ƏDƏBİ-TARİXİ PROSESLƏRDƏKİ UCALIQ
Salatın Əhmədovanın
fikirlərinin
işığı
Gəlin etiraf edək ki, Azərbaycan adlı məmləkətin həyatının, tarixinin elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyev cənablarının xidmətləri hiss olunmasın, görünməsin. Yəni istər sovet dönəmində, istər müstəqillik illərimizdə ölkəni idarə edən, onu yönəldən və onun həyatını yaxşı mənada yenidən dəyişən Ulu Öndərimiz özünün bütün fəaliyyəti ilə Azərbaycanı bir memar, bir rəsam, bir arxitektor, bir sənətşünas, bir ədəbiyyat-söz adamı, bir alim və bütövlükdə bir dahi şəxsiyyət kimi ölkəmizi dünya dövlətləri sırasına çıxara bildi. Özü də bu təqdimat sözün bütün mənalarında onun şah əsərinin təqdimatı oldu.
Bu böyük xidmətin ayrı-ayrı
sahələrinin Azərbaycanın və eləcə də yaxın-uzaq ellərin siyasətçiləri, araşdırmaçıları,
həmçinin ədəbiyyat adamları zaman-zaman öyrənir, tətbiq edir, onun müxtəlif çalarlarına cəmiyyətə,
oxuculara təqdim edir.
Bax, belə bir təqdimatın müəlliflərindən olan Salatan Əhmədova
özünün
"Heydər Əliyev və ədəbi-tarixi proses" adlı
mükəmməl bir monoqrafiya ortaya qoyub. Öncədən xatırladım
ki, nəfis şəkildə işıq üzü görmüş həmin monoqrafiyanın redaktoru,
AMEA-nın müxbir üzvü, filologiya elmələri doktoru, professor Teymur Kərimli,
rəyçisi
isə
dövlət
mükafatı laureatı,
filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.
Salatın xanımın bu mükəmməl monoqrafiyası dörd fəsildən, giriş və nəticədən ibarətdir. Monoqrafiyada elmi
baxımdan aparılan
araşdırma elə ardıcıllıqla işlənibdir ki, burada həm zaman öz yerini
tutur, həm də araşdırılan mövzu
kifayət
qədər günümüzə
uyğun bir şəkildə, zamanın tələbləri səviyyəsində öyrənilibdir.
İstənilən oxucu üçün
bu monoqrafiyada Ulu Öndərimizin ədəbi tarixi proseslərə təsirini,
həmin
ədəbi tarixi proseslərin içərisində olmaqla onu rövnəqləndirməsini
görmək
gün kimi aydın olur. Oxucu monoqrafiyanın hər bölümündə
Ulu Öndərin ədəbiyyatımıza,
tariximizə
və
bütövlükdə
milli-mənəvi dəyərlərimizə
göstərdiyi
xidmətləri aydın bir şəkildə izləyə bilir. Bununla paralel olaraq
oxucu həm də Ulu Öndərin təkcə hakimiyyətdə olduğu
zaman kəsiyində
deyil, özündən əvvəlki və
bugünkü mili-mənəvi dəyərlərin
də
bir-birinə
bağlılığındakı yerini də
açıb götərir. Əgər monoqrafiyanın birinci fəslində söhbət
Heydər
Əliyevin ədəbiyyat tarixmizə,
təmaüllərə, eləcə də yaradıcılıq proseslərinə təsri
və
yeri göstərilibsə, ikinci fəsildə birbaşa Ulu Öndərin
özünün bir lider olaraq özəl irsində
tarixilik və müasirlik,
Füzuli şöhrəti, Cavid taleyindəki yeri şərh
olunub.
Biz bu monoqrafiya ilə
tanış olduqca aydın bir şəkildə görürük ki, müəllif
əsər üzərində işləyərkən mükəmməl mənbələr
toplaya bilib. Yəni
Salatın xanım hər
bir fəsilin hər bir bölümü üçün əlinin altında olan çoxsaylı bilgiləri
bir-bir süzgəcdən keçirib
və
onların üzərində özünün yeni bir fikir piramidasını
qurubdu. Nəticədə də
Azərbaycanın
dünya arenasında mükəmməl yeri və
nüfuzu olan böyük oğlunun ədəbi proseslərə təsirini
açıqlaya bilibdi.
Təkcə onu demək
kifayətdir
ki, bu monoqrafiyada
xalq şairlərimiz, Məmməd Araz, Bəxtiyar
Vahabzadə,
Xəlil
Rza, hətta onların
müasiri olmuş və
sovet dönəmində həmin
o böyük fəxri adı qazanmış Süleyman Rüstəmin timsalında Heydər Əliyev cənablarının ədəbiyyatımıza nüfuzunu
oxuculara oxunaqlı bir dildə
çatdırıbdı. Gətirilmiş iqtibaslar, yəni Məmməd Arazın,
Bəxtiyar
Vahabzadənin,
Xəlil
Rzanın, eləcə də digərlərinin ayrı-ayrı əsərlərinin timsalında Ulu Öndərimizin Azərbaycan ədəbiyyatına nə
qədər dərindən bələd olduğunu bir daha göstərir.
Salatın Əhmədovanın barəsində söz açdığım
"Heydər
Əliyev və ədəbi-tarixi proses"
monoqrafiyası Ulu Öndərimizin
90 illiyinə
ithaf olunub. Mən
monoqrafiya barəsində fikirlərimizi
yazmağa başlayanda
özüm bilərəkdən
müəllifin
filologiya üzrə fəlsəfə doktoru olduğunu oxuculara bildirmədim.
Amma artıq kifayət
qədər tanış olduğum bu monoqrafiya haqqında təəssüratımı sizinlə
bölüşərkən Salatın Əhmədovanın halal titulunu ona görə xatırlatdım ki, oxucu müəllifin həm kifayət
qədər geniş auditoriyası, həm
də
samballı fikirlər söyləmək haqqına malik olduğunu bilsin. Və
bir də oxucunun Ulu Öndərimiz barəsində öz yaradıcılıq,
peşəkarlıq
imkanlarını ortaya
qoyan müəllifin səmimiyyətinə şübhə
yeri qalmasın. Çünki onun ən böyük istəyi Ulu Öndərimizin xidmətlərinin bir zərrəsini işıqlandırmaq olub.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-7
fevral.-S.5.