BU GÜNÜMÜZÜN SAMUXU

 

Ölkə prezidentinin regionların inkişafına dair məlum proqramı çərçivəsində özünün yeni inkişaf yolunu uğurla davam etdirən Samux rayonu təkcə kənardan gözlə görünən yenilikləri ilə deyil, həm də iqtisadi uğurları ilə diqqəti çəkir. Belə ki, rayonun sosial-iqtisadi inkişafının bütün sahələri indi bir dönüş nöqtəsindən uğurlu inkişaf istiqamətinə yol alıb. Demək olar ki, arxada qalan illərin göstəriciləri ilə tanış olduqca bu inkişaf özü-özlüyündə ortaya çıxır.

Yerləşdiyi coğrafi məkan baxımından diqqəti çəkən Samux rayonu ötən ilin göstəricilərinə görə, bölgənin digər rayonlarından xeyli fərqlənir. Bu müsbət fərqin əsasında təbii ki, ölkə prezidenti İlham Əliyev cənablarının bu rayona ayırdığı diqqət, göstərdiyi qayğı da əsas şərtlərdən biridir. Təkcə onu demək kifayətdir ki, 2012-ci ili aprel ayının 10-da respublika prezidentinin sərəncamı ilə 17 min əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə başlanmış və çox qısa bir zaman kəsiyində bu, magistral kənd sakinlərinin istifadəsinə verilmişdir.

Paralel olaraq həmin çəkilən yolun ətrafları, yəni yol kənarları genişləndirilmiş, abadlıq işləri aparılmış, yaşıllaşdırma həyata keçirilmişdir. Demək olar ki, ötən dövr ərzində Sərkar kəndində 620 kv.m hörgü aparılmaqla yanaşı, Ziyadlı kəndində 780 kv.m, Qovulararası kəndində 1670 kv.m hörgüsuvaq işləri görülmüşdür.

Bu quru rəqəmlər əslində görülən işin göstəricisi olmaqla yanaşı, həm də faktiki yerləridir. Yəni həmin işlərin görülməsi üçün yerli sakinlərin əməyindən istifadə olunmuşdur. Bu da öz növbəsində əməyi istifadə olunan insanların ailə büdcəsinə daxil olan vəsait deməkdir.

Samux rayonunun bütün kəndlərində təsdiq olunmuş plana uyğun olaraq aparılan abadlıq, quruculuq işləri təkcə yolların çəkilməsi, yenidən qurulması, təmiri ilə kifayətlənmir. Belə ki, əsasən kənd təsərrüfatı olan bu rayonun kəndlərində heyvandarlığın, əkinçiliyin inkişafına xüsusi diqqət yetirilib. Görülən bu işlərdə xüsusi əhəmiyyəti olan elektrik enerjisisu təminatı məsələləri rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Rəqəmlərə müraciət etsək, Samux Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarılması üçün, su təminatını yaxşılaşdırmaq üçün 365 ədəd su nasosu, 60 ədəd elektrik avadanlığı, 32 ədəd güclü transformatorları təmir edib sakinlərin istifadəsinə vermişdir. Bu, ötən illərdə görülən işlərin əslində çox güclü bir hissəsidir. Yəni suvarma sistemlərinə rəhbərlik edən mütəxəssislərin verdiyi bilgiyə görə, ötən il rayonda kifayət qədər təmir işləri də həyata keçirilmişdir. Yəni su kanallarının lildən təmizlənməsi, sıradan çıxmış boruların təmiri, hidrotexniki postların yenidən qurulması, yeni nasosların istifadəyə verilməsi məhz həmin görülən işlərin sırasındadır.

Rayonun statistik göstəricilərinə diqqət yetirəndə bəlli olur ki, Samuxda ötən il mövcud olmuş 20675 baş iribuynuzlu mal-qaranın 9989 başı inək və camışlardan ibarətdir. Rayonda bəslənin mal-qaranın hesabına 3421 ton diri çəkidə ət, 13714 ton süd istehsal olunmuşdur.

Ölkənin müvafiq qurumları ilə əlaqəli işləyən Samux rayon rəhbərliyi bu birgə işin nəticəsində rayonda həm kənd təsərrüfatı məhsulları istehsalının kəmiyyət və keyfiyyətini, bununla paralel olaraq da buğda istehsalının stimullaşdırılmasına dair uğurlu nəticələr qazana bilmişdi. Yəni Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2013-cü ildə Samuxda "buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair" müvafiq göstərişin icrası tam şəkildə həyata keçirilmiş və nəticədə 1835 nəfər buğda istehsalçısına təqribən 200000 manat məbləğində yardım verilmişdir. Bu da buğda istehsalçılarının həm marağını artırmış, həm də nəticədə rayonda və ölkədə buğda istehsalının kəmiyyət və keyfiyyətini yüksəltmişdir.

Bütün sahələr üzrə istehsalın genişləndirilməsi təbii ki, əhalinin gəlirlərinin artırılmasına da öz müsbət təsirlərini göstərmişdir. Belə ki, ötən ilə rayon əhalisinin gəlirləri 98 milyon 649 min manat təşkil etmişdir. Bu da adam başına düşən gəlirin 1771,1 manat olduğunu ifadə edir. Özəl sektorun inkişafı, ona göstərilən diqqət də həmin gəlirlərin artımında müsbət rol oynamışdır. Rəqəmlərə nəzər yetirsək, onda bəlli olar ki, ötən il ərzində rayondan keçirilən yarmarkalara təqribən 154,4 ton meyvə-tərəvəz, üzümsüd məhsulları göndərilmişdir. Bu isə bölgə ilə şəhərin, rayonla paytaxtın birbaşa təmasında həm də hər iki yaşayış ərazisində sosial problemlərin həllində maddi durumun yüksəldilməsində vasitələrdən biri olmuşdur.

Samuxun iqtisadi mənzərəsinin bir göstəricisi də burada yaşayan insanların dövlət qayğısı ilə əhatə olunmasıdır. Bunun bir nümunəsi kimi rayonun 7984 nəfər pensiyaçısının vaxtlı-vaxtında öz pensiyasını ala bilməsi, sosial sığortaların verilməsi, həmçinin sakinlərin bu sığortalara cəlb olunması sayıla bilər. Ümumiyyətlə isə bu gün Samuxda rayon üzrə aylıq pensiyanın məbləği 135,48 manata yaxındır.

Ötən il rayon üzrə 1059 ailəyə ünvanlı sosial yardımın çatdırılması işləri də uğurla həyata keçirilmiş və aztəminatlı ailələrin yaşayışında müsbət meyl olan bu dövlət qayğısının davamlılığı üçün müvafiq işlərin görülməsirayon rəhbərliyinin diqqət və nəzarətindədir. Burada onu da qeyd edək ki, Samuxda müharibə veteranlarının, şəhid və əlil ailələrinə rayon rəhbərliyinin xüsusi diqqəti təqdirəlayiqdir. İndi Samuxda bu zümrədən olan insanlara mənzillə bağlı xüsusi qayğı göstərilir. Təkcə ötən il 36 nəfər mənzillə təmin olunmuşdur ki, bu da bir il üçün yaxşı göstəricidir. Rayon rəhbərliyinin təşəbbüsü və köməyi ilə keçirilən əmək yarmarkalarında da daha çox şəhid və əlil ailələrinə qayğı özünü hiss etdirir. Ümumilikdə isə həmin yarmarkalarda təqribən 37 müəssisə iştirak etmişxeyli insan daimi işlə təmin olunmuşdur.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Palitra.-2014.-6 iyun.-S.7.