BAYATI ƏTİRLİ
SÖZ ÇƏLƏNGİ
İki kitaba bir nəzər
Bu yazını bilgisayara diktə
etdiyim anda əlimdə iki kitab var. Mən təsadüfdən bu iki kitabı
eyni məqamda, eyni
yazıda təqdim etmirəm. Çünki bu kitabların adlarında bir-birinə həm
gözlə
görünən,
həm
də
görünməyən bağlılıq var. Gözlə görünən
bağlılıq kitabın
hər
ikisinin müəllifinin Salatın Əhmədli olmasıdır. Yəni bu kitablar bizim xanım yazarımızındı. Eyni zamanda hər
iki kitabın adında gözlə görünən
bir məqam da bu adların içərisindən bir "yol" anlayışının əyani və
qiyabi keçib getməsidi.
Bir az
da dəqiq
ifadə
etsəm,
bu kitabın birinin adı "Analar köç ederken", digərininki isə
"Yol gedir Naxçıvana..." adlanır.
Fikir versəniz, birinci kitabın üstündəki
"köç" sözü
yoldan, köç etməkdən bəhs
edir. İkincidə də
konkret olaraq Naxçıvana gedən yoldan danışılır.
Amma bu söhbətin daxilində olan müəllifin sevdalısı
olduğu, vurğunu olduğu, pərvanəsi
olduğu Naxçıvanın
da bir ana
qədər əzizliyi
də
özünü büruzə verir. Deməli, hər
iki kitabda söhbət
yoldan, anadan, özümüzdən,
sözümüzdən
gedir.
Bu, görünən
tərəfdi. Yəni hər
iki kitabın ilk baxışda görünən tərəfi. Bununla yanaşı, bu kitabda görünən, amma məkan
baxımından fərqli olan bir məqam da var. O da kitabların
hər
ikisinin 2013-cü ildə Bakıda və Eskişeherdə işıq üzü görməsidi.
Birinci kitabda, yəni
"Analar köç
ederken" kitabı bayatılardan ibatədir. Nəfis şəkildə Türkiyədə işıq üzü görmüş bu kitabda Salatın xanımın bayatıları
toplanmışdı. Kitabı Türkiyə
türkcəsinə Tamella Abbasxanlı - Əliyeva çevirmişdi. Əslən Azərbaycandan olan
tərcüməçi qardaş məmləkətdə yaşayıb
işlədiyindən ədəbiyyatımızın təbliğinə
də
böyük ürəklə xidmət edir. Ən maraqlısı da odur ki, bayatılar
kitabına bir çox tanınmış
imza sahibləri, yəni Türkiyənin
söz-ədəbiyyat adamları oz orijinal fikirləriylə həm
təqdir,
həm
də
təbliğ
ediblər. Onların
Salatın Əhmədlinin bayatıları
barəsində yazdıqları və kitada yer alan rəyləri
əlimizdə olan mükəmməl bədii nümunəni
bir az da
sanballı və diqqətçəkən etmişdi.
Açığını deyim ki, bayatıları
oxuduqca folklorumuza, xalq yaradıcılığımıza,
sinədəftər nənə-babalarımıza Salatın Əhmədlinin dərin bağlılığı özünü
çox açıq
şəkildə göstərir. Aydınca
hiss olunur ki, müəllif
xalqını, torpağını,
onun söz-sənət xəzinəsini təkcə bilmir, həm
də
ondan yararlanır, ondan bəhrələnir, həmin o çeşmənin
gözündən
içib o çeşmə qədər də
saf, ürəyəyatımlı bayatı
boxçasını oxucu
önündə
açır.
Təbii ki,Türkiyə
türkcəsində olan bayatıların təqdimatı
zamanı müəyyən anlaşılmayan
sözlərin
səhifə sonlarında izahı da verilibdi. Bu
da həm
türk oxucusuna, həm
də
ümumiyyətlə, türk dünyasına kitabı daha yaxşı anlamaq, bayatıları öz ilkin mənasında
qəbul
etmək
imkanı yaradır.
Həmin bayatıların bir neçəsini diqqətinizə təqdim
edirəm.
Məsələn:
Aşık gözünden akar,
Yaştır, gözümdən
akar.
Yanağıma iz saldı,
Baxışın yüzümden akar.
Beş aşık bir taneyim,
İnciyim, dür daneyim.
Hayyamı bekliyorum,
Mey dolu piyaleyim.
"Yol gedir Naxçıvana..." kitabı
"Elm" nəşriyyatı
tərəfindən rəyçi
akademik İsa Həbibbəyli, elmi redaktorlar filologiya elmləri doktoru Rüstəm
Kamal və filologiya
elmləri
namizədi
Oruc Əliyevin xeyir-duası
ilə oxucu camiəsinə təqdim
olunub. Öncədən deyim ki, kitab
akademik İsa Həbibəyli çox mükəmməl bir ön söz yazıb. Yığcam, amma böyük
mənaları
ifadə
edən
bu ön sözdə
İsa müəllim vurğulayıb ki,
""Yol gedir Naxçıvana..." kitabı
Salatın Əhmədlinin taleyini ölkəmizin bir ayrılmaz parçasına
bağlayan sevdalı düşüncələrin böyük bir parçasıdır". Zənnimcə, bu fikrin arxasında
dayanan böyük mənanı
diqqətli
oxucu dərhal anlaya
bilər
və
ona aydın olar ki, Salatın
xanım ömrünün
bir parçasını
hopdurduğu bu kitabının Naxçıvanın
söz dünyasına
ərməğan edir, o dünyanı bir az da zənginləşdirir. Bu fikirlərimi
dolayısı ilə müəllifin
kitabın girişindəki "Naxçıvanım-nağıl-canım"
yazısında da duymaq, görmək mümkündü.
