İsmayıllı yeni inkişaf dövrünü yaşayır

(əvvəli ötən sayımızda)

 

İsmayıllıda insanların mədəni-mənəvi həyatı ilə bağlı olan layihələrə diqqətlə yanaşılır. Bu baxımdan 1975-ci ildə tikilmiş mədəniyyət sarayının klassik modern üslubların sintezi formasında əsaslı təmir edilməsi, yenidən qurulması bu baxımdan daha xarakterikdir. Heydər Əliyev prospektindəki parkın yenidən qurulması uşaq dünyasına uyğunlaşdırılması nəhayət ki, İsmayıllı şəhərində bu tipli ilk müəssisə olacaqdır. Uşaqlara burada bütün əyləncə istirahət xidmətləri göstəriləcəkdir. DSMF-nin, statistika idarəsinin, təhsil şöbəsinin, M.F.Axundov küçəsi Heydər Əliyev prospektindəki yaşayış binalarının, "Qala" şadlıq sarayının, kommersiya obyektlərinin yeni üslubda əsaslı təmiri son ayların nailiyyətlərindən hesab olunmalıdır. Şəhər ərazisindəki 14 küçəsinin asfalt örtüklə abadlaşdırılması, Göytəpə- Qalınçaq-Ruşan yolunun sürətlə tikilməsi, uşaq elektron kitabxanasının, "3 d" kinozalının istifadəyə verilməsi, illərlə abadlıq işlərindən kənarda qalmış küçələrdə yenidənqurma işlərinin gedişi, yeni bazarın - "Yaşıl market"in Heydər Əliyev parkında "Yaşıl teatr"ın, 4 yerdə məktəb binasının inşası, bir neçə kəndə qaz verilişinin bərpası, elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün smart-kart sisteminin quraşdırılması yeniliklərin, müvəffəq işlərin bir hissəsi kimi yüksək qiymətə layiqdir.

Rayon İcra hakimiyyətinin rəhbərliyi yeni müəssisə açmaqla adamların məşğulluğunun artırmaq barədə düşünərkən iqtisadi rayona diqqətlə yanaşır təkrara yol vermək məqsədilə daha yeni sahə marağı ilə layihələr həyata keçirir. Diyallı bələdiyyəsi ərazisində 6 hektar sahədə velosiped zavodunun tikintisinə başlanması məhz belə ayıq düşüncənin nəticəsidir. 300 nəfər mühəndis-texniki işçi fəhlənin işləyəcəyi bu müəssisə tək İsmayıllı üçün yox, respublikamız üçün ilk olacaqdır.

Uzun illər fəaliyyəti dayandırılmış kərpic zavodu yenidənqurma, əsaslı təmir müasir texnoloji avadanlıq quraşdırıldıqdan, 12 kilometr məsafədən qaz çəkildikdən sonra 90 yeri ilə istifadəyə verilib. Tədricən yerlərinin sayı burada 120-yə çatdırılacaq.

Bir məsələni ayrıca qeyd etməyə dəyər. Heydər Əliyev prospektinin S.Vurğun, N.Nərimanov küçələri arasındakı sahəsinin abadlaşdırılması 70-ci illərdən şəhərin baş planında öz əksini tapmışdı. Lakin planda qalmaqda davam edirdi. Nəhayət ki, bu biganəliyə Mirdaməd Sadıqov başçı gələndən sonra son qoyuldu. Prospektin deyilən hissəsinin hər iki tərəfində indi çox böyük işlər görülür. Hasarlar eyni ölçüdə çəkilir, evlərin, təsərrüfat məişət binalarının üstü müasir üslubda örtülür, yolkənarı kanallar çəkilir, asfalt salınır. Bu ərazi daxil olmaqla bütün şəhərdə yaşıllıqlara forma verilir. Şəhərə uyğun yaşıllıqlar salınır. Bütün işləri sadalamadan demək istərdim ki, yeni layihələr insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Rəy təkliflər, ehtiyac problemlər öyrənilir, tədbirlər görülür.

"İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə olsun mənfi şey eşitməmişəm. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələrdir. Allah sizə belə gözəl bir yer nəsib edibdir".

 

Heydər Əliyev

(noyabr, 2002-ci il)

 

İsmayıllı əhalisi çox xoşbəxtdir ki, ümummilli liderimiz ona belə yüksək dəyər verib. Daha xoşbəxtdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz səfərləri ilə bölgəmizi şərəfləndirib. Bu yüksək dəyərə, bu şərəfə həmişə layiq olmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyi Mirdaməd Sadıqovun timsalında genişmiqyaslı fəaliyyət proqramı həyata keçirir. İnsanların sosial həyatının yeniləşməsi zənginləşməsi naminə görülən işlər dövlət qayğısından qaynaqlanır, insanların maddi imkanlarının artması üçün yeni yerləri açılır, keçirilən səyyar qəbul görüşlərdə hər bir kəs səmimiyyət səbirlə dinlənilir, hər kəsə layiq olduğu, qanunlarımızın imkan verdiyi səviyyədə qayğı göstərilir. Yeni yerlərinin açılması bu baxımdan daha diqqətçəkən hallardandır. 2013-cü il aprel ayının 4-də keçirilən əmək yarmarkasına 440 yeri çıxarılmışdı. 170 nəfər axtaran həmin gün öz məqsədinə çata bildi. Rəsmi cədvəli gözləmədən intensiv keçirilən əmək yarmarkalarında da ixtisaslarına, istəklərinə uyğun tapanların sayı artır. Əvvəldə qeyd olunan çoxsaylı obyektlərin inşasında, təmir yenidənqurma işlərində rayonun gəncləri fəal iştirak edirlər. İndi yox, işçi çatışmazlığı daha kəskin hiss olunur.

