
çayı.
Məmməd Araz fəryadı,
Xəlil
Rza harayı.
Təbrizin həsrətindən yanır sinəmdə
ürək,
Ürəyimdən keçəni
bir-bir söyləyim gərək.
Çaxan şimşəklər kimi, püskürən vulkanlar tək,
Məmməd Araz fəryadı, Xəlil Rza harayı.
Mən bu ana yurdumu bütöv görmək istərəm,
Bəzən varaqlar üstə xəyala dalır qələm.
Sızlayan ürəyimə hər zaman olur məlhəm ,
Məmməd Araz fəryadı, Xəlil Rza harayı.
Yenə "yurd" deyə-deyə ömrümüz ötür belə,
Necə dözsün bəs ürək bu qəmə, bu nisgilə?
Dağı gətirdi dilə, daşı gətirdi dilə,
Məmməd Araz
fəryadı, Xəlil Rza
harayı...
İLTİMAS SƏMİMİ
Ədalət.-2014.-7
fevral.-S.7.