CƏNGƏLLİK DÜSTURLARI POZULMUR...
Son illərdə Azərbaycan ədəbiyyatında detektiv adı ilə çap olunan əsərlərin sayı artmaqdadır. Burada o janrın bir sıra kamil nümunələrini yaradan, təkcə Azərbaycanda deyil, dünyada tanınan Çingiz Abdullayevin ardıcıl fəaliyyəti böyük rol oynayır. Onun əsərləri belə bir həqiqəti sübut edir ki, detektiv ədəbiyyatı özünün müəlliflər ordusunu da formalaşdırmaqdadır.
Detektiv janrının da özünəməxsus xüsusiyyətləri var. İlk baxışda sadə görünən, amma mahiyyətinə vardıqda bir sıra gözlənilməzliklərlə diqqəti cəlb edən detektivlərdə sırf hadisələrinmi, yoxsa bunlarla yanaşı psixoloji aspektin olmasımı daha çox vacibdir. Bu məsələ də çözülməlidir. Yaxud, detektivdə bədii təxəyyül nə dərəcədə iştirak edir, təsvir olunan hadisələrdə professional-hüquqi məzmunun payı nə qədərdir? Ancaq ən əsası odur ki, detektiv əsərlərdə yazıçının öz səviyyəsi də diqqəti cəlb etməlidir. O, təsvir etdiyi kriminal aləmə nə dərəcədə bələddir, cinayət aləminin, onun qanunlarının, mafiyanın, oğrular aləminin "içərisini" yaxşı bilirmi?
Bu yaxınlarda imzasına ilk dəfə rast gəldiyim bir yazarın-Mobil İsmayılovun "Cəngəllik düsturları" kriminal povesti ilə tanış oldum və məni düşündürən bir sıra suallara da burada cavab tapdım.
Bu povestdə mənim üçün önəmli o oldu ki, müəllifin təqdim etdiyi "Cəngəllik aləmi"nin və bu aləmin özünəməxsus düsturları olduğunun şahidinə çevrildim. Yox, bu, müəllifin uydurması deyil. Bizim oxuduqlarımızdan, müxtəlif informasiya kanallarından əxz etdiklərimizdən belə məlum olur ki, o "Cəngəllik aləmi" doğrudan da mövcuddur. Əsərə yazılan ön sözdə qeyd olunur ki: "Povestdə kriminal aləmin görünməyən tərəfləri, gizli məqamları daha qabarıq şəkildə verilir. "Qaranlıq dünya"nın özünəməxsus spesifik xüsusiyyətləri orijinal bir tərzdə təsvir olunur. "Cəngəllik dünyasının adamları" həyat reallıqlarını görmək istəmədiklərindən faciələrə düçar olurlar. Cərəyan edən hadisələrin motivləri ədalətin, düzlüyün nə qədər qiymətli, dəyərli olduğu bir daha yaddaqalan məqamlarla əks etdirildiyindən oxucuda maraqlı təəssüratlar doğurur. Müəllif hər şeyə həqiqətin gözü ilə baxmağa çağırır. Əsərin qəhrəmanları XXI əsrin pəncərəsindən boylandıqca yenə də təlatümlü dünyanın təzadlarını, keşməkeşlərini görürlər!"
İndi gəlin, əsərin özünə müraciət edək.
Nədir "Cəngəllik", onun qanunları nədən ibarətdir, bu qanunları kimlər formalaşdırır və bunların cəmiyyət üçün qorxulu, dəhşətli məqamları hansılardır?
Təbii ki, Cəngəllik öz ilkin mənasında işlədilmir. Yəni təbiətin vəhşi qanunları hökm sürən o cəngəlliklərdən söhbət getmir. Lakin kriminal insanları bir araya toplayan Cəngəlliklə həmin o vəhşi cəngəllik arasında ümumi, oxşar bir məqam var: hər ikisində sərt, amansız stixiya hökm sürür. Hər ikisində dəhşətlər, vəhşətlər diqqəti cəlb edir.
