ÜMÜMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

(Mövzu əsasında XXVII yazı)

 (əvvəli ötən sayımızda)

Respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilmiş yüksək tələbkarlıq və dinamik inkişaf şəraiti təhsilimizin inkişaf etdirilməsinə əlverişli imkan yaratmış, pedaqoji kollektivlərimiz aparılan təlim-tərbiyə prosesində müasir təlim metodları və texnologiyaların tətbiqinə daha çox diqqət yetirmişdir.

Qarşıya qoyulan vəzifələrin müsbət həlli

Hamıya məlumdur ki, təhsil sahəsində İslahat Proqramının, Təhsil Qanununun qarşıya qoyduğu vəzifələrin müsbət həlli tədris əssisələrinin maddi bazasının möhkəmləndərilməsindən, onların müasir avadanlıqlarla, ixtisaslı kadrlarla təmin olunmasından və şagirdlərə dərsliklərin vaxtında çatdırılmasından çox asılıdır. 2012-2013-cü dərs ili həm də onunla əlamətdar olmuşdur ki, rayonumuzda "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində məktəblərin və digər təlim-tərbiyə əssisələrinin siması dəyişmiş, yeni məktəb binaları tikilərək istifadəyə verilmiş və əsaslı təmir işləri aparılmışdır. Təkcə bunu demək kifaytədir ki, son illərdə rayonumuzda müasir standartlara cavab verən 34 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir ki, bu da həmin məktəblərdə 9 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır. Cari dərs ilinin əvvəlində rayonumuzda 5 yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Hal-hazırda isə rayonun 2 ümumtəhsil məktəbi yanında yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir.

2013-2014-cü dərs ilində rayonun ümumtəhsil məktəblərinin I-XI siniflərində təhsil alan 14355 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1448 nəfər ali və orta ixtisas təhsilli əllim məşğul olur. Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərinin ixtisaslı kadrlara olan ehtiyaclarını vaxtında və səmərəli təşkil etmək məqsədilə plana uyğun tədbirlər hazırlayaraq həyata keçirilməsini təmin etmişdir. Bu məqsədlə ümumtəhsil məktəblərinin ixtisaslı fənn əllimlərinə olan ehtiyacının monitorinqi keçirilərək ümumiləşdirilmə aparılmış və bu barədə Təhsil Nazirliyinə 11 ixtisas fənni üzrə 85 nəfərə sifariş verilmişdir ki, onlardan da 32 nəfəri ixtisasları üzrə pedaqoji ə qəbul edilmişdir. Yeni dərs ili ərəfəsində rayonun şəhər 2, 3 və 6 saylı tam orta məktəblərinin fizika, kimya və biologiya fənn kabinetləri Təhsil Nazirliyi tərəfindən müasir laboratoriya avadanlıqları ilə təchiz olunmuşdur. Rayonun ümumtəhsil və məktəbdənkənar tədris əssislərinin tədris avadanlıqları və kompüterlərlə təchizi sahəsində əyyən işlər görülmüşdür. Cari dərs ilində rayonun ümumtəhsil məktəblərinə 119 adda 46900 ədəd müxtəlif dərslik və dərs vəsaitləri, 2005-2013-cü ildə isə 536 ədəd kompüter dəsti verilmişdir ki, bu da rayonun V-XI sinifləri üzrə təhsil alan hər 20 nəfər ümumtəhsil məktəbi şagirdlərinə bir ədəd kompüter düşməsi deməkdir.

Keyfiyyət başlıca şərtdir

 

Artıq altıncı ildir ki, pedaqoji kollektivimiz təhsilimizin keyfiyyəti yüksəltmək məqsədilə respublika Prezidentinin imzaladığı sərəncama əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı əllim" müsabiqələrində yaxından iştirak edirlər. Rayonun şəhər 1 saylı tam orta məktəbi, eləcə də şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı əllimi Musayev Əsbət İsaxan qızı bu il həmin müsabiqəyə qatılmış, müsabiqənin sonuncu respublika mərhələsindən müvəffəqiyyətlə keçərək ölkə Prezidentinin müavfiq sərəncamları ilə qalib hesab edilmişlər. Şəhər 1 saylı tam orta məktəbin tarix əllimi İbrahimova Gülbəniz 2013-cü ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron təhsil" respublika müsabiqəsində II yeri tutduğuna görə xüsusi diploma layiq görülmüş, Respublika Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ölkə Prezidentinin 03 oktyabr 2013-cü il tarixli sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbinin fizika əllimi Baloğlanova Lamiyə Tofiq qızı "Əməkdar əllim" adına layiq görülmüşdür.

Məktəblərdə aparılan təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltmək sahəsində əldə edilən uğurların nəticəsidir ki, rayon məktəbliləri respublikada keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqələrdə, bilik yarışlarında və fənn olimpiadalarında yaxından iştirak etmişlər. Belə ki, rayonun 3 nəfər məktəblisi 2013-cü ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadasının yekun turunda Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və kimya fənləri üzrə mükafata layiq yerlər tutmuşlar.

Rayon Təhsil Şöbəsi həyata keçirdiyi bütün tədbirlərdə şagirdlərin vətənpərvərlik, Heydər Əliyev ideyalarının sədaqət ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirmiş və bu məqsədlə silsilə tədbirlər hazırlayaraq həyata keçirmişdir.

Rayon Təhsil Şöbəsi və məktəblərin rəhbərləri yola saldığımız dərs ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 10 may 2012-ci il tarixli, 03 nömrəli qərarını əldə rəhbər tutaraq rayonun ümumtəhsil məktəblərinin IX və XI sinifləri üzrə buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada keçirmək üçün mövcud təlimatın tələblərinə uyğun tədbirlər müəyyənləşdirərək həyata keçirmiş, bu sahədəəyyən müsbət nəticələr əldə etmişlər. Məlumat üçün bildirirəm ki, 12 iyun 2013-cü il tarixdə keçirilən buraxılış imtahanlarında IX siniflər üzrə 1374 nəfər, XI siniflər üzrə 1074 nəfər şagird iştirak etmişdir. Buraxılış imtahanı verən IX və XI sinif şagirdlərinin hamısı attestat və şəhadətnamə almışdır.

Məlum olduğu kimi, məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrlə ölçülür. 2013-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 1083 nəfər məzundan 464 nəfəri (43 faiz) ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmiş, bunlardan 216 nəfəri və ya sənəd verənlərin 47 faizi ali məktəblərə, 91 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Qəbul olunanlardan 24 nəfəri 500 baldan, 6 nəfəri isə 600 baldan çox nəticə göstərərək dərin bilik və bacarığa, proqramın tələbləri baxımından yüksək hazırlığa malik olduqlarını nümayiş etdirmişlər...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-13 fevral.-S.7.