ÜMÜMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(Mövzu
əsasında
XXVII yazı)
Respublikamızda son illər aparıdan davamlı
islahatlar siyasəti ölkəmizin
iqtisadiyyatının əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş,
dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsəyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi
nəticəsində Azərbaycan
regionun ən qüvvətli dövlətinə çevrilmişdir.
İnkişafın innovasiya mərhələsinə keçilməsi,
rəqabətə davamlı
milli iqtisadiyyatın formalaşması və inkişaf dinamikasının
sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə
bağlı bir çox məsələlərin öz
həllini
tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini
tələb edir.
Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasi
kursun davamçısı
Prezident İlham Əliyevin "Neftdən əldə edilən kapital insan kapitalının
inkişafına yönəldilməlidir" konsepsiyası təhsil işçilərinin
qarşısına yeni
vəzifələr qoyur.
Qəbul olunmuş
yeni Dövlət Proqramı bu dəfə də
bütün sahələrdə
olduğu kimi, təhsilimizin
də
inkişafında, müasirləşməsində mühüm rol oynayacaqdır. Bu istiqamətin əvvəlindən götürülən
uğurlu start qeyd etdiyimiz kimi, cəmiyyətin yeniləşən mərhələsində,
göz önündədir.
Heydər Əliyev Fondunun böyük
dəstəyi
Azərbaycanda təhsilin
inkişafı, müasirləşməsi ayrıca olaraq Heydər
Əliyev Fondunun da ciddi yanaşdığı,
böyük əhəmiyyət və dəstək verdiyi məsələdir. Heydər Əliyev Fondu ən geniş
layihələrini təhsil
sahəsində reallaşdırır.
İndiyədək fondun təşəbbüsü ilə
300-dən artıq müasir
tipli təhsil müəssisələri tikilərək istifadəyə verilmişdir. Əbəs yerə deyil ki, Azərbaycanın
birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva məsələyə münasibət bildirərək hər
zaman Azərbaycan üçün
təhsilin
inkişafının prioritet
sahə
olduğunu diqqətə çatdırır.
"Təhsil
əsri"
və
İKT
Ümumtəhsil sisteminin müasirləşməsindən söz açarkən xüsusi qeyd etmək
lazımdır ki, biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapmadığı şəraitdə İnformasiya və Kommunikasiya Texnologiyasının
(İKT) inkişafı ölkənin inellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Bu bir danılmaz
faktdır ki, bu gün qloballaşan
dünyada ölkələrin rəqabət qabiliyyəti,
ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə
formalaşır. Müstəqilliyin şərəfli yolları ilə gələcəyə doğru inamla irəliləyən ölkəmizdə son illər
ərzində aparılan davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli dərəcədə
güclənməsinə imkan vermiş, dinamik sosial inkişafı və xalqımızın rifah halının yaxşılaşmasının
sürətləndirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət
Proqramı"nın təsdiq
edilməsi
haqqındakı sərəncamı ölkədə gənclərə, onların
savadlı, vətənpərvər, XXI "Təhsil
əsri"nə layiq olmalarına
göstərilən qayğının, dəstəyin parlaq nümunəsidir.
Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil
Azərbaycanın
davamlı strategiyasının
ən
öncül istiqamətlərindən
biridir" fikri təhsilin
dövlət
siyasətinin
mərkəzi subyekti olduğunu sübut edir.
Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil
sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafının
mühüm amilinə çevrilməsini
təmin
etməlidir
fikrini əsas götürən ölkə
rəhbəri 2011-2021-ci illərdə Azərbaycan
təhsilinin
inkişafı üzrə milli strategiyanın həyata
keçirilməsinə zəmin
yaratmışdır. Göründüyü kimi, bu sahədə böyük
işlər
davam etməkdədir.
Kürdəmir rayonunda təhsilin müasirləşməsi yeni uğurlara yol açır
Burada mövzunun
ünvanını bir
qədər də
konkretləşdirmək zərurəti yaranır. Məlumdur ki, Kürdəmir mərkəzi aran bölgəsinin ən böyük kənd rayonlarından
biridir. Burada sosial-iqtisadi inkişaf
son illərdə daha ciddi faktlarla
zənginləşir. Bütün istiqamətlər üzrə
qazanılan uğurlar,
ölkənin
hər
yerində
olduğu kimi, Kürdəmir
rayonunda da sevinc doğurur. Həmişə xüsusi diqqət mərkəzində olan və
daha çox nailiyyətlər qazanılmasını təmin edən
təhsil
sisteminin fəaliyyəti son illər
özünü müasirləşmədə də təsdiqləyir. Bu mənada
rayon rəhbərliyinin də
xüsusi diqqətini göstərmək lazım gəlir. Rayonda təhsillə bağlı elə bir tədbir
olmaz ki, icra başçısı
İrşad Əliyev şəxsən maraqlanmasın
və
ya orada iştirak etməsin. Bu, olduqca nümunəvi yanaşmadır.
Kürdəmir rayonunun təhsil şöbəsinin müdiri Tacəddin Novruzov
təcrübəli pedaqoqdur. O, həm
də
həvalə olunmuş sahəyə
bacarıqla rəhbərlik edir. T.Novruzovla budəfəki söhbətimiz
2013-2014-cü dərs
ilinin ikinci yarısının əvvəllərinə təsadüf
etdi. Söhbətimiz zamanı o, rəhbərlik
etdiyi sahənin fəaliyyətindən danışaraq dedi:
Prezidentin
nitqləri
uğurlara ruhlandırır
- Ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin "2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları"na həsr olunmuş iclasındakı proqramm xarakterli nitqləri bütün Respublikada olduğu kimi, rayonumuzda da təhsil işçilərinin böyük marağına səbəb olmuş, onları gənc nəslin təlim-tərbiyəsində daha yüksək nailiyyətlər qazandırmağa ruhlandırmışdır. Yola saldığımız 2013-cü il ölkəmizin və xalqımızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Əsası Azərbaycan xalqının böyük oğlu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış müdrik daxili və xarici siyasət, nəhəng quruculuq işləri onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı ilə
Ədalət.-2014.-12
fevral.-S.7.