DÜNƏNKİ
YEVLAX KEÇMİŞDƏ QALDI
Bugünkü Yevlax sabaha addımlayır
(Əvvəli ötən
saylarımızda)
Ölkə həyatının uğurlu
inkişaf etdiyi illər ərzində regionların da özünəməxsusluğu nəzərə alınmaqla
yeni sferaya daxil olması təbii bir haldı. Yəni qəbul edilmiş
Dövlət Proqramına
uyğun olaraq həyata keçirilən
bütün məsələlər
öncədən hər
bir region üzrə araşdırılıb dəqiqləşdirilmiş
və yalnız konkret nəticələrə
uyğun olaraq fəaliyyət prinsipləri
müəyyənləşdirilmişdi.
Bu gün ölkə prezidenti İlham Əliyev cənablarının
regionlara səfərləri
zamanı da məhz həmin Dövlət Proqramına uyğun olaraq görülən işlər
ilk növbədə müəyyənləşdirilir,
nəticələr ölkə
prezidentinə məruzə
edilir, həyata keçirilən yeni obyektlərin açılış
mərasimləri vasitəsilə
bir növü hesabat verilir. Cari ilin birinci
rübünün sosial-iqtisadi
inkişafı və qarşıda duran vəzifələri özü
üçün müəyyən
etmiş Yevlax şəhər icra hakimiyyəti, xüsusilə
icra hakimiyyətinin başçısı Qoca
Səmədovun prinsipial
mövqeyi onu göstərir ki, Yevlaxda sakinlərin istək və arzularının gerçəkləşməsinə
gündəlik iş kimi baxılır. Əldə olunmuş uğurları gözdən keçirərkən
bəlli olur ki, Yevlaxda sosial-iqtisadi
yönümlü sahələrlə
bərabər hər kəsə bilavasitə adiyyəti olan məqamlara da xüsusi önəm verilir.
Belə ki, qaz, yol,
işıq, rabitə,
poçt xidməti və digər məsələlərlə bahəm
əhalinin sağlamlıq,
təhsil, mədəniyyət
problemləri də icra hakimiyyəti başçısı kabinetinin
nəzarəti altındadır.
Təhsil, səhiyyə və
mədəniyyət
Gəlin etiraf edək ki, bu gün
Azərbaycanda səhiyyənin,
təhsilin və mədəniyyət sahələrinin
inkişafı üçün
təkcə dövlət
səviyyəsində deyil,
həm də ictimai qurumlar, qeyri-hökumət təşkilatları
xətti ilə də genişmiqyaslı işlər həyata keçirilir. Bu məsələdə
birinci yer, yəni ön mövqe Heydər Əliyev Fonduna məxsusdur. Ölkənin birinci xanımı, millət vəkili, xoşməramlı səfir
Mehriban xanım Əliyevanın birbaşa
diqqət və qayğısı sahəsində
paytaxtımız, iri şəhərlərimizlə yanaşı,
regionlarımızda da
böyük işlər
görülüb. Yeni məktəb,
xəstəxana, mədəniyyət
ocaqları tikilir, təmir olunur və yaxud da
yenidən bərpa olunur. Bu mənada
Heydər Əliyev Fondu vasitəsilə respublikanın əksər
bölgələrində məktəblər,
uşaq bağçaları,
xəstəxanalar müasir
tələblərə cavab
verə biləcək
səviyyəyə gətirilmiş
və qapılarını
sakinlərin üzünə
açmışdı. Konkret olaraq Yevlax şəhərində
təhsil islahatlarının
uğurla həyata keçirilməsi, yeni məktəb binalarının
tikintisi, həmin məktəblərin, eləcə
də bütün mövcüd təhsil müəssisələrinin maddi-texniki
bazasının köklü
surətdə yenidən
qurulması, avadanlıqlarla
təmin edilməsi, təlim-tərbiyə səviyyəsinin
yüksəldilməsi və
digər zəruri işlər hazırda görülməkdədir. Belə
ki, əldə etdiyimiz faktlara istinadən deyə bilərik ki, Yevlax şəhər təhsil şöbəsi
tərəfindən həyata
keçirilən tədbirlər
nəticəsində keçirilmiş
fənn olimpiyadalarında
643 nəfər iştirak
etmişdir ki, onlardan da 11 nəfəri respublika turuna qatılmış və yüksək nəticələr əldə
etmişdir. Müxtəlif
fənlər üzrə
qaliblər sırasında
olan Yevlax məktəbliləri ali məktəblərə
qəbulda da müəyyən uğurlara
imza atmışdılar.
Onlar həm ali hərbi
məktəblərə, həmçinin
də digər ixtisaslar üzrə qəbul imtahanlarında fəal iştirak etmişlər. Nəticədə Yevlax məktəbliləri
ötən dərs ilinin yekunlarına görə, müəyyən
müvəffəqiyyətlər qazanmışdılar.
