TƏRƏQQİ YOLLARINDA
OLAN SAMUX
(Əvvəli
ötən sayımızda)
Ölkə
prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi
böyük diqqətin nəticəsidir ki, bu gün respublikamızın demək olar ki, bütün guşələrində uğurlu quruculuq işləri, abadlıq və bununla paralel olaraq yeni sosial-iaşə obyektlərinin
tikintisi,
yolların çəkilişi, qaz,
su təminatının yaxşılaşdırılması sürətlə
aparılır. Azərbaycan insanı həyatının bütün
sahələrində uğurların, tərəqqinin izini
görür.
Bu gün ölkəmizin digər
bölgələri kimi, Samuxda da
məhz
həmin
tələbin və
diqqətin
nəticəsi olan quruculuq işləri
aparılır. Təsadüfi deyil ki, ötən
ilin göstəricilərinə diqqət
yetirəndə məlum
olur ki, 2012-ci illə
müqayisədə 2013-cü ildə
xeyli uğurlara imza atılıb. Yəni görülən
işlər
birmənalı
şəkildə ürək
açıbdı. Məsələn, ümummilli liderəimizin adını daşıyan
Heydər
Əliyev mərkəzi istirahət parkı bütünlüklə yenidən
qurulub. Burada günün tələblərinə cavab verən
orijinal bir mənzərə yaradılıb.
Parkın mərkəzində yerləşən Heydər
Əliyev Mərkəzi də buradakı həmin o abadlığa,
quruculuğa xüsusi
bir yaraşıq veribdi. Ona görə
də
Samux sakinləri bu parka həvəslə gəlir və
burdakı istirahət imkanlarından məmnunluqla yararlanırlar.
Xatırlatmaq yerinə
düşər
ki, bu parkda
həmçinin
tarixdiyarşünaslıq muzey
idə
inşa edilib. İstifadəyə verilmiş bu
muzey samuxlular üçün öz bölgəldərini, özlərinin
doğulduqları torpağın
tarixini, adət-ənənəsini daha mükəmməl
öyrənib
yeni nəsillərə çatdırmaq üçün
real bir vasitədir. Bu muzeyə
gələnlər özlərinin dünənini,
bu gününü ziyarət
edib görüb öyrənirlər.
Samuxda aparılan
tikinti işlərinin içərisində YAP-ın rayon təşkilatının binasının da öz yeri var. çox yüksək keyfiyyətlə və
xüsusi layihə ilə
tikilmiş bu bina da Heydər Əliyevin adını daşıyan
parka əlavə gözəllik
verir. Rayonda aparılan böyük
tikintinin müəyyən hissəsini məktəb, uşaq bağçası
və
digər
obyektlər
təşkil
edir. Bu gün
Samuxda 220 şagird yerlik Seyidlər kənd tam orta məktəbi istifadəyə verilmişdi. İstifadəyə verilən
bu məktəb bütün maddi-texniki avadanlıqlarla təmin olunmuşdur. Həmçinin Zazalı kənd və
Alabaşlı qəsəbə
tam orta məktəblərinin əsaslə təmiri
də
uğurla yekunlaşdırılmış,
həmin
məktəblər də qapılarını şagirlərinin üzünə
açmışdı. Rayonda telekommunikasiya qovşağının
yeni inzibati binasının da tikintisində
böyük işlər görülmüşdü. Görülən bu işlərlə paralel aparılan 360 şagird yerlik Əhməbəyli və
220 şagird yerlik Qarabağlar kənd məktəblərində də
işlər
yekunlaşmaq üzrədir.
Bu gün Samuxda
rayon icra hakimiyyətinin və
aparatının rəhbərliyi altında
aparılan böyük
quruculuq işləri təbii
ki, hər kəsi sevindirir. Bu işlərin sırasında
rayon iqtisadiyyatı üçün
əhəmiyyətli olan yeni istehsal
və
emal müəssisələrinin yaradılması
xüsusilə
təqdirəlayiqdlir. Çünki rayon sakinləri bu sahələrin inkişafı zəminində həm
də
yeni iş yerləri
əldə etmiş olurlar.
Ona görə
də
rayon rəhbərliyi bu məsələyə
xüsusi diqqət yetirməklə müvafiq tədbirlər
planı həyata keçirir. Artıq "Samux Quşculuq" MMC tam
istifadəyə verilib. Rayonun iqtisadiyyatı və əhalinin
məşğulluğu
üçün daha bir mərhələ də "Aqroenerji" kompleksinin tikintisinin sürətlə aparılmasıdır.
Rayonda daha bir neçə iri sənaye
müəssisələrinin də istifadəyə veriləcəyi yaxın zamanlarda gerçəkləşəcəkdi.
Ölkə həyatında hər bir uğur təbii ki, müəyyən əks-səda doğurur. Yəni istənilən bir bölgədə həyat səviyyəsinin yüksəldilməsi digər bölgənin də fəallığını artırmağa, bir növu işgüzar yarışmanı reallaşdırır. Hər kəs öz bölgəsini daha gözəl və abad olması üçün yeni-yeni təkliflər və layihələrlə önə keçməyə çalışır. Bu mənada Samuxda küçə və yolların genişləndirilməsi, yaşıllıq zolaqlarının artırılması, aparılan tikinti işlərindəki milli ornamentlərdən istifadəyə üstünlük verilməsi, xüsusi olaraq yerli tikinti materiallarından yararlanma diqqəti çəkən bir uğurdur. Burda hər kəs rayonun coğrafiyasına, ekologiyasına uyğun bir mənzərənin yaradılması üçün, daha doğrusu, həmin tələblərə söykənən yüksəlişi əldə etmək üçün çalışır. Elə məktəb, uşaq bağçası və digər sosal obyektlərin tikintisində də qeyd etdiyimiz məqamlar nəzərə alınır.
Samux rayonunda da Qarabağ müharibəsinin ağrılarını yaşamış, döyüş səngərlərini keçmiş, şəhid və əlil ailələri də, həçminin qaçqın və köçkünlər də məskunlaşıb. Odur ki, rayon rəhbərliyi, xüsusi olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hər cür yardım göstərməyə çalışır. Artıq rayonda həmin əlil və şəhid ailələri üçün çoxmərtəbəli yaşayış binasının tikintisi üçün müəyyən işlər görülüb. Paralel olaraq rayonda Gənclər Evinin tikintisi üçün müvafiq qərar qəbul olunub.
Bəli,
bu gün inkişaf yolunda olan Samuxda sözün
bütün mənalarında
həyat qaynayır,
adamlar ölkə
prezidentinin diqqət
və
qayğısını yaşadıqları bölgənin timsalında görür və
müşahidə
edirlər. Elə ölkə
başçısının bugünlərdə keçirdiyi
respublika konfransında da
söylədiyi kimi, bu il
Azərbaycanda "Sənaye ili"
elan edilib. Deməli, Samux
kənd təsərrüfatı rayonu
olsa da, burada da iqtisadiyyatın ikinci bir qolu
olan sənaye
sektorunun inkişafı üçün
də müəyyən imkanlar var. Bu imkanlardan
faydalanmaq və
rayonun ümumi həyat səviyyəsini daha
da yüksəltmək samuxluların hər birinin
arzusudur. Zaman bu arzunun gerçəkləşməsi
üçün geniş
meydan verir. Uğurlar olsun!
Ceyhun RÜSTƏMOV
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı ilə
Ədalət.-2014.-11
fevral.-S.7.