"YURD YERİ" SEVDALI ALİM AYSƏBA ƏLİZADƏYƏ

 

Mehriban, dostcanlı, xeyirxah, təəssübkeş dəyişməz xarakterli dostum, bacım, sirdaşım! İnsanı şərəfləndirən, cəmiyyətdə ətrafında olanlara sevdirən bu sözlər, bu ifadələr belə sizdən söhbət açmaqda mənə yetərsiz göründü, çünki siz sözün ən böyük mənasında şəxsiyyətsiniz. Şəxsiyyətlər barəsində isə söz demək məsuliyyət tələb edir. Doğrusunu deyim ki, qələmlə tez-tez təmasda olduğumdan, ona qəlbimdəkiləri söyləməkdə heç vaxt çətinlik çəkmirəm, hətta bu zaman özümü çox rahat hiss edirəm, lakin boynuma alıram ki, sizin nəfis şəkildə yenicə işıq üzü görmüş "Yurd yeri" adlı kitabınızı birnəfəsə oxuduqdan sonra düşüncələrimi yazmaq istəyəndə xeyli fikirləşdim. Fikirləşdim, çünki mən çox yaxşı tanıdığım ya az tanıdığım insan haqqında söz açmaq istəyəndə eyni təlaş həyəcan içində oluram...g

Birincidə çox yaxın bilib, yaxşı tanıdığım, sevdiyim insanı gördüyüm böyüklükdə təqdim etməyi, onunla eyni baxışla bu dünyaya baxdığımdan qürur duyduğumu bildirməyi ona layiq olan kəlmələrlə onun öz yüksəkdəki mərtəbəsində onun özünə söyləməyi düşünürəm. Səmimi, geniş qəlbli, ətrafında çoxlarına örnək ola bilən insani, zirvələrdə göstərmək, belə insanı keyfiyyətlərdən məhrum olanlara görk etmək istəyi məni heç bir zaman tərk etməyən hisslərdəndir. Aysəba xanım kimi yaxşılardan söz açmaq, yazmaq, demək, anlatmaq gərəkdir ki, o birilərə dərs, məktəb olsun "bax belə yaşamaq lazımdır ki, bu dünyada ürəklərə yol tapa biləsən" desinlər. Aysəba xanım, əzizim, Siz əsl Azərbaycan qadınısınız... Bu həyatın hər bir anını fədakarlığınızla, qayğıkeşliyinizlə mənalandırıb yaşayan kübarlıq sadəlik nümunəsi olan gözəl anasınız. Qədim Borçalı diyarının fəxri olan, unudulmayan, görkəmli ziyalısı Şəmsi Əlizadənin pak müqəddəs ocağında dünyaya göz açmağınız da həyatınıza nur saçan meyarlardandır... İşıqlı, elmli, helmli olmaq kökdən, nəsildən gələn bir şeydir. Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru olan əziz bacım, Siz sözün əsl mənasında müəllimliyə baş ucalığı gətirib, onu yüksəklərdə qoruyub saxlayan ziyalılarımızdansınız. Çox şərəfli bir ailənin övladı olduğunuz kimi, şərəfli bir ailənin xanımısınız. Siz ömür-gün yoldaşınız Əsəd müəllimin baş tacı, fəxr yeri, övladlarınızın isə qürur mənbəyisiniz. Səadət xoşbəxtlik elə budur. Sizinlə təmasda olan hər kəs, Sizin isti münasibətinizi, sevginizi, qayğı məhəbbətinizi duya bilir, məmnunluq hiss edir, Aysəba xanım... Siz hərtərəfli biliyə malik, intellektual səviyyəli alimsiniz, iqtisadçısınız, ədəbiyyatçısınız, yazarsınız... Dövri mətbuatda tez-tez gözəl elmi məqalələriniz, şeirləriniz, əsərləriniz xatirələriniz oxuculara təqdim olunur, sevilə-sevilə oxunur. Siz çox vətənpərvər, el-oba sevgisini qəlbində yaşadan, yurdunun gözəlliklərini özünəməxsus şirin-şirin, öz gözəl üslubunda vəsf edən qələm sahibisiniz. Həyata baxışlarınız, ailənizə, dostlarınıza, soy-kökünüzə bağlılığınız, sədaqətliliyinizin simvoludur, desəm məncə qətiyyən yanılmaram. Yaşadığımız dövr cəmiyyət güzgüdür, hər kəsi orada olduğu kimi görməyi bacaranlar isə Sizin dəyərinizə qiymət verir, verib, verəcəkdir ... Tanrı da ürəyinizə görə versin... gözünüzün işığı saydığınız övladlarınızla-nəvələrinizlə bütün xoşbəxtliklər sizin olsun. İndi yenə "Yurd yeri"nə dönürəm. Kitab öz qoynunda insanın duşuncələrini qoruyub saxlamaq, onun həyata baxışlarını təqdim etməklə yanaşı, həm gələcək nəslə bir töhfə tövsiyədir, məncə. Aysəba xanımın bu kitabı onun qəlb dünyasıdır, yazıb-yaratdıqları ilə bərabər Yurd yerlərimizin tarixi dastanıdır, rəngi, ruhudur.

Elə buradaca onu da xatırladım ki, barəsində söz açdığım kitab bir neçə fəsildən ibarətdir. Bu fəsillərin hər birində təkcə Aysəba xanımın öz ürək döyüntüləri deyil, həm ona ünvanlanmış könül pıçıltıları, xoş arzuları, dəyərli fikirləri öz əksini tapıbdı. Şəxsən mən son dərəcə böyük sevgi məhəbbət bəslədiyim Aysəba xanıma yazdığım şeirdə təkcə özünün deyil, həm onu sevənlərin, ona dəyər verənlərin istəklərini, arzularını ifadə etməyə çalışmışam yazmışam ki:

 

yaxşı dünyada varsınız, deyim,

yaxşı arzular, düşüncələr var...

Zəhmətlə yoğrulan ömrünüzdən,

Yazmalı çox günlər, aylar, illər var...

 

Düşünürəm ki, "Borçalı" nəşriyyatı Aysəba xanımın "Yurd yeri" adlı kitabını təkcə onu tanıyanlara, onun doğmalarına tələbələrinə deyil, bütövlükdə Azərbaycan ədəbi ictimaiyyətinə, sözə dəyər, qiymət verən hər kəsə hədiyyə edibdi. Həmin hədiyyənin biri müəllifin, yəni Aysəba xanımın səmimi avtoqrafı ilə mənim kitab rəfimdə öz yerini tapıb. Bunun özü də doğmalığın bir nişanəsidi.

 

Sona ÇƏRKƏZ

Ədalət.-2014.-17 iyul.-S.4.