OXŞARSIZ
SƏNƏT
Anadan olmasının yüz illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız böyük dramaturqumuz və nasirimiz, əbədiyaşar yazıçımız İlyas Əfəndiyevlə mənim çox mehriban münasibətim olub. Yaş fərqimizə, onun məndən xeyli böyük olmasına baxmayaraq o, mənə yaxın dost münasibəti bəsləyirdi. Yazılarımı layiqincə dəyərləndirirdi. Dəfələrlə evinə qonaq dəvət edirdi. Haqqımda məqalə də yazmışdı.
Mən İlyas müəllimdən müsahibə götürmüşəm. Həmin müsahibə "Ulduz" dərgisinin 1969-cu il 7-ci sayında "Məhv olmuş gündəliklərin açılmamış səhifələri" adı altında çap olunub.
"Oxşarsız sənət" məqaləm
təxminən qırx il bundan əvvəl yazılıb. Onu çap
olunmuş variantı yoxdur. Həmin məqaləni
oxuculara təqdim edirəm.
Harda eşitmişəm bilmirəm. Atalar
sözüdür, ya da kimin isə qənaətidir, onu da deyə
bilmərəm. Təkcə onu bilirəm ki, günlərin
bir günü belə bir söz eşitmişəm: hər
bir kəs başqa birisinin ömrünü yaşayır. Və günlərlə düşünmüşəm,
görəsən bu doğurdanmı belədir?! Bəlkə elə mən özüm də
atamın yarımçıq ömrünü
yaşayıram?!
Tanıdığım adamları bir-bir gözüm
önünə gətirmişəm. Onların həyat yolu
taleyi arasında oxşarlıqlar axtarmışam. Tapmışam da. Az
qalıb bu qənaət məndə möhkəmlənə. Necə olubsa İlyas Əfəndiyevi
xatırlamışam. Qəribədir, nə
həmyaşıdıq, nə də dostuq. Amma məhz bu məsələnin labirintində
ilişib qalanda o yadıma düşür. Bəlkə ona görə ki, 15-16 yaşlarında
ilk dəfə əsərlərini oxuduğum bu
yazıçı haqqında həmişə
düşünmüşəm ki, əsərləri ilə
heç kəsi təqlid eləməyən sənətkar
heç şübhəsiz şəxsiyyət kimi də
orijinaldır, və heç kəsə bənzəməməlidir.
10 ilə yaxından onu şəxsən
tanıyıram və sevinirəm ki, qənaətimdə
yanılmamışam. Hər dəfə
onunla görüşüb söhbət edəndə heç
kəsdə görmədiyim bir cəhəti ilə
qarşılaşıram. Qəti qərara
gəlirəm ki, o, həm insan kimi, həm sənətkar kimi
heç kəsin ömrünü yaşamır. O, məhz
öz ömrünü, İlyas Əfəndiyev
ömrünü yaşayır. Kim bilir bəlkə
kimsə onun ömür yolunu, sənət yolunu təkrar edəcək,
bununla da İlyas Əfəndiyev ömrünü yaşayacaq.
Və elə o zaman yenə bir nəfərin dili dinc durmayacaq:
hər bir kəs başqa birisinin ömrünü
yaşayır.
Nə isəg hələlik İlyas Əfəndiyevin
altmış illik ömür yolu, qırx illik sənət
yolu bizə haqq verir ki, dünyada yalnız öz
ömrünü yaşayan, heç kəsdən ömür
payı almayan sənətkarların mövcudluğuna sevinək,
sənətinə baş əyək.
Təxminən
7-8 il bundan qabaq İlyas müəllimlə
bu məsələ ilə bağlı fikrimi
bölüşdüm.
-
Xüsusi araşdırma tələb eləyən məsələdir.