Kriminal Cəngəllik elə bir məkandır ki, orada güclü olan gücsüzləri məhv edir. Bu məkanın adamları üçün müxtəlif vəhşi və zorakı üsullarla, yaxud gizli metodlarla adam öldürmək, ağlagəlməz yollarla pul qazanmaq, dəhşətli cinayətlər törətmək, "qan üstündə yuva tikmək" səciyyəvi xüsusiyyətlərdir. Povestin son səhifələrində "cəngəllik" anlayışı belə şərh olunur ki: "Cəmiyyət onda fəlakətə uğrayır ki, insanlar təbəqələrə bölünərək bir hissəsi qanunun üstünə çıxır, bir hissəsi də qanunun altında qalıb əzilir. Qanunun üstünə çıxanlar heç bir cəza görmürlər, qanunun altındakılar isə ən adi xəta üçün sərt cəzaya məruz qalırlar. Bax, budur cəngəllik qanunları... Zəifin güclü qarşısında boyun əyməsi həmişə qanun olmuşdur. Təbiətdə də belədir".
Nəticədə deyək ki, cəmiyyətdə yaranan sinfi təbəqələşmə, varlı-yoxsul qütbləşməsi, bir çox qanunların dişsizliyi və açıqdan-açığa işləməməsi, sərt cəza və bunun əksinə, cəzasızdıq sindromugistər-istəməz cəmiyyətdə bir uyğunsuzluq yaradır. Və buna görə də kriminal aləmin fəaliyyəti üçün meydan yaranır. Güclülər özlərindən zəif olanlarını məhv edirlər, çünki o zəiflər haçansa qüvvətlənə bilərlər, amma özlərindən qüvvətli, daha güclüsü meydana çıxır və öncəkini məhv etmirlər. Əsərdə oxuyuruq ki: "Ekstra isimlərlə bağlı baş verənlər də cəngəllik qanunlarından kənarda deyil. Əməliyyatlar keçirilir, bir-birini satırlar, kimləri istəyirlərsə, məhv edirlər. İstənilən cinayətkar məqsədinə asanlıqla nail olur.gVay o günlərə ki, cəmiyyət daş dövrünün qanunları ilə yaşamağa başlasın. Dünya sanki qaranlıqlaşacaq. Anormal proseslər baş alıb gedəcək... Cəngəllik düsturu insanlara acı tale bəxş edə bilər. Çirkli yollarla qazanılmış pullar heç kəsə xoşbəxtlik gətirə bilməz".
Burada əsərin qayəsini, müəllif məramını ifadə edən Mahiyyət, Məna öz əksini tapır. Təbii ki, əsərdə təsvir olunan hadisələr, situasiyalar, qorxulu vəziyyətlər oxucunu qətiyyən bədbinləşdirməməlidir. Məqsəd də elə budur ki, oxucu belə bir aləmin varlığına şübhə ilə yanaşmasa da, onların haqqın, ədalətin gücü ilə məhvə məhkum olduğunu anlasıng
Təbii ki, povestdə təsvir olunan hadisələrin əksəriyyəti yazıçı təxəyyülündən doğmuşdur. Amma "od olmasa, tüstü çıxmaz". Bədii təxəyyül də reallıqlarda, gerçəklikdə baş verən hadisələrlə müəyyən dərəcədə ilişgilidir. Təsvir olunan hadisələrin doğrudan da həyatda baş verib-baş verməməsi barədə hökm çıxarmaq, bunların doğrumu, yalanmı olmasını müəyyənləşdirmək heç lazım da deyil. Çünki bu, ədəbiyyatdır. Ədəbiyyat həqiqətə uyğun yalanlar üzərində qurulur. Məsələ burasındadır ki, bədii təxəyyül olmuşları sadəcə "nizama salır", "belə də ola bilər" şəklinə salır.
