QÜRBƏT
DUYĞULARI
Onları Qürbət gözləyirdi. Vətəndən uzaqlarda, Rusiya şəhərlərində səadət axtaran, gün-güzəran ağrılarından, yaşamaq ağırlığından əzab çəkən bu insanları Qürbətdə nələr gözləyirdi? Elə güman edirdilər ki, tezliklə varlanacaq, əlləri pulla oynayacaq və dolu çamadanlarla Vətənə qayıdacaq, gözüyaşlı qoyub gəldikləri qadınlarını, bacı və qardaşlarını, oğul-uşaqlarını sevinclərə qərq edəcəklər. Amma bilmirdilər ki, Qürbətdə onları nələr gözləyir. Hələ anlamırdılar ki, başlarına nə oyunlar açılacaq və sonda..Vətənə ya əliboş, ürəyi boş, mənən sarsılmış, az qala kəfəni yırtmış halda qayıdacaqlar, ya da heç qayıda bilməyəcəklər. Bir güllənin, bir maşın qəzasının, ya da bir şərin, böhtanın qurbanı olacaqlar. Bir sözlə, onların həyatı ağarmağına, açılacağına heç bir ümid yeri qalmayan qaranlıqlara bənzəyəcək.
Vətəndən uzaqda yaşayan azərbaycanlıların taleyi yazıçı Zəka Vilayətoğlunun son illərdə yazdığı "Güllələnmiş qaranlıqlar", "Milena" və "Bağışlayın, cənab" povestlərinin əsas mövzusuna çevrilmişdir. Bu əsərlərdə həmyerlilərimizin Rusiya şəhərlərindəki sərgüzəştləri, dolanmaq arzusundan doğan səyahətləri sücetin şaxələrini təşkil edir. Hadisələrin təsvirindən belə məlum olur ki, söhbət keçən əsrin doxsanıncı illərindən gedir. Məmləkətimizdə hələ iqtisadi durğunluq hökm sürməkdəydi, müstəqillik qazansaq da, ölkədə yoxsulluq, yeni ictimai münasibətlərə dözümsüzlük hökm sürürdü və xarici ölkələrə axın başlanırdı. Yollananlar arasında adi peşə sahibləri ilə yanaşı, ziyalılar da, sənətçilər də vardı. Bu gedişlərə mühacirət adı da vermək olardı. Amma gedənlərin bir qisminin qayıtmağı da oldug
Zəka Vilayətoğlunun adını çəkdiyim bu povestlərində də elə bu Qürbət ağrılarından söz açılır. Onun təsvir etdiyi obrazlar da (onları ədəbi mənada Qəhrəman adlandıra bilmirəm-V.Y.) vaxtilə bizə doğma olan Rusiya şəhərlərinə üz tuturlar. İndi o doğmalıqdan heç nə qalmayıb, çünki millətləri "bir bayraq altıında birləşdirən SSRİ" artıq yoxdur, indi onu Rusiya əvəz edir. Burada isə SSRİ yox, Rusiya qanunları hökm sürür və Rusiya şəhərlərinə dolanmaq, gün-güzəran qurmaq arzusuyla gələnlərin qarşısında müxtəlif maniələr, sədlər çıxır.
