DAĞTUMAS KƏNDİNDƏN GƏLƏN
YOL
65 yaşın söhbəti
Bir az keçmişə
qayıtmaq istəyirəm. bir az deyəndə
ki,
65 il əvvələ. Rəqəm sizi qorxutmasın, barmağını qatlayırsan,
gəlib gedir. Düzü, köhnə
kişilər elə demirlər. Onların hesabı tamam
fərqlidi. Çünki
o kişilərin layiqli
papaqları olur və onlar da
papaqlarını daha da layiqli etmək
üçün söz
düşəndə deyiblər:
- İl nədi ki? Papağını fırladın,
gəlib keçib gedəcəkg
Hə, indi 65 il
nədi ki? - Altı onluq, bir beşlik!! Bunu da elə-belə yazmıram. Çünki onluq da, beşlik də bütövdü, yuvarlaqdı.
Mən də bu bütöv,
yuvarlaq rəqəmi ifadə etdiyi həmin o uzaq tarixə qayıdıram.
Cəbrayıl rayonunun
Dağtumas kəndinə
tərəf yol gedirəm...
Onda dünya
tamam fərqli idi. Bu fərqin də ən böyük göstəricisi
dünyada mövcud olan ictimai-siyasi quruluş. Və bu, quruluşun
özünəməxsusluğu idi. Biz sovet
cəmiyyətində, sovet
quruluşunda yaşayırdıq.
Qanunlar, qaydalar həm kağız üzərində,
həm də həyatın özündə
daha çox üst-üstə düşürdü.
Biz elə bilirdik
ki, dünya ancaq bu cəmiyyətdən,
bu yaşam tərzindən ibarətdi.
Ona görə də daha çox o cəmiyyətə, o quruluşa
bağlanırdıq. Amma içimizdə bir gözlə görünməyən,
iynənin gözündən
keçə biləcək
nüanslar da var idi. O da Arazla. Araz həsrəti
ilə qol-boyun olmuşdu. Çünki Cəbrayıl rayonu
bizim Araz həsrətimizin Xudafərin
adlı böyük ağrısını daha
çox yaşayırdı,
daha çox çəkirdi.
Uşaqlıqdan Xudafərinin bizə nisgil bəxş etdiyi kimi, həm
də bu körpünün nə vaxtsa sözün bütün mənalarında
diriləcəyini də
andırırdı. Və
biz də Araz nisgilli şeirləri, yazıları oxuya-oxuya, söhbətləri dinləyə-dinləyə
böyüyürdük...
Burda bir etiraf edim. Bizim illərin
uşaqları oxumağa,
kitaba. Dəftərə daha çox
meylli idilər. Ən savadsız, ən küt sinif yoldaşımız belə
adi riyazi hesablamaları, ismin hallarını və bir də Araz
dərdimizin çəkisini
kifayət qədər
dərk edirdi. Təəssüf ki, bu gün Qarabağla
Qaradağı bir-birindən
seçməyənlər o qədər də az deyil.
Hətta
məşhur Azıx mağarasının harda yerləşdiyini dəqiq
bilməyən məmurlar
da var. Bunu elə-belə xatırlatdım.
Çünki bütün etirafların
bir söykənən
yeri var. İndiki məqamda da mən 65 ilin söhbətini etdiyim üçün bu etirafı zəruri saydım. Axı arıya-arıya, axtara-axtara min bir dolanbacdan keçib məqsədə çatmaq
mümkündür. Bunu
təkcə mən demirəm, bunu həm də 65 yaşlı Kamal Alışoğlu deyir və yazır:
Aradılar,
Axtardılar.
Dərində də,
Dayazda da
Fəth
etdilər
Dəmir
adlı
Bir nəsili.
Həyat da axtarışlardan, aramalardan həm keçir, həm də ibarət olur. Bu mənada Dağtumas kəndində doğulan Kamal Alışoğlu özünü
sözə, qələmə
həsr edənə qədər axtarmaqla, aramaqla və daha çox da oxumaqla məşğul
oldu. Çalışdığı sahəyə bağlı
olduğu qədər,
doğulduğu torpağa
könül verdiyi qədər sözə də, qələmə də qollarını açdı, ürəyini
etibar etdi. Bir gün gördü ki, ara-sıra yazdığı qələm
təcrübələri artıq
dostlarının, söz
adamlarının diqqətini
çəkir. Və o, həm
rayon qəzetində, həm
respublika mətbuatında
işıq üzü
görən yazıları
ilə yavaş-yavaş
böyük ədəbiyyata
doğrü gəlməyə
başladı. Özünün
də dediyi kimi, göylərə can atdı. Və həmin o göylərə
can atan cavan qovağın şeirini yazdı.
