GÖZLƏRİNDƏ QARABAĞ
AĞLAYIRDI...
(hekayə)
Liftdən çıxıb həyətə düşəndə üz-gözünə ətirli yaz havası dəydi. Xoşhallandı. İçində sevinc dolu bir səs çırpındı: "Oxqayyy! Doğrudan da, bizim bu həyət cənnətməkandır. Havası, gülü-çiçəyi, yaşıllığı ələ düşməz. Bir yandan Dədəgünəşin, o biri yandan da Şahdağın havası burada, bu ucalıqda nəfəs-nəfəsə verəndə bir aləm olur, əsl yaylaq havasıdır. Aşağılarda asfalt alovlananda burada elə sərinlik olur ki, elə bil dağ başındasan".
İrəli boylandı. Dümağ alça, armud çiçəkləri bir-birinə sarmaşmışdı. Yasəmən kolu isə çəhrayı rəngə bürünmüşdü. Bağça-bağ yaz nəğməsi oxuyurdu. Nəcəf kişi böyür-başına baxma-dan ağacları suvarırdı. Siqareti də dodağında tüstülənirdi...
Tanınmış rəssam Seyid Sadıqbəyli bu evə köçəndən Nəcəf kişi ilə ülfət bağlamışdı. Həmişə dönüb hal-əhvalını soruşurdu.
Nəcəf kişi də hörmətini saxlayır, ona "rəssam qardaş" deyirdi.
- Salam, sabahın xeyir, Nəcəf kişi, - dedi Seyid Sadıqbəyli. - Yorulmayasan.
O da cavabında:
- Yorulmaq nədir, qadan alım, qurdalandıqca yorğunluğum çıxır, cana gəlirəm, - deyə gülümsədi.
Nəcəf kişi Ağdam tərəfdən idi. Kəndlərini "Qrad" yerlə-yeksan eləyən gün bir təhər ca-nını qurtarıb Bakıya üz tutmuş, soraqlaşa-soraqlaşa şair Şahmar Əkbərzadəyə üz tutmuşdu. Şair də onu iş adamı Əli İbrahimoğluya ürcah eləmişdi. Ürəyindən keçəni elə ondaca dilə gətirmişdi:
- Ay əzizim, elə bu binanın həyətində mənim bu dostuma bir koma qaralt, - demişdi. - Nəcəf kişi torpaq adamıdır... Ancaq torpaqdan əli üzülüb. Həyəti tapşır ona. Bir təhər başını gir-ləsin. Görək bu işlərin axırı necə olur. Nə vaxt qayıdırıq Qarabağa...
İş adamı Əli kişi ürəyiyumşaq adam idi. Şahmar necə minnət eləmişdisə, hamısını birər-birər yerinə yetirdi. O vaxtdan Nəcəf kişi bu evin sakinləri ilə isinişdi, hamı ilə dil tapdı, çətinə düşənə kömək elədi. İndi həyətdə uşaqlar onu "baba", cavanlar "əmi", yaşlı adamlar isə "qardaş" deyə çağırırlar. Hamının istəklisidir Nəcəf kişi. Kimin evində nə biş-düşu olsa, onu yaddan çıxarmır. Löyün-löyün yemək gətirirlər. Nəcəf kişi də borclu qalmır. Onun saldığı bu bağça-bağ adla söylənir. Bütün il boyu bağçada qızılgüllər pardaq-pardaq olur, ətir saçır. Kimin mənzilində nəsə bir şadlıq, şadyanalıq olsa, Nəcəf kişinin gətirdiyi gül dəstəsi stolun üstündə gülümsəyir.
Rəssam yaxınlaşıb dedi:
- Ay Nəcəf kişi, görürsən də, yaz da gəldi. Özü də qiyamət bir yazdı bu yaz.