Bu-məsələnin bir tərəfi. İkincisi; müəllif hər üç povestdə belə bir ideya irəli sürür ki, Vətəndə yaşamaq, lap kasıbçılıqla da ömür sürmək daha yaxşıdır, nəinki xarakterinə alışmadığın bir başqa ölkədə yaşamaq..Əslində, bu adamları birləşdirən, onların fikir və duyğularını bir araya gətirən meyllər sonda eyni fəlakət və səfilliyə aparıb çıxarır. Amma hərə öz faciəsini yaşayır."Güllələnmiş qaranlıqlar"da Ramiz, Rəsul müəllim, Vahid, Şərif müəllim, Şair, Aşıq, "Milena"da Eynar, "Bağışlayın, cənab"da əhvalatı nəql edən obraz, Şahmar, Fərman, Bəxtiyar, Əşrəf..hər birinin taleyində faciəvi yaşantılar görürük. Qürbətdə çörək qazanmaq, varlı olmaq həvəsi ilə yaşayanların əksəriyyəti maddi və mənəvi sıxıntılara düçar olur, çox keçmədən VƏTƏN adlı böyük və müqəddəs bir duyğunun varlığına inanırlar. Amma gecdir. Çoxu "Vətən" deyə-deyə Qürbətdə çürüyür. Bəzilərinin nəsibi ya bir qəzaya, ya bir gülləyə qurban olmaq, ya da simasını itirməkdir. Qürbətdəki Vətənsizlik onların mənəvi dünyasında dərin şırımlar açır. Məsələ burasındadır ki, bəzən kompakt halında yaşamalarına baxmayaraq, onlar birləşə, bir ideya ətrafında toplana bilmirlər. Dostluqları, vətənçilik hissləri yalnız toylarda ya da yaslarda baş tutur. Bəzən də eyni millətdən olduqlarını unudub bir-birinə qənim kəsilirlər. Bütün bunlar Zəka Vilayətoğlunun povestlərində öz əksini tapır.
Ramiz ("Güllələnmiş qaranlıqlar") Vətəndə ali təhsil aldıqdan sonra işsizlik və pulsuzluq ucundan Rusiyaya üz tutur: "Çoxları kimi Ramizi də, Rusiyaya çəkib gətirən çoxlu pul qazanmaq, yaxşı yaşamaq eşqi olmuşdu. Bu zaman onun cəmisi iyirmi beş yaşı vardı. İnstitutu təzəcə bitirmiş, bir il işsiz gəzib-dolandıqdan sonra baş götürüb Rusiyaya getmişdi..Bir neçə il müxtəlif şəhərlərdə ticarətlə məşğul olub, çox çətinliklərlə üzləşməsinə baxmayaraq, sonda, ağıl və fərasəti sayəsində imkanlı birisinə çevrilmişdi. Bu qədim şəhərin sakit və gözəl yerində yerləşən "Belıy noç" kafesini də bu vaxtlar icarəyə götürmüş, bir il sonra isə kafeni sahibindən bütünlüklə satın almışdı. Bundan əlavə şəhərin mərkəzində eiçik bir şirniyyat dükanı da vardı. Günbəgün varlandıqca, arzuları, istəkləri də baş alıb gedirdi". Buraya onu da əlavə edək ki, Ramizin Anna adlı bir sevgidisi də var və bir yerdə yaşayırlar. Ancaq bu xoşbəxtliyə baxmayaraq gün-gündən bir sıra bədöəxtliklər ortaya çıxır. Ramizin kafesinə müxtəlif adamlar təşrif gətirir və bunların içərisində onu gözü götürməyənlər də tapılır. Özü də kimlər. Mirzə Ələkbər Sabirin "Fəxriyyə" şeirindən o məşhur misra yada düşür: "Öz qövmümüzün başına əngəl-kələfiz biz!". Səlim və Mikayıl qardaşları onu ağır yaralayırlar, hadisə yerinə çatan milislər isə bir çamadan dolları görüb onu güllələyirlər ki, bu pula sahib olsunlar. Sonda: "Ramizin bədənindən qaynayıb axan qan, sanki onun deyil, qaranlıqların qanıydı. ..Qaranlığın fəvvarə vuran al qırmızı qanı fışqırıb göy üzünə millənirdi. Bu al qanla üz-gözünü yumaqda olan dan yeri isə anbaan qızarıb sökülməkdəydi". Bəli, qaranlığın təcəssümü olan Ramiz elə qaranlığın da qurbanına çevrilir. Müəllif sanki belə bir fikir aşılayır ki, Ramiz kimilər üçün həyat hələ qaranlıqdan sıyrılmamış bir gecəlir..Gərək bu qaranlıq işıqla, səhərlə əvəz olunsun ki, həyat onun üzünə gülsün. Amma təəssüf ki, belə bir səhər doğmur.
