"SƏNƏ QURBAN
HACI"
Esse
Səhər-səhər, sopsoyuq, küləkli bir havada, yolüstə qarşılaşırıq. Salamsız-kalamsız hücuma keçir: "Səndən gözləmirdim, müəllim... küsmüşəm, incimişəm səndən..."
Məəttəl qalıram: "Bizim məhəllənin bu tərəfində yaşayan Əkbər kişi niyə küssün, incisin mənnən? Bəlkə hardasa ağzımı köndələn qoyub, kiməsə onun barəsində hərcayı-hərcayı sözlər danışmışam, hə? Lla bilməz!"
Qiyafəsinə baxıram: uzun yaşıl əba geyinib, başında yaşıl araxcın, əlində təsbeh... - "Sən hara, mən hara Əkbər qardaş, heç anlamıram, başa düşmürəm küsməyinin səbəbini..." Gülə-gülə özü açır sandığı:
- Ürəyü və başqa şey gəlməsin... Həccə getmişdim... qayıdan günü hamı gəldi məni ziyarət etməyə, səndən başqa...
Hə, necə deyərlər, karın könlündən keçən, Əkbər Həccə gedib-gəlib, mən bilməmişəm.
Zarafata salıram:
- Bağışla qonşu, inanmazsan bəlkə, xəbərim olmayıb. Allah ziyarətini qəbul eləsin.
...Balaca yumşalır, evə tərəf səslənir: "Ay uşaq, ordan müəllimə təsbeh gətir..."
... Əlimdə təsbeh yoluma davam edirəm. Kimdi Əkbər? Qorbaçovun alkoqolizmlə mübarizə,
üzümçülüyün ləğvi
kampaniyası dövründə evdə
araq düzəldib satdığı üçün
2 il türmədə yatdı.
Sonra yenə
dinc dayanmadı.
Birisinin inəyini, cöngəsini
oğurlayıb Bakıda
satarkən
yaxalandı, təzədən
3 illik həbs... İki
arvadı var: biri öz yanında,
o biri zavod tərəfdə... Yəqin ki, Həccə getməklə günahlarını
yumaq istəyib. Qoy yusun.
Allah-Təalanın
tövbə
qapısı həmişə açıq deyilmi? İç dünyamdan M.Ə.Sabirin bir zamanlar "Molla Nəsrəddin"də çap olunan şeirlərindən
bir beyti boy verir: "Zahid ölməkdən qabaq məqsudin
çatmaq dilər, cənnətə uyqu ipiylə
bir kəmənd
atmaq dilər".
***
Evin anası deyəsən
məzəylə, rişxəndlə xəbər çatdırır mənə:
- Axşama qonaq çağırıblar səni... bir oğlan gəlmişdi,
dedi: Hacı Mikayıl toyuna dəvət edir müəllimi. Hacı
Mikayıl?! Nə toy? Onun qızı ərdə, oğlu
evli. Onu yaxşı tanıyıram.
Bəlkə 40 ildir su mirabı işləyir, xeyir-şər
adamıdır. Harda rastlaşsaq
mehriban üz göstərir
mənə, sağlamlıq durumumu, dolanışığımı soruşur. İndi ağlı çaşıb
nədi,
təzədən evlənir? Heç inanmağım gəlmir. Əxlaqlı, ədəb-ərkanlı adamdı
o.
Evin anası təəccübümün üstünə
benzin çiləyir sanki:
- Hə,
hə,
Mikayıl evlənir. Elə
bircə
səni
yuxu basıb... Get Hacı ol, qayıt
sən
də
havalan, cavanlığında
olduğun kimi evə
gec gəl, kurortları
su yoluna döndər.
Nə deyim, nə danışım... Az aşın duzu olmamışam heç. İndi neyniyim, gedim
Hacı Mikayılın
toyuna ya getməyim?
Bir məsəl
düşür yadıma:
"Çağırılan yerə
ərinmə, çağırılmayan yerdə
görünmə".
Getdim və
məlum
oldu ki, ikinci həcc
ziyarətindən sonra eşqə düşüb
ikiqat Hacı, axtarıb-axtarıb, axır
ki, qarıyıb atası evində qalan qıza vurulub. O qız "hə" deyib,
hələ söyləyib
ki, guya yatıbmış və yuxuda özünü Hacı Mikayılın ağuşunda görüb.
