ONLAR VƏ MƏMLƏKƏTİMİZ
2-ci DÖNƏM
VALERİ MARÇENKOnun KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİ - 5
ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" - "UKRAİNSKİY İ AZERBAYDJANSKİY".
Valeriy Marçenko
stal nastoəhim borüom
za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə,
daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami
s azerbaydjanskoqo. Avtor emko
i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu
ukrainüa Valeriə Marçenko.
Vladimir Krilovski
Öncələr qəzetimizdə gedən
"Onlar və Məmləkətimiz" proyektinin
davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir.
Biz araşdırıcı deyilik və
buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi
çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət
yaradır və bu da bizi
sevindirməyə bilməz.
Yüz illər
sonra da güman ki, toxunduğumuz bu məsələlər
yada düşə bilər
və
buna qəti hökm
vermək
qənaətimiz də
yoxdur. Amma bu yazılarda
ayrı-ayrı yazar və
ya qeyri-yazar insanların məmləkətimiz və
bizlər
haqqında görüşləri bizim üçün yad olmamalıdır.
Və gələcək araşdırıcılar
üçün bu gün yazılanlar bir fakt olaraq
diqqəti
çəkəcək.
Valeri Marçenkonun sürgün
həyatından
yalnız bir fakt qeyri-məqbul hesab olunub: "BU ADAM DÜZƏLMƏK İSTƏMİR".
Ancaq Valerinin
məhkəməsində
şahidlik eləyən İTL və KQB-nin əməkdaşları bəzi sənədləri göstəriblər ki, həmin
sənədlərdə
Valerinin həbsxanada ikən yenə
də
yazı işi ilə
məşğul
olmasını təsdiqləyir.
Bu şahidlərdən biri düşərgənin - lagerin
rəisi
Polyakov olub. Bu həmin
Polyakovdu ki, həmişə Valerinin anasına deyirmiş ki, oğluyla hər şey qaydasındadı. Və müalicəsi
gedir. Bir dəfə də
olsun dilinə gətirməyib ki, Valeri 3-cü dərəcəli əlildi. O heç zaman verilən
işi başa çatdıra bilməyib və
buna gərə
də
hər
dəfə cəzalandırılıb.
Anası deyir ki, onu
inandırırdılar ki,
"məhz
düşərgənin qayda- qanunların riayət
eləmədiyindən onu müalicə olunmaq üçün qospitala göndərmirlər, onu müalicə eləmirlər və
dərman-zad
gətirməyə dəyməz. Onsuz da qəbul eləməyəcəklər. Əslində isə
həm
Valeridən,
həm
də
onun anasından insanlığa sığmayan
addımlar tələb edirdilər.
Valeri Marçenko
son sözündə
(bu sözlər onun anasının və
xalasının yaddaşında
qalan sözlərdi ki, kitaba daxil
edilir).
"Mən
universitetə
qəbul
olunanda başa düşdüm ki, 5 milyon ukrain öz
istəkləriylə öz ana dilindən imtina edib. O dildən ki, çox gözəldi
və
çox varlıdı,
o dildən
ki, bu onların
özündən
asılı olmadan ana dilləridi...
Öz ana dilindən
uzaqlaşdırma olan
bu qeyri-təbii bir gəlişim
haqqında mən hələ 1973-cü ildə
iki məqalə
yazmışdım: "Za
paravanom ideynosti" və
"Kiyevskiy dialoq".
Bu məqalələr təəssüflər olsun ki, heç
zaman işıq üzü görmədi və
heç kəsin bunlardan xəbəri
də
olmadı. Bu məqalələrə
görə
Kiyev vilayəti məhkəməsi
məni
8 il azadlıqdan məhrum
etdi".
"gPerm şəhəri hərbi düşərgəsində yatarkən
(sən
demə,
Ukrayna Sovet dövründə
yeganə
respublika olub ki, Beynəlxalq
Millətlər Təşkilatı
üzvi olaraq, dissident
və
dövlət
əleyhində olanlar oradan başqa yerlərə
sürgün olunurmuş)
mən
bir daha yalan və
qanunsuzluqla üz-üzə qaldım. Azad bir
insan olaraq, yəni
özümü azad
hiss elədiyim
vaxtlarda mən həmişə, hansı şəraitdə
yaşamağımdan asılı
olmayaraq heç zaman susmadım və
həqiqətləri yazdım.
Bax, məhz
elə
buna görə də
məni
indi mühakimə edirlər.
Mən yalan, qondarma
və
quramalar əleyhinə
olmuşam. Mən hər
kəsin
öz fikrini sərbəst deməsini
istəyirəm. İnsanın qürurunu müdafiə edirəm,
əxlaqi
prinsiplərinin
müdafiəsi
üçün çalışıram.
Bunlar üçün mən xristianlığın bütün
şərtlərinə əməl edirəm.
Allaha sığınıram. Bir
vətəndaş və
bir ziyalı kimi bu ölkənin vətəndaşı olduğum üçün
utanıram, bu ölkədə qadınlar belə öz düşüncələrinə görə
25 il azadlıqdan
mərhum
olunurlar. Bu dövlətin tarixində
bu qədər utancverici vəziyyət
heç vaxt olmayıb".
Bu sözlərin
davamına dözməyən prokuror Valerinin çıxışını
kəsir
və
soruşur:
-Nə
istərdiniz?
Məhkəmədən xahişiniz nədir?
Valeri Marçenko
heç nə xahiş etmədi və heç nə istəmədi. Yenə düşərgələrdə
olan qanunsuzluqlar haqqında danışmağa
davam etdi. Sadalamağa başladı ki, hər
gün bir neçə
dəfə onların otağını
yoxlayır, onlara məxsus
yazılar və ədəbiyyatları yığıb aparırlar.
