Aqil Abbas: "Mən roman yazmışam,
“Quran” yox"
Onunlamüsahibəm heç də asan olmadı. Çox işi olduğundan
vədələşmək mümkün olmurdu. Söhbət millət vəkili, özünün
də dediyi kimi yazıçı Aqil Abbasdan gedir.
Adalet.az onun Moderator.az-a verdiyi müsahibəni oxuculara təqdim edirik.
-Aqil müəllim, sizi daha çox
hansı təqdimat qane edir? Millət vəkili
ya yazıçı?
-Millət vəkili şərəfli bir addır. Amma mən özümü
yazıçı kimi
tanıyıram və
belə təqdimat daha çox ürəyimcə olur.
-Ilk məqaləniz nə zaman nəşr olunub?
-Ilk məqaləm səkkizinci
sinifdə oxuyarkən
Ağdamın "Lenin yolu”qəzetində
nəşr olunub. O zaman ilk qonorarım sovetin pulu ilə
3 manat 60 qəpik olmuşdu. Dəqiq yadımda deyil
bu pulu nəyə
xərcləmişdim. Çox güman ki, dostlarla kinoya getmişəm.
-Elə bir peşə
varmı düşünürsünüz
ki, jurnalist olmasaydım, mütləq
bu sahəni seçərdim?
-Tanrı mənim bəxtimə jurnalistliyi yazıb. Əgər belə bir şansım olsaydı, çox güman ki, rəssam olardım.
-"Ədalət” qəzetini
necə yaratdınız?
-Ədalət qəzetini
1990 – cı ildə Mərkəzi Komitə yaradıb. O zaman Azərbaycanda Hüquqşunaslar
İttifaqı var idi. O vaxt belə
bir qərar çıxarıldı ki,
hər respublikada hüquq qəzeti dərc olunsun. Bu qəzet Moskvada , bir də
Pribalitikada nəşr
olunmağa başladı.
Elə bu zamanlar Azərbaycanda
bu qəzetin Hüquqşunaslar İttifaqının
orqanı kimi dərc olunmasına qərar verildi. Idris Əliyev bu ittifaqın sədri, Adil Minbaşı isə onun birinci
müavini idi. Adil Minbaşı eyni zamanda mənim gənclik dostum idi. Bu qəzet
açılanda Adil məni bura baş redaktor təyin etdi. Mən çox təkid etdim ki, qəzetin
adı "Ədalət”
olsun. Bunun da səbəbi
o idi ki, hüquq ədalətdən
keçir. Amma mənim
fikrimə qarşı
çıxırdılar. Səbəb də bu idi
ki, vaxtı ilə Ədalət Müsavatyönlü partiya
olub. Bizim çox səylərimizdən
sonra qəzetin adı Ədalət oldu. Təxminən iki il dövlət qəzeti kimi nəşr olunduqdan sonra onu müstəqilləşdirdik.
Adil Minbaşı təsisçi,
mən isə baş redaktor oldum. Hal- hazırda
Adil Minbaşı və mən Ədalətin həmtəsisçiləriyik.
-Müxalifətdə dostunuz
çoxdur, yoxsa iqtidarda?
-Hər ikisində dostlarım var. Müxalifətdə
Mehman Cavadoğlu,Vurğun Əyyub yaxın dostlarımdır.
-Gələn il
deputatlığa namizədliyinizi
verəcəksiniz?
-Gələn ilə hələ çox var. Bu
haqda heç nə deyə bilmərəm.
-Məmməd Arazı
birinci tanımısınız,
ya İradə xanımı?
-Mən Məmməd Arazı hələ orta məktəbdə oxuyandan tanıyırdım.
Onun bütün şeirlərini
əzbər bilirdim.
Şəxsən Məmməd
Arazla 1972 –ci ildə tanış
oldum. Siyavuş Sərxanlının vasitəsi
ilə tanış
olmuşdum. Məmməd Arazın şeirinə
illustrasiya çəkmişdim.
