QARADAĞLI DAĞI
Adı niyə Qaradağlıydı, bilmirəm. Uzaqdan qaralan dağ silsiləsinə görəmi bu ad verilmişdi, bu dağdan olan Qaranın adıylamı bağlıydı, yoxsa sinəsinə qapqara dağlar basılacağının öncəgörməsindənmi yaranmışdı bu ad... Əslində öncəgörməyə də gərək yoxdu, çünki səkkiz yüz evdən ibarət olan bu kənd on dörd erməni kəndinin əhatəsində idi, yəni qarı düşmənin ovcunun içində və bu da artıq faciənin əsasını təşkil edirdi ...
Qaradağlı! Kimsəyə zərər vermədən, sadə həyatını yaşamaq istəyən bu el, üzərini almış qara buludlardan nəm çəkirdi... Amma yurdunu tərk etmək fikrində olan yoxdu. O səbəbdən də kəndin hər on sakinindən biri şəhid oldu...
Yara sızlar
Qan verər,
yara sızlar
Sızlayaram yaradan
Nə bilər
yarasızlar...
Od düşdüyü
yeri yandırar. Qaradağlının köməksiz
vəziyyətdə, sahibsiz hökumətdə, ədalətsiz dünyada sinəsinə
çəkilən dağı o dağdan
"payı" olanlar
daha yaxşı anlayar. Hər tərəfdən
olan amansız düşmən
hücumuna qarşı
çıxaraq gözləri dəhşətdən alacalanmış,
yaxınlarını - balasını,
anasını, bacısını
qorumağa çalışan
kişilərin
faciəsini
düşünün... Gözünün
qarşısında qızına,
arvadına, anasına,
atasına verilən əzabları, işgəncələri izləməyə
məcbur
olanları gözünüz
qarşısında canlandırın...
döyülüb öldürülənləri, diri-diri
yandırılanları, paltarları
soyundurularaq qarın içində
kilometrlərlə yolu getməyə məcbur
edilənləri, sağ ola-ola başları, bədən əzaları kəsilənləri... təsəvvür edin.
Qaradağlıya belə dağ çəkildi...
Cəbhə xəttində, işğal olunmuş elinə
ən yaxın yerdə bir rayon var - Xocavənd rayonu. 1991-ci ildə
yarandı bu rayon.
Müharibənin odu, alovu bu rayon sakinlərindən
də
yan keçmədi. Adi həyatını
yaşayan xocavəndlilərin qəhrəmanları o an bəlli
oldu. Döyüşə atılaraq torpağını
canından üstün
tutan, heç olmasa yurdun əllərində olan bu hissəsini
qorumaq üçün
hər
şeyi gözə alan oğullar
istəklərinə nail oldular. Neçə-neçə igid oğullar
bu torpağı qanıyla suvararaq şəhidlik
zirvəsinə yüksəldi,
neçəsi
qazi şərəfinə nail oldu - əsas
odur ki, bu torpağı əldə saxlaya bildilər. Bu torpağa
burnunu soxan montelər
başını qoyub
getdi... Paytaxtdakı çal-çağırdan, vur-çatlasın, çal-oynasından
fərqli
olaraq Xocavənd bu gün də müharibə
şəraitində yaşayır. Rayon rəhbərliyindən
tutmuş sadə vətəndaşına qədər hər
kəs
bunu dərindən
dərk
edir və hər an torpaq uğrunda
canlarını verməyə hazırdılar.
Çünki rayonun rəhbəri o, odun-alovun
içindən
çıxmış, Vətən, torpaq sevgisini içində bütün sevgilərdən üstün
bilən,
savaşın ən dəhşətli anında dörd qardaşıyla ön sıralarda olan Eyvaz Hüseynovdur.
Müharibənin ilk illərində macara axtarmaq, görüntü üçün
canfəşanlıq
emək,
məqsədli fəaliyyət göstmək
istəyənlər oldu və
sonradan bunların hamısı geri çəkildi,
əsl vətənpərvərlər, yurd, torpaq təəssübü
çəkənlər qaldı
düşmən
qarşısında. Xocavəndli beş qardaş
bunların önündə idi. Eyvaz, Əbülfət, İlyas, Füzuli, İbad...
Müharibə çoxları üçün "bitsə" də, xocavəndlilər üçün davam edir. Silahı yerə qoyan Eyvaz Hüseynov döyüşü yeni səpkidə davam etdirir. Artıq çoxlarına məlumdur ki, "Xocavəndlilər təqdim edir" silsiləsindən çoxlu sayda vətənpərvər kliplər, xatirələr, xronikalara əsaslanan filmlər dalbadal ictimaiyyətə təqdim edilir. Bu işin arxasında vətən üçün çırpınan böyük ürək, qeyrət, təəssübkeşlik dayanır. Və belə oğulların varlığını hiss etdikcə içində, hələ hər şeyin məhv olmadığına əminlik yaranır. "Xocavəndlilər təqdim edir" silsiləsindən bu günlə səsləşən, rejissoru Bəhruz Məmmədov, redaktoru Şaiq Aslanov olan "Namusumuz Qarabağ" filmini seyr edərkən göz yaşlarıyla bərabər sonsuz bir qürur dolur insanın içinə. Və bu rayonun yurdsevər oğlu Bəxtiyar Qaracanın "Yaddan çıxmaz Qarabağ" filmini də xatırlayaraq vətənin belə oğulların sayəsində düşməndən təmizlənəcəyinə əminliyin bir az da artır.
Bəxtiyar Qaracanın "Azərbaycan" qəzetinin 16 fevral sayındakı "Qaradağlı - "ikinci Xocalı"" yazısından faktlar: "Ümumiyyətlə, bu hadisələrdə kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirib, onlarla insan girov götürülüb. Onların bir qismi geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb".
Şahidlərinin yaddaşında, yuxularında, hafizəsində ömürlük yaşayacaq o faciəni, ermənilər qəhrəmanlıq tarixlərinə sevinclə qeyd ediblər. Vəhşiliyin son həddiddir bu! İnsanlığın faciəsidir! Dünyanın ikiüzlü siyasətinin nəticəsidir. Qaradağlı, Xocalı faciələri haqqında beynəlxalq terrorçu Monte Melkonyanın nümayişkaranə etirafları, onun qardaşı Markar Melkonyanın, Zori Balayanın, Silva Kaputikyanın yazıları bu millətin insanlıqdan nə qədər uzaq olduğunu isbat etsə də, dünya siyasətinin bu haqsızlıqlara göz yumması artıq təəccübləndirmir...
On yeddi fevral Qaradağlı faciəsinin 22-ci ildönümüdür. Xalqımızın sülhsevər,
qonaqpərvər, tolerant olması nə qədər bəyənilən
olsa da, unutqan olması artıq bağışlanmazdı.
Çünki keçmişini
unudanlar onu yenidən yaşamağa
məhkumdurlar.
Fəridə
RƏHİMLİ
Ədalət.-2014.-18
fevral.-S.5.