MÜASİRLƏŞMƏNİN
GÖYÇAY NÜMUNƏSİ
Ölkəmizin
dinamik uğurlu inkişafı
İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açaraq bildirmişdir ki, cari ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmiş və qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. 6 ayda iqtisadiyyat 2,1 faiz artmış və sevindirici haldır ki, qeyri-neft sektorunda inkişaf 7 faiz səviyyəsindədir.
Əhalinin həyat səviyyəsi yüksəlmiş, pul gəlirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələmişdir. Ölkənin maliyyə vəziyyəti sabitdir və
valyuta ehtiyatları 54 milyard manata çatmışdır.
Cənab prezident möhkəm əmin olduğunu
bildirmişdir ki, ilin sonuna qədər də qarşıda
duran bütün vəzifələr icra olunacaq və ölkəmizin
dinamik uğurlu inkişafı davam edəcəkdir.
M.Məmmədov:
Görülən işlərin həcmi böyükdür...
Nazirlər Kabinetində keçirilən iclasla əlaqədar
Göyçay rayonundakı müşavirədə
Göyçay Rayon İcra Hakimiyyətinin
başçısı Mənsur Məmmədov məruzə
ilə çıxış etmiş, 2014-cü ilin birinci
yarsında görülmüş işlər barədə
danışmışdır. M.Məmmədov demişdir:
- 2014-cü
ilin birinci yarısı rayonumuz üçün də
uğurlu olmuş, ümumi məhsul istehsalı 2013-cü ilin
müvafiq dövrünə nisbətən 13,5
faiz və ya 12,6 milyon manat artaraq 105,8 milyon manata
çatmışdır.
Ötən
müddət ərzində 14,1 milyon
manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 2,1
dəfə çoxdur. Rayonda sutkalıq istehsal
gücü 25 ton olan müasir çörək istehsalı
müəssisəsinin tikintisinə
başlanılmışdır.
Sənaye məhsulunun 82 faizi qeyri-dövlət bölməsində
istehsal olunmuşdur.
Rayonun
aqrar sahəsində də müəyyən uğurlar əldə
edilmiş, 2014-cü ilin məhsulu üçün 22438 hektar
sahədə kənd təsərrüfatı bitkilərinin əkini
aparılmışdır ki, bu da 2013-cü ilə nisbətən
289,9 hektar və ya 1,3 faiz çoxdur.
Ötən illə müqayisədə taxıl əkini sahələri
0,8 faiz, qarğıdalı əkini sahələri
2,9 dəfə artmışdır.
2014-cü
ilin iyul ayının 1-i vəziyyətinə 15,3 min hektar
taxıl sahəsi biçilmiş, 27,4 min ton məhsul
toplanmış, hər hektardan orta hesabla 18 sentner məhsul
götürülmüşdür.
Heyvandarlıq
sahəsi daha da inkişaf etmiş, 2013-cü ilin birinci
yarımilliyi ilə müqayisədə iribuynuzlu
mal-qaranın baş sayı 1,0 faiz, qoyunların baş
sayı 1,5 faiz artmış, ət istehsalı 10,8 faiz, süd
istehsalı 1,1 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı 1,1
faiz çoxalmışdır. Bütövlükdə
yanvar-iyun ayları ərzində 37,9 milyon
manatlıq kənd təsərrüfatı məhsulu istehsal
edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 13,1 faiz çoxdur.
2014-cü
ilin birinci yarısında iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 14,7 milyon manat investisiya
yönəldilmişdir.
Rayonun
tikinti təşkilatları tərəfindən hesabat
dövründə 3,5 milyon manatlıq
inşaat işləri görülmüşdür ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
41,6 faiz çoxdur. Birinci yarımillikdə əhalinin həyat
səviyyəsi yüksəlmiş, ticarət və xidmət
şəbəkələrindən əhaliyə 106,0 milyon manatlıq istehlak malları
satılmış, 23,9 milyon manatlıq pullu xidmətlər
göstərilmişdir.
Hesabat
dövrü ərzində pərakəndə əmtəə
dövriyyəsi 6,4 faiz, pullu xidmətlərin
həcmi 10,0 faiz artmışdır.
Rayonun
kollektor-drenaj şəbəkələrinin 15,7
km-lik hissəsində 48,6 min kub.m. həcmində
lil və çöküntülərdən təmizlənmə
işləri aparılmışdır. Əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün 145 km.
uzunluğunda suvarma arxları lil və
çöküntülərdən təmizlənmiş və
arxların su ötürmə qabiliyyəti
artırılmışdır. Rayonun Ərəbcəbirli,
Şəhadət, Bəydövül, Alpout, Yeniarx,
Çayarxı, Alxasava, Potu, Hacağabəyli, Qarayazı kəndlərində
təsərrüfat daxili və təsərrüfatarası
kollektorlarda şirə kanallarının təmizlənməsi
işləri aparılmışdır. Göyçay
şəhərini sel-sularından mühafizəsi işləri
davam etdirilmiş, Göyçay çayında 140 metr
uzunluğunda daş-beton bənd çəkilmişdir.
Hesabat
dövründə rabitənin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində müəyyən
tədbirlər görülmüş, yanvar-iyun ayları ərzində
əhaliyə, müəssisə və təşkilatlara 370,2
min manatlıq rabitə xidmətləri göstərilmişdir
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
13 faiz çoxdur. Cari ilin birinci yarısında əhalinin
internet xidmətlərindən istifadəsini
yaxşılaşdırmaq üçün şəhər və
kənd yaşayış məntəqələrində
avadanlıqlar quraşdırılmışdır.
(ardı var)
Məzahir Əhmədoğlu
Ədalət.-2014.-26 iyul.-S.4.