Hətta tərcümə etdiyi bəzi
şeyləri
də
alıb götürürlər. Sovet tibbini tənqid
etdiyim üçün
məni
günahlandırırlar. Premin 35-ci zonasında VTGK-də İvan Svitliçni adında bir məhkumu
gözlə
belə
çətin
seçilən
dəmir
qırıntılarını yığmağa məcbur edir və
bunu eləyənlər yaxşı bilir ki, həmin
adamın barmaqları
yoxdur. Tibbi komissiya bu adamı
bu iş üçün yararlı
hesab eləyir, ancaq onun əlindəki tibbi arayışda yazılır
ki, bu adamın
iki əlində 5 sağlam
barmağı var və
nə
eləsələr yaxşıdı:
onun sağ əlinin şəklini
çəkib
Perm şəhər prokurorluğuna göndərirlər. Bumu sovet tibbinin ədaləti, bumu? Mən bu lagerdə ölsəm,
buna siz günahkarsınız, vətəndaş hakim. Təklif
edirəm,
bax mənim başım
üstündə
asılan Ukrayna respublikasının gerbinin
üzərində Sovet tibbi tərəfindən
sağlam göstərilən beş barmaqlı
Svitliçninin əllərinin şəklini asın. Hökm üçün ən
doğru və düzgün fakt budur".
Mühakimə saatlarında Valeri
Marçenko özünü
son dərəcə pis hiss eləyir:
başı ağrıyır,
böyrəklərinin ağrısı daha da şiddətlənir,
o sadəcə qarşısındakı baryerə söykənərək suallara cavab verir və tez-tez gözətçilərdən su istəyir.
Hakimin dəflərlə verdiyi eyni suala: "Siz hakimdən
nə
istəyirsiniz"
- sualına Marçenko
çox əsəbi: BİTİRİN BU MƏRƏKƏNİ VƏ OXUYUN ÜZÜMƏ VERƏCƏYİNİZ 15
İLİ!
Ona 10 il xüsusi
rejimli lagerdə yatmaqla, 5 il də
sürgün kəsirlər.
Salonda oturan qızlar hönkür-hönkür
ağlayır və Valeriyə
dəstə-dəstə
qərənfillər atırlar. Mühakiməyə götürülməzdən öncə
həkim
baxımından keçən Valeri Marçenko haqqında uroloq-professor tərəddüd etmədən deyir ki, düşərgədə
bu adamı bir saat da
saxlamaq olmaz.
Professor-uroloqun bu
xəbərdarlığına
baxmayaraq Valerinin yenidən
işinə
baxılmasına icazə istəyirlər. Ukrayna Ali Məhkəməsi
qaranəfəs, heç gecikmədən
müraciətin
səhərisi razılıq cavabı verir.
Valerinin
anası hiss edir ki, burada bir
KQB kölgəsi
var. Anasının gətirdiyi şeyləri
bu dəfə qəbul
edirlər
və
ardınca da türmənin
rəisi
olan qadın deyir: "Biz sizdən daha heç nə
qəbul
edən
deyilik və üstündən də
əlavə edir: ümumiyyətlə (xüsusi
aksentlə
deyir bu sözləri ) siz bizdən nə
xahiş edirsinizsə KQB-nin icazəsi
olmadan heç nə
eləyə bilmərik.
Valerinin anasına oğlunun işini aparan bir KQB əməkdaşının telefon nömrəsini
verirlər.
Onlar Böyük binanın qarşısındakı (KQB) bağçada görüşürlər. Cavan bir oğlan təxminən otuz yaşlarında, mərhəmətli bir tərzdə:
- Hə, necəsiniz, Nina Mixaylovna! Düşünürsünüz ki, hamının bizdən zəhləsi gedir, sizin də eləcə. Yoxsa, nəsə bir yaxşı şeylər düşünürsüz? Güman ki, oğlunuza nəsə göndərmək istəyirsiz? Görüşmək istəyirsiz, eləmi? Siz Qərbə informasiya ötürməkdən əl çəkin.
- Düşündüyünüz adam mən deyiləm. Mən artıq heç bir şey göndərmirəm.
Valerinin anasından heç nə
qəbul
etmirlər. Amma görüşməyə icazə verirlər.
Valerini xərəkdə gətirirlər, anası baxır ki, onun əlləri əsir. Zar-zor oturdurlar. Anası da yanında
əyləşir. Bir küncdə
də
KQB-nin əməkdaşı.
Anasının sözlərinə görə
deyəsən adam bir
az insaflı adam olub, çünki
onları görməzdən gəlib. Üzünü onlardan çevirib.
Bununla demək
istəyib
ki, nə danışacaqları
onun vecinə deyil.
Görüş iki saat yarım çəkib. Görüşdən çıxan ana yalnız Allaha ümidlə
oradan ayrılsa da və
düşünür ki,
oğlu artıq məhv
olur.
Ana son ümid olaraq Leninqrad vilayətinin baş
həkiminə belə
bir məktub yazır:
"Qlavvraçu Leninqradskoy oblastnoy bolğniüi
(uçr.US 20/12)
Ubeditelğno proşu Vas ejednevno informirovatğ menə o sostoənii moeqo sına, Marçenko V. Proşu qarantirovatğ leçenie na sovremennom urovne, t.e. s ispolğzovaniem vseqo arsenala sovremennoy mediüinı..." (koneü sentəbrə 1984 q.) (47].
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2014.-15
fevral.-S.15.