NƏ ADAM KİMİ ADAMAM, NƏ MƏLƏK KİMİ MƏLƏYƏM
Na adam kimi
adamam,
nə mələk kimi mələyəm,
narım, gilənarım,
az öncə necə
görmüşdün
dön bax gör yenə eləyəm?!
Boynumu vurdular yenə,
başım ayrıldı
bədəndən,
üzünü çevirdin
yana,
başım heç,
üzün ayrıldı
məndən.
Qoy inciməsin
cəllad
da,
Allahım eşitdi məni,
baxdı mənə, baxdı
sənə,
bircəcə anda çiynimdən
başımı cücərtdi yenə.
MİN İL HƏBSDƏ UNUDULAN,
MİN İL QOLLARI NAZİLƏN UŞAQ
Dünyadan qovduqlarını,
üzü ağ, qara, sarı,
Tanrım,
Tanrım, hamısını
itələ mənə sarı.
Tanrım,
adamlar nə sevə,
nə də ağlaya bilirlər,
yenə eşq ver, can ver yenə
hamını qucaqlamağa,
hamının göz yaşını da
canından al, ver mənə
göz yaşların ağrıtmadan
hamıyçün ağlamağa.
Ver bütün qəmləri
də
canımda qəmdən min dəniz,
başımda göz yaşlarından
üst-üstə min tac elə,
ver, ver bütün qəmləri
-
son qəmi
güldürənəcən
məni qəmə
möhtac elə.
Bu Dünyadan itələnən
ən qəddar qatilləri
də
itələ mənə sarı,
hər qatildə bu dünyaya
hökm oxuyan bir hakim,
hökm eləyən
bir şah var,
həm də, həm də
bu dünyadan
küsdürülmüş bir uşaq var.
Canlarını, qollarını
lap ülgüc kimi itilə,
o ən iti, o ən kəskin
o ən küskün uşaqları
qatillərin canından
itələ mənə sarı.
Ən iti ülgüc mənimçün
eşqdən uca eşq yoludu,
min il həbsdə unudulan
min il də
xilaskarını
sevincindən buraxmadan
kəsə-kəsə qucub duran
çox nazik uşaq qoludu.
ƏN UZAQ ULDUZA SIÇRAYAN YARALI CEYRAN
Hər şair elə bilir
dünyanın son şeirini
o yazacaq, o ancaq,
bu dünyada şeir də, söz də
onunla qurtaracaq.
Bəlkə bundadı ləzzəti
elə şeir
yazmağın da
bu böyüklükdə dünyanı,
bu balaca külünglə
-
bu qələmlə qazmağın da.
Mən də
hər
an bir daha
ruh kimi uçub Allaha,
söz kimi görünüb gözə,
yoxladım dünyanın
sözə,
sözün dünyaya
tabını,
beləcə batıb
günaha
mən də, mən də
yazıb getdim
dünyanın son kitabını.
Elə dünyadan qurtaracaq
anladım insan alnına
tale, alın yazısı yox,
şeir yazır Allah ancaq,
anladım bu dünyada
ən son şeir
Tanrı şeiri,
ən son kitab
Tanrı kitabı olacaq.
Anladım, Tanrım, anladım,
Alnımız sənin
üçün
Şeirin
ən gözəl
görünən,
ən gözəl yazılan yeri,
qələmin quş kimi süzən,
min naz ilə
gəzən yeri,
xəttin eşqdən süzülən,
eşqdən nazilən yeri.
Anladım biz hamımız
bir tək ələ,
bir tək qələmə
tabeyik,
Bütün alınlar yan-yana
Allahın şeir kitabıyıq.
Hər şairin şeiri də
Tanrı
şeiri içində
yazı içində yazı,
can içində
can kimi,
qəfil güllədən sıçrayıb
ən uzaq ulduza qonan
yaralı ceyran kimi.
QƏRİBİK,
ŞAİRİM, QƏRİBİK, SÖZÜM
Şairlər qəribdi
bu yer üzündə
Küçədə, bayırda, evdə, eşikdə,
Meşənin içində,
çölün düzündə
Oğul, qız yanında, ata yanında.
Qəribik, şairim, qəribik, sözüm,
min illər
sonra da ayrılıq yenə,
qəmli axşamlartək enər
göylərdən
şairin qəbrinə, sözün qəlbinə.
Qəribik, şairim, qəribik, sözüm,
qəriblik əksilmir gözlərimizdən,
dünya doğma
gəlmir
gözlərimizə,
qəmi yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü -
işığı saralar, buludu keçərg
Hər gün könlümüzdən, ürəyimizdən
göyüzünə dönmək umudu keçər.
ANALAR DOĞMUR ŞAİRLƏRİ
Ancaq, ancaq
göyüzünün dar ağacından
doğulur şairlər.
Əzablar, qəmlər doğmur,
Qılınclar, qələmlər doğmur
şairləri...
Ömrü boyu o dar ağacı altında
Yaşayır, yazır şair,
Qəfil sevgiyə
hazır olantək
Hər an qəfil
ölümə
hazır şair.
Hara gedirsə
getsin,
gedir başı üstündə
dar ağacı şəklində mavi göyüzü,
yaza-yaza boynundakı
görünməyən mavi kəndiri
hər gün bir az, bir
az
dartır, dartır
şairin özü.
Kim bilir bəlkə də
heç yerli-dibli
yoxdu dar ağacı,
Kəndir Tanrı sevgisitək
göyüzündən uzanır,
Tanrının əlindədi
kəndirin son ucu.
ƏDALƏTİN SAZININ BİR TELİ
Qısılmışdı iki yetim bir-birinə,
Leyli saz qısılmışdı
Ədalətə,
Məcnun qısılmışdı Leyli
qəbrinə,
iki qərib qısılmışdı
Haqqın ürəyinə, haqqın qəlbinə.
Nə çox istərmiş özünü!
Gördüm Ədaləti mən
də,
Gördüm hamıdan gizli
Sazının bir telində
"Can"
deyirdi özünə,
"Can"-
deyirdi sazına.
Can bizi udacaq,
uçurdacaq uçurumlara!
Qanadlandıracaq haqlara!
Can candan əziz şəhidlərimizin
Üz qoyduğu torpaqlara!
Elə üz qoyan andaca
sevgidən ağlayacaq üzlərə!
Can
"Can" sözü eşitməyən
yetimlərə, yalqızlara!
Can bir günlüyə, bir aylığa
gözümüzə görünəcək
dünya adlı
sevgiyə,
dünya adlı
ayrılığa.
Vaqif Bayatlı Odər
Ədalət.-2014.-15
fevral.-S.20.