ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

VALERİ MARÇENKOnun KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİ - 4

 ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" - "UKRAİNSKİY İ AZERBAYDJANSKİY".

Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə, daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami s azerbaydjanskoqo. Avtor emko i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu ukrainüa Valeriə Marçenko.

Vladimir Krilovski

Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.

...Leninqraddakı həbsxanada 55 gün ərzində Marçenko acılar içində qıvrılır, sonra həyata əlvida deyir. Dövlət ona "ən böyük yaxşılığın" eləyir: onu atası basdırılan məzarlıqda, Kiyevin yaxınlığında olan Qatnom kənd məzarlığında torpağa tapşırırlar.

Çox qısa bir ömür yaşayan, daha doğrusu öldüyü yaşı nəzərə alsaq, çox böyük insanların və yaradıcıların öldüyü bir yaşda vəfat edən Valeri Marçenkonun yaradıcılığı və yaşam hekayəti beləcə son çatır, desək yanlış düşünmüş olarıq. Bu qısa ömür sahibi hələ çox-çox illər sonra da anılacaq, çünki onun hər bir yazısı dövrün hakim və siyasi ortamının sifətində şillə kimi səslənirdi.

Ukrayna Valeri Marçenkonun şəxsində əvəzsiz bir şərqşünas və Azərbaycanı candan sevən bir ziyalı dost qazanmışdı. Təəssüflər olsun ki, öz böyük istedadını həbsxanalar küncündə keçirdiyi yazılara həsr etməklə təskinlik tapdı. Və bu da tarixdə əvəzi olmayan gözəl şərqşünasın məhv olmasına gətirib çıxardı.

"Bir alim və yazar olaraq Valeri Marçenko Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun bir simvolu kimi qalmaqdadı. Bizim də borcumuzdur ki, unudulmaz insanın şəxsiyyəti və yaradıcılığının yaddan çıxmaması və nəsildən-nəsilə keçməsi üçün onu xatırlayaq və onun həyat yolunu gənclərimizə tövsiyə edək. O həqiqətən səmimiyyət, comərdlik, əzm və sədaqət simvoludur".

***

..Şayət, bu yazını dördüncü hesab etsək, bununla da öz işimizi nisbətən bitmiş hesab edə bilərdik. (Amma belə olmadı). Belə ki, oxucu kütləsini də nəzərə alıb ayrı bir ölkənin mübariz vətəndaşı, dissidenti və alimi haqqında bir neçə yazı vermək təbii ki, bir az etiraz doğura bilər. Amma Valeri Marçenko haqqında yazıya davam edərkən, içimin necə rahatladığını sizə izah etmək çox çətindi. Bu acıdan mən hər zaman böyük bir təəssüf içində yaşamışam: nədən, axı nədən, o böyük fırsatlar əldən qaçıb, - deyə. Heç şübhəsiz, elə bir imkan olub ki, Valeri ilə şəkil çəkdirmək kimi bir an da ələ düşüb və mən özündən çox razı birisi olaraq, bunu eləməmişəm, amma baxmışam ki, hətta özü böyük bir qələm sahibi olan insanlar kiminsə qoltuğuna girib şəkil çəkdirib, bunu da reklam eləməyi özünə rəva bilib. Mənim əlimə çox böyük fırsatlar keçib dediyim kimi, indi bunun altını çəkirəm və Valeri ilə olan imkan da, bax o sıradandı. Bir həqiqət də var: mən özüm də o zamanlar buna çox böyük bir olay kimi baxmamışam və ya açığını deyim ki, bəlkə də başım da az çıxıb gedişatdan. Bu da var. Sadəcə lovğalanmaq gərək deyil. Ona görə də başqa bir yazını da oxuculara təqdim etməklə bunu rica edərdim: Azərbaycan Yazarlar Birliyi Valeri Marçenkonun xatirəsini yad etmək üçün kiçik bir addım olsa da atsın və bunu sayın Abbas bəy Abdulla Nacaloğluya həvalə etsin.

İNDİ İSƏ VALERİ MARÇENKO HAQQINDA BÖYÜK BİR KİTAB YAZAN VLADİMİR KRILOVSKİNİN ƏSƏRİNDƏN BƏZİ KƏSİKLƏRİ OXUCULARA ÇADIRIRAM.

 

***

Vladimir Krılovski. Valeriy Marçenko. Bir qəsdin xronikası.

(Nə vaxtsa yazılacaq kitabdan notlar)

VLADİMİR KRILOVSKİ KİMDİ:

Vladimir Krılovski 60-cılar nəslinə məxsus yaradıcılardandır. Rejissor və sənədli filmlər ssenari müəllifi; "Memorial" Cəmiyyətinin üzvü (üzvlük biletinə Saxarov imza atmışdır) durğunluq illərində Azad Jurnalistlər Həmkarlar İttifaqının üzvü, 1989-1990 illərdə Moskva şəhərindəki Taqanka rayonu azad seçicilər klubunun həmsədri, SSRİ Ali Sovetin seçkilər zamanı müşahidə komitəsinin insan hüququları təşkilatı, Ümumittifaq şaxtaçıların etiraz mitinqlərində birləşdirici təşkilatın üzvü.

