Göy üzündən gələn səs
"Dəşti"ni
göylərə qaldırdı
Üz-üzə oturmuşuq. Bizim də
iştirak etdiyimiz bu məclisdə çox qəmli bir hava hakim kəsilib. Daha doğrusu, mühitin damarından bir
sızıltı axıb gedir. Gələnlərin
də, məclisdə "amin!" deyib
gedənlərin də hamısının
çöhrəsində həmin o məqamın,
o mərasimin,
gözlə
oxunmayan, amma ürəklə oxunan
ağrısı hakimdi. Və bu hakim olan
ağrının sahibi də hamımızın sevə-sevə dinlədiyimiz "Laçın"ım
deyəndə bədənimiz uyuşub,
açılan Məhəbbət Kazımovdu...
Yazını belə bir qəmli notla başlamağım təsadüfi deyil. Çünki
haqqında duyğularımı, düşüncələrimi diktə
etməyə
başladığım qəhrəmanım qəribə bir xarakterin, qəribə bir dünyanın
sahibi və
adamıdı. Ondakı sadəlik, ondakı
ağayanalıq və bir az da ondakı adamın iliyinə işləyən ərk mənim üçün son dərəcə qiymətlidi. Özü də mən bu insanla həmsöhbət olanda, hansısa bir məclisdə qarşılaşanda
mütləq ətrafımıza bizə doğma olan, bizi duyan, xüsusilə onun işığına gələn adamlar o qədər çox olur ki,
sözümüz-söhbətimiz bir-birinə qarışır,
mövzular bir-birini əvəz edir - gah Qozluçaya gedib çıxırıq, gah
Tuğda çay içirik, gah Köndələnə baş vururuq, gah da ki, eləcə Qoçəhmədlidə bulaq başında daş
armudu dilimləyirikg
Hər dəfə biz söhbət edəndə onun səsini, özünü çox istədiyi bir neçə sənət dostunun ya telefonla
danışması, ya da elə gəlib söhbətin üstünə çıxması ilə məndə bir maraq
yaratmışdı. Və hiss etmişdim ki, bu heç də təsadüfi deyil. Bu sadəcə könüldən-könülə görünən yollardıg bu
ürək
yaxınlığıdıg bu bir dünyanın adamı
olmaqdı. Bax elə
onun barəsində bundan öncəki
yazılarımın birini yazarkən
telefonuna zəng gəldi. O da telefonu
açıb:
- Hə, Məhəbbət, səni də təbrik edirəm, daha böyük adlar arzu
edirəm. Sən kişi
oxuyansan! - dedi. Və sonra da üzünü mənə tutub həmişə etdiyi müraciət formasında:
- Əbili, bilirsən, Məhəbbət Kazımovdu danışan. Sən də
onu çox istəyirsən. Mən də lap çox istəyirəm. Ala telefonu, sən də təbrik elə
Mənə bu ərklə müraciət edən o böyük insanın uzatdığı telefonu dərhal alıram. Amma ona demirəm ki, mən artıq Məhəbbəti
təbrik etmişəm. Və elə ilk dəfə təbrik
edirmiş kimi, mən
də öz ürək sözlərimi dilə gətirirəm.
Telefonun o biri başından Məhəbbətin özünəməxsus səsi ruhumu oxşayır:
- Ay
qağa, yenə bir yerdəsiniz? Öpürəm
ikinizi də.
Darıxma, Allah qoysa bu ad məsələsini gen-bol qeyd edəcəyik
Bəli, biz bu dəfə də Məhəbbətin məclisində söhbət edirik.
