YAŞA, EY HAQQ
Romandan səhifələr
* * *
...Pəncərə qarşısında donub qalmışdı. Qar başlamışdı. Göylər sinəsini yaman açmışdı. Elə bil ələkdən ələnirdi... Moskvadan sonra o, belə qar görməmişdi. "Qoy yağsın, bundan da gur yağsın! - deyə xəyalı dünyanın bu ağappaq sevincinə, ehtişamına qoşuldu. - Bar-bərəkətdir - qar, ruzudur, göyün yerə bəxşeyişidir".
Baxışlarını bu mənzərədən çəkə bilmirdi. Gözləri yağan qarda, fikri-xəyalı uzaqlarda idi. O, İstanbula sığışa bilmirdi. Hərdən ürəyi hövl eləyirdi. Sözünün əvvəli də, axırı da Vətən idi, Azərbaycan idi! Gecə-gündüz qəfəsə salınmış quş kimi çırpınırdı...
Qəlbi yenə Vətənə üz tutmuşdu, Vətənlə danışırdı. "Niyə sənin taleyin həmişə belə keş-məkeşli, başın belə qovğalı olub, Azərbaycan? Niyə sənin yolun belə çətindir - uçurumlardan keçən yoldur, mənim xalqım? Niyə yad baxışlar, yad gözlər bu torpaqdan çəkilmir? Niyə? Niyə?? Niyə??? Bəlkə ona görə ki, gözəllikdə, var-dövlətdə sənin kimi məmləkət yoxdur bu dünyada, Azərbaycan?!"
Köksü dəmirçi kürəsinə dönmüşdü, köz-köz olmuşdu qəlbi. Yanırdı içəridən, yanıb qığılcımlanırdı Məmmədəmin Rəsulzadə: "Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək üçün nə qədər çətinliklərə rast gəldik, töhmətlərə tutulduq!
Azərbaycan muxtariyyəti deyirdik: soldan və sağdan hər növ hücuma məruz qalırdıq!
Biz Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyirik: bizə Moskvada yanacaq "məşəli" nişan verirlər. Biz elmə, mədəniyyətə öz dilimizin, mədə-niyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyirik, bizə Ərəbistanı göstərir-lər".
O, taleyinə sığınıb İstanbulda mühacir ömrünün ağrılı-acılı səhifələrini yazırdı. Həyat onu sərt, amansız günlərin axarında, həsrət, ehtiyac və sayagəlməz qayğılar burulğanında qərq eləmək istəsə də, Məmmədəmin Rəsulzadə ürəyində Vətəndən əmanət gətirdiyi İstiqlal işığını günəş kimi taleyinə tutub, bu işıqda gələcəyə baxır, "Öldü var, döndü yoxdur, - deyirdi. - Biz Azərbaycan İstiqlalı yolunda son nəfəsimizə, son damla qanımızacan döyüşəcək, mübarizə aparacağıq! Bizim yolumuz haqq yoludur!"
İlk gənclik illərindən adı, sənəti qarşısında baş əydiyi, səcdə etdiyi Tofiq Fikrətin hər bir türkün ürəyində abidəyə çevrilən "Millət şərqisi"nin misraları onun həyat məramına dönmüşdü:
Millət yoludur,
haqq yoludur
tutduğumuz yol,
Ey haqq,
yaşa!
Ey sevgili
millət,
yaşa,
var ol!
O, müqəddəs
and kimi dilindən düşməyən, Vətən, xalq
qarşısında övladlıq borcunun, öv-ladlıq məhəbbətinin
nəqşəsi tək qəlbinə keçən bu
misraları ömür, tale kitabına - "Azərbaycan
Cümhuriyyəti"nə epiqraf seçmişdi.
Bütün
gecəni ara vermədən hey
yağmışdı. Qar dizə
çıxırdı - yol-riz bağlanmışdı.
Bir qa-nadını Asiyaya, o biri qanadını
Avropaya sərmiş bu qədim, sayagəlməz minarələri
buludları da-rayan, ətəkləri sularda lövbər salan
İstanbul bəyaz qış paltarında bir nağıla bənzəyirdi.