2013-cü ilin may ayınadək İsmayıllıda qadınlar yalnız təhsil səhiyyə sistemlərində çalışırdılar. Digər uyğun sahə yox idi ki, qadınlara orada təklif olunsun. İsmayıllı tikiş fabriki açılandan sonra burada 70 nəfərə yaxın qadın yeri tapıb. Onlar üçün burada nümunəvi məişət şəraiti yaradılıb. Yaxşı haldır ki, əhalinin məşğulluğunun artırılması üçün həyata keçirilən tədbirlər mövsümi xarakter daşımır, yeni yerlərindən daimiləri daha çox üstünlük təşkil edir. Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vəzifəsinin icrasına başladığı ilk günlərdən rayonda yerlərinin olmamasından çox narahat idi. O bu narahatlığı çox ciddiliyi ilə cavabdeh təşkilatlara da yönəltdi. Hər kəsdə bu üçün, insanların həyat şəraitinin yaxşılaşdırılmasından ötəri daxili bir səfərbərlik yaratdı. Açılan müəssisələrə başlanan tikintilərə, boşalan yerlərinə gənc bacarıqlı mütəxəssislərin cəlbi insanların işlə təminatında əsaslı dönüş yaratdı. Artıq rayonda işsizlik problemi tamamilə həll olunmaq üzrədir.

İnsana qayğıdan söhbət gedəndə ilk olaraq qeyd olunmalıdır ki, rayon İcra Hakimiyyətinin başçısı bütün xidmət təşkilatlarının, icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə yerlərdə müntəzəm olur görüş-qəbullar keçirir, hər kəsi dinləyir, qaldırılan problemlərin imkan olanlarını yerindəcə həll edir, daha çox vaxt vəsait tələb edənlər üçün icraçı maliyyə mənbələri müəyyənləşdirir. Təkcə 2013-cü ildə 80-nə yaxın kənd qəsəbədə, şəhərin məhəllələrində görüş-qəbul keçirilmiş, 17 minə yaxın iştirakçıdan 703 müraciət təklif daxil olmuşdur. Bir-bir sadalamadan ümumilikdə ona diqqət yetirmək vacibdir ki, əhali təklif müraciətinin reallığa çevrilməsini çox gözləməli olmur. Şəhər ərazisində, Basqal Lahıc qəsəbələrində, Qalınçaq, Ruşan, Hacıhətəmli, Tircan,Diyallı, Talıstan, Təzəkənd, Qoşakənd, Kürdmaşı, Aşıqbayram kəndlərinin sakinləri qaldırdıqları problemlərin qısa müddətdə həllinin şahidi olurlar. Su, yol qaz çəkilişləri, məktəb tikintiləri, elektrik xətlərinin təmiri yerlərdən verilən təkliflər ictimai ağsaqqallar qrupunun məsləhətləri əsasında həyata keçirilir.

 

Mənəvi quruculuq daha yüksək səviyyədədir

 

Keçmiş həmkarım, veteran jurnalist Valeh Salehovla bu yazını hazırlayarkən söhbət etməyə ehtiyac duydum. O, daha çox rayonda gedən mənəvi quruculuqdan danışmağa üstünlük verdi. Dedi ki, bütün müvəffəqiyyətlərin əsasında rayon rəhbərliyinin hər bir insana hörmət və ehtiramla yanaşması, hər kəsin sosial inkişafda əqli və fiziki imkanlarından istifadə etməsi, vaxtilə dövlət və rayon qarşısında xidmətləri olmuş şəxslərin ictimai arenaya cəlbi, ehtiyaclı insanlara müalicədə, ev tikintisində, işini qurmaqda dəstək verməsi durur. Belə insanların yubileyləri, doğum günləri qeyd olunur. Ziyalılarla, pedaqoji kollektivlərlə müntəzəm görüşlər keçirilir, Ali məktəblərə qəbul olunan gənclərin yüksək nailiyyətləri, tələbələrin müvəffəqiyyətləri ayrı-ayrı toplantılar formasında təltif və hədiyyələrlə qeyd olunur. İmkan yarandıqca daha ehtiyaclı ailələrin övladlarının təhsil haqqı ödənilir, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, İkinci dünya müharibəsi əlilləri, Çernobıl faciəsi əlilləri problemləri ilə birgə həmişə diqqətdə saxlanılır. Bu məsələlərdə ad çəkmək məsləhət görülmədiyi üçün mən də ünvansız danışmalı oluram. Lakin mərhəmətin ən böyük, ən dəqiq ünvanı İsmayıllı sakinləridir.

İsmayıllının daha xoşbəxt həyata qovuşacağını insanların daha firavan yaşayacağını, sosial-iqtisadi inkişafda yüksək nəticələrə çatacağını Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 avqust 2013-cü il tarixli səfəri zamanı dediyi aşağıdakı sözlərə istinad edərək əminliklə demək olar: "Biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər, saxlanacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir".

Dövlətçiliyə sədaqətlə xidmət edən İsmayıllılar bu tövsiyələrin həyata keçirilməsi yolunda daim səfərbərdirlər.

 

İslam Niftiyev

Ədalət.-2014.-4 iyul.-S.3.