Mən də inana bilmirəm ki, kim isə
kiminsə ömrünü eyni ilə yaşaya və yaxud ona
cəhd eləyə. Zahiri oxşarlıqlara
uymaq lazım deyil. Əlbəttə, ailədə
belə məsələlər baş verir. Oğul atası kimi durub-oturmağı,
danışmağı xoşlayır. Ammag
Bu məsələnin "amması" ondan ibarətdir ki, o,
oğul atasına çəkə bilməyəcək. Səbəbi də budur ki, o buna cəhdğeləyir,
deməli rola girib. Yox, əgər
atanın bir sıra cəhətləri təbii olaraq
oğlunda təkrar olunursa, buna sözüm yoxdur. Və bu mənada oğul yenə öz bənzərsizliyini
saxlayacaq. Çünki təbii olaraq atadan
oğla keçən bir sıra xarakter cizgiləri yeni
mühidtə hökmən yeniləşəcək və yeni
çalarlar kəsb edəcək. Kim bilir
bəlkə məndə də, səndə də elə
hamıda, özü də orijinal şəxsiyyətlər
kimi tanıdığımız adamlar da
ata-bababalarının bu və ya başqa xasiyyətini
yaşayır. Sənətdə də belədir.
Əgər ədəbiyyatla gələn gənc
kimisə təqlid edirsə və bu təqlid onu xroniki xəstəliyinə
çevirilirsə o sözün həqiqi mənasında
başqasının ömrünü yaşayır, öz
ömrü isə dəmir kimi pas tutur. Oğul
ona deyirəm ki, yaradıcılığa gəldiyi gündən
kiminsə yerişini yeriməyə cəhd etməsin,
çünki öz yerişini itirər. Bu
da var ki, əgər bu günkü
yazıçılarımızı övlad, minillik mədəniyyətimizi
yaradanları ata hesab eləsək, deməliyik ki, övladlarda
atalardan nə isə yaşayır. Yenə bircə
şərtlə: atalardan bizə qalan cəhətlər təbii
olaraq gəlməlidir. Yoxsa, biz Dədə Qorquda
yaxud Mirzə Fətəliyə oxşamağı cəhd etsək,
nə onlar olacağıq, nə də özümüz.
Çox qəribə məsələdir,
görəsən nədə isə dolaşmadıq ki?
İlyas Əfəndiyev ədəbiyyatımıza
otuzuncu illərin ikinci yarısında gəlib. İlk hekayələr
kitabı "Kənddən məktublar" adı altında
çap olunub. Maraq güc gəldi. Bir gün yarpaqları saralmış həmin
kitabı vərəqlədim. Bu gün
çox dəbdə olan lirik-psixoloji nəsrin ilk elementlərini
İlyas müəllimin həmin kitabında gördüm.
Bir anlığa həmin dövrdə nəsrimizin
mənzərəsini xatırladım. Ədəbiyyatımızın
qızıl fonduna daxil olmuş bir sıra maraqlı əsərlərlə
yanaşı o dövrdə hadisəçiliyə meyl, qəhrəmanlara
yazıçının xasiyyətnamə verməsi, mövzu
arxasında gizlənmə halları da az
deyildi. Müasirlik, günün tələblərinə
cavab vermək bəhanəsi ilə sönük, bədiilikdən
uzaq əsərlər də yaranırdı. Belə bir vaxtda lirik nəsrə meyil, poeziya ilə
prozanın qohumluluğunu "isbat etmək" iki
yazıçımıza - Ənvər Məmmədxanlıya
və İlyas Əfəndiyevə müyəssər
olmuşdur. Bu gün ədəbiyyatımızda
lirik psixoloji nəsrin qol-qanad açdığı, vətəndaşlıq
hüququ qazandığı bir dövrdə heç
şübhəsiz hər iki yazıçının çəkdikləri
əməyin hədər getmədiyi, böyük bir əhəmiyyəti
daha qabarıq nəzərə çarpır.
Bütün bunları götür-qoy eləyəndə
istər istəməz bir daha əvvəldə
xatırladığımız məsələyə
qayıtmaq lazım gəlir. Bəlkə İlyas
Əfəndiyev elə ədəbiyyata gələrkən
qarşısına məqsəd qoymuşdu ki, heç kəsə
bənzəməsin, heç kəsdən heç nə
götürməsin. Əlbəttə,
yox, bayaq dediyimiz kimi ata-babalarımızdan minillik mədəniyyətimizdən
gənc yazıçı çox şey öyrənmişdi.
Özü də bu öyrənmə məqsəd
güdməmiş, təbii bir yolla getmişdir. Yəni o bir yazıçı kimi yox, bir insan, bir vətəndaş
kimi xalqının qədim mədəniyyətini sevmiş və
özündən asılı olmayaraq bu sənətin sirlərinə
yiyələnmişdir.
