DAĞ ÇİÇƏYİ
Onu ancaq ruh sahibləri dərə bilər
Yazıya birbaşa,
necə
deyərlər, girişsiz-filansız başlayıram. Çünki barəsində yazdığım
kitabın ruhu mənə çoxdan bəllidi. Daha doğrusu, bu
kitabın müəllifini
imzasına görə
tanıdığım günlərdən
indiki çağa qədər bir kövrək notun, bir həzin pıçıltının əhatə
dairəsində olmuşam.
Mənə elə gəlir
ki, bu misraların
sahibi danışmır,
yazmır, sadəcə,
ürək pıçıltılarının
şəklini çəkir.
Özü də elə
çəkir ki, o nə qeyri-adi peşəkarlığı, nə
də son dərəcə
adi bir görüntünü
ifadə edir. Xeyr, bu, şəkli çəkilən bir ruhun təsviridi. Özü də elə təsviridi ki, onu oxuduqca, onu
seyr etdikcə sadəliyin içərisindəki
məna çalarlarını,
rəngləri seçmək,
görmək olur.
Tahir Rzanı
imzasına görə
tanıdığım günlərdən
mənə sanki bir sözün ipucunu bağışlayıb. Elə ipcunu
ki, həmin sözdən tutub Tahir müəllimin ovqatını oxşaya-oxşaya
ruhunun qapısını
döyə bilmişəm.
Və o qapıdan keçəndə
sadə, amma özünəməxsus ətri
olan dağçiçəyinin
bir talasının içərisinə düşmüşəm.
Bir anlıq gözünüzün qarşısına
gətir: yamacda bir tala dağ
çiçəyi - rəngarəng,
diqqətiçəkən, göz, könül oxşayan, amma...
Bax, elə
məsələ də
bu əmmadadı. İşin
də əmması ondadı ki, dağ çiçəyinə
hər adam
əl uzada bilmir, hər adam yaxın düşə bilmir. Dağ çiçəklərinin
bitdiyi ərazilər bir az əlçatmaz olur, bir az yoldan-rizdən
uzaq olur. Ora qalxmaq, ora getmək
isə hər oğulun işi olmadığı kimi, hər oxucunun da ürəyincə olmur. Bax, mən Tahir
Rzanını şeirlərində
görüb hiss etdiyim,
ruhunun qapısını
döyüb içəri
keçəndə boynuna
sarıldığım həmin
dağ çiçəkləridi.
Özü də bu çiçəklər
bir az
boynubükükdü, bir
az nisgillidi. Lakin dibçək güllərindən,
həyət-baca gül-çiçəyindən
daha dözümlüdü.
Onlar nə qulluq görürlər, nə də nəvaziş.
Eləcə doğulurlar və...g
Və öz oxucularının əlində,
dilində, ürəyində
yaşayırlar.
İki gün öncə Tahir müəllim həmin o dağ çiçəyinin
bir qomunu mənə göndərdi. O bir qom dağ
çiçəyini elə
birnəfəsə qoxlamağa
- oxumağa başladım
və...
Bəli, çox nəfis şəkildə, adını
doğrulda biləcək
üz qabığına
malik "Rubailər"
kitabı Tahir Rzanın biz oxucularla yeni görüşüdü. "Şur" nəşriyyatında,
dəyrli söz adamı Musa Ələkbərlinin
redaktorluğu və ön sözü ilə biz oxuculara qonaq gələn bu rübailərin hər biri öz
ətri, öz qoxusu, öz təravəti olan dağ çiçəyidi.
Məsələn:
Adını hörmətdən uca
tutanlar,
Yaşadar ömrünü hörmətli
olar.
Mal-pul insanlığın meyarı deyil,
Ancaq ki, ləyaqət əbədi
qalar.
Və yaxud:
Dünya
şərab dolu bir qızıl camdı,
Zövqün duyan aqil, duymayan
xandı.
Öləndə rəhmətlik qazanmayana,
Dünyanın dövləti, varı haramdı.