Göylərə can atan bu cavan qovaq,
Ucaqlmaq eşqiylə
ucalır elə.
Gördükcə göylərin sonsuzluğunu,
Ucala-ucala qocalır elə.
Göylərə can atır ucaldıqca
o,
Görür qarışısan duranı
yoxdu.
Görür ümidini qıranı
yoxdu,
Eləcə yüksəlir göy həvəsində.
Doğrudan da müəllifin özünün də etiraf etdiyi kimi,
həmin o cavan oğlan öz sözünün, öz yazılarının içində
böyüməyə, göylərə
doğru söz əhatəsinə doğru
ucalmağa başladı. Amma həmin o cavan qovaqdan fərqli olaraq, onun qarşısında
kifayət qədər
döngələr, maneələr,
sədlər yaradıldı...
Bunun bir qismi həyatdan
gəldi, bir qismi həyata yük olan adamlardan.
Amma dözdü, içindəki
odu-ocağı sönməyə
qoymadı. Çünki köməyinə hər yerdə ana nəsihəti çatırdı.
Ana! Bu kəlməni yaşım
olalı...
Qəlbin istəyi tək hey anıram mən.
Ana kəlməsini,
Analılara
Bilmirəm nə üçün qısqanıram mən.
...Körpəlik nə qədər ağrı-acılar...
Bir quş yuvasına dönüb başımda.
Məni
qınamayın, anasızlığı,
Mən indi duyuram, yetkin yaşımda.
Kamal Alışoğlu
məhz bu cür səmimi etiraflarla ömrünün
gözəl görüşlərdən
ibarət çağlarını
da, payız nəğmələrini də
bacardığı kimi
yaşamağa, misralamağa
çalışdı. Ona görə
bacardığı kimi
etdi ki, zaman, şərait, köçkünlük, Cəbrayıldan
uzaq düşmək,
Dağtumasa həsrət
qalmaq ona əlindən gələn
kimi, ürəyi istəyən kimi yaşamağa, yazıb-yaratmağa
imkan vermədi. Kədər sıxdı onu, yurd nisgili, doğma
ellərin didərginliyi
təkcə çiyinlərinə
yox, həm də ürəyinə yük oldu. Amma dözdü, əylimədi,
sınmadı. Çünki
canında, qanında Cəbrayılın, Dağtumasın
havası, suyu, halallığı və bir də dünyaya
böyük sevgisi elə hopub, elə qol-boyun olmuşdu ki, heç bir güc onu Kamal
Alışoğlunun varlığından
qoparıb ala bilməzdi.
İndi dostlar, doğmalar Kamal Alışoğlunun
65 yaşının işığına
yığışıb. Hətta
köhnə xatirələrini
közərdənlər də
var. Onların arasında
kimsə dodaqaltı pıçıldayır:
Sən mənim mahnımsan
Səninlə varam.
Biz bir yerdə olanda
Hər dərdi
unuduram.
Qollarını açıb sən
Məni qucaqlayırsan.
Ağoğlu baxışınla
Qəlbimə nur yayırsan.
Bunun cavabında isə Kamal Alışoğlu deyir:
Yaman günahkaram önündə yaman,
Məndən istəyinə cavab almadın.
Çox olub qəlbimdən məhəbbət uman,
Çox olub önümdə ucalan qadın.
Bəli, Kamal Alışoğlu öncədən belə desə də, amma sonda məhəbbətin qarşısında o da etiraf etməli olur.
Kiməsə göylərə sovrulub külüm,
Kiməsə indi də yanan ocağam.
Kiməsə bir isti qucağam gülüm,
Kiminsə ruhuna mən də möhtacam.
Bəli, 65 yaşın bir az adda-budda, bir az da elə özümüzə, yəni Kamal müəllimlə mənə məxsus bir şəkildə söhbətləşdik. Tuğu da, Dağtuması da gəzib gördüyümüz, suyunu içib barını yediyimiz yerləri bir də yaddaşımızda cücərtdik, bir də göz önündən keçirdik. Və bütün bunları ona görə etdik ki, 65 ili elə-belə yaşamamışıq, yəni papağımızı günə yandırmamışıq. Özümüzə görə, sözümüzə görə yolumuz, izimiz, əməlimiz olub və inşallah, qalan ömürdə də elə bu cür davam edəcək. Mən sadəcə, bu söhbətin sonunda Kamal Alışoğlunu bir daha təbrik edir. Ona can sağlığı, yaradıcılıq uğurları və bir də doğma torpaqlara dönmək üçün daha dözümlü olmaq, daha ümidli olmaq diləyimi çatdırıram. İnanıram ki, bu diləyimi Tanrı da qəbul edəcək. Bir daha 65-in mübarək, Kamal müəllim!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-6 iyun.-S.5.