"HƏR ADDIM UĞRUNDA"
Vahid Məhərrəmovun kitabı
barəsində düşüncələrim
Bir iş dalınca getmişdim. Redaksiyaya qayıdanda iş yoldaşlarım xəbər
verdi ki,
sizi bir hərbçi axtarırdı.
Bir xeyli gözlədi və gedəndə bu kitabı sizə çatdırmağı
rica etdi. Mən kitabı görən kimi imzasından dostumu tanıdım.
Bu, Vahid Məhərrəmov
idi...
Öncədən xatırladım ki, Vahid Məhərrəmov
"Azərbaycan ordusu"
qəzetində çalışır. Hərbiçi juranlist kimi o, ordumuzun uğurlarını,
burada aparılan quruculuğu, eləcə də yurd nisgilimizin
ağrı-acısını peşəkar qələmi
ilə təkcə qəzet səhifələrinə
deyil, həm də yaddaşlara köçürür. Dəfələrlə onun müxtəlif mətbu orqanlarda, eləcə də "Ədalət"in səhifələrində
publisist yazılarını,
hekayələrini oxumuşam.
İndi mənə hədiyyə olunan "Hər addım uğrunda" kitabında da həmin hekayələrin bir neçəsi ilə qarşılaşdım
və köhnə tanışlar kimi bu bədii sözlərin
əhatə dairəsinə
daxil oldum.
"Qanun" nəşriyyatında
işıq üzü
görmüş və
nəfis şəkildə
araya-ərsəyə gətirilmiş
hər addım uğrunda kitabı ön sözdən və üç hissədən ibarətdir. Təbii ki,
kitabın daha çox hissəsini Vahidin hekayələri təşkil edir. İkinci bölümdə
isə qələm dostum öz publisist yazılarının
bir qismini, sonuncu bölümdə isə oxuculara özünün "Ölüm
vaxtı" povestini,
həmçinin xatirə
oçerkini, yəni
"Soyuq dekabr günəşinin ilıq
nəfəsi"ni təqdim
edib.
Böyük maraqla oxuduğum bu kitabın demək olar ki, hər bir
bölümü haqqında
oxucu fikirlərini müəllifə çatdırmaq
istəyi ilə bilgisayara yaxınlaşdım. Lakin elə
ilk cümlənin diktəsindən
nə vaxtdı yadımdan çıxmayan
"Təslim olmayan
tut ağacı" publisist
yazısı yaxamdan tutub məni dayandırdı. Daha doğrusu,
bütün fikirlərimi
onun üzərində
qurmağa məni köklədi. Görünür bu da heç
təsadüfi deyil.
Çünki Vahidin qələmə
aldığı həmin
o məqamların hamısını
mən də yaşamışam, mənə
də düşmən
tapdağı altında
qalan, gözümün
qabağında yandırılmış
evimin, kəndimin bugünkü görüntülərini
internetdə seyr etmək acı da olsa nəsib
olub. Yəni, mənə də dostlar, qohumlar internet vasitəsi ilə işğal olunmuş ərazilərimizi "gəzib-görməyin"
mümkünlüyünü söyləyəndən sonra
müəyyən çətinliklərlə
olsa da, mən də kəndimizə "getmişəm".
Vahid Məhərrəmov özünün bütün hekayələrində, publisist yazılarında, xüsusilə qeyd etdiyim "Təslim olmayan tut ağacıg" yazısında məni bir oxucu kimi, bir yurd nisgilli vətəndaş kimi möhkəm silkələyib, xatirələrə baş vurmağa, keçmişə üz tutmağa vadar edibdi. Təbii ki, bu da onun peşəkar jurnalist, maraqlı yazıçı və söz adamı kimi oxucuya həqiqətən oxuyub düşünəcəyi əsəri təqdim etmək imkanından irəli gəlir. Yəni müəllif öz sözünü oxucuya bir növü təqdim edir. Oxucu da bu təqdimatın həm özündən, həm onun nəfəsindən hiss edir ki, bu əsər, bu kitab oxunmağa layiqdir, yoxsa yox. Bax, Vahid Məhərrəmovun mənə görə bu kitabını uğurlu edən məqamlardan bəlkə də birincisi onun oxunaqlı olmasıdı. Özü də bu kitabdakı mövzuların demək olar ki, böyük əksəriyyətinin ana xətti torpaqdı, vətəndi, müharibədi, qaçqınlıqdı... Bu da bizim böyük yaramız, böyük dərdimizdi. Vahid Məhərrəmov da bu dərdin içində çıxan, yəni doğulduğu Zəngilan rayonunun Babaylı kəndinin həsrətini yaşayan bir müəllif kimi təkcə özünün yox, həm də bir milyon insanın ağrısını, faciəsini bədiiləşdirir. Və onun yurd nisgilli insanların həyat faciəsini oxuculara sevdirə bilməsinin kökündə dayanan bir məqamda səmimiyyət, inandırmaq bacarığı, həmçinin reallıqdır.
Birmənalı şəkildə demək olar ki, Vahid Məhərrəmov heç nəyi uydurmur, heç bir fantaziyanın məhsulunu ortaya qoymur. O sadəcə özünü, özününküləri, gördüklərini, yaşadıqlarını və nəhayət arzuladıqlarını, düşündüklərini qələmə alır. Bu da sonda Vahid Məhərrəmova gerçək ədəbiyyatın məhsulunu loru dildə desək, istehsal edib, yəni yaradıb ədəbi camiyəyə təqdim etmək imkanı verir.
Son olaraq qələm dostum Vahid Məhərrəmovun bu ilin ilk aylarında işıq üzü görmüş kitabı münasibəti ilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulamaqla bildirirəm ki, hər addım uğrunda döyüşüb kəndimizə, eləcə də Vahidin doğulduğu ünvana və bütövlükdə işğal olunmuş yurd yerlərimizə qayıdacağıq. Nəyin bahasına olursa olsun, bu məqsədimiz, bu amalımız gerçəkləşəcək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-3 iyul.-S.4.