Bəh,
bəh,
nə
gözəl,
şirin dadlı vaqiə...
Sən necə
bəxtəvər tale yaşayırsan,
eşq, məhəbbət dastanının qəhrəmanına çevrilirsən. Hacı Mikayıl yuxarı başda əyləşib...
Ona xoşbəxtlik
arzulayıram. Sonra bir
kasa bozbaşı yeyir və
kasanın altına 20
manat pul qoyub dönürəm evə.
***
Şəhərə bitişik qəsəbədə hamının
tanıdığı, bazarda
2 dükanı olan, İranı, Dubayı su yoluna döndərən məşhur alverçi Gülbadam xanım lap quşu gözünnən
vurur. Əri Xanoğlanı evdən qovur və
təzə Hacı titulu qazanan İsmətə
xəbər göndərir
ki, durma gəl,
könlüm səni istəyir. Gəl ay Hacı, ölürəm sənsiz.
İsmət də
utanmır-qızarmır iki-üç
gündən
bir yellənə-yellənə, qohum-qonşunun
gözü qabağında
gəlir
Gülbadamın evinə. Rəfiqəsi bu halı soruşanda
Gülbadam heç nəyi
gizlətmir:
- Külü qoyum Xanoğlanın təpəsinə
- deyir, ölüvayın
birisiydi. Elə çayxanalarda hörməsini sürürdü. Araq içir,
hər
gün üç qutu siqaret tüstülədirdi. Deyirdim qall dükanın
birində
alver elə, bacarmırdı...
- Bə,
o qoca kişini - Hacı İsməti evinə
çağırmağın nədi?
Yalan söhbətdi?
- Yox, yox, düzdü...
Sən bilirsən
ki, günahlarım çoxdu. Deyirəm bəlkə o Hacıya ərə getməyimlə o günahlarımı yuya bildim...
***
Mərkəzdə görüşürük sadiq
dostum Mehman müəllimlə. Gileylənir:
- İki aydı
görüküb eləmirsən. Bə niyə
gəlmirsən biz tərəflərə?.. Yolun uzaqdı, hə? canın haqqı,
oturacağıq. Elə naharın vaxtıdı...
Çay
gələnə kimi dil boğaza qoymur. Nəsə
narahatdı...
(Mehman İsmayılov
əslən Xocavəndlidi. Əldə silah üç il
erməni
faşistlərinə qarşı döyüşüb.
Sol qolunda güllə gəzdirirdi.
Haçan qarşılaşırdıq, qolunu yelləyir, "ağrıyıram"
deyirdi. Ötən il Bakıda
əməliyyat olundu, gülləni çıxartdı
həkimlər, tay "ağrıyıram"
deyib, af-uf eləmir.
O, qaçqın və məcburi
köçkünlərin
məskunlaşdığı
Arazbarı kənd ümumi orta məktəbin direktorudu, özü də
savadlı, qabiliyyətli, ləyaqətli insandı. Müasir düşüncəli,
Qarabağ həqiqətlərini, xalqımızın
üzləşdiyi
problemləri
dərindən bilən
tarix müəllimidi... Başqa məktəb rəhbərləri ilə müqayisədə fərqlənir, internet şəbəkəsindən,
facebookdan istifadə etməyi
bacarır. Bilgisayarı
söksün təzədən
yığsın...)
İsrar
edir:
- Gözləyirəm yolunu... Gəl məktəbə, sənin köməyinə ehtiyacım var.
- Nooolub? Səndə hər
şey qaydasındadı.
Problem var?
- Kimlə?
- Kimya-biologiya fənlərini
tədris
edən
İskəndər müəllimlə...
- Niyə?
Balam, o, yazığın, fağırın
biriydi. İndi buynuz çıxarıb?
- Hə,
söz belədi: oğraş getdi ziyarətə, oldu Hacı. İndi tüği-ləin olub keçib boğazıma... Canın haqqı, gələn
dərs
ilində
qovajam onu...
- Axı, neyləyə
bilər.
Kollektiv bir nəfər kimi sənin
arxandadı...
