Leyla Əliyeva uşaqlar üçün
Maltada sərgi təşkil etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də
Maltanın paytaxtı Valettada, Prezident sarayında "Yer kürəsi uşaqların gözü
ilə” devizi altında sərgi açılıb.
Adalet.az-ın "AzərTAc”a istinadən verdiyi xəbərə görə, tədbirdə Heydər
Əliyev Fondunun vitse-prezidenti,
İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın prezidenti
Corc Abela, baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və
hökumət
rəsmiləri, ətraf mühitlə
bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil
ocaqlarının təmsilçiləri, habelə
Azərbaycanın
İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları
iştirak etmişlər.
Heydər Əliyev Fondunun
vitse-prezidenti, İDEA İctimai
Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya
şöhrətli
fotoqraf Reza Deqatinin dəstəyi ilə
2012-ci ildə
baş tutan "Yer kürəsi uşaqların
gözü ilə” adlı beynəlxalq uşaq
müsabiqəsi
sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə
uşaqları məlumatlandıran
ilk beynəlxalq
layihə
hesab olunur. Həmin ilin sentyabrında
elan olunmuş, "Mən
təbiəti sevirəm”
və
"Mən
çirklənmədən qorxuram”
devizləri
altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox
uşaq və gənc iştirak edib.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim
edilib. Müsabiqənin qalibləri
Reza Deqatinin sədrlik etdiyi, "Reuters”, "Polka” jurnalı,
"National Geographic”, "Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət
münsiflər
heyəti
tərəfindən müəyyən edilib.
Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda "Yer kürəsi
uşaqların gözü
ilə”
festivalı keçirilib. Valettada təşkil olunan sərgidə məhz
həmin
müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.
"Yer kürəsi uşaqların gözü
ilə”
sərgisinin
təşkilatçıları
İDEA İctimai Birliyi
və
tanınmış fotoqraf
Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət
təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin
bu yaxınlarda İsveçrənin
Cenevrə
şəhərində də
təşkili
planlaşdırılır.
Heydər Əliyev Fondunun
vitse-prezidenti, İDEA İctimai
Birliyinin rəhbəri Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata
keçirilməsi
istiqamətində regionda liderdir.
Leyla Əliyeva həmçinin qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə, baxmayaraq ölkələrimiz arasında
qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur:
"Tarixən
hər
iki ölkə Avropa ilə
dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb”.
Reza Deqati isə
vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil
edən
və
birgə
çalışdığı uşaqların işləri nümayiş olunur:
"Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya
bir daha nəzər yetirmiş oluruq”. O qeyd edib ki,
İDEA İctimai Birliyinin
rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli
sürməsinin
məqsədi gələcək nəsilləri ətraf mühitlə
bağlı məlumatlandırmaqdır.
Bakı ilə
Maltanın şəhərlərini
biri-birinə
bənzədən Reza Deqati
diqqətə çatdırıb ki, sərgi
iki ölkəni daha da yaxınlaşdırır.
Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulamışdır ki,
belə
bir sərginin keçirilməsi müxtəlif
qitələri təmsil
edən
uşaqların planetimizi
necə
gördüyünü öyrənmək baxımından
olduqca vacibdir.
Leyla Əliyevanın rəhbərlik etdiyi
İDEA İctimai Birliyinin
müvafiq istiqamətdə gördüyü
işlərə toxunan səfir,
qurumun dünyanın müxtəlif
ölkələrində bu cür sərgilər təşkil
etdiyini diqqətə çatdırıb.
Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirib ki, son illərdə
ikitərəfli münasibətlər bütün sahələrdə
inkişaf etməkdədir.
Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək, bildirib
ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar ətraf
mühitdə
baş verənlərə
biganə
yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən
hadisələrə uşaqların
gözü ilə baxmaq olduqca maraqlıdır.
Maltanın dövlət
başçısı diqqətə çatdırıb
ki, ölkələrimiz arasında
yüksək
səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər
istiqamətlər üzrə
də
inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.
Malta dövlətinin
başçısı sərginin bu ölkədə
keçirilməsi
təşəbbüsünə görə
İDEA İctimai Birliyinin
rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın
baş nazirinin yay iqamətgahı
olan Girgenti sarayında şam yeməyi
verilib.
Sərgi fevralın 28-dək davam edəcək.
leylML
Ədalət.-2014.-19
fevral.-S.8.