ERAMIZDAN YAŞLI... CAVAN ŞAMAXI
(əvvəli ötən sayımızda)
2014-cü ilin birinci
yarısı rayonumuzda
qarşıya qoyulmuş
vəzifələrin icrası
əsasən təmin
edilmişdir. Cari ilin altı
ayında rayonda 78 milyon manat dəyərində
ümumi məhsul buraxılışı olmuşdur.
Bu rəqəm keçən
ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon manatdan və yaxud 2,8 faizdən çoxdur. Qeyd olunan müddət
ərzində rayonda sənaye məhsulunun həcmi 2,6 milyon
manat olmuşdur ki, bu da
2013-cü ilin müvafiq
dövrü ilə müqayisədə 15,3 faiz
çoxdur. Həmçinin
altı ayda əsas kapitala yönəldilən investisiyaların
həcmi 28 milyon manat, tikinti-quraşdırma
işlərinin həcmi
26,6 milyon manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə
dövriyyəsi 106,7 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi
22,4 milyon manat olmuşdur. 2014-cü ilin altı ayında rayon üzrə 319 daimi iş yeri açılmışdır.
2003-cü ildən indiyə
kimi rayon üzrə
10362 iş yeri yaradılmışdır ki,
bunun da 7691-i daimi iş yeridir.
Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını
təşkil edir
Rayon iqtisadiyyatında kənd təsərrüfatı
sahəsi əsas yer tutur. Görülən
tədbirlər nəticəsində
bu ilin altı
ayı ərzində bu sahədə 17,1 mln. manatlıq məhsul istehsal edilmişdir.
Məlum olduğu kimi, keçən əsrin
70-80-ci illərində Şamaxı
Azərbaycanın ən
böyük üzümçülük
rayonlarından birinə
çevrilmişdi. Hazırda bu
sahənin inkişafına
xüsusi diqqət göstərilir. Bu baxımdan
dövlətimizin başçısının
tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın bu sahənin yenidən dirçəldilməsində mühüm
rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük
yeni inkişaf dövrünü yaşayır.
Fermerlərimiz tərəfindən
ilin üç ayında 10 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən
birini təşkil edir. Bu ilin altı ayında rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 36066 başa, xırdabuynuzlu heyvanların sayı 164428
başa, quşların
sayı isə 270110 başa çatdırılmışdır
ki, bu da
keçən ilin müvafiq dövrü ilə müqayisədə
xeyli çoxdur. Həmin dövrdə ət, süd və yumurta istehsalı ötən ilin müvafiq ayları ilə müqayisədə
xeyli artmışdır.
Arı ailələrinin sayı isə 4853-ə çatdırılmışdır.
Tikinti, abadlıq və
quruculuq tədbirləri
daha geniş miqyas alır
Bu ilin altı ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması
və yenidənqurulması,
sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Ötən müddət ərzində
rayonun abadlaşdırılması
və əsas sosial problemlərin həlli istiqamətində
xeyli işlər görülmüşdür. Belə ki,
Şamaxı şəhərinin
mərkəzində yerləşən,
uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız
hala düşmüş
Soyqırım abidəsi
yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında
yerləşən bütün
fərdi yaşayış
evlərinin dam örtükləri
yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, pəncərə
blokları yenisi ilə əvəz edilmiş və evlərin giriş qapıları rənglənmişdir.
Ərazidə olan bütün
hasarlar dekorativ üslubda üzlənmişdir.
Həmin
ərazidə piyadalar
üçün səkilər
çəkilmiş, asfalt-beton
örtüyü vurulmuş
və işıqlandırma
sistemi quraşdırılmışdır.
Abidənin ətrafında 800 m2 yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək
kolları və dekorativ ağaclar əkilmişdir. Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə şəhid
olmuş şamaxılıların
uyuduğu Şəhidlər
Xiyabanının əsaslı
təmir və yenidənqurulması işləri
davam etdirilmişdir.