Qədim mədəniyyətimizin beşiyi Qarabağda
dünyaya göz açan yazıçı xanəndələrin
oxuduğu mahnılarda, ravilərin hikmətli rəvayətlərində
sənətin ecazkar gücü ilə sehirlənmişdi. Bəlkə elə buna
görədir ki, bir yazıçı kimi 40-cı illərdə
formalaşan sənətkarın ilk hekayələri "əfsanə",
"nağıl", "mahnı", "poema" ifadələri
ilə müşayiət olunurdu.
Vətənimiz üçün ağır və şərəfli
sınaq illərində İlyas Əfəndyev öz təzəcə
püxtələşməyə başlayan
yaradıcılıq manerasına lirik romantik üslubda sadiq
qalaraq xalqımızın qəhrəmanlıqla dolu
mübarizə tarixinə müraciət edir. "Apardı
sellər Saranı" xalq mahnısı, "Qızıl
gül və bülbül əfsanəsi" ona dövrün
tələbindən irəli gələn yeni mövzular verir.
Bu mövzular romantik bir dona bürünsə
də real həyat hadisələri ilə, günün tələbləri
ilə səsləşirdi. İlk oxunuşda
romantik sentimental bir ruh aşılayan, "Apardı sellər
Saranı" hekayəsinin məntiqi faşizm
işğalçılarına qarşı ölüm-dirim
mübarizəsinə qalxan döyüşçülərimizə
çox şey deyirdi.
gSoltanın ömür-gün yoldaşı Gülnaz ölür.
Onların yeganə qızı Sara lap körpəlikdən
anasız qalır. Qədim Muğanda bir ev
gözəli böyüyür, bir igid ona vurulur, el adətilə
nişanlanırlar. Saranın və igid
Xançobanın xoşbəxt günləri təzəcə
başlayıbdır ki, yadelli bir şah Muğana hücum
edir. Vətən torpağının
üstünü qara buludlar alır. Xançoban
muğandan çox-çox uzaqlarda idi. O, öz
sürüsünü yaylağa aparmışdı. Bir gün quduz şah çay qırağında
Sarana görür və öz vəhşi ehtirasını
gizləyə bilmir, Saranı öz ölkəsinə
aparmağı qərarlaşdırır. Saranın
atası çox deyir, şah az eşidir.
Nəhayət ata söz demək bəhanəsi ilə
qızını qolları arasına alıb suları qan
ağlayan Araza atırg
Yazıçının məqsədi aydındı. O, öz
çağdaşlarına Azərbaycan
döyüşçülərinə deyirdi ki, sizin ulu
babanız öz ciyərparəsini - yeganə
qızının ölümünə razı olub, yadelli
işğalçıların pəncəsinə keçməyi
rəva bilməyib. Siz o mərd muğanlı
atanın nəvələrisiniz. Öldü
var, döndü yoxdu. Vətən
torpağı yadellilərin əlinə keçməməlidir.
Azərbaycan folklorunda onlarca qızıl və
bülbül əfsanəsi mövcuddur. İlayas
Əfəndiyev müharibə illərində bu mövzuya da
yeni həyat vermiş, əsrlər yadigarı əfsanə
yeni məna kəsb etmişdir.
g17
düşmən öldürüb, 18 yerindən yara alan qəhrəman
əsgər, azərbaycanlı döyüşçü
meşədə bir yabanı alma ağacının dibinə
uzanmışdı. Ağacın dibində cəhcəh
vuran bir bülbülün nəğməsi onu huşa
aparır. Yuxusunda doğma kəndlərini,
sevgilisini görür. Bülbül qəhrəman
döyüşçünün huşa getdiyini görüb
dimdiyi ilə bir gül üzüb gülü əsgərin
üzünə qoyur. Sonra döyüş
yoldaşlarının cəsədini tapan əsgərlər hələ
solmamış, ətrini itirməmiş gülü
görüb təəccüblənirlər. Oğlanı dəfn edirlər. Bir il sonra oğlanın tənha qəbrdən bir
qızıl gül bitir, həmin alma ağacında bir
bülbül qəmli-qəmli cəhcəh vururg
Hekayədəki romantik ruh real zəminə əsaslanır. Bülbül
qızıl gül əhvalatı nə qədər romantik, əfsanəvi
səslənsə də, əsas hadisə - qəhrəman
döyüşçünün igidliyi və
ölümü real həyat həqiqətidir. Elə bu nöqtədə İlyas Əfəndiyev
romantizmi realizmi ilə qaynayıb qarışır. Bu gün ədəbiyyatşünasların Dovjenko
yaradıcılığından danışarkən tez-tez
işlətdikləri "qanadlı realizm" islahı yada
düşür. Və istər-istəməz
İlyas Əfəndiyev romantizmində "qanadlı
realizm" olduğuna şübhə qalmır. Bu cəhət
yazıçının "Aydınlıq gecələr"
povestində, "Kiçik bir poema", "Tar",
"Qarı dağı", "Xəncər" və
onlarca başqa hekayələrdə də aydın sezilməkdədir.