Qarın şoxu adamın gözünə
vururdu. Məmmədəminin bu
dümağ, qu tükü tək yumşaq yanvar səhərindən
xəbəri yox idi. Yatağa girəndə
gecə yarıdan keçmişdi. Yuxusu da
qaçaq düşmüşdü, gözlərini dan yeri
söküləndə yummuşdu. Hər
şeyi unudub doyunca yatmaq, yatmaq istəyirdig Ancaq haradaydı bu
xoşbəxtlik? Əsəbləri yay kimi
tarıma çəkilmişdi. Nə qədər
dəhşətlərdən keçib, neçə dəfə
ölümün üstündən adlamışdı. Sağ-salamat İstanbula gəlib
çıxması, köhnə dostların əlini
sıxması hələ də ona yuxu kimi gəlirdi.
"Doğrudanmı indi mən qardaş eldə, dostlar
arasındayam?". Qəlbini isidən,
nurlandlıran bu işıq, bu səs tez-tez boğulurdu
içində: "Daha azadam" deyib çox da sevinmə. Sən
cəlayi-vətənsən; Məmmədəmin! Qarşıda səni hələ nələr
gözləyir? Bunu heç özün də
bilmirsən. Körpə balaların orada
köməksiz, həyansız qalıb, yollara baxa-baxa qalıb
- sən burada azadlıq havası ilə nəfəs
alırsan? Orada, sənin Vətənində haqq-ədalət
çarmıxa çəkilir, işıqlı zəkalar,
düşünən başlar torpağa gömülür;
yadlar qabağında əyilməyənlər, qürurunu,
şərəfini, mənliyini uca tutanlar "Xüsusi
şöbə"nin zirzəmilərində
çürüyürlər. Millətin
başını yaman biçdi cəlladlar. Bizimkilərdən
duza gedənlər az deyil. Bilmirlər
ki, bolşevik boyunduruğu Əzrayıl qılıncından
betərdir. Onu geydin, demək köləsən,
ayaqlar altında sürünəcəksən. İmperiya cildini dəyişib, bunlar isə
şirnikib sevinirlər. Elə bilirlər
yuxa içində halva var. Ulular demişkən, ilanın
ağına da, qarasına da lənət. Nikolay
getdi, Lenin gəldi. Nə fərq oldu arada?
Heç nə! Ad dəyişdi, məna-mahiyyət
qaldı. Necə deyərlər,
yağışdan çıxdıq, yağmura
düşdük".
Qəribə olmuşdu. Hərdən
öz-özünə danışır, sual verir, cavab
alırdı. Qəriblik onu yaman
sı-xırdı. Ürəyi gecə-gündüz
vətən həsrətilə, balalarının eşqi ilə
çırpınırdı, düşüncələri
doğma yerləri gəzib dolanırdı. Beş il əvvəl üç rəngli bayraq Azərbaycan
Cümhuriyyətinin başı üzərində məğrur-məğrur
dalğalanarkən necə düşünürdüsə,
indi də eləcə fikirləşirdi. Gecə yuxudan da
oyatsan, həmin sözləri deyəcəkdi: "Hər millət
müstəqil və hürr olmalıdır! Cəbr ilə qəbul
etdirilən bir şeydə qətiyyən səadət ola bilməz, çünki səadət
hürriyyət istiqlalıdır".
Dönməz-dəyişməz
xarakteri, xasiyyəti var idi: əqidə
bütövlüyünü insan üçün hər
şeydən uca tuturdu.
O, səhər
dediyini axşam, axşam dediyini səhər danan, gündə
bir söz deyib, başqa hava çalan adamlardan həmişə
uzaq olmağa çalışırdı.
Düşünürdü: "Sözü ağzından
çıxaranacan gərək yüz ölçüb, bir
biçəsən. Söz ağzından
çıxdı, daha sənin deyil. Ancaq
onun cavabdehliyi ömrün boyu, hətta qəbirdə olanda da
sənindir. Yaş dəyişsə də,
gərək baş dəyişməsin. Əqidə
- insanın Allahıdır; ona qəlbini verdin, sidq ürəkdən
inandınsa, bu inamı gərək ömürlük
yaşadasan, qəbir evinəcən özünlə aparasan.
