HƏR YERDƏ VƏTƏN SEVGİSİ

Həmsöhbətim Tariyel Hidayət oğlu Məmmədov idi

 

Onunla "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsinin dəhlizində qarşılaşdıq. Hiss olunurdu ki, nəşriyyata bələdçiliyi yoxdu. Ona görə otaqların qapısı üzərinə yazılmış qəzet adlarını oxuya-oxuya sağa-sola baxırdı. Salam verib kimi axtardığını soruşdum:

- "Ədalət" qəzetini, Aqil Abbası axtarıram, - dedi.

Təbii ki, mən özümü təqdim edib onu redaksiyamıza dəvət etdim. Üz-üzə əyləşdik... Öncə qəzetimizin təsisçisindən, millət vəkili Aqil Abbasdan söhbət açdı... Onu 90-cı illərdən tanıdığını, müharibənin ağır məqamlarında qarşılaşdıqlarını, səngər görüşlərini dilə gətirdi. Nədənsə bu adamın səsi , davranışı da mənə çox doğma gəldi. Sonra bunun səbəbini anladım. Bildim ki, barıt qoxusu duymuş hər kəs mənə doğma olduğu üçün mən həmsöhbətim Tariyel Məmmədovu da özümdən asılı olmadan bu cür doğma qəbul etmişəm.

Necə deyərlər, özümüzdən, müharibə xatirələrimizdən, 90-cı illərdən danışa-danışa mətləb üstünə gəldik təbii ki, ilk sualı da mən verdim.

- Tariyel müəllim, gəlin ətraflı tanış olaq.

- Yevlaxda doğulmuşam... Bakıda indiki Bədən Tərbiyəsi Akademiyasını bitirmişəm, o vaxt institut adlınırdı... Ağır atletika ilə məşğul olmuşam... Bir neçə il Bakı Dövlət Universitetində idman müəllimi işləmişəm. Sonra həyat elə gətirib ki, Qazaxıstana köçmüşəm. Artıq uzun müddətdir ki, Qazaxıstanın Akmolla vilayətinin Kokştau şəhərində yaşayıram. Yəqin ki, bu ad sizə maraqlı görünəcək. Onun qazax dilindən Azərbaycan dilinə tərcüməsi göytəpə deməkdi. Bu şəhərdə yaşayıram, işləyirəm çalışıram ki, Azərbaycan üçün faydalı, gərəkli olan işlərin qulpundan tutum.

- Tariyel müəllim, sizin söylədikləriniz mənə ötən ilin aprel ayını xatırlatdı. Həmin vaxt Qazaxıstandakı Azərbaycan diasporasının təşəbbüsü ilə böyük bir konfrans keçirildi. Həmin konfransa Azərbaycandan da nümayəndələr qatılmışdı o tədbir barəsində Azərbaycan mediası da ətraflı məlumat verdi. Sizin ad soyadınız məhz həmin oxuduğum informasiyalardan yaddaşımda qalıb.

- Bəli, məlumat üçün deyim ki, yaşadığım vilayətin ərazisində bizim diaspora təşkilatımızın 4 qrup nümayəndəliyi, bir növü filialı var. Onlar vilayətin müxtəlif şəhərlərində fəaliyyət göstərirlər. Bütövlükdə isə 2004-cü ildən mən vilayətdəki diaspora təşkilatının sədri kimi əlaqələrin daha da möhkəmlənməsi, bu ərazidə yaşayan azərbaycanlıların bir-biri ilə bağlı istiqamətində müəyyən işlərin görülməsinə, mütləq nəticələr əldə olunmasına müvəffəq ola bilmişəm. Biz burada müxtəlif tədbirlər keçiririk. Xüsusilə bazar günləri məktəblərimizdə milli bayramlarımızın, Ulu Öndərimizin adı ilə bağlı mərasimlərin keçirilməsi artıq ənənə halını alıbdı. Mən həm Azərbaycan-Qazaxıstan Dostluq Assosiasiyasının nümayəndəsi, assosiasiyanın üzvüyəm. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının üzvü Araz Xuduyev təkrar Dünya Azərbaycanlıları Konqrensinin sədri seçildi. Həmin toplantıda həmyerlilərimiz mənə etimad göstərərək 1-ci müavin vəzifəsinə namizədliyimi irəli sürdülər seçdilər. Onu da qeyd edim ki, Araz müəllim hələ 2002-ci ildə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri kimi Qazaxıstanda diasporanın fəaliyyətini, mədəniyyət mərkəzinin işini orada yaşyan soydaşlarımızı təbliğ təqdir etmək üçün müstəqil qəzetin nəşrinə müvəffəq olmuşdu. Və həmin qəzet də bir növ tribunaya çevrilmişdi.