Yazıçı
ilə söhbətlərimdən:
- İlk dövr yaradıcılığımdakı
romantizmdən çox danışırlar. Hətta
çox hörmət elədiyim bir tənqidçi bu
romantizmdən danışdığı yerdə birdən
İlyas Əfəndiyev realizmindən söhbət
açır. Bu göydəndüşmə
təsir bağışlasa da, görünür elə
dediyiniz terminlə - "qanadlı realizm"lə bağlıdır.
Mənə elə gəlir ki, bu ifadə bir
çox sovet yazıçısının
yaradıcılığında romantizmlə realizm sintezini
çox dəqiq ifadə edir. Bəziləri realizmi
üzdən başa düşür, bədii sənətlə
fotoqrafçılığı az qala
eyniləşdirirlər. Belə ifadələri tez-tez
eşidirik: "biz qəhrəmanlar əhatəsindəyik,
onların həyat və fəaliyyətini təsvir etməliyik!"
Haqlı tələbdir və buna etiraz etmək
yersizdir. Amma bir şərtlə. Biz unutmamalıyıq ki, həmin qəhrəmanların
özlərinin bir ayaqları bu gündə biri sabahdadır.
Yəni onlar sabahla daha işıqlı gələcəklə
yaşayırlar. Bədii sənət
ustaları da heç şübhəsiz bu cəhətə
xüsusi fikir verməlidirlər. Bax bu
nöqtədə sənətkar müəyyən mənada
romantik olmalıdır. Yazıçı bir növ
dövrünün (təkcə bu günü yox!) barometri kimi
sabahkı günü sabah formalaşacaq xarakteri
bu gün oxucuya təqdim etməkdən qorxmamalıdır.
Bu ölçü ilə İlyas Əfəndiyevin qəhrəmanlarına
yanaşdıqda onların həm bizimlə müasir, həm də
sabaha gedən yolda bizdən bir addım irəlidə
olduqlarına inanırıq. "Söyüdlü
arx"dakı Nuriyyə, "Körpü salanlar"da Səriyyə,
"Sən həmişə mənimləsən"də Həsənzadə
və Nargilə, "Unuda bilmirəm"də Kamrang Bu qəhrəmanların
siyahısını xeyli artırmaq olar. Əlbəttə,
əsas məqsəd onların sayında yox, hər birinin ədəbi
mühitdə, ədəbiyyat tariximizdə yerindədir.
Bu qəhrəmanların heç biri
"Dünyaya gələn" kimi pəhəpəhlə
qarşılanmamış, müəyyən mübahisələrə,
söz-sava səbəb olmuş, nəhayət ədəbiyyatımızın
çoxsaylı müsbət qəhrəmanları ailəsində
özlərinə layiqli yer tutmuşlar.
"Körpü salanlar"da Səriyyənin hərəkətləri
bir vaxt bəzi tənqidçilərin ciddi ehtirazına səbəb
olmuşdur.
Onlar elə hay-küy qopartmışdılar ki, adam vaxtı ilə mühafizəkar tənqidçilərin
C.Cabbarlının "Sevil"i ətrafında
qaldırdıqları mübahisəni xatırlayırdı. Qəribədir ki, bu xatırlama mənim yadıma
başqa bir şey saldı. Mənə elə
gəldi ki, Səriyyə məhz Sevilin kiçik
bacısıdır. Biz Sevilin onu sıxan
ailə mühitinə qarşı, Balaşın mühafizəkarlığına
qarşı, üsyanı bu gün qəbul edirik və qiymətləndiririk.