Çox
heyf ki, o şəkil indi qalmayıb. Bu şəkil vasitəsi ilə tanışlığımız
baş tutdu. Ondan sonra bir – iki
dəfə gördüm
onu. Sonra taleyin işi
idi, biz qohum olduq.
-Məmməd Araz
bir şair kimi ürəyindən keçənləri şeirlərə
köçürməyə macal tapdımı, yoxsa deyilməmiş çox sözlər qaldı?
-Məmməd Araz
nəinki Azərbaycanda,
demək olar ki, dünyada tanınan şair idi. Sadəcə onun səhhəti
yol vermirdi ki, öz içindəkiləri
oxucularına tam çatdırsın.
Amma dedikləri də kifayətdir.
-Ağcabədidə anadan olmusunuz, amma sizi daha çox
Ağdamlı kimi tanıyırlar.
-Hər zaman doğulduğum yer haqqında yalnış məlumat verilir. Mən Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşam. Bayat kəndi özü də daxil olmaqla beş kənddən ibarətdir: Bayat, İmamoğlubəyli, Hacılar,
Kolanı, Qaraxanı.
Mən orda Kolanıda anadan olmuşam. Birinci sinifə də orada getmişəm. 9 yaşım olanda
biz Ağdama köçmüşük.
Ağdama da bu məqsədlə köçdük
ki, həm anam ağdamlı idi, həm də
buranın perspektivi daha üstün idi.
-Ağdam Sizə
daha doğmadır, ya Ağcabədi?
-Mən ümumiyyətlə
fərq qoymuram. Azərbaycanın bütün bölgələri
mənə əzizdir.
Ağcabədidə ata nəslimin
qəbri, Ağdamda isə ana tərəfimin
qəbri var. Mən bunlar arasında necə fərq qoya bilərəm ki?
Sadəcə olaraq mən Ağdama daha yaxınam. Yeniyetməlik çağlarım, gənclik illərim Ağdamda keçib.
Orta məktəbi orda oxumuşam.
-Inşallah Ağdam
işğaldan azad olarsa yenidən gedib orada yaşayarsınız?
-Indi də mənim Ağdamda evim var. Bacım, qardaşım, hamısı ordadır. Mən müharibədən öncə də orda yaşamamışam. 70 – ci ildə Ağdamdan çıxmışam. Artıq 44 ildir ki, Bakıda yaşayıram. Mənim məqsədim var ki, orada oxuduğum 2 saylı məktəbi yenidən, amma köhnə proyektlə tikdirim. Bunu nəyin bahasına olursa olsun edəcəm, hətta Bakıdakı evimi satası olsam belə. O çox böyük məktəb idi. O zaman orda 1400 – 1500 şagird təhsil alırdı. Indinin özündə də rayonlarda o boyda kollektiv yoxdur, olsa – olsa Bakı şəhərində ola bilər. amma Ağdam haqqında bir arzum var idi. Hələ müharibədən öncə reallaşdırmağa başlamışdım. Orda şəxsi kitabxana tikmək istəyirdim. Orda kitabxana çox idi. Bundan əlavə mənim Ağdamdakı evimdə kitabxanam var idi. Orada on beş min kitabım var idi, hamısı yandı. Arzum bu idi ki, orada yaşlanandan sonra gedib dincəlmək üçün bir ev tikim. Bu evi həm də kitabxana etməyi düşünürdüm. Çünki məndə nadir kitablar var idi, hansı ki, bu kitablar nəinki Ağdamda, heç Bakıda da yox idi. Istəyirdim ki, bu kitablardan tək mən yox, eyni zamanda camaat da bəhrələnsin.
Doğulduğum Bayat kəndində öz vəsaitimlə kitabxana tikmişəm. Kitabxana Füzulinin adını daşıyır. Qarşısında dahi sənətkarın möhtəşəm abidəsi ucalır, insanların dincəlməyi üçün gözəl bir park var.
