Biləsuvarda təhsilin yeni mərhələsi
(əvvəli
ötən sayımızda)
805 şagirdin təlim-tərbiyəsi ilə 91 nəfər müəllimin məşğul olduğu məktəbə
ömrünü
pedaqogikaya həsr edən əməkdar müəllim Firudin Balaxan oğlu Hüseynov rəhbərlik edir.
Onu tanıdığım
müddətdə məktəbə ayırdığı
vaxt və qayğını
nə
iləsə əvəz etməyi
təsəvvürə gətirməyən bir ziyalı kimi görmüşəm. Həmişə olduğu kimi ümumi söhbətdən sonra yenə
məktəbi haqqında qürurla danışır:
- Sənin
də
çox bəyəndiyin 7 şəhid məzunumuzun
abidə
kompleksinin qarşısından
keçib məktəbə
daxil olanda həmişə onların sual dolu nəzərlərini kürəyimdə hiss etmişəm.
Elə
bil onların hər
biri, məktəbin
adını daşıdığı
Ceyhun Məhərrəmov da baxmayaraq ki,
birinci mərtəbədə böyük
şəklini
asmışıq, hər birimizdən
soruşur ki, vətən torpağının azad olunması üçün
necə
çalışırsınız? Əlbəttə, biz müəllimlər də,
şagirdlərimiz
də
bu suala öz elmimizlə cavab verməliyik. Xırmandalı kənd
2 saylı tam orta məktəbin uğurları buna əyani
sübutdur. Ötən il 12 nəfər məzunumuz ölkənin
müxtəlif
ali məktəblərinə, 10 nəfər məzunumuz
isə
orta-ixtisas müəssisələrinə
daxil olublar. Kollektivimiz böyük olduğu qədər də
nizam-intizamlı, müasir
tələblərə
cavab verən kollektivdir.
Açıq dərslərin təşkilinə xüsusi fikir veririk. Çalışırıq ki, müasir
tədris
texnologiyalarından daha
çox istifadə edək.
İndi məktəbimizin I-VI siniflərində dərslər kurrikulumların tətbiqi ilə
keçirilir. Məktəbimizin bütün avadanlıqları
təzə və
müasirdir. İndi məktəbimizdə
23 kompüter, 4 proyektor
var. 34 sinif otağında
qışda belə çox normal istilik yaradırıq. Burdakı səliqə-səhmanı qorumaq
da xeyli diqqət
tələb edir. Məktəbin
Ülviyyə
Əhmədova, Arzu Kazımova, Günel Mirzəyeva, Samirə Kazımova, Eldəniz Hacıyev kimi qabaqcıl müəllimləri var. Deyəsən nəsə dedim axı...
Həmişə olduğu kimi yenə
səmimi
və
diqqətcil
olan Firudin müəllimlə sağollaşıram.
Əfsər müəllimin məktəbi
Biləsuvar rayonunda
Bəydili
kənd
tam orta məktəbinə hamı belə deyir. 638 nəfər şagirdin
təhsil
aldığı bu məktəbə rayon sakinlərinin belə
deməsinə səbəb Əfsər Həsənağa oğlu Haşımovun 7 il rayon Təhsil Şöbəsinə rəhbərlik etməsidir.
Məktəbə xüsusi
ömür payı ayıran Əfsər müəllim 1973-cü ildən
bu peşəyə
bağlanıb və indi də
bununla fəxr edir:
-
1983-cü ildən
istifadəyə verilən
bu məktəbin rayon təhsilinə öz töfhələri
var.
Əvvəla onu deyim ki,
məktəbimizin dərsə davamiyyəti
həmişə yüksək
olub. İstifadə etdiyimiz 31 sinif
otağı daim şagirdlərlə, müəllimlərlə qaynayıb-qarışıb.
Baxmayaraq ki, məktəbimizdə ciddi təmirə ehtiyac var və bu yay bu
həyata
keçiriləcək, ancaq bir an
belə
tədrisdən geridə
qalmamışıq. 2013-cü ildə
8 nəfər məzunumuz
ali, 12 nəfər məzunumuz isə
orta-ixtisas məktəblərində oxumaq hüququ qazanıblar. 2013-cü ildə Nahid Saməddin
oğlu Abbaslı 626 bal toplayaraq Azərbaycan Dövlət
Polis Akademiyasına qəbul olunub. Ondan bir
il əvvəl isə
daha bir məzunumuz
yüksək
balla Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına vəsiqə qazanıb. Qısası, çalışırıq ki, gələcəyimiz olan gənclərə elmin bütün sirlərini öyrədək.
Əfsər müəllimi
qayğıları ilə baş-başa buraxıb sağollaşıram.
Rayonun ən böyük tədris müəssisəsi
Biləsuvar şəhərindəki Ə.Eynullayev adına 4 saylı tam orta məktəb rayonda ən böyük tədris müəssisəsidir. 2008-ci ildə
əsaslı
təmir
edilən
3 mərtəbəli bu binada 55 sinif otağı, 3 fənn kabineti, 1 idman zalı, 1 yeməkxana, 1 klub,
1 kitabxana, vergi biliklərinin
təbliği
üzrə
metodiki mərkəz,
30 kompüter, 3 proyektor
var. Ötən
il məktəbin 24 şagirdi ali məktəblərə,
16 şagirdi isə orta-ixtisas məktəblərinə qəbul
olunub. Son 5 ildə bu məktəbin 16 nəfər məzunu
ali məktəblərə qəbul
zamanı 600-dən çox
bal toplayıb.
2012-ci ildə
"Ən yaxşı ümumtəhsil müəssisəsi" adına layiq
görülmüş bu
məktəbə 2002-ci ildən "Tərəqqi" medallı Əli Əliyev başçılıq edir. Əli müəllim bildirdi ki, 136 nəfər müəllim
kollektivi olan məktəbin bütün müəllimləri İnformasiya Kommunikasiya Texnologiyaları kursların
keçiblər
və
onların hamısı
müasir təlim metodlarını yaxşı
mənimsəyiblər. Ayrıca işıq
və
istilik sistemi olan məktəbimizdə təkcə elmi biliklər öyrədilmir, həm
də
irimiqyaslı tədbirlər keçirilir. Ötən il məktəb uşaq
hüquqları üzrə pilləli
tədris
kursunda fəal iştirak
etmişlər.
Ombudsman Elmira Süleymanova burda görüş keçirmişdir. Şagird və
müəllimləri maraqlandıran bir sıra sullara cavab verən
Elmira xanım bu görüşdən
çox məmnun qalmışdır. Qonaq məktəbə
kompüter dəsti bağışlamağı da
unutmamışdır. Söhbət etdiyim digər direktorlar kimi Əli müəllim də Biləsuvarda
təhsilin
inkişafında yeni mərhələnin başlandığını
qeyd etdi. Əminliklə vurğuladı ki,
bu mərhələnin həyata keçirilməsi
nəticəsində şagirdlərimiz
ölkənin
daha nüfuzlu ali məktəblərinə daxil olmaqla bərabər, cəmiyyətin daha sağlam fərdləri kimi ölkə iqtisadiyyatına,
ictimai-siyasi həyatına öz töfhələrini
verəcəklər.
Səxavət
Məmmədli
Ədalət.-2014.-19
fevral.-S.7.