"YADA DÜŞDÜ"
Açığını deyim elə nəşrlər var ki, onların yolunu şəxsən mən səbirsizliklə gözləyirəm. Burada söhbət o nəşrin, o ədəbi nümunənin yaradıcı kollektivindən, onu araya-ərsəyə gətirən insanlara özəl simpatiyamdan getmir. Çünki bu münasibəti hər an telefonla da, üz-üzə gələndə də, bir sözlə, istənilən zamanda və məkanda bildirmək mümkündü. Ancaq yeni nəşri görmədən, onu mütaliə etmədən barəsində nə isə demək mümkün deyil. Yəni bunu lap bəlağətli bir şəkildə eşitdiklərinə uyğun tərifləyib fikir söyləsən də, bu, gerçək olmayacaq. Münasibət o vaxt gerçək olur ki, onu səndə oxuduğu nəşr özü yaradır. Bax, bu mənada mən son illərdə yolunu gözlədiyim iki-üç ədəbi-bədii jurnallar arasında "Yada düşdü"nün xüsusi yeri var. Bu da səbəbsiz deyil. Burada konkret səbəb elə Yada Düşməkdi!
Adətən yada düşən daha çox arxada qalanlar, xatirələr olur. Zaman insanı daha çox yaşının müəyyən dövründə dayanıb düşünməyə, geriyə baxmağa məcbur edir. bax o səndən, məndən asılı olmayan məcburiyyət yada düşməyin ip ucudu, xatirələrin ilk titul vərəqidi. Çətini o ipucuna əl uzatmaq, o titul vərəqini çevirməkdi. Ondan sonra xatirələr, yəni yada düşənlər səni öz qoynuna alır...
"Yada düşdü" jurnalının bu il üçün 3-cü sayı artıq oxucuların ixtiyarına verilib. Həmişə olduğu kimi, jurnalın təsisçisi, şairə Nəzakət xanımın xeyir-duası ilə başlanan görüşün ilk ünvanı onun "Ərdəbilim" şeiridi. Bu şeiri oxuduqca soykökə bağlılıq, nostalji hisslər və bir də insanın özünəməxsus psixoloji kodu dərhal oxucuda müəyyən təsirlər yaradır. Və həmin o hisslərin özü də kövrək misraların sığalı altında sanki dinclik tapır.
O tayın da, bu tayın da adı Vətəndi,
Qanqalların arasında gül bitirən
Bülbülləri ağı üstdə dil-dil ötən,
O da Vətən, bu da Vətən
-
Ərdəbilim.
..........................................................
... Babamın həsrət yanğısı,
Yaddaşının sızıltısı,
Dodağının pıçıltısı -
Ərdəbilim, Ərdəbilim, Ərdəbilim.
Jurnalın bu sayı da baş redaktor,
dəyərli yazıçımız
Nahid Hacızadənin
rəhbərliyi altında
öz üslubuna sadiq qalaraq "Tarixin yaddaşından"
rubrikası altında
araşdırmaçı yazar,
istefada olan polkovnik Şəmistan Nəzirlinin Azərbaycanın
böyük oğullarından
biri doktor Nəriman Nərimanov haqqında maraqlı xatirə yazısı ilə başlayıb. Həmin araşdırma yazısını
oxuduqca doktor Nərimanın obrazı gözümüz önündə
daha da böyüyür.
Həmin
silsilənin davamı
olaraq Teymur Əhmədovun "Tərcüməçi
Hüseyn Şərif"
yazısı Azərbaycan
ədjəbiyyatının cəfakeşlərindən biri
barəsində oxuculara
bir təqdimat olur. Oxucu öz tərcümələrinin
arxasında dayanan bu cəfakeş ədəbiyyat adamını
bir az
da yaxından tanıyır.
Həmişə Azərbaycanın dəyərli
ziyalıları, ədəbiyyat,
sənət adamları
barəsində maraqlı
xatirələri ilə
jurnalı daha da oxunaqlı edən Nahid Hacızadənin "Ürəyinə
ürək çatmazdı"
xatirələri görkəmli
yazıçı, pedaqoq
Mir Cəlala həsr edilibdi. Nahid Hacızadə şəxsən
tanıdığı və
təmasda olduğu
Mir Cəlal müəllim
barəsində bir yarpaq xatirə ilə bu görkəmli
insanı bizlərə
bir daha tanıdıb.
Jurnalın "Proza" bölümündə
son illər bir-birindən
maraqlı hekayələri,
xatirə-oçerkləri, xatirə yazıları ilə oxucuların diqqətini çəkən
Novruz Nəcəfoğlunun
"Keçən cavan
çağım ola" yazısı çap olunub. Bu nostalji duyğuların
axarı ilə dünənə üz tutan oxucunu dəyərli
şairimizi Ramiz Rövşənin qəlblərə
yazılan, yaddaşlara
köçən "Gedək
biz olmayan yerə"
adlı şeiri daha da duyğulandırır.
Ümumiyyətlə, jurnalda
xalq şairi Hüseyn Arif barəsində Zöhrə
Hüseynzadənin xatirələri,
poeziya bölümündəki
şeirlər, Salatın
Əhmədlinin "Vaxtında
evlən" hekayəsi
oxucular üçün
xoş anları yaşamağa, düşünəyə,
dünənə üz
tutmağa yaxşı
şans verir. Bu müsbət aura mənim çox sevdiyim Cəmil Əlibəyovun dostum Rafiq Hacıyevin
60 yaşına yazdığı
"Amal yolunda fədakarlıq" yazısı
ilə daha da təravətlənir və bunun ardınca
Qərib Mehdinin xalq şairi Hüseyn Ariflə bağlı xatirələri,
50 yaşı tamam olmuş şairə bacımız Fərqanə
Mehdiyevaya ünvanlanan
təbriklər, çox
hörmətli həmkarımız
Şəfəq Nasirin
yubiley yaşı ilə bağlı müsahibəsi... Bir sözlə, bu jurnalın hər bir yazısı doğrudan-doğruya oxucu üçün maraq doğurmaq gücündədig
Düşünürəm ki, "Yada düşdü" onu gözləyənləri, onu
oxuyanları sevindirəcək
və hələ oxumayıb sevinməyə
imkan tapmayanların da yadına düşəcək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-9 iyul.-S.4.