UĞURLARA APARAN İŞIQLI YOLLAR

(əvvəli ötən sayımızda)

 

2013-cü ildə şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində xeyli işlər görülmüş, şəhərin mərkəzində şahmat məktəbi və bayraq meydanı inşa edilmiş, Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fasad hissələri müasir memarlıq üslubunda yenidənqurulmuş, üst örtükləri təzələnmişdir.

Heydər Əliyev parkı əsaslı yenidən qurulmuş, parkın bütün ərazisi müasir örtük tavaları ilə üzlənmiş, yeni oturacaqlar inşa edilmiş, işıqlandırma sistemi təzələnmiş, uşaqların əylənməsi üçün xüsusi avadanlıqlar quraşdırılmış, şəhərin bir çox küçələrinə yeni asfalt örtükləri vurulmuşdur.

Yeni Azərbaycan Partiyası rayon təşkilatına yeni bina tikintisi üçün hazırlıq işləri aparılır.

 

Tənqidi yanaşmalar da var

 

Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüş, mərkəzi küçələrin əsasən təmiz saxlanılmasına nail olunmuşdur.

Bütün bunlarla yanaşı şəhər təsərrüfatının işində bir çox problemlər vardır.

Şəhərin ekoloji sanitar vəziyyətinə nəzarət edilməsi sahəsində regional ekologiya təbii sərvətlər idarəsinin, gigiyena epidemiologiya mərkəzinin, profilaktiki dizenfeksiya şöbəsinin, rayon baytarlıq idarəsinin, şəhər icra nümayəndəliyinin, Göyçay bələdiyyəsinin fəaliyyətində bir sıra nöqsan çatışmazlıqların olduğu etiraf edilməlidir.

Dövlət mənzil fondunun qorunması, ictimai həyətlərin səliqəli saxlanması sahəsində mənzil istismar sahəsinin fəaliyyətindəki nöqsanlar da ləng aradan qaldırılır. Bir qayda olaraq ictimai həyətlərin ərazisinin təmiz saxlanılması təmin edilmir, əksər binaların ümumi istifadə olan giriş bloklarının əsaslı təmirə ciddi ehtiyacı vardır.

Yeni əkilmiş ağaclara qulluq göstərilməsi mühafizəsi işi lazımi səviyyədə təşkil edilmədiyindən onların böyük hissəsi tələf olur.

Şəhərin müvafiq xidmət təşkilatlarının qışa hazırlığı da qeyri-qənaətbəxş olmuş, qarlı-şaxtalı günlərdə küçə səkilərin, ictimai həyətlərin qar buzdan təmizlənməsi, yaşıllıqların qardan mühafizə işləri lazımi səviyyədə təşkil edilməmişdir.

 

Dövlət Proqramının uğurlu icrasında müxtəlif istiqamətli mühüm tədbirlər

 

"Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq hesabat dövründə ölkəmizdə alternativ enerji mənbələrindən, xüsusən hidroresurslardan geniş istifadə edilməsi çərçivəsində Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində inşa edilən 3 Mva gücü olan "Göyçay -1" su elektrik stansiyasının tikintisi başa çatdırılmışdır.

Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüş, Muğanlı-Yevlax avtomagistralının Göyçay rayonu ərazisindən keçən hissəsinin, həmçinin Göyçay-Ucar avtomobil yolunun tikintisi davam etdirilmişdir.

"Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2013-cü il tarixli sərəncamına əsasən 7 min əhalisi olan 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisinə başlanılmışdır.

Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən Göyçay şəhərinin su təchizatı kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi davam etdirilmişdir.

Dövlət Proqramına müvafiq olaraq 2013-cü ildə Ulaşlı-şıxlı kəndində 220 şagird yerlik tam, Şəkili kəndində 80 şagird yerlik ümumi orta məktəblər, şəhərdə 40 yerlik uşaq baxçası istifadəyə verilmiş, Müskürlü kəndində 80 yerlik ümumi orta, Qəbələ-Müskürlü kəndində 180 yerlik ibtidai məktəblərin tikintisinə başlanılmış, mərkəzi rayon xəstəxanasında əsaslı təmir işləri davam etdirilmişdir. Ötən il rayon maliyyə idarəsi üçün iki mərtəbəli yeni inzibati bina inşa edilmiş, rayon Tədris İstehsalat Mərkəzinin inzibati binasının əsaslı yenidənqurulmasına başlanılmışdır.

2013-cü ildə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi nəticəsində 765 daimi yeri açılmışdır. Bütövlükdə 2003-2013-cü illərdə rayonda 10039 yeni yeri açılmışdır ki, bunun da 7995-i və ya 79,6 faizi daimi yerləridir.

 

Sahibkarlığın inkişafına dövlət qayğısı

 

Dövlət başçısı İlham Əliyevin ölkədə Milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər rayonumuzda da özəl sektorun dinamik inkişafına güclü təkan vermişdir.

Keçən il Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artmış, 2013-cü ildə 49 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 701 min manat güzəştli kredit verilmiş, ayrılmış kredit hesabına 141 yeni yeri yaradılmışdır.

Rayonda kiçikorta sahibkarlara məsləhət, informasiya və tədris xidmətləri göstərmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Göyçay biznes tədris mərkəzi yaradılmışdır. Keçən il İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ləkçılpaq kəndində kredit yarmarkası keçirilmişdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2014.-21 fevral.-S.7.