"ÖNCƏQALA
(keçmişdə və indi)"
tanıdır...
Taninmış masallılı yazıçı - dramaturq HACI MİRİBADULLA HÜSEYNZADƏNİN "ÖNCƏQALA (keçmişdə və indi)" kitabı haqqında düşüncələr.
"Ümumrusiya
Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat,
informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri,
Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının
üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin
İşləri üzrə Məşvərət
Şurasının üzvü Əlıhüseyn Məmmədhüseyn
oğlu Şükürovun "Ədalət"ə
yazdığı məlumata əsasən "ÖNCƏQALA
(keçmişdə və indi)" adlı yeni kitab bu
yaxınlarda çap edilmişdir.
Yazıçı - dramaturq Hacı İbadulla Mirxəlil
oğlu Hüseynzadə 1942-ci ildə Masallı rayonunun
Öncəqala kəndində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. Uzun illər məktəb
direktoru işləyib.
Hacının valideynləri islama bağlı, oruc tutub,
namaz qılan insanlar olub.
Ata-anasının müntəzəm ibadəti, islami
ayinlərə lazımi qaydaya riyayət edilməsi, kiçik
yaşlarından onun ürəyində Ulu tanrıya məhəbbət
yaradıb.
Sovet quruluşunun islam dininə
qarşı kəskin münasibətinə baxmayaraq ürəyində
Allaha inam həmişə olub və şagirdlərinə
açıq şəkildə olmasa da, hər bir insanın qəlbində
Allaha inam hissinin vacibliyini aşılayıb.
Ədəbi yaradıcılığa tələbəlik
illərindən başlayıb. Dövri mətbuatda
şeirləri və hekayətləri çap olunub.
On bir
kitabın "Külək, mənə toxunma",
"Danışdır məni, ana", "Tərbiyə
beşikdən başlayır", "Hanı əvvəli,
sonu bu yolun", "Qçqın gəlin", "Allah
adamı", "Aşuraya gedən yol", "Unudulmaz
günlər", "Bir Qəni Bəxtəvər var",
"Əməlləri mələklər yazır",
Öncəqala ( keçmişdə və indi) nəzm və
nəsr əsərlərin müəllifidir.
Qarabağ
müharibəsi şəhidlərinə həsr olunmuş
"Ölümümə inanma, Ana" ədəbi-bədii
kompozisiya, "Qaçqın gəlin", povesti,
"Xocalıdan gələn səslər" pyesi N.B Vəzirov
adına Lənkəran Dram Teatrı və Masallı xalq
Teatrı aktyorlarının ifasında tamaşaya
qoyulmuşdur. "Xocalıdan gələn səslər"
tamaşası üçüncü yeri tutmuş, pul
mükafatına və diplomuna layiq
görülmüşdür.
Kitabda müəllif Hacı İbadulla Mirxəlil
oğlu Hüseynzadə ata yurdundan məhəbbətlə
danişır, deyir ki, ö mür beşikdən
başlanır. Nəhəng çaylara körpoə
çeşmələr süd verir. Geniş
yolların kökü xırda cığırlardır.
Balaca evlərin astanasından böyük Vətən
dünyasına düşürük. Doğulduğun
ocağıl duymadan yurdu duya bilməzsən.
Bizə
qanad verən balaca yuvalar var. Ata-ana istəyinə, baba hirsinə
və nənə ipəkliyinə, yazın yayın,
payızın, qışın rəng və duyğu dəyişimlərini,
ana dilimizi və bu duldə oxuduğumuz ilkin nəğmənin
xoşbəxtliyini, görüşlərin fərəhini və
ayrılıqların dərdini, beşik başındakı
laylaları və qəbirstan yollarını silkələyən
ağrıları, yaşamağın sevincini və zəhmətini
qiymətini bir sözlə, dünyanın bütün sirlərini
bu balaca yuvalarda öyrənmişik. Uzaq
ulduzların çağrışından tutmuş
torpağdan zorla seçilən xırdaca çiçəklərin
pıçıltısına qədər min bir dildə
danışan təbiəti də burada sevmişik.
-Hissimizdə
təmizlik, ağlımızda kəsər, xəyalımızda
qanad varsa, ata ocaqlarına
borcluyuq!
İndi mən ata ocağından, ümmün sirri
açan damladan, ruhuma qanad verən bir yuvadan, Öncəqaladan
danışmaq istəyirəm. - Mirabdulla müəllim ardınca
belə yazır.
Bu doğrudan da belədir.
Sonra kitab
müəllifi öncəqalalıların Böyük Vətən
və Azərbaycanın Dağlıq
Qarabağ
müharibəsindəki şücaətini ğeyd edir, əmək,
zəhmət, pedaqoji və s. sahələrdəki fəaliyyətini
bir - bir qeyd edir, adlı siyahısını ğöstərir.