Amma artıq Məhəbbət bizə
zəng vurmur. Sadəcə, yuxarı başda
asılmış şəkli
bizi seyr edir. Mən o baxışların altında özüm də bilmədən deyirəm:
- Dədə, yanılmıramsa ayın
14-ü sənin 75 yaşın tamam olur
- Hə, Əbili. Bilirsən də mən Sevgililər Günündə doğulmuşam
- Elə ona görə də səni çox sevirik də. Səsin kimi özün də balsan. Seyran Səxavətə Allah ömür versin. Özünün "Bəhanə"sində sənin barəndə bilmədiklərimizin də hamısını
açıb töküb ortaya. Gözəl əsərdi.
Oxuduqca doymaq olmur. Bax elə o əsərdən yadımda qalıb sizin ad
gününüzg
Gülümsəyir:
- Hə, bizim Seyrandı də. O da bal
kimi bir oğlandı. Hər
şeydən də başı
çıxır. Bir dəfə
götürüb zəng
vurmuşamg Muğam müsabiqəsi
idi, Güllü oxuyurdu. Nətəri oxuyurdusa dözmədim, zəng vurdum Seyrana.
Dedim ayə, qulaq asdın? Yarım saat məni aşağı-yuxarı
çəkib Güllünün oxuması barəsində düşündüklərimi, ürəyimdən keçənləri eşidəndən sonra dedi ki:
- Ay
Sülü, zalım qızı doğurdan gözəl oxudu. Mən də
cınqırımı çıxarmadan axıra kimi qulaq
asdım.
Tay buna nə deyəsən, yarım saat məni danışdırıb sonra da dediklərimi təsdiq edir. Və məlum olur ki, elə o da mənim
kimi havalanıb bu oxumaqdan. İndi saa da
deyirəm, qadın
oxuyanlar içərisində mən son vaxtlar Güllünün
oxuduğu kimi oxuyan dinləməmişəm. Allah səsini qorusun!
Dədə, sizin də səsinizin bir özgə ləzzəti var. Adınız gələndə öncə yadımıza "Dəşti" düşürg
sonra "Mirzə Hüseyn"g sonra "Çahargah"g hamısı
baldı. Adam məst
olur, unudur özünüg Gedib Kirsdən
belə, Ərgünəşdən belə gəzib qaydıb gəlir. Mən şəxsən sizin
oxumağınızın bir də ona görə vurğunuyam ki, siz səsinizlə vaxt
öldürmürsünüz, Siz Səsinizlə Vaxtın Ömrünü
Uzadırsınız!!! Adam nə o vaxtdan, nə
o səsdən darıxmır, əksinə, istəyir ki, o vaxt da, o səs də gecə-gündüz kimi
bir-birinin dalınca uzanıb getsin. Mən bilirəm ki, sizin səsiniz hələ dünyanın bir çox ölkələrində,
xüsusilə
Türkiyədə
tamaşaçıları necə
ayağa qaldırır. Türk dinləyicilər səhnəyə
çıxıb sizin qızıl üzüklər, hədiyyələr bağışlayıblar. Hətta
sizə qızıl
medal veriblər.
Türk qəzetləri də yazıb ki, "Süleyman Abdullayev bir daha erkəkliyini sübut etdi!".
