ERAMIZDAN
YAŞLI... CAVAN ŞAMAXI
Yüz-yüz mənbələrdən
görünən tarix
Biz hər dəfə
Şamaxıdan söhbət
açarkən bu qədim diyarın müstəqillik dövründəki,
xüsusilə son illərdəki
sosial-iqtisadi və mədəni yüksəlişindən
yazarkən, mütləq
uzaq keçmişləri
də yada salmalı oluruq. Səbəbsiz deyil bu tarixi
ekskurslar. Çünki çoxəsrlik və mürəkkəb tarixi keçmişi olan Şamaxı, təkcə
öz varlığı
ilə Azərbaycanı
dünyaya tanıdan çox mühüm yaşayış məskənlərindən
biridir. Bu qədim şəhər haqqında təkcə elə mənbələrin
adlarını sıralasaq,
heç qəzetin bütöv səhifələri
də bəs etməz. Təkcə bir faktı
- eramızdan əvvəl
V-IV əsrlərə aid şəhər
həyatına xas olan maddi mədəniyyət
qalıqlarının aşkar
edilməsi gerçəkliyini
xatırlamaq kifayətdir
ki, Şamaxının
nəinki Şərqdə,
bütün dünyada
belə ən qədim yaşayış
yerlərindən biri olduğunu qürurla söyləyə bilək.
Eyni zamanda Azərbaycan və dünya ədəbiyyatına
bəxş etdiyi korifeyləri...
Ancaq bu elin başı həm də nələr çəkməyib
ki? Yadellilərin hücumları,
müharibələr, dağıntılar...
Bunlar da bəs deyilmiş.
Bəşəriyyətə məlum olan
ən dağıdıcı
zəlzələlərin ikisi
ayrı-ayrı vaxtlarda
Şamaxının taleyinə
yazılıbdır.
Yüksək etimadı necə doğrultmalı?
Azərbaycan adlı böyük vətənimizin simasını
ən vacib xüsusiyyətlərlə bəlirləyən
regionlardan biri kimi Şamaxı həmişə diqqət
mərkəzindədir. Eyni zamanda
ölkəmiz son dövrlər
möhtəşəm yüksəlişdədir.
Bunu görməmək, duymamaq
mümkün deyil.
Ən
pessimist və tərəddüdlü
insanlar da artıq Azərbaycanın
başdan-başa inkişafını
və müasirləşməsini
etiraf etmək məcburiyyətindədir. Paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsi,
respublikanın digər
şəhər və
rayonlarının, qəsəbə
və kəndlərinin
müasir səviyyəyə
uyğun formalaşması,
sosial-iqtisadi uğurların
ardıcıllaşması, eyni zamanda ölkə
rəhbərliyinin - Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev cənablarının daxili
və xarici siyasətdə sərbəst
fəaliyyəti və
qazanılan uğurlar
hər bir azərbaycanlını qürurlandırır,
yeni uğurlara ruhlandırır. Elə bu
mənada Şamaxının
da taleyində ən xoş günlər yaşanır.
Çünki burada çox
işlər görülür,
dövlətin və xalqın maraqları bir-birini tamamlayır, insanlar gələcəyə
daha böyük ümidlərlə baxır.
Rayon rəhbərliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
Asif Ağayev və komandası dövlətçiliyə və
xalqa xidmətdə nümunə göstərir.
Yüksək etimadı bütün
istiqamətlərdə doğrultmağa
çalışan rayon rəhbərliyi
daim camaatla bir yerdədir. Sakinlər Şamaxıya xüsusi qayğı və diqqət göstərdiyinə
görə Prezidentə
həmişə minnətdarlıq
edir, Azərbaycanın
daha böyük gələcəyi naminə
apardığı siyasəti
dəstəkləyirlər.
Prezident: "İqtisadiyyatımızın
bütün sahələri
artımla müşahidə
olunur..."
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarsının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclası ilə əlaqədar keçirilən müşavirədə
Şamaxı Rayon İcra
Hakimiyyətinin başçısı
Asif Ağayev məruzə ilə çıxış etmişdir. A.Ağayev
çıxışında əldə olunan nailiyyətlərin müxtəlif
məqamlarını müşavirə
iştirakçılarının diqqətinə çatdırmışdır:
- Ölkəmizin Prezidenti
cənab İlham Əliyev iclasdakı giriş nitqində bildirmişdir ki,
2014-cü ilin altı
ayında iqtisadi göstəricilərimiz çox
müsbət olmuşdur. Həmin
iclasda xüsusi olaraq vurğulanmışdır
ki, ötən altı ayda iqtisadiyyatımız 2,1 faiz artmışdır. Müsbət
hal kimi qeyd edilmişdir ki, iqtisadi sahədə
əsas prioritet məsələ olan qeyri-neft sektoru həmin müddətdə
təxminən 7 faiz artmışdır.
Ötən altı ayda respublikanın kənd təsərrüfatı sahəsində
6 faiz artım qeydə alınmışdır. Digər iqtisadi
göstəricilərimiz də
ürəkaçandır. Belə ki, valyuta ehtiyatlarımız
xeyli artmışdır.
Hazırda valyuta ehtiyatlarımız
54 milyarddan çoxdur.
Bu da çox
böyük göstəricidir.
İqtisadi imkanlarımız artdıqca
əhalinin rifah halının daha da yaxşılaşdırılması
istiqamətində mühüm
addımlar atılır. Ötən
dövr ərzində
infilyasiya nəinki birrəqəmli olmuş, hətta 1,6 faiz
təşkil etmişdir.
Əhalinin pul gəlirləri 4,7 faiz artmış, inflyasiyanı 3 dəfə
üstələmişdir. Əhalinin gəlirlərinin
artması da davam etmişdir. Bu gün Azərbaycanda
orta əməkhaqqı
440 manat və ya 560 dollar təşkil edir. Keçən illə müqayisədə
ölkə iqtisadiyyatına
qoyulan investisiyalar 3,4 faiz artmışdır.
Üçüncü Dövlət Proqramının
uğurlu startı
Məlum olduğu kimi bu ilin fevral
ayında regionların
sosial-iqtisadi inkişafına
dair üçüncü
Dövlət Proqramı
qəbul edilmişdir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev bununla bağlı giriş nitqində bir daha qeyd
edir ki, bu proqramın icrası nəticəsində
artıq bu ilin altı ayında 65 min yeni iş yeri açılmışdır
ki,
onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə
qədər - bu proqramlar icra edilməyə başlayandan
sonra 1 milyon 300 min iş yeri açılmışdır
ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir.
Bəli, Azərbaycanın dinamik inkişafı reallığa
çevrilmişdir. Artıq dünya
birliyi bunu görür və yüksək qiymətləndirir.
Eyni zamanda ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir,
siyasi nufuzu getdikcə artır.
2014-cü ilin birinci
yarısının yekunlarını
rayonumuz üçün
də müsbət qiymətləndirmək olar. Xüsusi
olaraq qeyd etmək istəyirəm ki, bu dövrün
ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin may ayının
14-də rayonumuza səfər
etməsidir. Həmin səfəri çərçivəsində
dövlətimizin başçısı
Şamaxı rayonunun Şərədil kəndində
yüksək səviyyədə
müasir standartlara uyğun inşa olunmuş beşulduzlu
"Şamaxi Palace Platinum By
Rixos" otelinin açılış mərasimində
iştirak etmişdir.
(ardı gələn
sayımızda)
Məzahir Əhmədoğlu
Ədalət.-2014.-22 iyul.-S.4.