Niderlandda Azərbaycandan bəhs edən kitab çap olundu
"Diaspor” anlayışı
bizlər üçün
yeni olsa da hazırda dünyanın müxtəlif
ölkələrində çoxsaylı
diaspor təşkilatlarımız
fəaliyyət göstərir. Bunlardan biri
də Niderlanddakı Azərbaycan Türk Kültür dərnəyidir.
Dərnək yarandığı gündən Azərbaycanın
adını uca tutmağa çalışıb.
Fəaliyyətdə olduğu ilk illərdə,
hələ Azərbaycanın
çətin vaxtlarında
təşkilat üzvləri
əllərindən gəldiyi
qədər Azərbaycana
yardım etmişlər.
İllərdən bəridir Azərbaycanın
haqq səsinin Niderlandda eşidilməsi üçün bacardıqlarını
edirlər. Təşkilat tərəfindən Niderlandın
Den Haaq şəhərində
Xocalı soyqrımı
abidəsinin ucaldılmasını
qeyd etmək buna sübut hesab oluna bilər.
Həmçinin milli adət-ənənələrimizin
qorunması istiqamətində
atılmış addımları
da unutmaq olmaz. Belə ki, təşkilat hər il
Niderlanda Novruz bayramımızın keçrilməsini
yüksək səviiyədə
təşkil edir ki, bu da
öz növbəsində
insanlarımızın bir
araya gəlməsinə,
yeni tanışlıqların
yaranmasına da bir vasitə olur.
Azərbaycan Türk Kültür Dərnəyi 1994 – cü ildən fəaliyyət göstərir və bu yaxınlarda ötən illər ərzindəki görülmüş
işləri özündə
əks etdirən
"20 illik sevda – Azərbaycan” adlı kitab işıq üzü görüb. Kitabda mənim
yuxarıda qeyd etdiklərimlə bərabər
təşkilatın ötən
illərdəki fəaliyyətinə
nəzər salınıb.
Təşkilatın başqanı İlhan
Aşkının dediyinə
görə bu günlərdə kitabın
təqdim etmə mərasimi olacaq.
Ədalət.-2014.-21
fevral.-S.5.