ALÇA
(hekayə)
Dar axşamçağı atamla anam bir-birinə qoşulub, evdən çıxdılar.
-Ay xala, uşaqlardan göz ol, bazara dəyib qayıdırıq. - Atam, hay-küylü adam olmasa da, bu dəfə lap bərkdən danışdı. O dəqiqə bildim ki, qonşulara eşitdirir... yəni ac qalmırıq.
-Uy da-ad! - Kiçik bacım əlini əlinə vurub, yerində oynamağa başladı, - gör nə boyda zənbil götürüblər!
Ortancıl bacım qımışdı:
-Arxayın ol, bazarı yığıb gətirəcəklər evimizə!
-Heç nə istəmirəm, alçadan başqa. - Kiçik bacım ağzını marçıldatdı.
Qardaşım tərs-tərs ona baxdı:
-Ay qız, get gəlinciyini oynat!
-Kaş, alça alaydılar!
-Alçanı neylirsən?!
- Qardaşım hirsləndi.
-Sinifdə uşaqlar hər gün alça yeyir.
-Bala, indi alça
dediyin safradı - zəhərdi, hələ
tumu bərkiməyib, çox yeyərsən, ödün qarışar,
qızdırarsan! - Nənəm
bacımı qucağına
çəkib, başını
sığalladı.
-Ay nənə, heç bizim uşaqlar qızdırmır!
-Ay qız, demədim sənə, get gəlinciyini
oynat!
Atamala anam bir də küçədən
əl-ayaq yığışandan
sonra qayıdıb gəldilər. Kiçik bacım yatmışdı.
-Bazara girməli deyil! - Anam deyinməyə
başladı.
-Alça ala bildiniz?! - Nənəm yuxulu bacıma baxıb, soruşdu.
-Bir stəkan qalmışdı, o da cırından.
-Almadınız?!
-Bazar od
tutub yanır, vallah, ay ana!
-Bəs bu uşağa
nə cavab verəcəksiniz?!
-Bir stəkan idi.g
-Almadınız?! - Nənəm
həyəcanlandı.
-Onu da biz aldıq.
-Kartof-soğan necə?!
-Onsuz olar?!
-Evdə çörək də var... - Nənəm rahatlıqla nəfəs aldı.
-İki kilo ətə güclə pulumuz çatdı...g
-Vallah, kənddə biz bilməzdik ət nədi. Qapıdan bir çolpa
kəsib, çörəyə
yavanlıq eləyərdik.
Bakıya gələndən sonra mən ət yeməyi öyrənmişəm. İki gündən
bir də təzyiqim qalxır.
-Ay ana, uşaqları başa salmaq olmur ey. Elə kotlet
istəyirlər.
-Xala! - Atam əlini
dəsmala silə-silə
nənəmə sarı
çevrildi, - bizə
şükür! Kənddə qonşumuz vardı, İslam, o günü küçədə rastıma
çıxıb, gözünlə
görməsən inanmazsan,
yazığın qarnı
quruyub dalına yapışıb. Deyirəm, bu
nədi, ay İslam, xəstələnməmisən ki?! "Allah yoxsulluğun üzünü
qara eləsin, - deyir, - neyləyim, bir dəstə uşaq, hamısının
da yeyən ağzı, çatdıra
bilmirəm. Srağa günü
axşam evə gələndə, səndən
nə gizlədim, pul tapmadım çörək almağa.
Ha çalışdım gec
gəlim, uşaqlar yatsın, baxdım ki, ayaq üstə
dura bilmirəm. Bunlar da məni gözləyirmiş,
demə. Qapını açmağımı gördüm;
gözləri zilləndi
əlimə. Sonra
da hərəsi bir yana
çəkilib, oturub,
başlarını qoydular
dizlərinə... Sənin mənə
andın yoxdu, Allahın birliyinə and olsun, düz sabahacan ağlaşdılar".
Qəşəm İsabəyli
Ədalət.-2014.-4 iyul.-S.4.