Həmin tarixdən başlayaraq, əlaqələri daha genişləndirən diaspora təşiklatlarımız həm Araz müəllimin, həm Tariyel müəllimin, həm də digər həmyerlilərimizin çoxşaxəli fəaliyyəti nəticəsində Qazaxıstanda diasporanın nüfuzunu daha möhkəmləndirə bildilər. Təsadüfi deyil ki, bu gün həmin təşkilatın fəxri sədri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva, fəxri üzvü isə Nursultan Nazarbayevin qızı, millət vəkili Dəriga Nazarbayevadı. Söhbət zamanı mənə o da bəlli oldu ki, Tariyel müəllim göstərdliyi fəaliyyətə görə, Azərbaycan-Qazaxıstan xalqları və dövlətləri arasındakı xidmətlərə görə, Qazaxıstan prezidentinin sərəncamı ilə bu ölkənin müstəqil konstitusiyasının 10 illiyi münasibəti ilə medalla təltif edilmiş, həmçinin ona həm yüksək ölkə rəhbərliyinin, həm vilayət redaktorluğunun çoxlu sayda fəxri fərmanları, təşəkkür məktubları verilmişdi. Ən diqqəti çəkən məqamilardan biri də Qazaxıstanda yaşayan xalqların təmsil olunduğu xüsusi kitabda redaksiya üzvlərindən biri kimi Tariyel müəllimin də adı göstərilmiş və bu kitabda Azərbaycanla bağlı xüsusi bölmə yer almışdı. Həmin kitabların müəyyən hissəsi Azərbaycanın məsul şəxslərinə də təqdim olunmuşdu.

- Tariyel müəllim, sizin təqdim etdiyiniz sənədlərdə, eləcə də fotoşəkillərdə diqqətimi çəkən bir neçə məqam olub. Burada xüsusilə Azərbaycan xalqına qarşı 30-cu illərdə sözün həqiqi mənasında genosid həyatı keçirmiş Levon Mirzoyanla bağlı sənəd də var...

- Bəli, biz bu sənədi çox çətinliklə əldə etdik və Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri akademik Asxat Şakirovun köməkliyi ilə Araz müəllim məsələni gündəmə gətirdi və qazax ictimaiyyəti bildi ki, bu şəxs onların özlərinə qarşı da böyük genosid həyatı keçirib. Yüzlərlə layiqli qazaxı güllələdib sürgünlərdə çürüdüb. Məhz bundan sonra ölkədə media vasitəsilə aparılan təbliğat artıq ən yüksək səviyyədə təsdiqini tapıb və yəqin ki, yaxın günlərdə Qazaxıstanda abidəsi olan, adına küçələr verilmiş Levon Mirzoyan bütün bunlardan məhrum ediləcək və o, öz layiqli haqqını, yəni lənət payını bir daha qazanacaq.

Mən Tariyel müəllimlə söhbət zamanı onu da öyrəndim ki, Qazaxıstana səfər edən Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, həmçinin onun birinci müavini Rəfael Mirzəyev də diaspora təşkilatının üzvləri ilə görüşüb, həmsöhbət olub, xatirə şəkilləri çəkdirib. Ötən ilin aprel ayında diaspora xətti ilə Qazaxıstanda çox yüksək şəkildə Ulu Öndərimizin 90 illiyi ilə bağlı böyük elmi konfrans keçirilib. Həmin konfransda millət vəkilləri, o cümlədən Adil Əliyev də iştirak edibdi. Araz Xudiyevin həmin konfransda səsləndirdiyi bir fikir üzərində bu gün diaspora təşkilatı öz fəaliyyətini davam etdirir. Araz müəllim təklif edib ki, Bakıda Nursutlan Nazarbayevin, Astanada isə Ulu Öndərimizin adibəsi ucaldılsın. Bu, dost-qardaş xalqların, dövlətlərin əlaqələrini daha da möhkəmləndirər.

Bəli, maraqlı və ətraflı söhbət zamanı Tariyel müəllim təkrar-təkrar onu vurğulayırdı ki, vətəndən kənarda yaşayan hər kəs Azərbaycanı tanıtmaq, sevdirmək üçün mütləq yaxşı nə isə etməlidi, bir görməlidi. Sevindirici haldır ki, Tariyel müəllim və onun təmsil olunduğu ictimai təşkilat Qazaxıstanda bu xoşməramlı missiyanı uğurla gerçəkləşdirirlər. Bizöz növbəmizdə onlara yeni-yenidaha böyük uğurlar arzu edirik.

 

Əbülfət Mədətoğlu

Ədalət.-2014.-5 iyun.-S.5.