Kitab
doğma yurda məhəbbətlə ğələmə
alınmışdir.Hiss olunur ki, müəllif əbədi
yaşayacaq bu ərmağanı çətinliklə, əzablı
gecələrlə ərsəyə gətirib.Yoxsa insan arifi, əslən
öncəğalalı, məçhur "91-lər"-dən
biri ADPU-nun fiziologiya kafedrasının müdiri, biologiya elmləri
doktoru, professor Ədalət Fərəcov belə yazmazdı
ki, bu (o, həm də "ÖNCƏQALA (keçmişdə
və indi)" yeni kitabının rəyçisidir) dünəndən,
bu gündən danışan kitabır.
Baba yurdu
müqəddəs əmanətdir! Onu necə
qoruyursan, üstündə hansı ürəklə yaşayırsan,
öz öz ömrünlə onun ömrünə nə
calayırsan? Onun oğlu olmağa layiqsənmi?!
Bu sual dolu düşüncələrdən hələ nə
qədər duyğular doğur: Ömrün müddətində
əcdadımızın sümüyü ilə bərkimiş
vətən torpağını lazımınca gəzib
dolandınmı, ulu babalarımızın başının
üstündə kükrəyən yellərdən heç
olmazsa xəbər tutdunmu, kəşməkəşlərlə
dolu böyük tariximiz varaqlamağa qanın qaynadımı?
çoxdur bu suallar, bu duyğular.
Qarşımızdakı kitabə ətə-qana dolduran
da bu duyğuların baş qaldırmasıdır. İbadulla
müəllim hər vətən övladının qəlbindəki
bu doğma marağa güzgü tutmağa
çalışıb. İndiyə qədər
şeir kitabları ilə oxucularının
görüşünə gələn şair bu dəfə
ünvanımızı uzun illər boyu müşahidələrdən,
duyğu-düşüncələrindən süzülüb
durulan Öncəqala kitabı ilə döyür, səsinə
səs vermənizi istəyir.
Ona görə də Öncəqala kənd haqqında
kitab yazmaq işini öz üzərinə götürmək
çətin olduğu qədərdə maraqlı və nəcib
işdir. Hacı Mir İbadulla müəllim bu vacib işin
öhdəsindən gəlmək üçün xeyli zəhmət
çəkməli olacaqdır. Keçmişləri
hörmətlə yad etmək kəndin bu gününün
keçmişlərlə müqasiyə etmək, onun gələcəyinə
böyük ümidlər bəsləmək təbii ki,
özünü oxucuların nəzərində doğrulda biləcəkdir.
Mir İbadullanın aldığı təhsil,
Həcc ziyarətində olması, el arasında möhtəbər
şəxs kimi tanınması, böyük zəhmət və
fitri istedadsayəsində geniş oxucu kütləsinin rəğbətini
qazanmış samballı bədii əsərlər
yazmağı belə qənaətə gəlməyə əsas
verir.
Müəllif əsərdə kəndin keçmişinə
dürüst münasibət bildirmişdir. Sanki
keçmişlərdə gördüklərimizi yenidən
göz önünə gətirə bilmiş və onlara yeni
çalar verə bilmişdir. Müəllif haqlı
olaraq burada kəndin bərəkətli çöllərini,
taxıl zəmilərini, çəltik plantasiyalarını,
çəltiyin becərilməsini və s. təsvir edə
bilmişdir. O, cümlədən kənd caamatının
qaramalının çoxalmasını, atçılıq təsərrüfatına
xüsusi əhəmiyyət verməsini sistemli şəkildə
təsvir etmişdir.
Kəndin təsərrüfatı üçün zəngin
təbii imkanları olmuşdur. Əvvəllərdə texniki vasitələr
az olduğuna torpağı dərindən
çevirmədiyi üçün bitki örtüyü
növ müxtəlifliyinə görə daha zəngin
olmuşdur. Adamlar quş ovlamaq üçün
kəndin ətrafındakı otlaqlıqlara, yoncalıqlara
gedirdilər. İlin yaz aylarında
otlaqlardan quş, arxlardan balıq ovlamaq, uşaqların əsas
məşğuliyyəti olmuşdur.
Kəndin ətrafındakı xüsusi hövzəsinin
(istiliyin) həmişə qorunub-saxlanılması əkinçiliyin,
ilk növbədə çəltik əkinin, həmçinin
də maldarlığın inkişaf etdirilməsinin əsasını
təşkil etmişdir. Bu fikirləri vaxtilə gördüklərimə
və kitaba istinad etməklə yazıram.
Burada ilin fəsilləri bir-birindən fərqlənir. Yəni
yazın öz gözəlliyi, onun əkilmiş
payızlıq tarlalara qulluq olunması, becərilməsi yazda
yeni əkinlərin aparılması üçün
bütün təbii imkanların mövcudluğu diqqəti cəlb
edir.
