DÜNƏNKİ YEVLAX
KEÇMİŞDƏ QALDI
Bugünkü Yevlax sabaha
addımlayır
(Əvvəli ötən
sayımızda)
Uğurlu addımlar
Yevlax şəhəri
bu gün təkcə rayon mərkəzi
kimi yox, həm də respublikanın iri şəhərlərindən biri
kimi öz həyatının uğurlu
səhifələrini yazır. O elə
bir salnamədir ki, orda demək
olar ki, hər şey abadlıqdan, inkişafdan və ən vacibi isə sabaha inamdan xəbər verir. Təbii ki, söylənilən bu fikirlərin arxasında konkret rəqəmlər, faktlar,
yəni görülmüş
işlər dayanır.
Bu mənada əgər
rayonda olarkən əldə etdiyimiz bilgilərə istinad etsək, onda söylədiklərimizi faktlarla
da diqqətə çatdıra bilərik.
Bu gün Yevlax şəhərində insanların
daha çox ehtiyacı olan sahələr var ki, onlar da
xüsusi olaraq şəhər rəhbərliyinin,
yəni icra hakimiyyəti başçısı
cənab Qoca Səmədovun hər gün diqqət ayırdığı sahədir.
Yevlax şəhərində
2014-cü ilin 1-ci rübündə
əhalinin içməli
suya olan ehtiyacının təmin edilməsi üçün
əlavə su mənbələrinin araşdırılıb
tapılması və
həmin ərazilərdə
artezian və subartezianların istifadəyə
verilməsi insanları
razı salmışdır. Təbii ki,
içməli su ilə yanaşı, şəhərdə digər
nasos qurğularının,
kanalizasiya xətlərinin
yenilənməsi, əlavələrin
çəkilməsi sahəsində
də xeyli işlər görülmüşdür.
İlin 1-ci rübündə
magistral və paylayıcı su xətlərinin təmir edilməsi, təzələnməsi,
yenilərinin çəkilməsi
də diqqət mərkəzində olmuş
və nəticədə
1,2 km. uzunluğunda paylayıcı su xətləri çəkilmişdir.
Görülən bu işlərin
əhatəsində digər
sahələr də
var. Belə ki, şəhərdə elektrik
enerjisinin təminatı
ötən onilliklərlə
müqayisədə köklü
şəkildə dəyişmişdir.
Yevlax şəhərində
və rayonlarda əhalinin elektrik enerjisi ilə təmini, bu işin fasiləsiz həyata keçirilməsi
istiqamətində uğurlu
addımlar atılmışdır. Görülən işlərin nəticəsidir
ki, fasiləsiz və dayanıqlı elektrik təminatı məsələsi ardıcıl
həyata keçirilməkdədir.
İlin
1-ci rübündə elektrik
şəbəkələrində 29,2 min manatlıq təmir işləri görülmüş,
21 ədəd transformator
yarımstansiyası təmir
edilmiş, 2,3 km. uzunluğunda
elektrik xətləri yenilənmiş, 237 ədəd
yeni sayğaclar quraşdırılmışdır.
Həmçinin bu müddət
ərzində istehlak edilmiş enerjinin dəyərinin ödənilməsi
83,2 faiz təmin edilmişdir. Əhali qrupu üzrə abonentlər tərəfindən istifadə
olunmuş 822 min manatlıq
elektrik enerjisinin 774
min manatı ödənilmişdir
ki, bu da
94 faiz deməkdir.
Yevlax şəhərində
və rayonunda təbii qazla təminat məsələləri
də daim gündəmdə saxlanılır. Elə bunun
nəticəsidir ki, 1
nömrəli şəhər
qazpaylayıcı stansiyasından
əhaliyə qazın
verilməsi istiqamətində
yeniliklər edilmiş
və qaz kəmərinin yerinin dəyişdirilməsi məsələləri
bu gün də davam etdirilir.
Rüb ərzində
şəhərin 506 abonenti
təbii qazla tam təmin olunmuş, şəhər və kənd yaşayış məntəqələrinə qazın
davamlı verilməsi
nəzarətdə saxlanılmışdır. Sahənin diqqət
mərkəzində olması
həm məsuliyyəti
hissini artırmış,
həm də adamların ehtiyacını
ödəməsinə öz
müsbət təsirini
göstərmişdir. Nəticədə ilin 1-ci
rübündə 18,4 mln. kubmetr
təbii qaz istehlak edilmişdir. Həmin qazın dəyərinin ödənilməsi istiqamətində
də müəyyən
addımlar atılmış
və əvvəlki illərlə müqayisədə
bu istiqamətdə də uğurlar özünü büruzə
vermişdir. Əhali
üzrə abonentlər
tərəfindən istehlak
olunmuş qazın 86,6 faizinin pulu
tam ödənilmişdir.
Maraqlıdır ki, aparılan maarifləndirici işlər
bu sahəyə xeyli təsir göstərmiş, insanların
istehlak işinə münasibətində müəyyən
dəyişikliklər etmişdir.
Qaz, su məsələləri ilə
paralel olaraq rabitə və poçt xidmətləri də Yevlaxda günün tələbləri
səviyyəsində həll
olunmaqdadır. Bu istiqamətdə
görülən işlərin
miqyasına diqqət yetirəndə onda məlum olur ki, ilin birinci
rübündə Yevlaxda
412 min manatlıq rabitə
və poçt xidməti göstərilmişdir.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz çoxdur. Onu da qeyd
etmək lazımdır
ki, ilin 1-ci rübündə əhaliyə
göstərilən xidmətlərin
həcmi də 15,3 min manat çoxalmışdır.
(Ardı var)
Ceyhun RÜSTƏMOV
Ədalət.-2014.-3 iyun.-S.7.