Roberto Karlosu geridə qoymuş azərbaycanlı futbolçu

 

"Ədalət" qəzeti ənənəsinə sadiq qalaraq bu həftə daha bir tanınmış futbolçunun həyatı və karyerası haqda yazını sizə təqdim edir. Qəhrəmanımız milli komandamızın bir çox klublarımızın şərəfini qorumuş veteran futbolçu Ramiz Məmmədovdur. O Ramiz Məmmədov ki, bir zamanlar ölkənin ən əsas müdafiəçilərindən hesab olunub. Bəlkə çoxlarınız bilmirsiniz ki, Ramiz Məmmədov bir sıra göstəricilərinə görə dünya futbolunun tarixinə düşüb. Amma bu barədə bir qədər sonra.

Ramiz Məmmədov 1968-ci ilin 15 avqustunda Ağdam şəhərində anadan olub. Amma futbolçu karyerasına əksər ağdamlı futbolçular kimi məhz "Qarabağ"da yox, Mingəçevirin "Avtomobilçi" komandasında başlayıb. Mingəçevirdə ik mövsüm keçirdikdən sonra isə Ağdamın "Qarabağ" komandasına üz tutub. Ancaq onun Ağdamdakı karyerası elə də uzun çəkməyib və istedadlı müdafiəçi yenidən karyerasını başladığı şəhərə-Mingəçevirə qayıdıb. Bu dəfə isə bir zamanlar ölkə çempionatında yetərincə məzmunlu oyun nümayiş etdirən "Kür-Nur" komandasında forma geyib. 90-cı illərin sonu isə Ramiz Məmmədovun karyerasının demək olar ki, yüksəliş dövrü hesab olunur. Əvvəlcə "Dinamo Bakı"nın heyətində forma geyinən Məmmədov sonradan həmin dövrün ən güclü komandası olan "Kəpəz"ə transfer olunub. Mehman Allahverdiyevin rəhbərliyi altında Azərbaycan çempionu olan futbolçu məhz burdan milliyə yol tapıb və bombardirlik keyfiyyətlərini nümayiş etdirməyə başlayıb. "Kəpəz"dən sonra "Neftçi", "Şəfa" kmi yerli komandalarda çıxış edən milli üzvü ardınca İrana yollanır və burda adlı sanlı "Peykan" klubunun şərəfini qoruyur. "Peykan"dan ayrılandan sonra isə bu ölkənin daha bir komandası Rəşt şəhərinin "Pegah" klubunun şərəfini qoruyur. İrandan qayıdandan sonra isə sonuncu klubu hazırda mili çempionatımızın güclülər dəstəsini tərk etmiş Tovuzun "Turan" komandasında çıxış edir. İstedadlı futbolçu karyerasını məhz bu komandadın heyətində başa vurur. Ramiz Məmmədovun mili karyerası ilə bağlı çox maraqlı bir məqam var. Ümumiyyətlə, bu nüans Azərbaycanın əksər futbolçularına da şamil oluna bilər. Məsələn, Vəli Qasımov kimi istedadlı futbolçu yığma komandanın heyətində cəmi 14 oyun keçirmişqol vura bilməmişdi. Ramiz Məmmədov isə müdafiəçi olmasına baxmayaraq, yığma komandanın heyətində 4 qola imza atıb. Özübu qolları cəmi 20 oyuna vurub. Hər halda Ramiz Məmmədov kimi istedadlı və etibarlı bir müdafiəçinin yığma komandada cəmi 20 oyuna çıxması təəssüf doğurmaya bilməz.

İndi isə Ramiz Məmmədovun dünya futbolunun tarixinə düşməsi haqda bir neçə kəlmə. Bildiyiniz kimi qəhrəmanımız karyerası ərzində həm də bombardir müdafiəçi kimi tanınıb. Hətta "Kəpəz"də çıxış etdiyi dönəmlərdə çox vaxt bombardirlərin yarışında ilk üşnlükdə olub. Məhz bu göstəricilərinə görə o, dünyanın ən çox qol vuran müdafiəçiləri siyahısına düşüb. Beynəlxalq Futol Tarixi və Statistikası Federasiyasının (İFFHS) hesablamalarına əsasən, 1992-2005-ci illər ərzində keçirdiyi 285 oyunda 64 qol vurmaqla dünyanın ən çox qol vuran 33-cü futbolçusu olub. Maraq üçün qeyd edək ki, Ramiz Məmmədov bu siyahıda dünyaca məşhur bir çox futbolçuları qabaqlaya bilib. Məsələn onun geridə qoyduqlarının siyahısında bir zamanlar "Qalatasaray"ın formasını geymiş rumıniyalı George Popesku, alman Andreas Breme, braziliyalı əfsanə Roberto Karlos, fransalı Frank Leböf, italiyalı Cyankito Faşettivar. Qeyd edək ki. Məmmədov keçmiş SSRİ məkanından İFFHS-in cədvəlinə düşən yeganə müdafiəçidir.

Ramiz Məmmədov karyerasını 2005-ci ildə bitirəndən sonra məşqçi kimi fəaliyyətə başlayıb və 2006-cı ildə onun ilk çalışdırdığı komanda "Qəbələ" olub. Ümumiyyətlə mütəxəssislər hesab edirlər ki, "Qəbələ"nin indiki yerə gəlib çatmağında və bünpvrəsinin formalaşdırılmasında Ramiz Məmmədoivun böyük əməyi var.

Futbolçu kimi uğurlarına gəlincə, Məmmədov 1997-ci ildə "Qarabağ"la Azərbaycan çempionu olub. 200-ci ildə isə Gəncənin "Kəpəz" komandası ilə gümüş medallara sahib olub. 2000-ci ildə o həmçinin "Kəpəz"lə Azərbaycan kubokuna sahib olub. 2001-ci ildə isə "Şəfa" ilə ölkə kubokunu qazanmağı bacarıb. Həmçinin "Kəpəz", "Neftçi", "Şəfa" , "Bakı" kimi komandalarla Çempionlar Liqası və UEF A kubokunun oyunlarında iştirak edib.

 

İntiqam Valehoğlu

Ədalət.-2014.-20 fevral.-S.8.