Onuncunun birincisi
Camal Zeynaloğlu
oxucularını çox
intizarda saxlamağı
sevmir. İstedadlı yazıçı və tərcüməçinin yaradıcılığını
diqqətlə izləyənlər
onun qələmindən
çıxan "Uğursuz
nikah", "Məni
qınamayın", "Qanlı
fevral gecəsi",
"Ölümlə üz-üzə",
"Həqiqət işığında",
"Ölüm doğmalığı"
və başqa əsərləri maraqla qarşılayıblar. Camal bu illər ərzində dünya şöhrətli
yazıçıların yaradıcılığından
etdiyi bədii tərcümələri isə
"Baş nazirin oğurlanması" adlı
kitabda nəşr etdirib.
Bu günlərdə yazıçının
sayca onuncu kitabı - "Talelər dünyası" işıq
üzü görüb. "Ünsiyyət"
nəşriyyatında çap
olunan kitaba Camal Zeynaloğlunun yeni qələmə aldığı "Həyat
üzümə gülmədi",
"Acı tale", "Böhtan",
"Onun etirafı"
adlı həyat hekayələri daxil edilib.
Kitabda müəllifin
esseləri də yer alıb. "Əlim yetmədi sənə", "Həsrət",
"Sən gedəni"
adlı esselər maraqla oxunur.
Müəllif həyat hekayələrindən
birinə Leflerin "Qadının təmiz adı o qədər zərifdir ki, hətta ən xəfif küləkdən
belə qorunmalıdır"
kəlamını epiqraf
seçib.
Camal Zeynaloğlu
bu kitabında oxucularını bir-birindən
müxtəlif qadın
taleləri ilə baş-başa buraxır. Ehtirasının diktəsi ilə hərəkət edən gənc qızlara, sevgilərində uğursuzluğa
düçar olanlara doğru yol göstərir, həyatda atdıqları səhv addımları düzəltmək
üçün gənclərə
şans verir.
Kitabın redaktoru fəlsəfə elmləri namizədi Həqiqət Kərimovadı. onuncu kitabının birinci hissəsidi. Oxucularını intizarda qoymayan
yazıçı kitabın
ikinci hissəsini də nəşrə hazırlayır.
E.
CƏBRAYILOĞLU
Ədalət.-2014.-26 fevral.-S.6.