Bəs necə olur ki, Səriyyənin psixoloji
sarsıntılarını duymuruq, Adilin xudpərəstliyini,
karyeristliyini görmürük? Nəyə
görə Səriyyə ona yuxarıdan aşağı baxan,
onun mənliyini gözəgörünməz məngənə
ilə sıxan bir ərə "qul sadiqliyi" göstərməliydi?
Məgər əsrimizin 70-ci illərində Səriyyənin əksinə
hərəkət edən, onu alçaldan ərə bir
sadiqlik gəlinləri kimi daş-qalaq etməz, kim
onları maymaqlıqda təqsirləndirməz?! Bəlkə elə buna görədir ki, Səriyyə
psixoloji mənada Sevilin davamçısı adlandırmağa
layiqdir.
Yazıçı
ilə söhbətlərimdən:
- Mən ədəbi
tənqidə həmişə hörmətlə
baxmışam. Ünvanıma deyilən
bütün tənqidi fikirləri dönə-dönə
götür-qoy etmişəm. O, tənqid ki, mənim məqsədimin
şərhində istəyimin daha qabarıq
anlaşılmasında oxucuya kömək edir, ona
düzgün yol göstərir, o tənqidlə varam. Unutmaq olmaz ki, oxucular da sənətkarlar kimidir.
Yəni onları da şərti olaraq
istedadlı və istedadsız iki qrupa bölmək olarg
heç şübhəsiz istedadlı oxucu tənqidçinin
fikrini götür-qoy etməyi bacarır, oxucu əsər
haqqında öz fikrini onun fikirləri ilə tutuşdurur.
Əsas tənqidçi məsuliyyəti də
bununla bağlıdır. Yəni onların
haqsız bir fikri, yanlış bir mülahizəsi oxucunu
çaşdıra bilər, yazıçı haqqında onla
düzgün olmayan fikir oyadar.
Oxucu məktublarından
sətirlər:
"Mən
Sizin əsərlərinizi dönə-dönə oxumuşamg
mən Səliməni Nuriyəni, Səriyyəni
özümün ən yaxın rəfiqələrim bilirəmg"
Məhbubə
Məcidov
"Sizin kitabınızı ("Söyüdlü
arx" nəzərdə tutulur-red.) oxudum və elə
bil bu bazar günümü ən xeyirxah və
ağıllı bir dostumla keçirdim".
V.T.Koşelyova
Çelyabinski.
"g "Sən həmişə mənimləsən"
tamaşasına nəfəsimizi dərmədən qulaq
asdıq. Aktyor oyunu, musiqi tərtibatı əladır
(11) Bir daha qulaq asmaq istərdik".
Moskva
Dövlət Universitetinin
filologiya
fakültəsinin tələbələri.
Bu sonuncu məktub müəllifə yox, Ümumittifaq
radiosuna göndərilib. Səməd Vurğun adına
Bakı Rus Dram teatrı "Sən həmişə mənimləsən"i
Moskva qastrolunda göstərmiş və həmin tamaşa
Ümumittifaq radiosunun "Teatr mikrafon
qarşısında" verilişində səslənmişdi.
Bu münasibətlə Ümumittifaq radiosu vətənimizin
müxtəlif guşəsindən və xaricdən 200-dən
çox məktub almış, həmin məktublara və
radio tamaşaya məşhur teatrşünas S.Dunina xüsusi
məqalə həsr etmişdi. Maraqlıdır ki, həmin
məktubların əksəriyyətinin müəllifləri
böyük təəssüflə qeyd edirlər ki, bu gözəl
əsərin müəllifinin yaradıcılığına
bələd deyillər, onunla ilk dəfə tanış
olurlar. Lakin bu ilk tanışlıq onları
öz köhnə dostları, ağıllı, müdrik məsləhətçiləri
ilə rastlaşdırılmışdır. Onlar
görkəmli dramaturqa müraciət edir, ondan məsləhət
istəyirlər: "Mən də özümdən 27 yaş
böyük bir kişini sevirəm. Nə etməli,
necə hərəkət etməli?"
Başqa
iki məktubdan parçalar: "Tamaşaya qulaq asandan sonra bir
daha yəqin etdim ki, insanlara inanmaq olar və bu inam
vacibdir".