Nəcəf kişi siqaretinə qullab vurub:
- Qadan alım, - dedi, - yaz da gəldi, bizimsə gözümüz yenə yollarda qaldı. Ürəyimizdə ahlar, amanlar qövr eləyə-eləyə qaldı. Qayıda bilmədik Qarabağa. Allah erməninin evini yıxsın, çırağını söndürsün. A qadan alım, ürəyimdən çox keçirdi ki, Qarabağ qayıtsın, səni bizim tərəflərə aparım. Ağdamdan Şuşaya qalxaq, İsa bulağının üstündə muğam dinləyə-dinləyə bir kabab yeyək, sonra da Cıdır düzünə qalxaq. Sənə göstərim xarı bülbülü. Fırçanı götür çək. Yer üzündə ələ düşməz bizim Cıdır düzünün xarı bülbülü.
- Nəcəf kişi, dediklərin hamısı gözəldir. Mənim də ürəyimdən xəbər verir. Neyləyək ki, Qarabağın taleyi düyünə düşüb. Oğul istəyirəm bu düyünü açsın.
Nəcəf kişi əlini dizinə vurub, vaysındı:
- Daha demə, demə, Qarabağın dərdi uzundur. Tanrı da hələ bir əncam çəkə bilmir.
Rəssam başını qaldırıb Nəcəf kişinin göy gözlərinə baxdı. Elə bil bir cüt qəm dəniziydi o gözlər.
...Rəssam baxdı, baxdı, gördüklərini yaddaşına köçürdü...
Hannan-hana:
- Nəcəf kişi, yadına gəlirmi, - dedi, - mən sənin şəklini çəkməyə başlayanda rəhmətlik Şahmarın bir şeirini dedin. Vətənə həsr olunmuşdu o şeir.
- Qadan alım, Şahmarın vətən haqqında o qədər şeiri var ki. Bilmirəm hansını yada salım.
- Məncə, o şeirdə ölüm-itim sözü də var idi, bir dəstə gül söhbəti də.
- Hə, yadıma düşdü, düşdü, - Nəcəf kişi sevinclə əlini-əlinə vurdu.
- Onda de gəlsin, Nəcəf kişi.
Sən bu şeiri deyəndə
mən sənin gözlərini bir də çəkmək
is-təyirəm. İcazə ver
qalxım evdən bir karton götürüm,
qələm götürüm.
Eskizlər eləmək istəyirəm.
- Nə olar, elə,
qadan alım, elə, - barmaqlarını
ovuşdurdu.
Rəssam liftə minib getdi və tez
də qayıtdı. Onun qoltuğunda
karton var idi. Nəcəf kişi özünü
toplayıb onunla üzbəüz dayandı:
- Qadan alım, mən hazır, - dedi. - Ancaq bilmirəm
mənim deməyim xoşuna gələcək,
gəlməyəcək.
Rəssam
çənəsini ovcuna
aldı:
- Nəcəf kişi,
sən nə şairsən, nə də aktyor. Şeiri nə Şahmarın özü kimi deyə bilərsən, nə də qiraət ustası Ağalar Bayramov kimi. Sən necə desən,
mənim bəsimdir.
Açığı, sənin portretin
neçə aydı emalatxanada, dəzgah üstündədir. İstəyirəm bu gün elədiyim
eskizlərə baxıb
ona bir-iki "mazok" vurum. Şəkilə belə
ad qoymaq istəyirəm:
"Gözlərində Qarabağ
ağlayırdı". Yaxınlarda sərgim
açılacaq. Bu şəkli də o biri əsərlərimə
qoşmaq istəyirəm.
- Ağrın alım, əsərin adı lap ürəyimdən xəbər
verir. Lap gözündən
vurmusan. Allah da bilir ki,
gecə-gündüz mənim
gözlərimdə Qarabağ
ağlayır. - Sözünə
azca ara
verib, - Hə, indi şeiri başlayıram. Rəhmətlik
Şahmar belə deyir:
Ölüm ayağının altında,
İtim
ayağının altında,
Bir dəstə gül olum,
Bitim ayağının
altında.
Nəcəf kişi son misranı da deyib, rəssamın üzünə baxdı:
- Hə, necə oldu qalan alım?
Bir şey çıxdı, çıxmadı? Yaxşı deyə
bilmədimsə, rəhmətlik
Şahmar günahımdan
keçsin.
- Ay Nəcəf kişi,
nə günah?! Sən məni lap ağlatdın.