- Oraçı elədi... O oğraş ziyarətdən qaydan kimi məktəbə yaşıl
əbayla gəlirdi.
birtəhər əbanı
çıxartdıq əynindən... Qızlara nə
desə
yaxşıdı: mənim dərsimə hicabla gəlməsəz, hamınıza
"iki" yazacam. Bizdə Mədinə müəllimə var. Dördüncüdə
dərs
deyir. Əri Qarabağ döyüşlərində həlak olub. iki oğlunu böyüdüb,
oxudur. Ona sataşıb oğraş:
"Qız, haçanacan
dul qalacaqsan? "Hə"
de, kəbinini
kəsdirim,
alım səni". Mədinə gözünü yumub ağzını açıb,
abrını verib ətəyinə, pak biabır edib onu...
***
... Ah, ah,
gidi dunya! Gorun çatlasın, Şura hökuməti! Ölməsəydin, indi sağ
olsaydın, o çoxarvadlı,
gündə
bir gözələ göz-qaş
edən
hacıların qulaqlarını
kəsib,
qoyardın ciblərinə.
... Ah, ah,
ruhun şad olsun Mirzə
Cəlil,
azı 100 il
irəlini
görən
kişi! Şeyx Nəsrullahı
rüsvayi-cavan eləyəndə,
yəqin
ki, bu milləti bizdən
yaxşı görürmüşsən, sevirimşsən.
Və
arzu edirmişsən ki, xabi-qəflət yuxusundan oyanaq, Şeyxin millətə
utanc gətirən
hərəkətlərini
davam elətdirməyək... Heyf, heyf, Mirzə səni
anlamadıq, başa düşmədik
ki, Şeyxin nəvə-nəticələri 9 yaşlı Nazlı olmasa da, böyük
yaşlı Nazıları
ələ keçirəcəklər! Əllərində tutarlı
dəlil-sübutları
da yox deyil. O gün
yas mərsimində
iki arvadlı hacılardan birisi dedi:
- Rəsuli-Əkbər (s) buyurub: "hər bir müsəlman
kişisi əlində imkanı
varsa, dörd qadınla evlənə
bilər,
bu şərtlə
ki, o övrətlərinin maddi
və
mənəvi ehtiyacını ödəmək gücündə olsun".
Burda yenə sənin
"Göy muncuq"
felyetonun yadıma düşür. Mirzə Molla bazarından iki göy muncuq alı rvə bir-birindən
xəbərsiz ötürür iki arvadına. Günülərdən hansısa
soruşanda ki, "ay
kişi, məni
çox istəyirsən, ya onu?" Molla
da deyir: "göy muncuq kimdədi,
onu".
P.S. Oxucuları qəm-qüssəli,
stressli xəbərlərlə elə hey yükləmək də
günahdı, məncə. Onunçün mövzumla birbaşa əlaqəli maraqlı, gülməli bir vaqiəni
önə
çəkmək fikrindəyəm.
Ötənlərdən şirin xatirə:
Xudmani məclis
Şərq
üslubunda onlarla musiqi əsərinin müəllifi C.Cahangirovun S.Dağlının
sözlərinə bəstələdiyi duet-mahnı:Ritmə
uyğun oynayır iki nəfər: qoca və
qız. qoca
çırtıq çalır,
qaş-göz eləyir qıza. Qız qaş-qabağını sallayır, silkələnir. Kimdi qoca?
Bu yaxınlarda yüz yaşını qeyd elədiyimiz
xalq artisti Mirzə
Babayev. O, təkcə estradamızın
parlaq ulduzu deyildi, həm
də
ayrı-ayrı filmlərdə yadda qalan, sevilən rollar yaratdığına görə kino salnaməsində
əbədi yaşayacaq sənətkar
idi. kimdi
cavan qız? SSRİ xalq artisti Zeynəb Xanlarova! Şövqlə, həvəslə oxuyurlar.
- Sənə qurban Hacı!
O, dedi: yox-yox, yox-yox
Hacı
yar möbhtacı!
O, dedi: yox-yox, yox-yox
Dedim: ay
qız, dayan,
Dedi: olsun hayan,
Səndən yar olmaz mənə!
Düz dolan, düz otur ay kişi.
Yaş ötüb deyəsən yetmişi,
Ağzında yox bir dənə dişi
De görüm qızına aşiq olarmı adam?
Və birdən
qız boynuna sarılır qocanın. Hamı
əl çalır, gülür...
Əlibala RƏHMİOV
Biləsuvar
rayonu
Ədalət.-2014.-13
fevral.-S.6.