İnam, əqidə nə alınan, nə də
satılandır. O, sənin taleyin, alın
yazındır".
gSonra da
qatmaqarışıq yuxular burulğanına
düşmüşdü. Qaranlıq dünya
kimi qorxunc idi bu yuxular. Öz səsinə
oyanmışdı, hələ də
qışqırığı qulaqlarında cingildəyirdi:
- Ümg
bülg bəg ni!..
Yataqdan dik atıldı. Gözlərini
ovuşdura-ovuşdura ətrafa boylandı. Divarlar işıq selində üzürdü. Baxdı, baxdıg Gün gözlərini
qamaşdırdı, əlini gözünün üstünə
aldı. Bir az əvvəl
gördüyü yuxunu xatırladı. Bulud kimi
yaddaşına köçüb, yaddaşında
qalmışdı o yaz günü, o mən-zərə.
Coşğun dağ çayının səsi
də hələ qulaqlarında sönüb-səngiməmişdi.
Elə istərdi ki, bu yuxu, bu şirin anlar
ötüb keçməsin, onunla qalsın, həmişəlik
qalsın.
g Seyrəngah
vaxtı idi. Gül-gülü, çiçək-çiçəyi
çağırırdı. Bənövşə,
nərgiz ətri hər yanı bürümüşdü.
Quşlar səs-səsə verib oxuyurdu. Yuxarıda dupduru, mavi səmag Aşağıda
güllü-çiçəkli yamaclar, yamyaşıl
ormanlarg Başlarının üstündə qollu-budaqlı
ağaclar çətir açmışdı. Kölgəlikdə palaz salıb oturmuşdular.
Qızları Lətifə ilə Xalidə
gül-çiçəyin içində kəpənək
kimi o tərəf, bu tərəfə uçur,
qaçırdılar. Balaca Azər
anasının qucağında
mışıl-mışıl yatırdı. Rəsul isə onun dizinin üstündən
düşmək bilmirdi. Gecə-gündüz
həndəvərindən aralanmayan əmisi oğlu Məmmədəli
xeyli aralıda ocaq çatıb oturmuşdu. Gurhagurla yanırdı ocaq. Məmmədəli
də göz-ləyirdi ki, köz düşsün,
başlasın şişləri düzməyə. Qohum-əqrəba onun çəkdiyi kababın
dadından doymurdu.
- Məmmədəli
qardaşın çəkdiyi kababın dadı
çoxdandır yadımızdan çıxıb, - deyə
Ümbülbəni üzünü ona sarı tutdu. - Heç
olmasa hərdən bağda
yığışmağımız, qohum-əqrəbanın
üzünü görməyimiz vardı. Buna da
bizi tamarzı qoymusan, Əmin. Gözlərimə
inana bilmirəm ki, bu gəzməyə çıxan bizik, ailəliklə
bir yerdəyik, balalarımızı başımıza
yığıb belə gözəl bir yerdə süfrə
açmışıq.
- Mən
təkcə özüm üçün, sizin
üçün yaşamıram, - deyə Məmmədəmin
onu uzun, sınayıcı baxışlarla süzdü. -
Başım yaman qarışıqdır, Ümbülbəni.
- Sənin
başının qarışıq olmayan vaxtını
heç görmədik, Əmin. - Ümbülbəninin
gözləri yol çəkdi. - Gah çıxıb
İrana getdin, gah Türkiyəyə. Gələndən
sonra da beləg Hökumət adamı oldun. Ev-eşik də, arvad-uşaq da yadından
çıxdı. Bu günə də min
şükür. Hərdən ürəyimə o qədər
qara-qura fikirlər gəlir kig
- Qara-qura
fikirləri at başından, Ümbülbəni.
- Ata bilirəm
kig
- Mənim
gələcəyə böyük ümidlərim,
arzularım var.
- Bircə
bu uşaqları bir yana çıxara bilsəydik.