Mən bu yazının əvvəlində hər iki kitabın gözlə
görünən
məqmaları
olduğunu vurğulamışdım. Yenə həmin
fikrə
qayıdıram. Çünki
bu kitabda toplanmış bayatılar,
laylalar, haxıştalar,
rəvayətlər, həmçinin Naxçıvanın dadlı-duzlu
ağsaqqal, ağbirçəklərinin, baməzə, hazırcavab
insanlarının dildə-ağızda gəzən deyimləri
elə
ardıcıllıqla təqdim olunub ki, oxuduqca
yorulmursan, əksinə, qəmli bayatılardan, kövrək laylalardan, şux haxıştalardan keçə-keçə rəvayətlərə,
gülməcələrə,
dodaq qaçıran əhvalatlara
qədər gəldiyin
yolda bir işığın içindən keçirmiş kimi məsafə qət
edirsən.
Bu bayatıların hər birində
Naxçıvanın, bu
eldə-obada
yaşayan insanların
müdrikliyi, hikmətləri, duyğuları,
arzuları, mübarizlikləri və
həm
də
itirdikləri
məqamlar
elə
verilib ki, sanki çağırılan
bayatılar səni özünlə,
tarixinlə
üz-üzə
qoyur. Məsələn:
Mən bu kəndli
deyiləm,
Dili bəndli deyiləm.
Dindirmə, qan ağlaram,
Mən az dərli deyiləm.
Və yaxud:
Dəryadan bir yel əsdi,
Yolumu yaman kəsdi.
Sağ gözüm sənə
qurban -
Sol gözüm mənə bəsdi.
Qardaş
mənim
gülümdü,
Gülümdü, bülbülümdü.
Ölsə bacılar ölsün
-
Qardaş ölsə
zülümdü.
Kitabda verilmiş
ağılar-oxşamalar da
bir folklor nümunəsi
kimi çox rəngarəngdi. Burada həm kədərin böyüklüyü, həm də
bu kədərə, bu itkiyə,
bu ayrılığa təəssüfün,
həsrətin, sevginin ifadəsi də çox duyğusaldı.
İstər-istəməz oxucunun könlünə təsir
edir, onun ən
munis nöqtələrini elə ovsunlayır, elə titrədir
ki, o yanğı bütünlüklə
daxili aləmini bürüyür.
Məsələn:
Dağlarda lalam qaldı,
İçmədim lalam qaldı.
Ölməyimdən deyildim,
Bir cüt nişanam qaldı.
Və yaxud:
Ağacda
xəzəl ağlar,
Altında gözəl
ağlar.
Kimin əzizi ölsə,
Sərgərdən gəzər, ağlar.
Kitabda verilən laylalarda da həmin o qəlbi
riqqətə gətirən ana-bala sevgisi oxucuya tər
bənövşə qoxusu kimi xoş
gəlir. Çünki
tanış və
doğma hisslərdi.
Başına dönüm baş
kimi,
Səhərə qala naş kimi.
Toyunu tutum çəməndə,
Pul töküm
şabaş kimi.
Və yaxud:
Balamı tanıram mən,
Hər sözün qanıram mən.
Yuxuda ah çəkəndə,
Od tutub
yanıram mən.
Mən bir oxucu marağıyla oxumağa başladığım kitabın nəsr bölümünə başlayanda artıq kifayət qədər böyük sözün içərisində zaman keçirdiyimin fərqinə vardım. Hiss etdim ki, Azərbaycan folklorunun bir qolu olan Naxçıvanın bayatı, layla, ağı, oxşamalar və digər tər çiçəkləri həqiqətən də Böyük Sözün Böyük Nümunəsidi.
İstər rəvayətlər, istər inanclar, qaravəllilər, istərsə də bir elin, obanın özünəməxsus şivəsi, yəni dialekti həm mövzu və fikir tamlığı baxımından, həm təqdimat etibariylə, həm də onların bir bulağın gözündən qaynaması anlamından yanaşanda çox mükəmməl və orijinal görünür. Adama elə gəlir ki, o, bu söhbətlərin iştirakçısıdı. Məhz bu mənada da hadisələr, mövzular yaddaşa öz naxışını vurur. Səmimi etiraf edim ki, müəyyən məqamlarda mən həmin o dadlı-duzlu qaravəllilərdən söhbətlərimdə yararlanmışam.
Bəli, bir müəllifin iki kitabı barəsində söylədiyim fikirlərin yekunu olaraq vurğulamaq istərdim ki, bu kitablarla tanış olan hər kəs onun müəllifinin, yəni Salatın Əhmədlinin bir ədəbiyyat, söz, bir qələm adamı kimi geniş auditoriya əldə etmək imkanına malik söz xəzinəsi var. Salatın xanım da bu xəzinədən səxavətlə, həm də məharətlə istifadə edir. Ona görə də onun qələmi də, sözü də tər və olduqca səmimidi. Oxucuya da həmişə səmimi söz xoş və doğma gəlir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-18
fevral.-S.6.