Komsomol salamı ilə L.B.
"Mən sizdən çox xahiş edirəm bu
tamaşanı bir də təkrar edin, mənim valideynlərim
eşitsin. Mən çox istəyirəm ki, onlar bu verilişə
qulaq assınlar, axı mənim taleyim də o qızın
(Nargilənin-red.) taleyinə oxşayır".
İlyas Əfəndiyev
yaradıcılığının bu xüsusiyyəti
haqqında - inandırmaq və tərbiyə etmək
xüsusiyyəti haqqında ayrıca danışmaq
lazımdır. Böyük rus yazıçısı
Lev Tolstoy tez-tez təkrar edərmiş ki, sənətin
gücü insanı yoluxdurmasındadır. İnanıram ki, görkəmli
yazıçımıza məktub yazan onlarca oxucunun öz
talelərinin Səriyyənin, Nargilənin, Nərminin taleyinə
oxşadığını demələri, müəyyən
mənada həmin obrazlara bənzəmək arzusundan doğub.
Həmin obrazlar öz oxucu və dinləyicilərini
sözün yaxşı mənasında yoluxdurub.
Vaxtı ilə bəzi tənqidçilərin dili dinc
durmadı. Nargilənin özündən 26 yaş böyük
bir kişini sveməsini qeyri-təbii, qeyri həyatı bir
hadisə kimi qələmə verdilər. Özü
də çox qəribədir ki, bu hökmü sevgi motivləri
ilə bağlı çox qədim ənənəsi olan,
öz ağlasığmaz məhəbbət macəraları
uğrunda yüz cür bəlalara sinə gərən qəhrəmanlarla
zəngin bir ədəbiyyatın
araşdırıcıları verirdilər. Nargilənin geniş oxucu və dinləyici
auditoriyasında sevilməsi belə tənqidçilərin
yanıldığını sübut edir.
Yazıçı
ilə söhbətlərimdən:
- "Sən həmişə mənimləsən"də
mənim məqsədim heç də cavan bir qızın
yaşlı bir kişini sevməsi haqqında sensasiya bir əsər
yaratmaq olmayıb. Təəssüf ki, bəzi tənqidçilər
bu məsələni ön plana çəkir, əsərin əsas
qayəsini unudurlar. Bu sevgi macərası
fonunda mən müasir ailə problemi, gənclərin tərbiyəsi,
valideyn borcu kimi məsələlərə öz münasibətimi
bildirmək istəmişəm. Əgər
əsərlə sevgi xətti qabarıq verilirsə, bu
heç kəsi çaşdırmamalıdır. Unutmaq olmaz ki, sevgi ülvi hissdir və o insanı tərbiyə
edir".
Diqqətli oxucu, tamaşaçı his etməmiş
deyil ki, yazıçı bu əsərində zahiri konfliktə
uymayıb, güclə münaqişə yaratmayıb. Müharibənin
dağıtdığı cavan bir ailənin faciəsini
düşünməyə vadar edir və əgər Nargilənin
atası ölməsəydi, əgər Nəzakət ikinci ərə
getməsəydi sualları beynində dolaşır. Həsənzadənin
alicənablığı isə səni inandırır ki, (məhz
inandırır!) həyatda sağalması mümkün olmayan
yaraları ilə sağalmaq mümkündür! Və sən
inanırsan ki, öz sevgisi yolunda hər cür fədakarlığa
hazır olan Nargilə xoşbəxt olacaq! Bunun
üçün çox möhkəm ictimai zəmin var. Bu zəmin
onun yaşadığı, ab havasını udduğu mühitlə,
əhatə olunduğu kollektivin qayğısı ilə əsaslandırılır.
Nargilənin sevgi məcarası İlyas Əfəndiyevin
başqa bir qəhrəmanında - Nərmində ("Unuda
bilmirəm") başqa şəkildə təzahür edir. Nargilə
gözünü açanda atalığının "pis
üzünü" görmüş, ata
qayğısından, ana nəvazişindən məhrum
olmuşdur. Nərmin isə əksinə,
professor atası ilə fəxr etmiş, anası Səadət
xanım onu "yağ içində böyrək kimi" bəsləmişdir.
