Qonaq gəlir... turist bizə

Regionlarda turizm infrastrukturunun inkişafına diqqət artır

 

Azərbaycan turizmin inkişafına prioritet məsələ kimi baxır. Bütün sahələrdə böyük uğurlar əldə edən ölkəmizin dünyada tanınması əsas işlərdən biri sayılır. Bunu cəlb etdiyimiz əcnəbi turistlərin vasitəsilə həyata keçirə bilərik. Üstəlik, turizm bütün dünyada gəlirli sahə sayıldığından bu məsələyə diqqət qayğının artması başadüşüləndir.

Son illərdə ölkəmizdə turizm istiqamətində əhəmiyyətli işlər görülür. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilir. Görülən bütün bu işlər regionlarımızın sosial-iqtisadi inkişafına da təsirsiz ötüşmür.

 

Dövlət proqramları köməyə gəlir

 

Təkcə paytaxtımız deyil, regionlarımız da böyük turizm imkanlarına malikdir. Bu regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında da öz əksini tapır.

2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında birbaşa turizmlə əlaqəli, bu sahəyə xidmət edən müvafiq strukturun yaradılması nəzərdə tutulur. Hazırda ölkənin ayrı-ayrı şəhər rayonlarında təxminən 50-yə yaxın mehmanxana inşa edilir. Regionlarda müxtəlif turizm növlərini inkişaf etdirmək məqsədi ilə Mədəniyyət Turizm Nazirliyi müxtəlif layihələr həyata keçirir, rayonlarımızın beynəlxalq səviyyədə təbliğinə önəm verir. Avropa Şurasının təcrübəsi əsasında regionların turizm imkanlarının tanıtdırılması üçün mədəni masştab layihələri buna sübutdur. Bunlar "Böyük İpək yolu", "Şərab yolu", "Xalçaçılıq", "Aleksandr Düma Qafqazda" "Azərbaycanda alman məskənləri" layihələridir.

Bölgələrimizin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora fauna turizmin inkişafı üçün münbit şərait yaradır. Son illər müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, Bakıdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır.

Azərbaycanın çox tanınmış hər il minlərlə turistin istirahət etdiyi regionlarından biri Xaçmazdır. Ərazisi o qədər çox böyük olmayan bu rayon turistlər arasında ən populyar bölgələrdən sayılır. Burada ən çox çimərlik turizmi inkişaf edib.

Statistikaya görə, rayon ərazisində 70-dən çox yerləşdirmə obyekti var ki, bunlarda da 2 mindən yuxarı insanın dincəlməsi üçün normal şərait yaradılıb. Ötən il rayona 155 min nəfər turist gəlib. Bunların 10 min nəfəri xarici ölkə vətəndaşı olub.

Turistlərin ən çox üz tutduğu rayonlardan biri Qəbələdir. Təsadüfi deyil ki, rayon son illər Azərbaycanın ən populyar turizm mərkəzinə çevrilib. Burada fəaliyyət göstərən beşulduzlu, dördulduzlu, üçulduzlu hotellərdə, istirahət mərkəzlərində, qonaq evlərində xidmətin keyfiyyəti dünyada müəyyən edilmiş normalara uyğundur. Ötən il bu rayona gələn turistlərin sayı 42 mindən yuxarı olub. Bu rəqəmin 10 minə yaxınını xarici turistlər təşkil edib.

İsmayıllı xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraqlı obyektə çevirib.

Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Bu kənd xüsusilə xarici turistlər arasında çox məşhurdur. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər.

İsmayıllı ərazisində 22 istirahət mərkəzi, mehmanxana mehmanxana tipli obyektlər fəaliyyət göstərir. Statistikaya görə, ötən il İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərində 75 min nəfərə yaxın yerli xarici turist istirahət edib.

Qərb bölgəsində turizm sahəsinin inkişafı üçün lazımi infrastruktur qurulmaqdadır. Gəncə, Şəmkir, Gədəbəy, Tovuz Qazax rayonlarının hər birinin özünəməxsus turizm potensialı var. Bölgənin "İpək Yolu" beynəlxalq turizm marşrutu üzərində yerləşməsi bu potensialı daha da artırır. Bu regionda turizm yerləşdirmə yerlərinin sayı ildən-ilə artır. Hazırda Gəncə şəhərində 7, Şəmkirdə 1, Gədəbəydə 7, Tovuzda 1-i beşulduzlu olmaqla, 3 hotel, 100-ə yaxın kempinq, Qazaxda 4 turist yerləşdirmə yeri fəaliyyət göstərir.

 

Qapımızı döyən 2 milyon turist

 

Turizmin inkişafı ölkədə iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edilib. Son illər ölkədə turizmin təşviqi ilə bağlı xeyli işlər görülüb, islahatlar aparılıb, dövlət proqramları qəbul edilib, bu sahədəki normativ-hüquqi baza dünya standartlarına uyğunlaşdırılıb.

Regionlarda dünya standartlarına uyğun turizm infrastrukturunun qurulması üçün dövlət tərəfindən böyük miqdarda vəsait ayrılır, nəhəng layihələr həyata keçirilir. Bunların nəticəsində isə minlərlə insan işlə təmin edilir. Ötən ilin sonlarında birinci mərhələsi istifadəyə verilmiş Qusar rayonu ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi 2015-ci ildə tamamilə turistlərin ixtiyarına veriləcək. Burada 5000 insan işlə təmin olunacaq.

Azərbaycanda 500-dən yuxarı mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir. 225 turizm şirkətinə Mədəniyyət Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Həyata keçirilən işlərin nəticəsi olaraq, Azərbaycana gələn turistlərin sayı da getdikcə artır. Ötən il ərzində ölkəmizin sərhədlərini 2 milyon, 484 min 48 nəfər insan keçib. Təxmini hesablamalara görə, bunun 2 milyonu turistdir.

 

Fatimə İSMAYILZADƏ

ədalət.-2014.-5 iyul.-S.4.