Əsərdə "Cəngəllik dünyası"nın gözə görünməyən "liderləri", onların xarakteri, əməlləri, qarşılıqlı münasibətləri və aralarındakı konfliktlər barədə aydın təsəvvür yaradılır. Gəlin povestin kriminal "qəhrəmanlarına" nəzər yetirək.
Bu, Abdurrahmanbek
Zaurovdur. Təxəllüsü
"Maqan"dır. "Cəngəllik məkanı"nda
birincidir, liderdir. Keçmiş SSRİ-nin bütün şəhərlərində
(Moskva başda olmaqla) fəaliyyət meydanına malikdir. Qorxu bilmir. Həmişə yanında ağıllı
bir qadın saxlayır. İnsanları,
onların xasiyyətlərini çox
gözəl
bilir, özündən güclüsünü tanımır
və
kim ondan
azacıq irəliyə addım atırsa, onu məhvə sürükləyir.
Bu, Ruslan Baratovdur. Bakıda, Azərbaycan miqyasında böyük nüfuz sahibidir. Amma düşmənləri çoxdur və onlar Baratovu sıradan çıxarmaq üçün
yollar axtarırlar.
Baratov güclənsə, Zaurovu məhv
edə
bilər.
Bu, "maliyyə
dahisi" Feyzi Feyziyevdir. Amma qorxulu deyil.
Ona görə
də
onu aradan qaldırmaq, mafiyadan kənarlaşdırmaq,
heçə
endirmək
düşmənləri üçün o qədər də çətin
olmur.
Bunlar isə Vüsal Hörmətov və
Ramin Eminovdur. Onlar dostdurlar,
eyni yolun yolçularıdır. Amma sonra
yolları ayrılır.
İkisi
də
təpədən-dırnağa çirk və murdarlıqlar
içindədir.
Bu da Renat İlyasov. Adətən,
birincilərin-liderlərin əlində iş görə biləcək, cinayət
törətməyə qadir adamlar olur. Renat da bu adamlardandır. Amma bunların da elə
o liderlər
tərəfindən sıradan çıxarılması
təəccüblü
olmur. Renatlar gedir, təzələri
gəlir.
Bu isə
Ramal Aşurovdur. Onun da kriminal aləmdə
öz yeri var. Təsadüfi
deyil ki, Zaurovun qətlə yetirilməsindən sonra yaşayan liderlərdən biri odur.
Deməli, "qanunların
üstündə
yaşayan", hər biri qüvvət və hökm sahibi olan bu adamlar
tükənməz güc-qüvvət
yiyəsidirlər.
Amma "Cəngəllik düsturu"nda
dostluq, sədaqət
sözləri
yalnız üzdədir. Onların bir-birinə münasibəti
birləşməyə, vahid güc olmağa yox, bir-birilərini məhv etməyə, aradan çıxarmağa
yönəlir.
Münaqişələr, konfliktlər də çoxşaxəlidir. "Vaxtı ilə bir yerdə böyük pullar qazanıb bölən Ruslan Baratovla Ramin Eminov sonradan bir-birinə az qala düşmən kəsilmişdilər". İlk münaqişə də elə onların arasında alovlanır. Baratovu aradan götürmək üçün Ramin Eminov bütün alçaq vasitələrdən istifadə edir. Ona bu işdə Hörmətov köməklik göstərir. Həm də belə qərara gəlirlər ki, Baratovu yıxmaq üçün daha güclü bir qüvvəyə-Zaurova arxalansınlar. Plan baş tutur. "Bədbəxt hadisə" nəticəsində Baratov meydanı tərk edir. "Baratov narkotik tərkibli maddəni şərabla qəbul etdikdən sonra hovuza yıxılmış və boğulmuşdur". Növbəti qurban isə Feyziyev olur. "Ağ xalatlılar əlləri bağlı vəziyyətdə və tam çılpaq halda olan Feyziyevi psixiatrik xəstəxanaya lap yaxın bir yerdə, avtobus dayanacağının yanında yerə qoydular". Az sonra "cəngəlliyin" işgüzar adamlarından biri - Vüsal Hörmətov da sıradan çıxarılır. Özü də yaxın dostu Ramin Eminovun əli ilə. Hər halda Eminov da insandır və o, bir qədər vicdan əzabı çəkir. Deyir: "Dost itkisi ağır olur. Yaxşı-pis, dostluq etmişdik. Taleyin hökmünə bax. Vüsal da bu dünyanı tərk etdi. Qəflətən, gözlənilmədən getdi. Mən nankor dost çıxdım. Ədalətsiz, fani dünya".