Bəlkə elə buna görədir ki, adam
Nargilənin lirik məhəbbət macəralarında belə
bir sərtlik, bir mərdlik görür. Nərmində
isə əksinə. O, dibçək gülü kimidir.
Balaca sərt külək gördümü, sola
bilər.
Nargilənin anası Nəzakət xanımın öz
qızının başqa bir kişinin evinə gedib-gəlməsini
eşidəndə bir ana kimi narahat olur, təşvişə
düşür. Nərminin gecə vaxtı Kamranın evinə
getməsini bilən Səadət xanımın təşvişi
isə meşşanlıqla çulğalanmışdır.
Axı, o qızını rayonlu Kamrana yox, elmlər
anmizədi, adlı-sanlı valideyni olan Cəmilə vermək
istəyir. Nargilə də, Nərmin də
sevdiyi adama qovuşa bilmir. Ama oxucunun mərd,
mətanətli Nargiləyə yazığı gəlmir,
çünki yazıqlamaq onu alçaldar. Nərmin isə əksinə yazıqlıq mücəssəməsi
kimi adamı təəssüfləndirir. Axı,
o, Kamrana gedə bilərdi. Axı
onları ayıran səbəblərin kökü o qədər
də dərin deyil. Sadəcə olaraq o,
öz meşşan anasının arzusuna qarşı çıxa
bilmir.
Həsənzadə də, Kamran da fədakar
adamlardır.
Həsənzadə Nargilənin xoşbəxtliyi
naminə ondan uzaqlaşır, onda belə bir daxili inam
mövcuddur ki, Nargilə onsuz xoşbəxt olacaq. Bu inam oxucuya da sirayət edir və istər-istəməz
əsərin başqa bir qəhrəmanını - əmək
qəhrəmanı qabaqcılı Rəşidi
xatırladır. Axı Rəşid Nargiləni sevirg
Kamranın fədakarlığı isə Nərmini
uçuruma sürükləyir. Kamran Gürcüstandan, doğma
yurdu Borçalıdan Bakıya ona görə gəlməyib
ki, oxuyub şəhərdə qalsın. O, öz həmyerlilərinin
gözlərini yolda qoya bilməz. O, haqqı-ədaləti bərpa
etmək naminə ata yurduna qayıtmalıdır. Axı,
Borçalı dünyanın o başıha deyil, "təyyarə
ilə yarım saatlıq yoldur", Kərəm dayı
demişkən "aranı Araz kəsməyib kig" Nə
yaxşı ki, əsərin lap əvvəllərindən
Kamranın qələbəsinə inanan oxucunun və
tamaşaçının ümidi doğrulur. Nərmin
Kamranın olmasa da Cəmilə də getmir. Deməli, Nərminin
də xoşbəxt olacağı istisna edilmirg
İlyas Əfəndiyev dramaturgiyasının bir
xarakterik xüsiyyəti də həmin əsərlərin
dövrlə müasir həyatla səsləşməsidir. Bu əsərlər
gurultulu mündəricədən uzaq olduqları qədər
publisist kəsərlərə malikdirlər. Həmin pyeslərdə qələmə alınan
hadisələrin fonunda elə məsələlərə
toxunulur ki, o məsələlər xalqımızın bu
günü və sabahı naminə vacibdir və həll
olunmalıdır. "Məhv olmuş gündəliklər"
və "Mahnı dağlarda qaldı" pyesləri də
çox ciddi publisistik fonda
yazılmış əsərlərdir. Onlar
ayrı-ayrı mövzulara həsr olunsa da təlqin etdiyi qayədə
- həqiqi vətənpərvər olmaq, xalqa, vətənə
layiqli vətəndaş kimi fəaliyyət göstərmək
idealları baxımından birləşirlər. Ümumiyyətlə bu xətt görkəmli
dramaturqumuzun peyslərinin ana xəttidir desək
yanılmarıq.