-
Darıxma, Ümbülbəni, sən heç darıxma, - əlini
Rəsulun başına çəkdi. - Sən ürəyini
düz tut, qalan hər şey yaxşı olacaq. Qabaqda bizi toylar gözləyir. Qız
köçürəcəyik, gəlin gəti-rəcəyik.
Biz də bir insan kimi sevinəcəyik.
- Allah
ağzından eşitsin, ay Əmin!
Lətifə
qaça-qaça gəldi:
- Ata,
gör nə gözəl ətri varg - əlindəki bənövşə
dəstəsini ona uzatdı.
Məmmədəmin
çiçəkləri qoxulayaraq:
- Bir
üzünü bəri tut, - dedi.
Lətifə sevincək halda boynunu irəli uzatdı. Məmmədəmin
onun o üzündən, bu üzündən öpdü.
- Sağ
ol, mənim çiçək balam, payın artıq olsun!
- Sən
də sağ ol, ata!
Lətifə onlardan iki-üç addım aralanıb
dayandı. Nəsə demək istədi, demədi. Ana
qızının ürəyindən keçəni
oxuyurmuş kimi soruşdu:
- Nə
istəyirsən, qızım?
Lətifə atasının üzünə baxdı.
- Hə,
de, utanma, qızım! - dedi Məmmədəmin.
-
Acmışam, - Lətifə başını
aşağı saldı.
-
Pendir-çörək istəyirsən? - anası
dedi.
Məmmədəmin
başını buladı:
- Yox,
lazım deyil.
Ümbülbəni təəccübləndi.
- Niyə?
- İştahası qaçmasın, indi kabab hazır
olacaq.
- Kabab hələ
uzun çəkər.
Uzaqdan Ümbülbəninin sözlərini Məmmədəlinin
qulağı aldı.
-
Ümbül xanım, uzun çəkməz, -dedi. - Onca dəqiqə
dözün, sizə bir kabab verim ki, dadı
damağınızdan getməsin.
- Əmioğlu, deməsən də bilirik. - Məmmədəmin tərifə
keçdi. - Kabab bişirməkdə sənə çatan olmaz.
Ustasan, vallah. Ona görə
də hərdən sənə belə əziyyət veririk.
- Bu mənim
üçün əziyyət deyil, - Məmmədəli
yaxına yeridi. - Kefdi-damaqdıg Sizin
üçün də kabab çəkməyib, kimin
üçün çəkəcəyəm?!
Ümbülbəni dil-ağız elədi:
- Həmişə kef-damaq içində olasan, Əli qardaş!
- Sizinlə bir yerdə, əmigəlini!
Ümbülbəni alqışı alqışa qoşdu:
-
Çox sağ ol, Allah sənə ürəyincə versin! Əziyyətimizi çox çəkmisən.
Heç bilmirəm, sə-nin borcundan nə vaxt
çıxacağıq, necə çıxacağıq?
- Təki
bircə sağlıq-salamatlıq olsun! - dedi Məmmədəli.
- Borclu-borclunun sağlığını istər.
gMəmmədəli quzu ətini xüsusi bir həvəslə,
şövqlə şişə çəkirdi. Ümbülbəni
Məmmədə-minə tərəf dönüb yavaşdan
dedi:
- Həm
sən, həm də mən tərəfdən bütün
qohumların içində Əli qardaşın əvəzi
yoxdur. Ürəyinə ürək çatmaz.
Allah elə bil onu yaxşılıq eləmək
üçün yaradıb.
- Məmmədəli
mənə qardaşdan irəlidir. O, təkcə yaxın
qohum yox, həm də əqidə, məslək dostumdur mənim.
Yanımda olanda özümü çox ürəkli
hesab edirəm, elə bilirəm arxamda dağ var.
- Allah
ömrünü uzun eləsin!
-
Heç özünə fikir verən deyil. - Məmmədəmin
yüngülcə köks ötürdü. - Hamıya can yandırır, ancaq öz canı əldən
gedir. Ürəyi onu yarı yolda qoymasa
yaxşıdır. Səhhətindən yaman nigaranam...
(ardı var)
Nahid HACIZADƏ
Ədalət.-2014.-26 iyul.-S.6.