Sonra da Səbinə. Mafioz aləmlə ələqəsi olan bu jurnalist qadın da qəzaya uğradılır. Səbəb odur ki, o, gündəlik yazır və bu gündəlik ələ keçsə, fəna hallar baş verər.
Sonra Ramin Eminov və
oğlunu öldürürlər. Qətllər, ağır cinayətlər bir-birini
əvəz edir. Oxucu elə
düşünür ki,
"Cəngəllik aləmi"ndə ancaq liderlər sağ qala bilərlər. Yox, belə
olmur. Nəhayət, bu qətllərdən sonra Zaurov və
onun məşuqəsi
Fidan xanım da o məşum
taleyi yaşamalı olurlar. Daha doğrusu, taleləri, ömürləri
sona çatır.
"Hər
şey sanki ani şəkildə cərəyan etdi. Döngələrin birində qəflətən partlayış
baş verdi.
Zaurovun və
Fidanın olduğu maşın alovlanıb yanmağa başladı".
Bəli, qətllər, ağır cinayətlər, ölümlər bir-birini əvəz edir. Əvvəl "cəncəlliyin" adi,
sıravi adamları, sonra bir qədər güjlüləri, sonra da hegemonları,
liderlərig
Diqqət yetirsək,
görərik
ki, bu "cəngəllik düsturları" ilə hərəkət edən adamların hər birinin özünəməxsus tərcümeyi-halları
var, hər birinin fərdi
xarakterləri
var. Onların əksəriyyəti kriminal aləmə kasıblıqdan, pis yaşayışdan, yorucu
həyatdan
gəlmişlər. Əvvəlcə pullanmışlar,
pullandıqca istər-istəməz mafioz qüvvəyə çevrilmişlər. Təbii ki, bu adamların içində vətənpərvərlik,
yurdsevərlik
duyğusu yoxdur, onları Qarabağ düşündürmür, onlar
düşmənlə də
birləşə bilərlər. Getdikcə onlarda hegemonluq,
iddiası baş qaldırır, təkəbbür, mənəm-mənəmlik, şöhrət
hissləri
əqillərini başlarından almışdır.
Onlar üçün rəqiblərini öldürüb sonra heyfsilənməmək adi işdir. Bu adamların
hər
biri müəyyən savada və
həyat
təcrübəsinə malikdirlər.
Ancaq onların savadı da, qazandığı biliklər
də,
həyat
təcrübəsi də
qəddarlığa,
haqsızlığa, kimlərisə məhvə sürükləməyə, qətllər törətməyə, hədsiz dərəcədə
varlanmağa, qüdrət və
nüfuz sahibi olmağa yönəlib. Xarakterləri, fərdi
dünyaları fərqli olsa da, onları
birləşdirən məqamlar
var.
Bax, Mobil İsmayılovun
povestdə
canlandırdığı həyat budur. Kriminal aləm... "Cəngəllik dünyası" - onun düsturları: Qəddar ol! Amansız ol! Yem olma!
Özündən
zəifləri əz! "Cəngəlliyə" girdinmi ordan sağ çıxmağı
düşünmə!
Mobil İsmayılovun povestindən alınan təəssürat budur...
VAQİF
YUSİFLİ
Ədalət.-2014.-19
fevral.-S.6.