Bu iki rübainin
hər biri ilk baxışdan ayrı-ayrı
nüanslara toxunur, ayrı-ayrı fikirləri
ifadə edir. Amma onların
sətiraltı mənasına,
arxa planına baxanda hiss edirsən ki, söhbət mənəviyyatdan, əxlaqdan
gedir. Hər kəsin gəlib
baxıb getdiyi bu dünyada əməl, söz, iz qalır, var-dövlət, malk-mülk
yox. Belə olan halda insan öz nəfsinə
əyilməməli, hətta
qızıl camda gələn meyin də qədərindən
artığının olan
yük olacağını,
onu alçaldacağını
dərk edib doğru seçim etməlidi.
Tahir Rzanın
156 səhifəlik "Rübailər"
kitabında mən həm də həyatdan, təcrübədən
gələn nəsihətin
dünyaya müdrik baxışın elemetlərini
görüb duydum. Və bir
anlıq tanıdığım,
özümə doğma
bildiyim Tahir Rzanı bu rübailərdən,
burdakı müdrik məqamlardan ayrı təsəvvür etmək
istədim. Ancaq etirfa
edim ki, alınmadı. Çünki
rübailərin müəllifi
daha çox öz həyatından, öz iç dünyasından çıxış
edib. Orda əkdiyi gülləri,
ordakı dağ çiçəklərini qomlayıbdı.
Ona görə də özünəməxsusdu, özü
kimi duyğusaldı.
Şair yazır:
Sevən
könlüm dərə-dağsız
inləyər,
Əsir qalan bağça-bağsız
inləyər.
Yad eyləyər obaları, elləri,
Səhər, axşam Qarabağsız inləyər.
Və yaxud:
Qara bəxtim belikük qarıdı,
Dərd sirdaşı xəstə
kədər yarıdı.
Kimi vardan, kimi yardan,
qohumdan,
Tahir isə öz dərdindən yarıdı.
Və yaxud:
Yaradan yarıdıb yaratmaq üçün,
Sevən ürəklərə nur qatmaq üçün.
İnsan yaranmayıb vəhşilik edib,
Ev yıxıb, qan töküb şər atmaq üçün.
Bu iki rübaidə də əvvəldə dediyim həmin insanlıq, həmin o dözüm çox poetik şəkildə, həm də nəsihət üslubunda oxucuya çatdırılır. Zənnimcə, bu rübailəri oxuyan hər kəs daha çox sadə və gerçək həqiqətlərlə üz-üzə qalacaq. Ona görə də kitab barəsində ilk təəssüratımı sizinlə bölüşərkən müşahidə etdiyim məqamlara diqqət ayırdım. Bir də bunu ona görə etdim ki, mən tənqidçi yox, nisbətən yaxşı oxucuyam. Oxuduqlarımdan da nə isə anlamaq, götürmək istəyimi heç vaxt gizlətməmişəm.
Son olaraq Tahir Rzanın "Rübailəri"nə, yəni o dağ çiçəklərinə üz tuturam:
Allahın bir adı haqdırsa anla,
Haqqı müqəddəs san, oynama
onla.
Kim haqqa baş əysə, ucaldar başın,
Ucalan varmıdır
zülm ilə, qanla?
Və yaxud:
Əlində təsbeh var, qəlbində şeytan,
Dilində din-iman, gözlərində qan.
Arxada cəlladsan, üzdə mələksən,
Sən kimsən, nəçisən,
söylə ey insan!
Kitabın da, mənim yazımın da dağ çiçəyi barəsində söylədiyim fikirləri bu rübai ilə ona görə bitirdim ki, bir-birimizi yaxşı tanımırıq. Bilmirik ki, hər çiçəyin öz ətri olduğu kimi, hər ürəyin də öz pıçıltısı, hər pıçıltının da öz mənası var. Deməli, Tahir Rzanın dağ çiçəyi qomu da öz təravəti ilə, öz gözəlliyi və öz mənası ilə yaddaqalan, diqqətçəkəndi. Onu oxumağa, onu qoxulamağa dəyər!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-5 iyun.-S.4.