Belə ki, ilk növbədə ərazinin sürüşmə
zonasında yerləşdiyi
nəzərə alınaraq
torpaq sürüşməsinin
qarşısının alınması
məqsədilə məzarların
ərtafına 3270m2 10-15 sm
qalınlığında beton
verilmişdir. Hazırda beton
verilmiş əraziyə
üzlük daşlar
döşənir. Şəhidlər
Xiyabanının ərazisi
boyük parka çevrilərək
3 hektara çatdırılmış,
parkda 5000 min kv.metrə
qədər yaşıllıq
zolağı salınmış
və 800-ə qədər
yeni ağaclar əkilmişdir. Hazırda Şəhidlər Xiyabanında və yeni salınmış parkda işlər sürətlə davam etdirilir. Bakı istiqamətindən Şamaxı şəhərinə
girişdə 200 metr məsafədə torpaq daşınaraq süni yamaclar qurulmuşdur.
Hazırda yamaclarda yaşıllıq
salınması və
ağac əkilməsi
işləri aparılır.
Həmin
əraziylə üzbəüz
sahədə 1000 kv.metrə
qədər yaşıllıq
zolağı salınmışdır.
Şəhərdə son altı ayda salınmış yaşıllıq zolaqlarının
qorunub saxlanılması
məqsədilə Zoğalavayçay
su anbarından şəhərin S.Ə.Şirvani
küçəsinə və
şəhərə giriş
istiqamətində yerləşən
qala divarlarına qədər 4000 p/m-ə qədər
60 və 50 mm-lik
plasmas boru ilə texniki su xətti
çəkilib istifadəyə
verilmişdir. Cari ilin
birinci yarımilliyində
rayon icra hakimiyyətinin
qarşısında yerləşən
parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 900 kv.metr üzlük
daş döşənmiş
və 800 kv.metr yeni yaşıllıq zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə işıqlandırma
sistemi çəkilmişdir.
2014-cü ilin birinci
yarısında şəhərin
küçələrinin abadlaşdırılması
və yenidənqurulması
xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə
ki, şəhərin Azadlıq, A.Əhmədov,
B.Əzizov, S.Bəhlulzadə,
C.Məmmədquluzadə küçələrinə
ümumilikdə 9000 kv.metr
asfalt beton örtüyü vurulmuşdur.
İşlər sürətlə davam etdirilir. 53 km-lik Şamaxı-Padarçöl
avtomobil yolunda da ötən dövr ərzində işlər davam etdirilmişdir. Şamaxı şəhərinin küçələrinin
işıqlandırılması məqsədilə altı
ay ərzində xeyli işlər görülmüşdür.
Belə ki, şəhərin Bakı istiqamətindəki
giriş hissəsindən
şəhərin Ağsu
istiqamətində yerləşən
Gənclər Parkına
qədər ümumilikdə
208 ədəd yeni işıqlandırma dirəkləri
quraşdırılmışdır.
Hazırda işlər davam
etdirilir.
Bakı-Şamaxı magistral avtomobil yolunun 110-cu km-də M.Ə.Sabir qəsəbəsinin qarşısında abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, qəsəbənin qarşısından 200 metrlik məsafəyə torpaq daşınaraq süni təpələr yaradılmış və həmin təpələrdə yaşıllıq zolaqları salınaraq ağac və bəzək kolları əkilmişdir. Sabir qəsəbəsinin girişində yerləşən hasarlar yeni tametlə üzlənmişdir. Əraziyə bordürlər düzülmüş, piyada səkiləri salınmış və asfalt örtük vurulmuşdur. Magistral yol boyu yerləşən evlərin fasadları bəzək daşlarla üzlənmiş, dam örtükləri yenisi ilə əvəz edilmişdir. Qəsəbə ilə üzbəüz yerləşən Mərzəndiyə kənd qəbiristanlığının 260 metr hasarı sökülərək yenisi ilə əvəz edilmiş və dekorativ üslubda təzələnmişdir. Qəbiristanlığın girişi yeni layihəyə əsasən dəyişilmiş və bulaq kompleksi tikilmişdir. Ərazidə müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir Əhmədoğlu
Ədalət.-2014.-23 iyul.-S.3.