Bu gün İlyas Əfəndiyev yaradıcılığından söhbət açarkən o, istedadlı hekayəçi, məşhur romançı, görkəmli dramaturq kimi təqdim edilir. Onun yaradıcılığında ənənə və novatorluq məsələsi, əsərlərinin sənətkarlıq xüsusiyyətləri haqqında geniş bəhs olunur. bütün bu məsələlərin tədqiqinə və şərhinə görkəmli sənətkarımızın yaradıcılığı zəngin material verir. Mən bəzi cəhətləri qeyd etməklə kifayətlənəcəyəm: İlyas Əfəndiyev ədəbiyyatımızda lirik nəsrin ilk yaradıcılarından biridir; əsərdə təhkiyənin, hadisənin birinci şəxsin dilindən verilməsində də İlyas müəllim birincilərdəndir. Mövzu arxasında gizlənmək, hadisəçiliyə meyil etmək onun yaradıcılığına yaddır. İlyas Əfəndiyev mövzu ilə mühiti, şəraiti qarışıq salan yazıçılardan deyil. Bir də görürsən ki, ciddi bir yazıçı elan edir ki, zavod fabrik mövzusunda əsər yazmışam. Unutmaq lazım deyil ki, fabrik-zavod həyatı mövzu yox, şəraitdir, mühitdir. Mövzu isə əmək qəhrəmanlığı, yeni insan tərbiyəsi, biganəçiliyə qarşı mübarizə və sair ola bilər. 60-70-ci illər Azərbaycan dramaturgiyasını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil. Təkcə onu demək kifayətdir ki, son iyirmi ildə onun pyesləri teatrlarımızın repertuarında möhkəm yer tutur. Və həmin əsərlərin təkrar-təkrar tamaşalarında teatr tamaşaçı yoxsulluğu çəkmir. Nəhayət mən bir cəhətə də diqqəti yönəltmək istərdim. Bu cəhət İlyas Əfəndiyev əsərlərinin bəzən bütöv bir dövrdə baş verən ictimai-siyasi hadisələri lakonik bir tərzdə xarakterizə etmək, özü də novatorcasına xarakterizə etmək xüsusiyyətidir. Kolxoz quruluculuğunun ikinci dövrünü - dinc quruculuq illərini təsvir edən yazıçılar məşhur bir süjeti az qala ştampa çevirmişlər: keçmişin müvəffəqiyyətlərinə arxalanan mühafizəkar kolxoz sədri hər şeydə, hər işdə gənclərə qısqanır, kor tutduğunu əldən qoymayan kimi vəzifəsindən əl çəkmək istəmir.
Kolxoz quruluşunun bu ikinci mərhələsini ilk dəfə dramaturgiyamızda İlyas Əfəndiyev qələmə almışdır. Özü də taptanmış yolla getməmişdir. Onun bizə təqdim etdiyi təcrübəli kolxoz sədri Alxan kişi öz dili ilə deyir: gElmim yoxdur! Neçə dəfə bu camaata demişəm ki, daha mənim vaxtım keçib, qocalmışam".
Elə bunu başa düşdüyünə görə də Alxan kişi öz yerini yeni nəslin nümayəndəsinə - Uğura verir. Bu problem psixoloji mənada bir sıra idarə başçıları üçün indi də öz əhəmiyyətini itirməmişdir.
Bunu da qeyd etmək yerinə düşər ki, İlyas Əfəndiyevin "Söyüdlü arx", "Körpü salanlar", "Dağlarda arxasında üç dost" romanları da nəsrimizdə müəyyən mərhələnin başlanğıcı olub.
Ömür yolunun altmış illiyini qeyd etdiyimiz bu günlərdə İlyas müəllimlə görüşüb söhbət etdim. "Möhkəm dayan polkovtik" adlı yeni pyes yazıb.
- Gənclərə böyük ümid bəsləyirəm, - dedi, gənc nasirlərimizin, şair və tənqidçilərimizin yaradıcılığını izləyirəm. Sevinirəm ki, ədəbiyyatımızın gələcəyi inamlı əllərdədir.
Qəribədir, İlyas müəllim gənclərdən inamla danışanda birdən-birə mənə elə gəldi ki, onun oxşarını tapmışam. Yadıma "Sən həmişə mənimləsəq"dəki Həsənzadə düşür. Fikrimdə İlyas müəllimlə Həsənzadənin bəzi xarakterik cəhətlərini tutuşdurdum: atalarımıza xas olan təmkin, ailəyə sədaqət, övlad məhəbbəti və böyük xeyirxahlıqg
Özündən soruşdum, heç nə demədi.
Abbas Abdulla
Ədalət.-2014.-22 fevral.-S.12-13.