1992-ci ildən sonra Amerikada yaşayır. Jurnalistika ilə məşğuldur. Amerikanın bir çox şəhərlərində çıxan rus dilli qəzetlərdə insan huqüqları haqqında yazılar yazır. 2002-ci ildə Çeçen müharibəsi haqqında Ukraynada çıxan "Saat" qəzetində "Yalanın texnologiyası" yazısı ilə diqqəti çəkib. Daha sonra Ukraynada həftəlik yazılar yazan jurnalistlər arasında ən yaxşı müəllif sayılıb.

"İTK-nın rəisi mayor Pimenov N.V-ya

...Hörmətli rəis yoldaş!

Bu ilin iyul ayının 22-də mən sizin adınıza bir bonderol göndərmişəm ki, onun içində lazarette yerləşən oğlum Marçenko Valeri üçün dərmanlar vardı. Bu günə qədər mən həmin dərmanların oğluma çatıb-çatmaması haqqında heç bir məlumat almamışım.

Mən ona görə çox narahatam ki, həmin dərmanlar ona çox vacib lazımdı, bunu gecikdirmək olmaz. Nevroloji həkimlərin bildirdiklərinə görə Valeri təcili müalicə almalıdı. Belə olmasa, o daha qorxulu xəstəliklə - qipoizostenurieylə üzləşə bilər və mənim göndərdiyim dərmanlar arasında bu da nəzərə tutulub. (Valerinin anası N.M. Smujanitsa... (1974-cü ilin avqustun əvvəlləri).

VALERİNİN ANASINA DEYİRLƏR:

"Oğlunuzu xilas etmək üçün bu sizin axırıncı şansınızdır! Başqa yaxşı heç nə gözləməyin və olmayacaq".

Və Valeri ilə növbəti görüşdə ana ürəyi dözmür: "Valera! - deyir. Tövbə yaz. Görürsən ki, hamı yalan danışır, sən də danış".

O anasına heyrətlə baxır!

Və çox əsəbi anasından uzaqlaşır. Ancaq həmin günlərdə yatdığı kameradan anasına yazdığı məktubda aşağıdakılar yer alır: "...mən istəmirəm ki, o insanlardan olum ki, əzablara dözməyib öz məqsədindən və əxlaqından əl çəkir və bunu da bəhanə eləyir ki, yaxşı mən tək deyiləm ki... Mən heç kəsi dinləmək borcunda deyiləm, mən istəmirəm ki, ana uşağı olum və yaşamaq üçün gəlib onun tumanının altında gizlənim".

O istəmirdi ki, onun anası (Valeri otuz yaşı olmasına baxmayaraq mənən hələ o zaman da son dərəcə anasına bağlı bir gənc olub) kədər dolu gözlərlə, daha doğrusu it gözlərinin həsrəti ilə xəstə olan oğlunun gözlərinin içinə baxsın və bu nə gündü biz yaşayırıq deyib, sızlasın və başını bulasın".

"Anacığım, mən inanmıram ki, sən mənə bu həyatı arzulayırsan. Və istəmirəm ki,sən düşünəsən: oğlum necə çəkir bunları?"

Kiyevdə onu 6 ay saxlayırlar. Ardından yenə də onu lagerə aparırlar. Anası düşünür ki, Valeriyə təklif olunan KQB ilə əməkdlaşlıq məsələsinə rədd cavab verilməsi onun axırı demək idi. Və onlar onu heç zaman bağışlamayacaqlar. "...Türməyə qayıtdığımdan bir neçə gün sonra mənə məlum oldu ki, mən bura əbədilik düşmüşəm. Bu sürgün uzun...g uzun...g çox uzun çəkəcək. Bu sürgün həyatında mən ayda 75 manat maaşa bir gül yetişdirilən sahədə qarovulçu düzəldim. Bu işi tapana qədər mən 20 yerə müraciət etmişdim".

... VALERİ MARÇENKO İLƏ PROKURORUN ARASINDA OLAN SORĞU-SUAL SƏNƏDİNDƏN. BURADA ÜMUMİYYƏTLƏ BİR NEÇƏ SƏNƏD ÜZRƏ İŞ APARILIR Kİ, ONA GÖRƏ DƏ MÜRACİƏTDƏ YALNIZ BİR YAZININ ADI ÇƏKİLMİR.

- Sovet dövlətinin əleyhində olan bu yazıları yazmaqla və onları yaymaqla sizin məqsədiniz nədir?

- İnsanlara həqiqəti anlatmaq.

- Siz inanırmısınız bu yazdıqlarınız hamısı həqiqətdi?

- Şübhəsiz.

- Yaxşı, bu sənəd necə olub ki, İTL-dən qırağa çıxıb?

- Demərəm.

- Niyə?

- Ona görə ki, siz həmin adamları o saat türməyə basacaqsınız. Sizə həqiqət lazım deyil. Siz insanları ancaq həbs edə bilirsiniz.

- Marçenko başa düş, necə olardı, hər bir vətəndaş ağlına gələni yazsın və onu da İttifaqdan qıraqlarda yaysın?

- O zaman biz əsl demokratik bir ölkədə yaşamış olardıq. Bu olardı əsl demokratiya..

(DAVAM EDƏCƏK)

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2014.-8 fevral.-S.15.