Yazımın bu nöqtəsinə qədər mən əslində təzə heç nə demədim, oxucuya da yeni nə isə təsdiq etmədim. Bütün
bunların hamısını oxucu məndən də gözəl bilir. Sadəcə, mən Dədə haqqında onun
özünün dediyi kimi, Sevgililər Günündə yazacağım
yazımın bir növü parametlərini cızdım və o parametrlərin içərisində itib qalacağımdan qorxub
40-45 il bundan öncəyə üz tutdum - Tuğa
qayıtdımg
Kəndimizdə toy mağarı qurulmuşdu. Bu, həmişə
olduğu kimi, bir payız toyu idi. Amma bu
toydakı sənətkarların adı
artıq toy dan hələ 5-10 gün öncə hamının diqqətini çəkmişdi. Hamı bilirdi ki, bu toyda Süleyman Abdullayev oxuyacaq,
bu toya İslam Rzayev gələcək. Ona görə də uşaqlı-böyüklü
gözümüz yolda, qulağımız səsdə
idi. Orta məktəbin son siniflərində oxuyurdum. Adını çəkdiyim
sənətkarları o
vaxtın ağ-qara televizorda bir neçə dəfə
görmüşdüm. Lakin səsləri yazılmış val və kasetləri yığıb toplamışdım. Ürəyim sıxılanda,
darıxanda həmin
valları və
yaxud da kasetləri
işə
salırdım. Evimiz kəndin aşağı hissəsində olduğundan aynabənddə qoyub pəncərələri açıb bu səsi dərə yuxarı hamıya bir hədiyyə edirdim. Necə deyərlər, sevdalı vaxtlarım idi. Dünyanın dərdindən, qəmindən xəbərsiz olan mən
"Dəşti"yə qulaq asırdımg
"Mirzə
Hüseyn"i dinləyirdimg
"Çahargah"a qərq
olurdum. Süleyman Abdullayev oxuyurdu, mən dinləyirdimg Süleyman Abdullayev
oxuyurdu, bütün kənd dinləyirdig Süleyman Abdullayev oxuyurdu, o səsə Tanrı özü qulaq
asırdıg Süleyman Abdullayev oxuyurdu, mən o səsi Dədəyə verən Allahın çox
kiçik bir bəndəsi kimi ən böyük xoşbəxtlərin səviyyəsinə yüksəlirdim. Çünki Dədə oxumurdu, möhür vururdu!
Çünki Dədə vurduğu möhürə bütün ruhunu, bütün
varlığını, Allahın verdiyi hər şeyi hopdururdug
Bəli, ilk dəfə Dədəni kəndimizdə - Tuğda toy məclisində gördüm. O vaxtın ən bahalı maşınlarından biri olan "Volqa"da
gəlmişdi
Dədə. Hamımız
yığışıb tamaşa edirdik. Elə bil
maşının duruşu da, görkəmi
də o səsə əlavə bir təsir gücünə malik idi. Bilmirəm, hamı elə fikirləşirdi, yoxsa mən?.. Yəni mən Volqa
çayının kitablardan oxuyub, televiziya verilişlərindən, filmlərdən gördüyüm o qeyri-adi zəhminin axma surətini və Xəzərə qovuşmaq məqamını
özlüyümdə
Süleyman Abdullayevin səsinin
fonunda görürdüm. Allah ən çox sevdiyi bəndələrinin
sırsında yer vermişdi Süleyman Abdullayevə. O, məclislərin yuxarı başında
Xanın, Cabbarın, İslamın, Arifin, Əbülfətin, Sabir Mirzəyevin və digər böyük ustadların əyləşdiyi taxtın sahiblərindən biri olmuşdu. Söhbət
təkcə toy məclislərindən, konsert
salonlarından getmir, adi həyatda
da o, sayılanların, seçilənlərin yanında idi.
Məhz
bu səbəbdən də
onun özünün xəbəri olmadan onu sevənlər ona "Dədə" demişdilər. Və bu dədəlik haqqını Allah ona səsinin qiyməti kimi vermişdi.
Yəni
Tanrı qəlbimizə o səsin
işığı ilə
birlikdə o səsi sevmək, dəyərləndirmək toxumunu da səpmişdi. Və biz də vurulduğumuz, pərvanəsi olduğumuz o səsin sahibinə Dədə
demişdik.
Hərbən-bir fikirləşirəm ki, Süleyman Abdullayev
müəyyən sənət adamlarının tutduğu yolu, getdiyi yerişi
yamsılasaydı, bəlkə də heç Dədə ola bilməzdi. Çox
şükürlər
ki, dədə öz addımıyla,
öz yerişiylə,
öz yoluyla 75-ə
"Salam əleyküm!"
deyə bildi. Onu yaşadan da, onu sevdirən
də mənə elə
gəlir ki, ancaq
özü olmağı, özü kimi yaşayıb
özü kimi oxumağa üstünlük verməyi oldu. Yəni
qolunun üstündə
dəsmal gəzdirmədi, nə də kiminsə
qapısının ağzında boyun bükmədi. Dədə kimi yaşadı, dədə kimi oxudu, Dədə kimi də Azərbaycanın sevimlisi
oldu.