"Güllələnmiş qaranlıqlar" povestində Rəsul müəllim, Şair, Məmiş, Aşıq obrazları da faciəli həyat tərzini yaşayan, qaranlıqlarda çapalayan insanlardır. Vaxtilə orta məktəbdə dərs deyən Rəsul müəllim indi kabab bişirməklə məşğuldur. Oğlu isə tüfeyli bir həyat keçirir və nəticədə, qan qusub ölür. Rəsul müəllimin özü də kabab bişirərkən dünyasını dəyişir. Sual olunur, o, bura-bu rus şəhərinə niyə gəlib( Yaxud, Şairi bura gətirən hansı qüvvədir? Aşıq, niyə tərki-vətən olub, məgər öz doğma kəndində yaşaya bmilməzdimi? Bu suallara fərdi planda cavab vermək çətindir. Bir halda ki, yol aldın Qürbətə, yoxsulluq burda da səni haqladı, onda bəs hansı qüvvədir səni saxlayan, Vətənsizləşdirən? "Qürbət diyarın bir bucağında Şairin həmin gülüşü, yoxsulluq üzündən qana dönmüş bir ürəyin-şair ürəyinin qanına bələnmişdi. Oturub-durduqca Şair, Vətən, övlad deyə darıxır, kövrəlirdi. İmkanı olduqca, uşaqlarıyla, xanımıyla danışır, arxayınlaşırdı və onlara azdan-çoxdan pul da göndərirdi. Di gəl, bununla Şairin yarası sağalmırdı və bu gedişlə heç sağalana da oxşamırdı". Şair bazarda dəftər-qələm alveriylə məşğul olur, bu xırda ticarət işindən hər gün beş-on manat pul qazanır, vətəndə onu həsrətlə gözləyən balalarının xoş güzəranı üçün tədarük görür. Fikirləşirsən ki, bu işləri o, öz vətənində də həyata keçirə bilərdi. Necə deyərlər, burda onun nə iti azıb? Görünür, bu müəllifə lazımmış ki, görək bir şairi Rusiyaya "aparsam" necə təsir bağışlayar?
Amma hər halda, Şairin də bir çox hallarda gülməli təsir bağışlasa da (arvadına and içmişdi ki, Rusiyaya çörək dalınca gedir, arvadının "rus haxçıxları" dediyi qadınlara uymayacaq, amma vədinə xilaf çıxır, Ramizin təşkil elədiyi bir qadınla xoş gecə keçirir), onun da taleyinə acıyırıq. Yenə də sual doğur; görəsən bu şairin şeirləri kimə lazımdı? Artıq Vətənsizliyə doğru gedən həmyerlilərinə bu şeirlər çoxmu kömək edəcək? O şeirlər Ramiz üçün yazılırdı, onun könlünü ovutmağa lazım idi, Ramiz də öldürüldüg
Zəka Vilayətoğlunun "Güllələnmiş qaranlıqlar" povestində bax, beləcə bir çox suallar cavabsız qalır. Müəllifi bu mənada qınamaq da olar. Amma bir yandan baxanda onun təsvir etdikləri həqiqətdir və indinin özündə də Rusiya şəhərlərində beləcə məqsədli-məqsədsiz (onların məqsədi reallıqda, gerçəklikdə heç bir səmərə vermir və təbii ki, məqsədsizliyə çevrilir) şəkildə ömür sürənlər az deyil.
Povestdə bir neçə erməninin həyatı da təsvir olunur və sözün doğrusu, məlum stereotip təkrar olunduğu üçün bu obrazlar haqda söhbət açmağı lazım bilmirik.