Bu mənə imkan verir ki,
göz yaşlarımı
şəkildə sənin
göz yaşlarına
qatım.
- Qadan alım, nə çəksən, necə çəksən
hamısı bəsimdi.
Ancaq ürəyimə damıb
ki, bu şəkli
ya görüm, ya görməyim. Eh,
nə deyim?! Görünür, Qarabağa həsrət
köçəcəyəm bu dünyadan. Həyətin yaşlı
kişilərinə demişəm
ki, başıma bir iş gəlsə,
məni Xırdalan qəbristanlığında, düz
təpənin başında,
özü də Şahmarın yanında dəfn eləsinlər. Şahmarla bərk dost olmuşuq, ürək dostu. Qoy orada da yanaşı yataq, Vətəndən əsən
küləklər Qarabağın
havasını gətirsin
bizə.
Rəssamın gözləri doldu. Bilmədi
nə desin, hansı sözlərlə
Nəcəf kişini
ovundursun. Qucaqlayıb onu öpdü.
İkisinin də gözləri
yaşarmışdı.
Rəssam
həyətdən çıxan
kimi taksiyə minib özünün
"Rəssamlar evi"nin böyründəki
ema-latxanasına çatdırdı.
Çay
dəmlədi, içdi,
yenə fırça
götürdü. Sağdan baxdı,
soldan baxdı. İşlədi... Günortanı keçəndə dönüb
şəkilə bir də baxdı. Deyəsən alınmışdı. Bir də baxanda
öz-özünə gülümsədi:
"Sadıqbəyli, çox
da dərinə getmə, "Gözlərində
Qarabağ ağlayırdı"
ürəkdən tikan
çıxaran əsərdir.
İnan ki, bəyənəcəklər"...
Portreti dəzgahın
üzərindən çıxarıb
qəzetin arasına aldı. Hə, -deyə düşündü,
- Gərək axşam
aparıb Nəcəf
kişini sevindirim.
Beynindən keçirtdi, bəlkə
mənim bu əsərimin ayağı
düşərli oldu.
Yollar açıldı
Ürəyində bir səs çıldıradı: "Kaş
o günü görəydik,
o günə yetişəydik!".
Rəssam evə çox gec qayıtdı. Həyətə burulanda gördü ki, Nəcəf kişinin işığı yanmır. "Şəkli sabah verərəm", - deyə düşündü.
Səhər həyətə düşəndə liftin böyründə mafə gördü. Çaşıb qaldı. Gəlib keçənlərdən soruşdu:
- Kimindi bu mafə?
Cəlal kişi ona yaxınlaşdı:
- Rəssam qardaş, - dedi,- Nəcəf kişinin mafəsidir. Axşam gözümüzün qabağında uçdu yazıq. - Cəlal kişinin səsi titrədi. - Vəsiyyəti də bu oldu ki, onu Xırdalanda şair Şahmarın yanında dəfn edək.
- Yaxşı, dəfn nə vaxtdır? - Rəssam soruşdu.
Cəlal kişi qəhərlə:
- Bu gün günorta olacaq, - dedi.
- Məni də səsləyin.
...Bərk isti idi. Hava qızdırırdı. Günbatan tərəfdən pənbə buludlar qalxırdı.
Nəcəf kişini qəbirə sallayanda uzaqdan göy gurultusu eşidildi. Rəssam əsərini qəzetin ara-sından çıxarıb qəbir daşına söykədi. Hönkürtü eşidildi:
- Eyzən rəhmətliyin özüdür.
İldırım çaxdı. Şaqqaşaq yaz yağışı başladı. Yağış elə bil Nəcəf kişinin göz yaşlarına qa-rışmışdı... Göylər ağlayırdı, Nəcəf kişinin gözlərində də Qarabağ ağlayırdı.
- Çox çəkməz bu yağış, - kimsə dilləndli.
- Yağış yağar da, kəsər də...
- Kaş Qarabağın göz yaşları qurusun!
- Bilin, eşidin, quruyacaq da!
Kiminsə yaşlı bir kişinin ümid dolu səsi qəbristanlığın
üstündə qanad gərdi...
Ədalət.-2014.-16 iyul.-S.4.