İLLƏR SINAĞA ÇƏKİR...

... Elə bir insan, elə bir varlıq yoxdur ki, ömürdən ötən illər onu sınağa çəkməsin və sınamasın. İnsan sınağa çəkiləndə bütün varlığı ilə ortaya çıxır, yəni onun həm dünyası, həm də mənəvi aləmi çoxlarına aydın olur. Təbii ki, insan nə qədər duru, nə qədər işıqlı və nə qədər saf olsa başqaları ondan bir o qədər müsbət enerji ala bilər...

Bir ömrün işığı

Bizə elə gəlir ki, müəllim ömrü qədər işıqlı və nurlu ömür o qədər də çox deyil. Ən azından ona görə ki, bu ömrün işığına və nuruna çox insanlar sığınıb. Axırda da işıqlı bir yolla gələcəyə doğru addımlayıb. Füzuli rayonundakı təhsil müəssisələrində bu cür işıqlı insanlar vəəllimlər demək olar ki, kifayət qədərdir. Belə məktəblərdən və təhsil ocaqlarından biri də 53 saylı tam orta məktəbdir. Heç kimə sirr deyil ki, bu gün Füzulinin böyük bir hissəsi erməni işğalı altındadır. Dədə-baba yurdundan didərgin düşən füzulililərin bir çoxu məmləkətimizin ayrı-ayrı yerlərində özünə sığınacaq tapıb. Məhz 53 saylı tam orta məktəb də Bakının Sabunçu rayonundakı şəhər şossesi, döngə 5-də duruş tapıb. Əlbəttə, əsas məsələ məktəbdə təhsil alan şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək və onlara dərin savad verməkdir. Bax, bu gün kollektiv belə bir missiyanı məsuliyyətlə yerinə yetirir.

Gənc direktor

Sirr deyil ki, bu gün ölkəmizdə gənc kadrların seçilib yerləşdirilməsinə böyük önəm verilir. Məhz Füzulidə də gənclərin məsul vəzifələrə irəli çəkilməsi bu gün əsas vəzifələrdən biridir. Rayon Təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova bildirir ki, təhsil ocaqlarındakı əksər direktorlar gənclərdir. Biz onlara etimad göstərmişik və onlar da bizim etimadımızı zaman-zaman doğruldurlar.

53 saylı tam orta məktəbin direktoru Anar Yaqub oğlu Əliyev 1979-cu ildə Füzuli rayonunda ziyalı ailəsində anadan olub. O, Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 2002-ci ildə 2 nömrəli tam orta məktəbdə ixtisası üzrəə başlayıb. 2011-ci ildən isə 53 saylı tam orta məktəbə direktor təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Gənc olmasına baxmayaraq, bir pedaqoq, müəllim və rəhbər kimi öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Anarəllim deyir ki, biz həmişə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışmışıq və çox vaxt da buna nail olmuşuq.

Məktəbin uğurları

Bu gün 53 saylı tam orta məktəbdə 36 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğuldurlar. Onu da qeyd edək ki, bu təhsil ocağında 127 şagird oxuyur. Demək olar ki, onların elmi biliklərə tam yiyələnməsi üçün hər cür şərait yaradılıb. Elə bir ay olmaz ki, rayon icra hakimiyyətindən və təhsil şöbəsindən kimsə bu məktəbə baş çəkməsin və kollektivə öz köməyini göstərməsin. Çünki rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova məktəblərə böyük qayğı göstərir. Və mövcud problemlər zamanında həll olunur. Məhz bunun nəticəsidir ki, məktəbin iki məzunu yüksək balla müxtəlif ali məktəblərə qəbul olunub. Belə məzunlardan biri Abbas Maxsudlu 615 balla Azərbaycan Neft Akademiyasına, Röyal İbrahimov isə 620 balla Azərbaycan Neft Akademiyasına qəbul olunublar. Məktəbin digər məzunu Fərqanə Qurbanova isə 317 balla Azərbaycan Xarici Dillər Universitetinə daxil olub. Bütün bunlar onu göstərir ki, uğurlar heç də asanlıqla qazanılmayıb. Hər bir müvəffəqiyyət alın təri və çəkilən zəhmət hesabına əldə edilib.

Sevindirici anlar

Bayaq dediyimiz kimi, həqiqətən də 53 saylı tam orta məktəb böyük uğurlara və yeniliklərə imza atıb. Belə ki, məktəbin fizika müəllimi Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi ümumtəhsil müəssisələrinin müəllimləri arasında Ümummilli lider Heydər Əliyevin 90 illik yübileyinə həsr olunmuş şahmat turnirində 1-ci yerə layiq görülüb.

O, təhsil naziri Mikayıl Cabbarov tərəfindən xüsusi təltifnamə ilə təltif edilib. Bununla yanaşı, 2-ci sinif şagirdi Salvira Abbasova sərbəst güləş üzrə qızlar arasında keçirilən yarışlarda 4 dəfə respublika birincisi olub. 10-cu sinif şagirdi Anar Əliyev isə sərbəst güləş üzrə 2013-cü ildə respublika çempionu adını qazanıb.

10-cu sinif şagirdi Saabxanım Manafova coğrafiya fənnindən, 10-cu sinif şagirdi Şəkər Novruzova Azərbaycan tarixi fənnindən, 11-ci sinif şagirdi Taleh Budaqov riyaziyyat fənnindən rayondaxili olimpiadada iştirak edərək 1-ci yeri tutublar.

Onlar məzunlara böyük ümid bəsləyirlər

Hər il 53 saylı tam orta məktəbi bitirən neçə-neçə məzun müxtəlif ali məktəblərə və eləcə də orta ixtisas ocaqlarına qəbul olunurlar. Təbii ki, bu da asanlıqla başa gəlmir. Ən azından ona görə ki, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün məktəbin pedaqoji kollektivi var qüvvəsi ilə çalışır. Daha doğrusu, hər birəllim şagirdin nazı ilə oynamağı bacarır və onlara düz yol göstərir. Düz yol isə insanı işıqlı, nurlu gələcəyə aparır. Bu il 53 saylı tam orta məktəbi 11 məzun bitirəcək. Məktəbin direktoru Anar Əliyev deyir ki, biz həmin şagirdlərin hər birinə böyük ümidlə baxırıq. Ən azından ona görə ki, 11 il onların üzərindəəllimlərimiz çox böyük əziyyət çəkiblər.

Onların həm elmi biliklərə yiyələnməsində, həm də vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərimizin əziyyəti çox böyükdür. Beləəllimlərimizdən Gülgəz Həsənovanı (riyaziyyat), Kamal Mirzəyevi (coğrafiya), Fəxrəddin İsmayılovu (fizika), Nüşabə Əliyevanı (sinifəllimi) nümunə göstərə bilərəm. Adını və soyadını sadaladığımız müəllimlərimiz sözün həqiqi mənasında ziyalı, işıqlı və savadlı pedaqoqlardır. Mən inanıram ki, həm məktəbimizin müəllimləri, həm də şagirdlərimiz həmişə böyük uğurlara və nailiyyətlərə imza atacaqlar.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-14 fevral.-S.7.