"Milena" povestindəki Eynarın da taleyi faciəylə
sonuclanır. Və bundan əvvəlki povestdə də
Ölüm hadisəsi ilə
üzləşdik.
Görünür, müəllifin
bu obrazları xilas etmək,
onları qaranlıqdan
işığa çıxarmaq
məsələsi düşündürməyib. Daha doğrusu, müəllif elə
obrazları təsvir edir ki, onların
həyatı
mütləq
faciəyə, ölümə
aparıb çıxarır.
"Milena" povestindəki Eynar adi bir
rəssamdır,
daha doğrusu, bu sahədə istedadı var. Hərbi xidmətini
başa çatdırandan
sonra Nicni-Novqoradda yaşayır, burada rəssamlıq
məktəbini bitirir. Və
sonra Milena adlı bir qızla
tanış olur. Onların qarşılıqlı məhəbbəti evliliyə gətirib
çıxarır. Amma bu evlilik qeyri-qanuni olur. Bir qız uşaqları
da dünyaya gədir.
Bəs sonra? Müəllif hadisələri sürətləndirir. Eynarı kəndə çağırırlar, nənəsi ölüm
ayağındadır. O, kəndə qayıdır və burada yaxın qohumlarının təşviqiylə xeyli müddət yaşamalı
olur. Hətta özündən
üç yaş böyük bir qarımış qızla
evlənir.
Və sonda bu izdivc da uğursuzluğa
gətirib
çıxarır. Qız
özü onu tərk
edir və beləliklə Eynar Milena axtarışına
bahlayır (qeyd edək
ki, povestdə bir sıra uyğunsuz görünən
məqamlar
diqqətdən yayınmır; Eynarın kənddən bir qızla evlənməsi məntiqsiz
görünür, rəssam olasan, gözəlliklər
aşini olasan, kişiyə
oxşar qarımış
bir qızla evlənəsən, heç
inandırıcı deyil,
yaxud, küt, hissiyyatsız bir qadın kimi təqdim
edilən
bu arvadın məktub
yazığ-özü də o məktub
çox savadlı yazılıb- evdən getməsi
də
hardasa uyğunsuzluq yaradır, yaxud, Eynarın Milenanı tapmaması da inandırıcı görsənmir, necə
olur ki, qızını Rusiyada qoyub gələsən, xəbərin olmaya
o, harada yaşayır
və
s.
Zəka Vilayətoğlu bu povestini yüyrək, necə
deyərlər, sürəkli
sücet əsasında qurub və
bir hadisə tamamlanmamış,
sona çatmamış
digəri
gəlir. Çalışıb ki, onun təqdim etdiyi hadisələr
oxucu üçün
maraqlı görünsün.
Amma sona doğru "irəlilədikcə" sücetdə
bir "aydınlaşma"
hasil olur. Yenə
də
eyni ideya ilə
qarşılaşırıq: İnsan Vətənsiz
bir heçdir! Milena axtarışına çıxan Eynarı biz
qınamırıq, çünki
onun içində böyük bir məhəbbət yuva salıb, amma o da məlumdur
ki, Vətənsizlik
daha dəhşətlidir
və
Vətənsizin sonu ölümdür:
"Əlləri köksünə
bərk-bərk sıxılmış halda
yerə
çökdü, ağrıdan
iki qatlandı. Diyirlənib suya düşməmək üçün,
sürünüb nisbətən dinc yerə
çıxdı və qıvrılıb inildədi. Aşağıda isə
Oka boyunca üzüb gələn nəhəng gəmi
körpünün altdan
keçib Volqanın geniş sinəsinə
doğru üzürdü.
O, şiddətli
ağrılar içində çabalasa da Milenanı düşünür,
arzu edirdi". Milena və
Vətən! Artıq hər ikisini itirdig "Bağışlayın,
cənab"
povestində
də
Rusiyada yaşayan azərbaycanlıların
taleyi, daha doğrusu, talesizliyi izlənilir
və
biz bu povesti də
eyni ideyanın bədii
təcəssümü sayırıq.