1917-1920-ci illərin oktyabr inqilabının fəsadları
Öncəqala kəndindən də yan keçməmişdir. Xüsusilə,
1936-cı ilədək kollektiv təsərrüfatın
yaradılması bunu üçün imkanlı ailələrin
mal-qarasının bir hissəsi onlardan alınıb
kolxozaverilmişdir. Həyatyanı sahələr
müstəsna olmaqla kənd caamatının torpaqları
onlardan alınıb ümumi istifadəyə verilmişdir.
Bütün bunlar kənd təsərrüfatına
maldarlığa böyük ziyan vurmuşdur.
İkinci dünya müharibəsi kitabda
yazıldığı kimi Öncəqala kəndi
üçün də çox dəhşətli olmuşdur. Kənddən
110 nəfər müharibəyə getmiş, onlardan yalnız
53 nəfəri salamat qayıda bilmişdir. 57 nəfəri müharibədə həlak
olamasıdır.
1950-1960-cı illərdə kənddə təhsil,
abadlıq işlərinə diqqət artmışdır. Kənd
məktəbində getdikcə ancaq kəndin
özündən olan yüksək ixtisaslı müəllimlər
dərs demişlər. Ali təhsili aqronomlar,
mühəndislər, həkimlər nəsli
formalaşmışdır.
Yeri gəlmişkən qeyd edim ki, bu sətirlərin
müəllifi Ədalər Nurulla oğlu Fərəcov
1936-cı ildə Oncagələ kəndində anadan olub.
O,
Qarğalıq kəndindəki Məşədi
Baloğlanın ikimərtəbəli evində yerləşən
yeddi illik məktəbi bitirdikdən sonra Masallı .ədər
1 saylı məktəbdə orta təhsil
alıb.
1956-cı ildə ADPİ-nin kimya-biyologiya
fakültəsinə qəbul edilib.
İnstitutu fərqlənmə diplomu ilə başa vurub.
Ədalət müəllim 1963 -cü ildə təyinat üzrə institutda saxlanılıb. 1964-cü ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1990-1995-ci illərdə institutun hərbio kafedrasınınm dekanı olub.
Hazırda APDU-nun fiziologiya kafedrasının müdiridir.
Ə. Fərəcovun 200-dən çox elmi məqalələri var. Məqalələri İsrail, Almaniya, Türkiyə, İran, İspaniya, Fransa və bir çox başqa ölkələrin yüksək nəşrlərində çap edilib. Polşa İtaliya, Hollandiya, İngiltərə, Yaponiya və digər ölkələrin alimləri ilə elmi əməkdaşlıq edir.
Ə.Fərəcovun adı Beynəlxalq Biologiya Cəmiyyətinin Kembric Universitetinin elmi mərkəzi tərəfindən XX əsrin görkəmli alimlərinin siyahısı dərc olunmuş kitaba salınıb. Kembric Universitetinin Biologiya Mərkəzi biologiya elmində qazandığı uğurlara görə Ə.Fərəcovu gümüş medalla təltif edib.
Uzun müddət Azərbaycan Televiziyası və Radiosunda "İnsan və onun sağlamlığı" verlişinin aparıcısı olub Ə.Fərəcov ali məktəb tələbələri üçün nəzərdə tutulmuş "Fiziologiyadan laboratoriya məşğələri", "Biofizikadan laboratoriya məşğələləri" kitablarının müəllifidir. Orta məktəbin IX sinif şagirdləri üçün hazırlanmış "Biologiya" (insan) dərsliyinin həmmüəlliflərindən biridir.
"ÖNCƏQALA (keçmişdə və indi)" yeni kitabında Məmməd Abdulhəsən oğlu Məmmədov, Saleh Eyvaz oğlu Zeynalov, Məhərrəm Canhəsən oğlu Məmmədov, Şəkəralı Qənbər oğlu Cəbiyev, məşhur Muğan aşığı - Aşığ Atabala Kazım oğlu Zahidov, və onlarca
başğaları barədə də onların fotoşəkilləri ilə oxucuya təğdim olunur.
Bir kənd, bir oba haqqında olfy bu kitabın redaktoru elə əslən öncəqalalı iqtisad elmləri namizədi Ehtina Bəşirovdur.
"ÖNCƏQALA (keçmişdə və indi)" 500 ədəd çap olunmuşdur, monumental bir "tablo", tarixi əsərdir.Müəllif kitabı "bəzəməmiş", yalnız konkret faktlar əsasında yazıb - hazırlamıçdır.Bu müəllifin uğurudur, onu təbrik edirəm.Qarşısına qoyduğu məqsədə nail olmuşdur.Kitabı tapın oxuyun...
ƏLİHÜSEYN ŞÜKÜROV.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü.
Murmansk - Masallı-Bakı-Moskva
Ədalət.-2014.-25 fevral.-S.7.