Uğurlar möhkəm təməl
üzərində qurulur
(əvvəli ötən sayımızda)
Yollar bitib tükənməzdir,
ömürlər kimi
Azərbaycan Respublikası Prezidentinin
07 sentyabr 2013-cü il
tarixli 3123 saylı Sərəncamı ilə
inşasına başlanılan
və 10 min nəfər
əhalinin yaşadığı,
3 yaşayış məntəqəsini
birləşdirən, uzunluğu
6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə torpaq yatağı, yol əsası və süni su ötürücü
qurğuların tikintisi
başa çatdırılmış,
hazırda uzunluğu
81,0 metr olan körpüdə tikinti işləri davam etdirilir.
Biləsuvar rayonunda yol tikintisinə
xüsusi fikir verilməklə bərabər,
həm də onun inkişaf etdirilməsi nəzərdə
tutulmuşdur. Kənd yollarının təmir
edilməsi, körpülərin
salınması qarşıda
duran məsələlərdəndir.
İlin quraq fəsillərində,
xüsusən də yayda bu işlərin
görülməsi xeyli
asan və sərfəlidir. Buna görə də rayon rəhbərliyi kəndarası
yolların təmiri və tikintisinə xüsusi önəm verir.
Əlavə edək ki, Biləsuvar
şəhərində kanalizasiya
sisteminin tikintisi ilə bağlı yolların böyük əksəriyyəti qazılmışdır. Bu qazıntıların nəticəsində
şəhərdaxili yollarda
hərəkətin intensivliyi
xeyli zəifləmişdir.
Lakin çox yaxın vaxtlarda su-kanalizasiya işləri başa çatdırıldıqdan sonra
Biləsuvar şəhərinin
başdan-başa asfaltlaşdırılması
nəzərdə tutulmuşdur.
Aqrar sahənin uğurları
Biləsuvar aqrar rayon olmaqla iqtisadiyyatının əsasını
kənd təsərrüfatı
məhsulları istehsalından
gələn gəlirlər
təşkil edir və əhalinin məşğulluğu əsasən
bu sahə ilə bağlıdır. Cari ilin birinci yarısında
aqrar sahədə ümumi məhsul istehsalının həcmi
45,1 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən
16,7 faiz çoxdur.
Ölkə başçısının aqrar
sahənin inkişafına,
ərzaq təhlükəsizliyinin
təmin edilməsinə
göstərdiyi ciddi diqqətin nəticəsidir
ki, bu gün
respublikamızda aqrar baza formalaşmış, ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsal yüksəlmiş, ixrac yönlü məhsulların
çeşid və həcmi artmışdır. "Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın həyata keçirilməsi
aqrar sahənin inkişafına böyük
təkan vermiş, bu sahədə çalışanlara əlverişli
şəraitin yaradılmasına
səbəb olmuşdur.
2014-cü
ilin məhsulu üçün 2013-cü ilin
payızında 25697 hektar
sahədə dənli
bitkilər əkilmişdir
ki, bundan 11050 hektarı buğda, 14647 hektarı isə arpadır. Yazlıq əkinlər üçün
18616 hektar əkin aparılmışdır.
Hazırkı vaxtadək mülkiyyətçilər
tərəfindən əkilmiş
25642 hektar sahədə
taxıl biçini artıq başa çatmışdır. Ümumilikdə
rayon üzrə 63,5
min ton taxıl məhsulu
əldə edilmişdir.
Hər hektarda orta məhsuldarlıq 24,8 sentner təşkil
etmişdir.
Bakı şəhər əhalisini
ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları
ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. 2014-cü ilin 6 ayı ərzində yarmarkalara
456 tondan çox müxtəlif növ kənd təsərrüfatı
məhsulları göndərilmişdir.
Sakinlərin asudə vaxtının
təşkili
Rayon sakinləri istehsalatda
fəal çalışdıqları
kimi istirahət vaxtlarını da səmərəli keçirməyi
bacarırlar. Əhalinin asudə vaxtlarının
səmərəli təşkilində
mədəni-maarif müəssisələrinin
üzərinə mühüm
vəzifələr düşür.
Açılışında möhtərəm Prezidentin
iştirak etdiyi Heydər Əliyev Mərkəzinin istifadəyə
verilməsi rayonun mədəni həyatında
mühüm hadisəyə
çevrilmişdir. Hazırda bu
mərkəz rayon ziyalılarının,
gənclərin hər
gün müraciət
etdikləri əsil mədəniyyət mərkəzidir.
Son aylar Heydər
Əliyev Mərkəzində
yeni ailə quran gənclərin nikah mərasimlərinin təntənəli keçirilməsi
artıq ənənəyə
çevrilmişdir. Bu
günə kimi bu mərkəzdə 30-dan
çox təntənəli
nikah qeydə alınmışdır.
Biləsuvar rayonunun təxminən üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi də
hesabat dövründə
ən çox diqqət yetirilən sahələrdən olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq Biləsuvarda idmanın kütləviliyinin
artırılması məqsədi
ilə rayon İcra Hakimiyyəti başçısının
25 aprel 2014-cü il tarixli 128 saylı Sərəncamı
ilə idmanın 12 növü üzrə klublar və məşqçi müəllim
qrupları yaradılmışdır.
Yəqin
ki, yaxın vaxtlarda bu klubların
yaradılması idmanın
kütləviliyinin artırılmasına
mühüm təkan verəcəkdir.
Səxavət Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2014.-19 iyul.-S.4.