Zəka Vilayətoğlunun "Külqabı", "Skripkaçı", "Armanın ölümü" hekayələri ilə də tanış olduq. Birinci və üçüncü hekayələrdə ermənilərdən söz açılır. Vahanın oğlu Stepan, qonşuları qoca Saqeni qətlə yetirir, Stepanın özünü də sonda "sevgilisi" Lyubanın atası Dima öldürür. Hekayədə erməni xislətinin rəzilliyi maraqlı səhnələrlə təcəssüm olunur. "Armanın ölümü"ndə isə bir erməni döyüşçüsünün ezamiyyətdən sonra öz hissəsinə qayıtması, amma səhvən Azərbaycan tərəfə adlaması, düşmən hesab etdiyi Türkün böyüklüyü, rəhmi, mərhəməti qarşısında səcdə qılması, sonda isə sevincindən ürəyinin partlaması təsvir olunur. Fikrimizcə, onun "Skripkaçı" hekayəsi daha uğurludur. Burada sözün əsl mənasında yazıçı istedadı ilə qarşılaşırsan: hekayənin qəhrəmanı (qəhrəman ifadəsini bu hekayəyə şamil eləmək olar) -bir qadındır və bu qadının bütün hekayə boyu keçirdiyi hisslər, psixoloci gərginlik oxucunu rahat buraxmır. Hekayənin adı "Skripkaçı"dır, amma hekayənin qəhrəmanı o deyil. Skripkaçı-hekayədə rəmzi obraz kimi diqqəti cəlb edir. Qadın nə ərini sevmiş, nə də gözlənilmədən onun həyatına daxil olan Sirus adlı birisinigO, skripkaçını sevir, onun işlədiyi Şadlıq sarayının yanında saatlarla skripkaçının çalğısını dinləyir. "Skripkaçı onun yadından bircə an da çıxmırdı. İş o yerə çatmışdı ki, onu skripkasına da qısqanırdı. Baxmayaraq, Skripkaçının onun məhəbbətindən, sevgisindən əsla xəbəri yox idi. Olsaydı belə, bəlkə də əhəmiyyət verməz, həmişə olduğu kimi, axşamlar çalışdığı "Yasəmən" restoranında öz sevimli sənətiylə məşğul olardı. Özü də skripka çalarkən özündə olmurdu. Narkomaniyaya aludəçiliyi onun sənət ehtirasını bir az da gücləndirirdi və o, bu dünyadan təcrid olunmuş kimi bütün ruhu, qəlbiylə musiqiyə təslim olur, elə məharətlə ifa edirdi ki, dinləyənlər heyran qalırdılar". Bu kiçik abzasda bir obrazın portret cizgiləri təqdim edilir. Hekayənin qəhrəmanı Təravət xanım içindəki mənəvi boşluğu skripkaçıya və onun çalğısına məhəbbətiylə doldurmaq istəyir . Çünki qəfildən ağlını itirən əri dəlixanadadır, Sirusu isə sevmədiyi halda onun da təkliflərini rədd etmir. Deməli, bu qadın çıxılmazlıq qarşısındadır və onun həyatı getdikcə öz gözəlliyini itirməkdədir. Zəka Vilayətoğlu qadının qəlbinin bütün çırpıntılarını təqdim edə bilir.
Zaka Vilayətoğlu həm
də müğənnidir Onun haqqında, yaradıcılığı
barədə söz
açan müəlliflər ilk
növbədə, müğənniliyindən danışıb sonra keçirlər
yazıçılığına. Bizim üçün əhəmiyyətli olan
məhz ikincidir, onun
yazdıqlarıdır. O, SƏSini SÖZünə
çevirə bilmişdir. Bu yolda uğurlar diləyirik Zəka Vilayətoğluna!
Vaqif YUSİFLİ
Ədalət.-2014.-11
fevral.-S.7