Bu gün Yevlaxda
təkcə yerli şagirdlər deyil, həmçinin burada məskunlaşmış Ağdam,
Kəlbəcər və
digər işğal olunmuş bölgələrdən
olan şagirdlər də təhsil alır. Doğrudur, onların özlərinin
ayrıca məktəbləri
fəaliyyət göstərsə
də, amma qarşılıqlı əlaqələr,
aparılan təhsil mübadilələri, bilik
yarışmaları ümumi
işə müsbət
təsir göstərir.
Yevlax şəhərində
məktəblərin, mədəniyyət
evlərinin, kitabxanaların
təmiri, bərpası
işləri də şəhər rəhbərliyinin
diqqəti mərkəzindədir. Burada körpələr
evinə, uşaq bağçalarına xüsusi
dliqqət yetirilir, onların qida təminatına, onun keyfiyyətinə daimi nəzarət olur. Yevlaxda səhiyyə ocaqlarının
da yenidən qurulması, müasir avadanlıqlarla təmin edilməsi və həkim kadrlarının həmin ocaqlarda əhalinin sağlamlığı
keşiyində durması
istiqamətində gərəkli
addımlar atılır.
Təkcə bu məqsədlə
2014-cü ilin fevral ayının 7-də şəhər
icra hakimiyyəti başçısının sərəncamı
ilə xüsusi komissiya yaradılmışdı.
Bu komissiyanın məqsədi şəhər
əhalisinin tibbi müayinədən keçməsini
təmin etmək və bu istiqamətdə
gərəkli addımlar
atmaqdır. Artıq həmin
tədbirlər demək
olar ki, müvəffəqiyyətlə başa çatmış
və rayonun 50 yaşayış məntəqəsində
123712 nəfərin tibbi
müayinədən keçməsi
üçün qrafik
tutulmuşdur. Tibbi müayinənin
təşkili üçün
mərkəzi şəhər
xəstəxanasında, uşaq
xəstəxanasında, Xaldan
kənd sahə xəstəxanasında, eləcə
də digər kənd, qəsəbə və həkim-tibbi məntəqələrində müvafiq
tədbirlər görülmüş,
həkim briqadaları
yaradılmışdır. Xatırlatmaq
yerinə düşər
ki, bu işlərin
həyata keçirilməsində
şəhərin "Kür"
qəzetinin də maarifləndirmə baxımından
böyük xidməti
olmuşdur. Göründüyü kimi, təkcə səhiyyə ocaqlarının
yenidən qurulması
deyil, həm də göstərilən
səhiyyə xidmətinin
keyfiyyətinin yüksəldilməsi
Yevlaxda şəhər
rəhbərliyinin diqqət
mərkəzindədir. Bunun nəticəsidir ki, indi Yevlaxda, paytaxtda, digər şəhər və rayonların səhiyyə
müəssisələrinə müraciət edənlərin
sayı ilbəil azalır. Çünki peşəkar həkimlər
və zəruri avadanlıqlar, xidmət şəraiti bu məsələdə öz
sözünü deyir.
O ki qaldı Yevlaxda
mədəniyyət sahələrinin
hazırkı durumuna,
onu da xatırladaq
ki, şəhər rəhbərliyi bu məsələni də unutmur. İstər bayram tədbirlərinin,
müxtəlif mərasimlərin
keçirilməsi, anım
günlərinin qeyd edilməsi, şəhər
sakinlərinin asudə
vaxtının təşkili
və digər məsələlər şəhər
mədəniyyət və
turizm şöbəsi
tərəfindən hazırlanmış
və şəhər
rəhbərliyi tərəfindən
qəbul edilmiş plana uyğun şəkildə həyata
keçirilir. Heç də
təsadüfi deyil ki, bu gün
Yevlaxın istirahət
guşələrində, parklarında,
mədəniyyət ocaqlarında
bir-birindən maraqlı
tədbirlər gerçəkləşdirilir,
hazırlanan proqramlar,
göstərilən xidmət
Yevlax sakinlərinin ruhunu oxşayır. Xüsusilə şəhərin kukla teatrı balacalar üçün həmişə arzulanan bir qonağa çevrilib. Bunu nəzərə alan
mədəniyyət işçiləri
rəngarəng proqramlarla
çıxış etməyə,
həmişə yaradıcılıq
axtarışları aparmağa
maraqlıdırlar. Yevlaxda gənclərin
ordu sıralarına yola salınmasında öz rəngarəng çıxışları ilə
yaddaqalan məqamlar yaşadan mədəniyyət
işçiləri hamının
diqqət mərkəzindədir.
Son olaarq xatırladaq ki, bu gün Yevlaxda təkcə tikinti, abadlıq deyil, həm də təhsil, mədəniyyət, səhiyyə sahələri də yeni dövrün nəbzini tutudu. Deməli, bugünün Yevlaxı artıq hamının arzuladığı ünvana çevrilib.
Ceyhun RÜSTƏMOV
Ədalət.-2014.-4 iyun.-S.7.