DAHİLİK ZİRVƏSİ
Zəkalar kəhkəşanında
əbədi parlayan Müdrik
Xalq yazıçısı İLYAS
ƏFƏNDİYEVİN əziz və unudulmaz
xatirəsinə
Sən elə dağ idin zirvəsi qarlı,
Əyilən deyildin tufana, qara.
Bir ömür yaşadın qışlı, baharlı...
Sədaqət gətirdin əhdə, ilqara.
Vüqarın bənzərdi uca
çinara,
Min cürə nemətli
barlı bağ idin.
Zülmətə qərq olub düşsən də dara,
Kəhkəşan qoynunda çilçıraq
idin.
Zəkan
nur saçırdı...
Hikmətin dərin,
Sənin dərdin idi xalqın da dərdi.
Can qoyub yazdığın hər bir əsərin,
Ən yüksək dəyərli
gövhərdi, zərdi!
Dram əsərlərin düşdü
dillərə,
Oldu səhnəmizin
nəcib zinəti.
İncilər bəxş etdin
bizim ellərə,
Ucaltdın göylərə eşqi,
sənəti.
Nurlu olsun deyə Vətənin yazı,
Canını bu yolda sən
fəda etdin.
Bizə
ibrət qoyub "Hökmdar və qızı"
Qəlbində Qarabağ yarası getdin.
Ömrə naxış oldu
"Körpü salanlar"
Qovuşmaq eşqilə uzandı qollar.
Bulaqtək çağladı "Bahar suları",
Yetişdi kamına "İşıqlı
yollar".
Sehirli bir "Mahnı dağlarda qaldı",
Doymadı kamanın, tarın səsindən.
Könüllər mülkü də
xəyala daldı,
Dolmuş
buludların kişnəməsindən!
"Unuda bilmirəm" - hikmət dəryası,
Bizə xatırladır keçən
günləri.
Çox
olur bir ömrün eşqi, cəfası...
Dünyaya göz açıb gələndən bəri.
"Dağlardan gələn səs" çağırır
bizi,
Qartallı dağ kimi biz də ucalaq.
Əsla
qatlanmasın igidin dizi,
Hər yerdə, hər zaman qələbə çalaq!
Ömrün mənasını sərvətdə
görən,
Gününü keçirir "Büllur
sarayda",
Halal zəhmətinin barını
dərən,
Həmişə bəxş edir
xalqına fayda!
Xurşudbani Natəvan da Şuşada,
Sənin sənətinə əydi
başını.
Dedi: çox sağ ol ki, salmısan
yada,
Nisgilli könlünün atdı
daşını!
Zəkan
işıqlıdır, hikmətin
dərin,
Ömrün həm bahardı, həm də ki qışdı.
Dünyaya sığmayan şah
əsərlərin
Görəsən bir ömrə necə sığışdı?!
Göylərə baş çəkən
uca çinarsan,
Dəyərli töhvən var sənət bağında.
Nə qədər həyat var, həmişə varsan;
Yaradan yaşayır yaratdığında!
Yazdığın əsərlər həkk
olub yada,
Öz şirin
barını bağ özü yığmır.
Dünyada hər şeyi ölçmək olsa da,
Sənin
böyüklüyün ölçüyə
sığmır!
Sənin
o mənalı ömür
kitabın,
Misilsiz dəyərli
gövhərlə doldu.
Sənət yollarında dözümlü
tabın, -
Dahilik zirvəsi nəsibin oldu!
Adına
layiqdir övladların
da,
Xalqımın fəxridir alim Timurçin.
Tanınır sınanmış etibarında
Yolunu yaşadan yazıçı
Elçin!
Canından çox sevdin
Ana Vətəni,
Bu yurdun şöhrəti,
düz ilqarısan.
Unudan deyilik heç zaman səni,
Xalqımın həmişə iftixarısan...
Əjdər
Qiyaslı
İqtisadçı
alim, şair
Ədalət.-2014.-3 iyun.-S.6.