Təkcə səsiylə yox, həm də xeyirxah əməlləriylə bəzən yeri gələndə təmənnasız məclis yola verməyiylə qaçqının, şəhid ailəsinin məclisini şənləndirməklə Dədə sübut edib ki, daha rahat,
daha gözəl yaşamaq olar. Bunu ona görə
vurğulayıram ki, özüm Dədə Süleymanın dəfələrlə məclislərdə təmənnasız
oxuduğunu, məclisi
sonuna kimi eyni şövqlə
davam etdirdiyini görmüşəm,
şahidi olmuşam. Ona kimsə hörmət etmək istəyəndə, bircə kəlmə özünəməxsus şəkildə "mən bura ürəyimin səsiylə gəlmişəm, ayrı təmənnam yoxdu, Allah xoşbəxt eləsin!" sözlərini eşidəndə xalqın sevdiyi, xalqın
yaşatdığı Süleyman Abdullayevin doğurdan da nə qədər qürurlu, nə qədər bütöv Kişi
olduğunu, bir Sənətkar olduğunu ətrafdakıların qiymətləndirdiyini anlamışam. Bilmişəm
ki, xalq verdiyi qiymətdə yanılmayıb.
Xalq öz sənətkarına Dədə deyib!
Bu gün müstəqil
Azərbaycanın
söz, sənət dünyası,
musiqi aləmi kifayət qədər zəngindir.
Bu zənginliyin
içərisində Süleyman
Abdullayevin öz yeri, öz yolu var. 75 ildi bu dünyanın hər üzünü
görə-görə öz səsinin
işığında xalqına xidmət
edən, xalqına
musiqi zövqü verən
böyük sənətkarımız ona
verilən "Dədə Süleyman" adını
qoruyub saxlamağa çalışır və buna da nail olubdu. Möhtərəm Prezidentimiz ona fəxri ad da veribdi. Amma
bir dinləyici, bir
Süleyman Abdullayev səsinin
vuruğunu kimi, mən
düşünürəm
və qəti əminəm ki, Süleyman
Abdullayev xalqın xanəndəsi olduğu
üçün ona xalqın adı əks
olunan böyük fəxri
ad da veriləcək. O, qeyri-rəsmi
daşıdığı və
hər kəsin də o mərtəbədə gördüyü
"Xalq artisti" adının vəsiqəsini də nə vaxtsa öz arxivində yerləşdirəcək. Çünki ölkə rəhbəri,
xüsusilə
musiqimizə, mədəniyyət
işçilərinə, sənət adamlarına böyük önəm verən, diqqət yetirən Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva hər
kəsin layiq
olduğu halal haqqını almasına həmişə
yardımçı olub, diqqət
yetirib. Yəqin ki,
Süleyman Abdullayev də
onların diqqətindən yayınmayacaq!
P.S. Bəli, mən həmişə dostlarımla, pərəstişkarı olduğum adamlarla, onların əməlləriylə qürur duymuşam. İndi fəxr edirəm ki, mən Süleyman Abdullayevlə dostam, onunla bir zamanda yaşayıram, onu canlı dinləmək imkanım olub. Elə həmin o sevgi ilə də deyirəm:
- 75 yaşın mübarək, Dədə Süleyman! Sevgililər Gününün
sevilən xanəndəsi, səni
yüz yaşa!
P.P.S. Bu gün dünyaya gələn hər kəsi də təbrik edirəm! Çünki onlar həm Sevgililər Günündə, həm də Dədə Süleymanın doğulduğu gündə dünyaya gəliblər.
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2014.-14
fevral.-S.6.