-"Dolu” romanınız bəzi tənqidçilərin hədəfinə tuş gəldi. Bu tənqidlərə münasibətiniz necədir?
-Bəziləri mənim əsərimi tənqid
etdi. Bunlardan İradə Musayeva, Qantural yadımdadır. Mən roman yazmışam,
"Quran” yox. Bəli, tənqidçi
var, oxucu gözü var və oxucu öz
iradını bildirməlidir.
-İradə Musayeva
"Dolu” romanında Ağdam şəhərini
həddindən artıq
təriflədiyinizi, Ağdamı
yersiz olaraq "dünyanın ən varlı şəhəri”
adlandırdığınızı irad tutub.
-Siz mənə cavab verin görüm
özünüz "Dolu”
romanını oxumusunuz?
-Xeyr, oxumamışam.
-Bu sizin üçün
"minus” dur. Məndən müsahibə alırsınız
amma mənim romanımı oxumamısınız.
Bunu da saytda yazarsınızmı?
-Problem yoxdur, yazaram.
-Belə olmalıdır, jurnalist hamısın yazmalıdır, olduğu
kimi.
-Aqil müəllim, söz verirəm ki, oxuyacam. Amma indi
xahiş edirəm sualıma cavab verin.
-Mənim romanımda Ağdam sözü yoxdur. Ümumiyyətlə, bu romanda nə şəhər , nə rayon, nə də insan adı var.
Burada hamısı ləqəblərdir. Drakula, pələng, baza müdiri, rəis kimi personajlardır. Bir Lənkəran şəhərinin adı qeyd olunub. Məsələ burasındadır ki, mən adını çəkməsəm də oxucular söhbətin Ağdamdan getdiyini anlayıblar. Deməli Ağdam dünyanın ən zəngin şəhəri olub. Mənim fikrimdə Ağdam elə dünyanın ən varlı şəhəri olub. Mən çox ölkələrdə olmuşam. Nyu-Yorkda, Türkiyədə küçələrdə, körpülərin altında, vitrinlərdə dilənçilər yatırdı. Amma mən Ağdamda belə insanlar görməmişdim, orada insanlar zəngin yaşayırdı. Adi bir katibə o zaman oğlunu pulla Kənd Təsərrüfatına qoyurdu, maşın alırdı.
Sözümün canı odur ki,Ağdam həqiqətən
də varlı şəhər idi. Hələ
o zaman orda
tikilən evlər, imarətlər indi- indi Bakıda tikilməyə başlayır. SSRİ respublikasında
maşın alma statistikasına görə
Ağdam birinci yeri tuturdu.
Zəngin şəhər o deməkdir
ki, insanlar rahat yaşasın, normal həyat tərzi sürsün. Ağdamda sovet hökuməti
olmayıb. Orda insanlar
üçün nə
prokuror, nə katib, nə rəis kimi rütbələr saya salınmayıb. Rəisi kabinetində
güllələyiblər, rəisin maşının
polis idarəsinin qarşısında
yandırıblar. Qaçaq Hüseyn
günün günorta
çağı rəisi
doğramışdı. Ağdam camaatı öz qanunları ilə yaşayıb. O rayonda
deyə bilməzdin ki, filankəs böyük adamdır. Çünki orda belə
adamlar çox idi.
-"Dolu” romanının
film çəkilişi zamanı
insanlar arasında ajiotaj yaranıb.
-Bəli, bu film sərhəddə, səngərdə
çəkilirdi. Böyük çəkiliş
heyəti var idi. Insanlar elə bilirdi
ki, biz Ağdama keçirik. Hətta bu
film çəkilişi zamanı
insanları sakitləşdirəndə
avtobusdan yıxıldım.
Nəticədə ayağım sındı, iki ay yerdə yatdım.
Lalə Novruzlu
Ədalət.-2014.-6 iyun.-S.3.