Yaşadıqlarımız “Nar çiçəkləri” ilə qayıdır

Kamal Abdullanın oxucunu məngənədən çıxardan başqa həqiqətləri

 İsti yay günü heysiz bir axşam...

Bu uzaq yolun bağrını dəlib

Mən ha çağırsam, mən ha bağırsam,

Heç kim inanmazbu odu gəlib

 

Kim xatırlayar, nədən başladıq

Bu ömür ki var - əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitirxəzəli hanı?

 

Sənin özünün Allahın varmış,

Sənin gözünün içində imiş.

Sənin Allahın daha cavanmış,

Sənin Allahın daha gözəlmiş.

 

Alın yazısı hədər yazılmır,

Qayıdacaqdıntaleyin budur.

Sənin üzündə kədər yazılıb,

Gözün doludur, qəlbin doludur...

 

Yayda qar deyib üzümə baxma,

Mən köməyimə kimi səsləym?

Allah var deyib üzümə baxma,

Gücüm qalmayıb sənə "hədeyim

 

Kitabdakı birinci şeirdi. "Alın yazısı hədər yazılmır”. Kamal Abdulla yazıb, amma bizimdi. Şeirlərini "Nar çiçəkləri”nə çevirərək, hamıya sovqat göndərib. Hər çiçəyində həyat var. Dünənki həyat. Sənin həyatın, mənim, onun, bizim həyatımız sətirlərə dönüb özümüzə qayıdıb. Yaşadıqlarımızdı. İtirmişdik. "Nar çiçəkləriilə yenidən qazandıq.

Şeirlər adamı yaşatmaqdan daha çox adama yaşadırlar. Adam şeir oxuyanda keçirdiyi hissləri heç vaxt dəqiqliyi ilə ifadə edə bilməz. Bircə onu deyə bilirsən ki, durulursan.

 

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Yollar şahə qalxıb göyə dirəndi.

 

Yolumuz hansımızda dirənməyib axı?.. Düşünürdük, yolumuz göyə qalxırsa, sonsuzluğa gedir, əbədiyyətə qovuşur. "Hər şey təzədənşeirində isə yeni həqiqət tapırıq: yolumuz göyə dirənib. Geri dönməli, yenidən başlamalıyıq. Sonuncu bəndində yazıldığı kimi:

 

Hələ nələri də itirəcəyik,

Bu dərs olmayacaq yenə də bizə,

İtmişə əvəz də gətirəcəyik

Yenə çiyin-çiynə, yenə diz-dizə...

Hər şey təzədən?...

Hər şey təzədən!...

 

Kitab ən mübarək hadisədi. Kamal Abdulla müxtəlif illərdə yazdığı şeirlərini və 4 kiçik poemasını Əliş Mirzallının redaktorluğu ilə "Mütərcimnəşriyyatına təqdim eməklə oxucularına bu mübarək hadisəni yaşadıb.

Başqa həqiqətlərdən xəbər tutanda özünün formalaşdırdığı həqiqətlərin məngənəsindən çıxırsan, dünyaya bir bucaqdan, lap olsun iki, uzağı üç bucaqdan yox, 10 bucaqdan, 100 bucaqdan baxırsan.

Azmı olub, yağış altında gəzmişik, islandığımızı hiss etməmişik. Hiss etmirsənsə islanmamısan demək. İslanmamısansa, yağış yerə yağmayıb demək. Bu necə olur? Cavab var. "Nar çiçəyi”ni əlinə götür, oxuyacaqsan:

 

"Üzüaşağı yağmaz yağışlar

Yağışlar yağar üzüyuxarı

Yağışlar yağar dərgaha sarı,

Yağışlar yağar Allaha sarı,

Üzüaşağı yağmaz yağışlar.

 

Günahkar dünya alqışa həsrət,

Bir mərhəmətli baxışa həsrət,

İşığa həsrət, yağışa həsrət,

Yağşılar yağar üzüyuxarı.

 

Yavaşdan axar göz yaşlarımız,

Yağışla axar göz yaşlarımız,

Üzüyuxarı göz yaşlarımız,

Yağışlar yağar dərgaha sarı.

 

Gülər yuxuda körpəliyimiz,

Yağışla göyə iməklərik biz.

Tövbə edərik, dil açarıq biz,

Yağışlar yağar Allaha sarı.

 

Gözünü yum, , yaxşı-yaxşı bax,

Min ildi gəlmir yağışdan soraq.

Üzüyuxarı, bəlkə də, vallah

Üzüaşağı yağmaz yağışlar.

 

Sizə dəqiq deyirəm: "Nar çiçəkləri”nin poemalarını oxuyanda oradakı obrazlara qoşulacaqsız.

"Kitabi-Dədə Qorqud”dan Sirriçindən nəğmələr”. Kiçik poemalar bu bölmədə təqdim olunur. Sirrin içinə düşürsən. Sirri öyrənmək marağı səni bürüyür, olursan yeni obraz. Görürüsən, eşidirsən ki, "Dədə Qorqud: "Mənlik deyil”” deyir, "Ümid qaldı sabaha” - ondan da xəbərin olur, "Dədə Qorqud: Mən nə edim?!”” sualı verir, cavaba tələsmə. Hələ "Vəkilin xatunu: "Dilim, dilim, vay dilim...” fəryadı qoparacaq.

İnan, inan ki, şeirləri və poemaları beyninin nöqtələrinə toxundura-toxundura oxusan ruhunu vəcdə gətirəcək musiqi eşidəcəksən.

Səni axtaran həqiqəti ondan əvvəl "Nar çiçəkləriarasında özün tapacaqsan. Və oxuyacaqsan: "Mən elə sizəm

 

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz,

Mən elə sizəm, siz.

Bir az da yaxşı baxsanız,

Görərsiniz məni üzünüzdə,

gözünüzdə.

Bir az da yaxşı sevsəniz

dönərsiniz mənə

özünüz də.

Mən elə sizəm, siz.

Başqa ürəyimlə, başqa qayğımla,

Başqa nəfəsimlə, başqa ağlımla

Mən elə sizəm.

Ağacların arasında durmuşdum

Siz yanımdan keçəndə.

Bəlkə ağaca oxşatdınız məni,

Bəlkə elə siz özünüz

ağacsınız-

yeriyən ağac?

Bəlkə elə biz hamımız

Torpaqdan dikilən ağaclarıq,

əl edirik yarpaq yarpaq.

Bəlkə elə siz də, mən də

Heç bir ağac deyilik

bir parça göyük,

bir ovuc torpaq.

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz

Mən elə sizəm, siz.

 

İnsan həyatdan qiymətlidi. Özümüzü həyata qurban verməyək. Hələ nar çiçəkləri açılırsa, hələ bu çiçəklərdən səpilən şeirlər ruhumuzu dincəldirsə, həyat elə özümüzük. Özümüzlə savaşmayaq. Özümüzü özümüzə qurban verməyək. Kitabımızı oxuyaq, kitabımıza oxunaq.

Ceyhun Musaoğlu

Ədalət.-2014.-8 fevral.-S.4.