ERAMIZDAN YAŞLI... CAVAN ŞAMAXI

(əvvəli ötən saylarımızda)

 

2012-ci ilin mart ayında rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikintisi növbəti mərhələdə nəzərdə tutulmuşdur.

Rayonun Qaleybuğurd, Nağaraxana Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənmiş kənd ad göstəricisi inşa edilmişdir. Şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasında artıq son tamamlama işləri aparılır. Yaxın vaxtlarda daha bir necə uşaq bağçası üçün yeni binaların inşasına başlanılması nəzərdə tutulmuşdur. Həmçinin 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. Rayonun Talışnuru, Hacıqədirli, Şərədil kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.

Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi bu sahədə yol verilən narazılıqların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti keyfiyyəti artmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 25 km kanalizasiya 33 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 104 kilometr kanalizasiya 112 kilometr su xətti çəkilmişdir.

 

Qədim yurd turizm mərkəzinə çevrilir

 

Şamaxı rayonu istər tarixi keçmişi, istərsə coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə rayona gələn turistlərin istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda "Şərədil" istirahət mərkəzində 5 ulduzlu otel "Sakit göl" istirahət mərkəzi istifadəyə verilmişdir, Pirqulu zonasında isə müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.

Cari ilin birinci yarısında rayonun mədəni həyatı bir çox tədbirlər əlamətdar hadisələrlə zəngin olmuşdur. Əsasən rayon icra hakimiyyətinin təşəbbüsü təşkilatçılığı ilə keçirilən mühüm tarixi hadisələrlə bağlı tədbirlər, eləcə Novruz bayramı ilə əlaqədar rayonun müxtəlif ərazilərində keçirilən bayram şənlikləri təsir dairəsinə görə fərqlənmişlər. Həmçinin Novruz bayramı ilə əlaqədar Bakı şəhərində təşkil olunmuş bayram şənlikləri çərçivəsində rayonun özünəməxsus milli mətbəx nümunələri ilə tədbirlərə qatılmışdır. Rayonun mövcud turizm potensialından səmərəli istifadə etməklə bu sahənin daha da inkişaf etdirilməsi prioritet sahə kimi daim diqqət mərkəzində saxlanılmışdır. Aprel ayının 3-dən 5-dək Bakı sərgi mərkəzində reallaşdırılan XIII Azərbaycan Beynəlxalq Turizm səyahətlər, VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran super marketlər üçün avadanlıq ləvazimatlar sərgisində Şamaxının turizm potensialı yüksək səviyyədə təqdim olunmuşdur. 2014-cü ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik yaşıllaşdırma işlərinin genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. İməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 5 min ədəddən çox ağac gül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir. Həmçinin yaz-yay mövsümünün başlanması ilə əlaqədar magisral yolun, eləcə şəhərin müxtəlif yerlərində geniş yaşıllaşdırma işlərinin aparılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Əhalinin qaz yanacağı elektrik enerjisi ilə təminatı xüsusi diqqət mərkəzindədir

 

2014-cü ilin birinci yarısında rayon ərazisində yeni qazlaşma, təmir bərpa əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən altı ay ərzində Şamaxı şəhərinin M.F.Axundov, S.Mümtaz İmamlı küçələrində əsaslı təmir işləri aparılır. İstehlakçıların əhali abonentlərinin normal, fasiləsiz, təhlükəsiz stabil təbii qazla təmin olunmaları üçün ölçü qovşaqlarında mövcud kollektorların üzərində qaz tənzimləyiciləri, eləcə daxili qaz kəmərlərinin üzərində müxtəlif tipli 62 ədəd 300-500 m3 qaz tənzimləyiciləri quraşdırılmışdır. Bundan əlavə şəhərin S.Ə.Şirvani, M.F.Axundov, F.Şahbazov, S.Mümtaz, İmamlı, Ə.Əlizadə, M.Hüseynzadə, N.Nəcəfov, Azadlıq H.Əliyev küçələrində istismar müddətini başa vurmuş, həyətlərdən keçən yeraltı yerüstü qaz kəmərləri yeni 25144,37 p/m-lik küçə qaz xətləri ilə əvəz edilmişdir. Rayonun Mədrəsə AQPS-dən qidalanan d-315 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərinə RDQ-150 markalı tənzimləyici, eləcə Qaravəlli kəndinə gedən d-150 mm-lik RDUK-100 markalı qaz tənzimləyiciləri quraşdırılmışdır. Bundan əlavə may ayında Saqiyan Şərədil kəndlərinin qazlaşdırılmasına başlanılmışdır. Saqiyan kəndində müxtəlif diametrli 3561 p/m, Şərədil kəndində isə 4100 p/m qaz xətləri çəkilmiş bu işlər ardıcıl olaraq davam etdirilir. Hazırda rayonun 33 yaşayış məntəqəsi üzrə 16308 abonent təbii qazla təmin olunur ki, bu da Şamaxı rayonunda olan 20067 təsərrüfatın 79,9 faizini təşkil edir. Şamaxı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar "Azəriqaz"İB-nin sifarişi ilə Layihə Konstruktor bürosu tərəfindən şəhərin 02a, 01b, 10a, 48a saylı yaşayış massivlərinin layihə smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Qeyd olunan massivlərin qazlaşdırılması mərhələlərlə həyata keçiriləcəkdir.

2014-cü ilin altı ayı ərzində rayon ərazisində 10 04 kv-luq elektrik verilişi hava xətlərində cari təmir işləri aparılmışdır. 110/35/10 kv-luq Şamaxı yarımstansiyasında genişlənmə yanidənqurma işlərinə başlanmışdır. 35 kv-luq Pirqulu yarımstansiyasinda 2011-ci ildən yarımçıq qalmış xəttin yanidən çəkilməsinə başlanmışdır.

Göründüyü kimi, bütün bunlar kosmetik xarakter daşımaqla əslində elektrik təsərrüfatında mövcud olan problemlərin həllinə əsaslı kömək etməmişdir. Lakin sevindirici haldır ki, rayonun elektrik təsərrüfatındakı problemlərin həlli Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına salınmışdır. İnanmaq olar ki, rayonun elektrik təsərrüfatındakı problemlər bu beş il ərzində öz həllini tapacaqdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir Əhmədoğlu

Ədalət.-2014.-24 iyul.-S.3